QEYDLƏR
RİTORİKA
Birinci kitab
«Ritorika» əsərini yunan dilindən rus dilinə N.Platonova tərəfindən tərcümə edilmişdir (Bax.: Aristotelğ. Ritorika. Per. s qreç. N.Platonovoy. Spb., 1894).
I
1. Dialektika (yunanca «dialegomai» - «söhbət edirəm», «danışıram») – söhbətetmə və mühakimə üsuluna əsaslanaraq, obyektiv həqiqətin axtarışına yönəldilmişdir. Platon «sual verib cavab tapana» dialektik deyirdi (Bax.: rusca nəşrinə: Platon. Əsərlər. Üç cilddə. A.F.Losev və V.F.Asmusun redaktəsilə. M., 1968).
Dialektikanı adətən sofistik mübahisəyə – yəni sofistikaya – qarşı qoyurlar. «Fedr» əsərində Platon yazır ki, dialektika sənəti «insan qəlbində həm deyən, həm eşidən üçün faydalı olan ifadələri yaradır və möhkəmləndirir: bu ifadələr faydasız deyil, çünki onlar digər insanların qəlbində əkssəda olaraq yeni ifadələr yaradır ki, bu da söz toxumunu əbədiləşdirir» (Platon. Fedr, 277a). Ritorika həm də dialektikanın qanunlarını, dinləyicini və yaxud həmsöhbəti inandırmaq və yaxud deyiləni təkzib etmək yolunda istifadə edilir. Aristotel elmlərin ümumiliyi ideyasını dəfələrlə vurğulayır, göstərirdi ki, burada «bir çox şeylərin bir olması» mümkündür. Dialektika, «bir çox elmlərə aidiyyatı olduğu üçün, məhz belə «ümumi» elmlərdən biridir» («İkinci analitika», II, 11, 77a) (Bax.: Aristotelğ. Analitika pervaə i vtoraə. M., 1952).
2. Entimema (yunanca «enthymema» - «ağlımda», «nəzərimdə olan» deməkdir) – tam şəkildə ifadə olunmamış məntiqi sillogizm; müəyyən bir hissəsi burada yalnız nəzərdə tutulur. Bu məntiqi əqlinəticədə nəticənin strukturu mühakimələrin strukturuna uyğun gəlir. Demetri hesab edir ki, entimema – «müəyyən ritorik əqlinəticə», yəni sillogizmdir. Aristotel, ritorikada bir çox istifadə olunan məntiqi sübutolunmalarla yanaşı, entimemanın da inandırmanın ritorik vasitəsi, yəni sillogizmin olduğunu qeyd edir.
Mahiyyət – Aristotelin nəşrlərində qəbul olunmuş məna variantı – «sõma», yəni «cisim»dir, bununla belə hesab olunur ki, əlyazmada söhbət «rhõma» (=e), yəni «güc»dən gedir. Yunanlar çox vaxt fəlsəfi, estetik və etik kateqoriyaların cismani mahiyyətli olduğunu düşünürdülər. Məsələn, Ksenofont «Kinegetina» əsərində «xeyirxahlığın cismi» haqqında yazır. Platonun «Böyük Hippi» əsərində də «mahiyyət cisimi» ifadəsi gətirilir.
3. Areopaq – Afinada ən ağır cinayət işləri üzrə ali məhkəmə orqanıdır. Bu ad keçirilən iclasların yerinə, yəni «Ares təpəciyi»nə görə verilmişdir. Areopaqın üzvlüyünə hər bir kəs ömürlük seçilirdi. E.ə. 462-ci ildə, Efialtın islahatından sonra, öz əvvəlki siyasi nüfuzunu itirmişdir. Orator Femistiy xəbər verir ki, burada çox uzun-uzadı danışmaq qadağan idi. Platon da məlumat verir ki, «məhkəmədə çıxış edəni rəqib, bir də oxunan iddianın dəqiq mətni məhdudlaşdırırdı».
4. Sillogizm haqqında bax.: qeyd2.
5. Bax.: «Topika», I, 2, 101a, 30-32; burada deyilir ki, «sübutolunma sənəti fikir mübadiləsi üçün zəruridir», xüsusilə «digərləri ilə ünsiyyətdə olarkən, kütlə rəyini nəzərə alarkən».
6. Proklun, Platonun «Kratil» əsərinə münasibətini bildirən yazılarında oxuyuruq ki, «Aristotel və sofistlər hesab edirlər ki, yalnız ritorika və yalnız dialektika nəyisə seçmək və nəyisə təkzib etmək qadirindədirlər».
7. Bax.: orator İsokratın ritorik sənət haqqında qeydlərinə: bu sənət «bütün digər sənətlər içərisində ən ciddisidir, çünki o, cisim yox, ruh üçün ən vacib olanı seçə bilir; ritorikadan başı çıxan adamlar, daha çox ritorikanı öyrənib təhlil edən filosofları bəyənir».
8. Dialektika və sofistikanı müqayisə edən Aristotel «Metafizika» əsərində belə yazır: «Sofistika və dialektika fəlsəfəyə aid olan sahələri ilə məşğul olur, lakin sonuncu dialektikadan öz qabiliyyətin xarakteri, sofistikadan isə – seçdiyi inkişaf yolu ilə fərqlənir. Dialektika, müdriklik tərəfindən öyrənilən obyektlərin təhlilində bir cəhddir, sofistika isə – yalancı müdriklik, yəni yalancı zəkadır».
II
9. Plutarx, iki oratoru, yəni Demosfeni və Fokionu müqayisə edərkən, deyir ki, birincisi çox görkəmli, ikincisi – çox qabiliyyətli olmuşdur. Fokion, dinləyiciləri özünə həm nitqin gücü, həm də yaşamaq tərzilə, saflığı ilə cəlb edirdi; o, başa düşürdü ki, «inandığın adamın bircə sözü, bircə işarəsi bir çox gurultulu, uzun-uzadı sözlərdən üstündür» (Plutarx. Sravnitelğnıe jizneopisaniə v trex tomax. t.III, «Demosfen», X, M., 1964). Evripidin qəhrəmanı Hekuba da, bacarıqlı natiq olan Odisseyə müraciət edərkən, danışan adamın necə şəxsiyyət olmasının əhəmiyyətini vurğulayır: məharətli sözlər artıqdır, axı sən yunanların qəlbini öz baçarığın ilə ələ ala bilərsən. Eyni sözün çəkisi müxtəlif olur, əgər bu sözü adı bir insan, ya da kübar desə (Plutarx. Sravnitelğnıe jizneopisaniə v trex tomax, t.III («Demosfen», X) M., 1964). Evripidin bədii qəhrəmanı Hekuba, baçarıqlı natiq olan Odisseyə müraciət edir, çıxış edənin şəxsiyyət olması zərurətini vurğulayır:
Sözün gözəlliyi ilə yox, öz məharətinlə sən
yunanların qəlbinə yol tapacaqsan.
Kimliyi bilinməyənlə kübar olanın nitqi
Bir cürə səslənə bilməz.
10. İstəklər haqqında Aristotel «Ritorika»nın ikinci kitabında söhbət açır.
11. Aristotel bu fikri dəfələrlə vurğulayırdı. «Nikomax etika»sında o, siyasəti ən ümumi, «arxitektonik» elm sayır, bu elmə xidmət edən strategiya, iqtisadiyyat, ritorika, bir də «ən çox istənilən qabiliyyətlərdir».
12. İstiqamətləndirmə (yunanca epa gõgẽ) əslində induksiyanın özüdür; konkret hallar əsasında ümumi nəticə çıxarılır: induksiya haqqında bax: «Birinci analitika» (II, 23).
Misal xüsusi haldan irəli gələn xüsusi nəticəni mümkün edir. Misallar vasitəsilə sübutolunma haqqında bax: «Birinci analitika», II, 24.
Entimema və sillogizmin qarşılıqlı əlaqəsi haqqında bax qeyd 2.
13. Bax.: «Birinci analitika», II, 23, 24.
Başqa yerdə Aristotel biliklər əsasında qurulan təlim prosesini izah edərkən, bir sıra əqli nəticələrə müraciət etməyi lazım bilir: həmin ifadələr ya sillogizm, ya da induksiya olur (natiqlik sənətində də bu cür ifadələrdən istifadə edirlər), bu zaman natiqlər ya misallar əsasında (həmin misallar induksiya növü olur), ya da entimema vasitəsilə (bunlar isə sillogizmdir) auditoriyanı inandırmağa çalışırlar («ikinci analitika», I, 1, 71a).
14. «Topika», I, 20. Bax.: qeyd 12
15. «Metodika» əsəri bu günə gəlib çıxmayıb. Laertli Diogen Aristotelin əsərlər siyahında «Metodika»nın 8 kitabdan ibarət olduğunu qeyd edir (V, 23).
16. Sokrat (e.ə. 469-399) – Afinalı filosof, həqiqətin əsaslandırılmasının dialektik üsulunun (sual – cavab şəklində) banisi. Yazı əsərləri olmayıb; onun fəaliyyəti və söhbətləri şagirdi Platonun yazdığı dialoqlarda, bir də ksenofontun «Xatirələrində» öz əksini tapmışdır.
Platon «Sokratın apologiyası», «Kriton», «Fedon» əsərlərində Sokratın öz məhkəməsində söylədiyi nitqi (o, məhkəməyə gəncləri guya yoldan çıxardığına, qədim Allahlara inanmadığına və yeniləri icad etdiyinə görə cəlb edilmişdir) bir də edam avağı son anları təsvir etmişdir.
Kali, Hipponikin oğlu – sofistlərdən bir şey öyrənmək üçün xeyli pul xərcləmiş dövlətli Afina vətəndaşı. Bunun adını Platon da qeyd edir («Sokratın apologiyası», «Kratil»).
17. Doriyey – Rodoslu Diaqor adlı atletin oğlu; sonuncunu Pindar vəsf etmişdir. Olimpiya oyunlarında Doriyey (həm pankratiast kimi, həm də digər növ yarışlarında) üç dəfə qalib gəlmişdir. Afinalılar onu əsir tutsalar da, sonradan hörmətli şəxs olduğuna görə azadlığa buraxdılar. Olimpiyada Diaqor, Doriyey və onun qardaşları şərəfinə ucaldılmış abidələrindən Pavsani xəbər verir.
18. «Birinci analitika», I, 8.
19. Yunanca «tecmar» həm «işarə» və yaxud «əlamət», həm də «yekun, məqsəd» mənasını bildirir; «peras» isə həm də «son, sərhəd» deməkdir.
20. Bax.: «Birinci analitika», II, 27 (entimema haqqında).
21. Burada Sirakuza tiranı Böyük Dionisi nəzərdə tutulur (e.ə. 431-367). Surakuza tiranları Böyük və Kiçik Dionisilər haqqında Plutarx yazmışdır («Dionun həyatının təsviri»). Platon «Qanunlar» dialoqunda «tiraniyalı insan» növünü təsvir edir.
Pisistrat (e.ə. IV-cı əsrin ikinci yarısı) – Afina tiranı (Solona da qohumluğu çatırdı). Plutarx Pisistratın, hiylə işlədib Afinalılardan şəxsi mühafizəyə icazə aldığından danışır. «Şəxsi qarovulçuları lazım olduğu qədər yığandan sonra, axır ki, Akropolu ələ keçirmişdir; xalq isə bu əməllərə biganə qalmışdır».
Feagen, Meqara tiranı (e.ə. VI-cı əsr); yoxsulların müdafiəsinə qalxaraq, hakimiyyəti ələ keçirir (Bax.: Aristotel. «Politika», V, s).
22. Apodiktik (yunanca apodeicticos) – inandırıcı (məntiqdə nəyinsə tam və şəksiz-şübhəsiz zəruriliyini təsdiqləyən mühakimələrə deyilir).
23. Bax.: «Topika», I, 1, 14, III, 5. Müxtəlif elmlərdə, yalnız özünəməxsus xassələrə arxalanıb, sübutayetirmə yolları haqqında bax.: «Birinci analitika», I, 30.
3
24. Epideyktik nitq – xüsusi hadisə haqqında söylənilən nitq.
25. Axill, Peley və Fetidanın oğlu, Homerin «İliada» əsərinin baş qəhrəmanı.
Patrokl – Menetinin oğlu, Troya yaxınlığında Hektor tərəfindən öldürülmüş Axillin dostu. «İliada» əsərində (XIX, 401-418), Axillin atlarından biri, ölməz Ksanf, insan dilində Axillin ölümü haqqında qabaqcadan xəbər verdi:
«qüdrətli Pelid oğlu, indi səni xilas etmək hələ ki olar.
Lakin son günün gəlib çatır.
Heç birimiz bu işdə günahkar deyilik;
Böyük Allah və onun qüdrətli hökmüdür...»
4
26. Ritorika sofistikaya yaxındır, çünki həm əsil inam (etiqad), həm inama (etiqada) bənzər olan məsələləri ilə məşğul olur.
24. Aristotel yazır ki, üç növ idarəcilik üsullarından (monarxiya, aristokratiya, timokratiya) «ən yaxşısı – monarxiya, pisi isə - timokratiyadır» («Etika» əsəri, «Nikomaxın etikası» əsəri).
Timokratiya (yunanca time- «qeyrət», «dəyər», «ödəniş») dedikdə, maliyyə, əmlak vəziyyətinə uyğun məhdudiyyətlər üzərində qurulan hakimiyyət nəzərdə tutulur. «Politika» əsərində Aristotel demokratik idarəcilik formasını, bir də varislik üzərində qurulan hakimiyyəti və yaxud dinastiyanı təhlil edir (IV, 5); daha sonra burada, vaxtilə karfagendə qurulmuş hakimiyyətə bənzər pul ilə alınan çar hakimiyyəti (II, 8), «ara» hakimiyyəti olan «esimnet»ləri, ömürlük seçilən monarxları (IV, 8), tiraniyanın üç növünü (IV, 8) qeyd edir.
Oliqarxiya – «seçmələrin hakimiyyəti»dir. Aristotel oliqarxiyanın təhlilini «Politika» əsərində verir (IV, 5). Oliqarxiya şəraitində hakimiyyətdə yüksək əmlak məhdudiyyəti qoyulur, nəticədə vətəndaşların əksəriyyəti hakimiyyətdə olmaq imkanını itirir. Aristotel dörd cürə oliqarxiyanı qeyd edir.
5
28. Aristotel xoşbəxtlik və ya xeyirxahlıq haqqında müxtəlif təsəvvürləri «Nikomaxın etikası» əsərində verir (I, 2). Müəllif hesab edir ki, «kamil xeyirxahlıq özü-özünü təmin etməlidir» (I,5), «həzzalma, məmnunluq isə mənəvi fəaliyyətdən irəli gəlir (psiches energeia) (xeyirxahlığa uyğun şəkildə) (I, 13). Aristotel ritorikada sokratsayağı, stoiklərsayağı, epikürsayağı həzzalmanın təriflərini qeyd edir; bununla yanaşı adi şüur səviyyəsində məmnunluğun var-dövlətlə eyniləşdirilməsi halları haqqında da yazır.
29. Əsilzadə olanları Afina oratoru İsokrat, Evaqora yazılmış tərifnamədə alğışlayır.
30. Platon «Qanunlar»da qadın cismini zərif və zəif olduğuna görə kişi cismindən olanlardan ləyaqət ölçülərinə görə daha «pis», hərc-mərcli, «ikiüzlü və hiyləgər» adlandırmışdır. Aristotel «Politika» əsərində Sparta qadınlarının özbaşınalığını, onların kişilərə təzyiqi pisləyir. Bu özbaşınalığın qarşısını hətta likurq ala bilmədi, baxmayaraq ki, qadınları da qanunlara əməl etməyə dəvət olunurdu.
Aristotel açıq göstərir ki, Sparta qanunveriçiliyi qadın məsələsi qarşısında açızdır, bu məsələyə zərərli təsir göstərir, «dövlətin qüdrətini sarsıdır», «dövlət quruluşunda nizamsızlıq yaradır», «qəsdi-qərəzliyə» səbəb olur.
31. Meqarlı Herodik – Kossalı Hippokratın şagirdi, Afinada gimnaziyaların yaradıcısıdır. Müalicə məqsədilə gimnastikanı tətbiq edirdi. Tam müalicə etməsə də, xəstənin ömrünü uzadırdı. Platon «Dövlət» əsərində qəzəblə qeyd edirdi ki, Herodik «əvvəlcə özünə, sonra bir çox başqalara işgəncə verirdi».
32. Pentatl – beşnövçülük; buraya qaçış, atılma, güləş, diskin atılması, nizənin atılması daxildir.
33. Pankrati – yumruq davasının güləşlə birləşməsi.
34. Aristotel «Fizika» əsərində tam determinizm mənzərəsini təsvir edir: «heç nə təsadüfi, özbaşına baş vermir, həmişə hansısa bir müəyyən səbəb olur» (II, 4). Aristotel hesab edir ki, «hadisə, ağıl və təbiətlə müqayisədə, ikinci dərəcəli bir mövhumdur» (II, 4).
6
35. Sokrat, xeyirxahlıqlara «zahidliyi və ya ədalətliyi», «vicdanlılığı» (Platon, «Menon» əsəri) aid edir. Platon öz «Dövlət» əsərində qeyd edir ki, cömərdlik əsil filosofun xüsusiyyətidir.
36. Bax.: «İliada», I.
37. Bax.: «İliada», II.
38. Bu atalar sözü bir də heç yerdə qeydə alınmayıb.
39. Keosslu Simonid (e.ə.VI-V əsrlər) – məşhur yunan elegiya şairi, xorla ifa olunan mahnıların müəllifidir. Pindarın köməkçisi belə bir izahat verir ki, korinf adasının bəzi sakinləri Bellerofontun oğlu Qlavkın rəhbərliyi altında troyalılara müttəfiqlik edir, onları tənbeh etmirdilər. Lakin koriflilər, yunanlı olaraq ümumiyyətlə spartalılara qarşı düşmən münasibətində olmuş və Simonidin şerləri bunlar üçün təhqiramiz səslənirdi.
40. Aristotel burada qəhrəman eposundan hamıya yaxşı məlum olan mifoloji motivlər və süjetləri gətirir: Afina, müdriklik ilahəsi, Odisseyə bütün tədbirlərdə yardımçı olur; Afinalı çar və qəhrəman Tesey hələ çox gənc olan Yelenanı qaçırdır; Aleksandr, və ya Paris, üç, bir-birinə rəqib olan ilahələr – Afina, Gera və Afroditanın mübahisələrində hakim olmuşdur (bax.: İsokratın «Yelena» nitqinə); Axill – Homerin sevimli qəhrəmanı olmuşdur («İliada»nın başlanğıcı: «İlahi, Peleyin oğlu olan Axillesin qəzəbini sən bizə çatdır»).
7
41. Leodamant – məşhur Afina oratoru, İsokratın şagirdi, Kollistrat və Habrinini ttihamçısı kimi çıxış etmişdir.
Kallistrat – məşhur Afina oratoru, Xabri ilə bir yerdə strateq vəzifəsini icra edirdi; Sparta ilə sülh münasibətlərini yaratmağa çalışırdı.
Xabri – Afina strateqi, e.ə. 388-ci ildə spartalılara qalib gəldi. K.Hepot öz xatirələrində onun həyatı və mərganə ölümü haqqında məlumat vermişdir.
42. «Su həç şeydən yaxşıdır» - bu ifadə ilə Pindarın I Olimpiya adası başlanır; sonra aşağıdakı sətirlər gəlir: «od kimi yanan qızıl- var-dövlətin ən layiqlisidir». Görünür ki, burada su - varlığın maddi əsası olması haqqında Falesin təlimi nəzərdə tutulur.
43. Platon isə deyir: «əgər seçim qarşısında qalsaydım, ədalətsizlik törəyim, yoxsa özüm ədalətsizliyə dözüm, onda ikinciyə üstünlük verərdim» («Qorgi»). Sokratın bu mövqeyi «Kriton» dialoqunda da gətirilir: «ədalətsizliyə ədalətsizliklə cavab vermək olmaz». Evrinid isə, əksinə, deyirdi: «Mən hesab edirəm ki, insana, düşmənə pislik etmək xasdır».
44. «İliada», IX. Bu sözləri Etol qəhrəmanı Meleaqrın arvadı demişdir; o, yalvarırdı ki, əri etolular və kuretlər arasında gedən müharibədə döyüşlərdə iştirak etsin.
45. Epiharm – məşhur Siciliya komedioqrafı (e.ə. VI-V-ci əsrlər); onun ideya mövqeyi pifaqorçulara çox yaxındır.
46. Keroslu Simonid (söhbət Olimpiya oyunların qalibi, keçmiş balıqçıdan gedir).
47. İfikrat – məşhur Afina strateqi (e.ə. V-IV-ci əsrlər), adi gönçü oğlu olmuşdur.
48. «Odisseya», XXII. Odissey, bəyləri öldürmək istəyəndə Femi (müğənni) ona yalvarır, rəhm diləyir. Odissey Feminin xahişinə əməl edir, çünki o, «müğənnidir və həm insanlara, həm də allahlara mahnılarını oxuyur», «Allahın özü» onun qəlbində «hər cürə nəğmələrə» yer verib.
49. Perikl – Afina dövlət xadimi, demokratların başçısı, strateq, yüksək ixtisaslı orator, Afinanın hərbi və mədəni yüksəlişinə nail olmuşdur. Plutarx onun həyatından yazmışdır.
Görünür, burada söhbət Peloponess müharibəsinin birinci ilindən gedir. Periklin söylədiyi «Qəbirüstü nitq» Fukididin yazdığı «Tarix»indən hamıya məlumdur. Lakin burada gətirilən metafora həmin nitqdə yoxdur. Herodotda oxşar metaforaya rast gəlmək olar (Sirakuza tiranı Gelon afinalılara müraciətində giləylənir ki, Elladaya kömək edə bilməməsi, ilin fəsillərində baharın itirilməsi kimi bir şeydir).
Evripid «Xahişə gələn qadınlar» əsərində belə bir metaforanı işlədir: Bəzisi, sanki yaz fəslində torpaq becərir,
Mərdləri biçir, cavanları doğrayıb kəsir.
8
50. İdarəetmə formaları haqqında bax.: qeyd 27. Platon həm də bəzi qarışıq idarəçilik formalarının adını çəkir (məsələn, Spartada olduğu kimi). «Qanunlar»da belə formaları gah tiraniyaya, gah «dövlətlərin ən demokratik olanlara» oxşadır, eyni zamanda qeyd edir ki, burada «həm aristokratiyanı», həm də «ömürlük çar höküməti»ni görməmək mümkün deyil.
51. Bax.: «Politika», IV, II.
9
52. Enkomi – əvvəllər oyunlarda qalib gələnin təntənəli gəlişinin mədhiyyəsi olmuşdur, sonradan tərifləyici nitq növünü göstərən söz kimi işlədilir.
Aristotel «Nikomax etikasında» yazmışdır: «Tərif xeyirxahlığın əlamətidir, çünki o, bizi gözəlliyə qovuşdurur; mədhiyyələr isə (enkomilər) bərabər şəkildə həm ruhi, həm də fiziki fəaliyyətimizə aiddir» (I).
53. Bu cür tərifi biz Aristotelin «Evdemin etikası» əsərində tapırıq; Platon da «Qorgi» əsərində gözəlliyə həzzalma və zahidlik və ya xeyir anlayışları vasitəsilə tərif verir. Platona aid edilən «Təriflər» əsərində o, belə deyir: «gözəllik – zahidlik deməkdir». Bax.: qeydlər 28, 35.
54. Zahidliyin tərifini Platon «Menon» əsərində vermişdir. «Nikomaxın etikası» əsərində Aristotel deyir: «Əgər məmnunluq mənəvi fəaliyyətin zahidliyə uyğun aparılmasından ibarətdirsə, onda biz zahidliyi tədqiq etməliyik».
55. Safo və Alkey (e.ə. VII-VI-ci əsərlər) – qədim Yunan şairləri; Lesbos adasında yaşayırmış, müasirlər və dost olmuşlar. Melika, yəni solo şəklində ifa olunan lirik nəğmələr janrının əsasını yaratmışlar. Burada söhbət Safodan gedir.
56. Bax.: qeyd 43; Arxilox da, sədaqətlik andına xəyanət edən dostunun başına gələn müsibətlərə sevindiyini göstərir.
57. Bu adət haqqında bax.: Ksenofont «Lakedemoniyalıların dövlət quruluşu haqqında». Elian «Alabəzək həkayələrində» qeyd edir ki, spartalılara «layiqsiz əməklə məşğul olmaq qadağan olunmuşdur».
58. Paralogizm – sübutolunmada və ya mübahisədə qəsdən törədilməmiş məntiqi səhvdir.
59. Platonun «Meneksen» əsərində Sokrat deyir: «Əgər Lakedemonda afinalıları, və yaxud Afinada lakedemoniyalıları tərifləmək lazım gəlsəydi, onda qabiliyyətli, inandırmağa bacaran, mübahisə predmetini yaxşı tərəfdən təqdim edə biləcək ritor lazım olardı. Əgər kimsə təriflənən şəxslər arasında olursa, həmin adamlar üçün yaxşı danışmaq bacarığı elə də böyük iş deyil».
60. Bax.: qeyd 46.
61. Keosslu Simonidin əsərindən gətirilən sözlərdir. Pisistratın oğlu olan Afinalı tiran Gippinin qızı Arxediya ithaf edilmiş qəbirüstü yazıdan bir sətirdir. Gippi Afinadan Lampsak (kiçik Asiya) şəhərinə qaçqın düşmüşdür; həmin şəhərdə onun qızı Eantid adlı tiranda ərdə idi.
62. Gippoloh – naməlum addır.
Harmodi və Aristogiton Kipparx adlı tiranın qatilləri kimi özünə şöhrət tapmışdılar (e.ə.514-cü il) öldürülənin qardaşı Gippiyə vaxtında xəbər verildi və o canını qurtara bildi.
Tiran qatillərinin Afina meydanındakı bürünc heykəlinin müəllifləri Kriti və Nesiot olmuşdur.
63. Aristotelin bu təsnifatını aşağıdakı şəkildə təsvir etmək olar:
64. Bax.: «Ritorika», II.
65. Bax.: «Ritorika», I.
66. Bax.: «Ritorika», II.
67. Ləzzətalma və yaxud həzzalma haqqında bax.: «Nikomaxın etikası», VII.
68. Parosslu Even.
Aristotel «Nikomaxın etika»sında (VII) elegiya şairi Evenin şerindən bir neçə misra gətirir; həmin misralarda söhbət insanın təbiətinə çevrilən, canına yatan, bir çox səylərin nəticəsi olan verdişdən gedir. Even adını iki şair daşıyır; onlardan biri – Sokratdan yaşca böyük olan onun müasiri, sofist olmuşdur; Platon dəfələrlə onun adını gətirir («Sokratın apologiyası», «Fedon», «Fedr»).
69. Evripid. «Andromeda».
70. «Odisseya», XV.
71. «İliada», XVIII.
72. «İliada», XXIII.
73. Evripid. «Orest» (Orestə bacısı Elektranın müraciəti).
Aristotel «Nikomaxın etikasında» dəyişikliklərin ürəyincə olmasına bir qədər başqa cür izah verir: «İnsan təbiəti artıq sıradan çıxarılıb; sıradan çıxmış insan çox dəyişkən olduğu kimi, təbiətin özü də dəyişkən olmalıdır, çünki o nə sadə, nə də kamil deyil» (VII).
74. Bax.: Platon. «Fedr». Platonun sxoliastı (təsfirçisi) belə bir atalar sözü ilə bu ifadəni izah edir: «Yaşıd öz yaşıdını sevindirir, qoca-qocanı». «Odisseya» əsərində də (XVII) belə deyilir:
Məlumdur ki, Allah bir-birinə bənzərləri bir araya gətirir.
Aristotel qeyd edir ki, «naturfəlsəfəçilər bütün təbiəti nizamlamağa çalışır; bunun üçün onlar əsas prinsipi, bir-birinə bənzəyənlərin qarşılıqlı meylli olmasını götürürlər. LevGipp də, atomist olaraq, bir çox dünyaların yaranmasının əsasında oxşarların qarşılıqlı şəkildə bir-birinə meylli olmasını qeyd edir. Demokrit də hesab edirdi ki, bənzərlər bir-birini daima axtarmaqdadır».
Qədim dövrdə çox populyar olan bu ideya Homer dövründən etibarən naturfəlsəfədə daima səslənir.
75. Evrinidin bizim vaxtımıza gəlib çıxmayan «Antiopa» əsərindən bir parçadır.
76. Gülməli olanlar haqqında bu fikirləri Aristotel, görünür, bizə gəlib çatmayan «Poetika» əsərinin bir parçasında yazmışdır. Bizə məlum olan hissədə qədim komediyadan danışılır.
12
77. Bax.: «Ritorika», II.
78. Bizə məlum olmayan şəxslər.
79. Karfagen şəhərinin uzaqda olması nəzərdə tutulur. Kitabın bu hissəsi bir qədər qaranlıqdır. Ola bilsin ki, bu sözü «karfagenlilər» yox, «xalkedoniyalılar» oxumaq lazımdır. Qədim dövrün insanları bu şəhərin sakinlərini quldur bilirdilər.
80. Bu cümləni iki cürə yazmaq olar: «miziyalıların qazancı» atalar sözü kimi (lazımsız bir şey mənasında, yəni bu əşyanı hətta öz qorxaqlığı ilə seçilən miziyalılar da istəməzlər; başqa məna – miziyalılar qorxaqlığı ilə müqayisəolunmadır, çünki bunlar düşmənin əlinə çox asanlıqla keçirdilər.
81. Dion – dövlət xadimi və siyasətçisi, Sirakuza tiranı Böyük Dionisinin arvadının qardaşıdır. Platonun «maarifçi monarx» ideyasına tərəf çıxırdı. Dövlət çevrilişi etmək cəhdi puça çıxandan sonra, öz əvvəlki dostu Kallip tərəfindən öldürülmüşdür (Bax.: Plutarx «Dion», Platonun 7-ci məktubu).
82. Qelon (e.ə. V-ci əsr), Sirakuza tiranı, müəyyən bir şəhərin ələ keçirilməsində Leontin şəhərinin tiranı Enesidemi qabaqladığına görə, ondan kottabi oyunu üçün işlədilən qabı hədiyyə olaraq qazandı (bu da yüngül başa gələn qələbəyə bir nişanə idi).
Kottabi – yunanlılar arasında geniş yayılmış oyun olmuşdur (böyük qabın içində iki suda xırda qabları batırmaq cəhdləri).
83. Yason Fessaliyada Fer şəhərinin tiranı (e.ə.IV-cu əsr). Bir sıra yunan şəhərləri ələ keçirməyə çalışırmış, lakin ölüm (e.ə 370-ci il) buna macal vermədi.
Yasonun sözlərini Plutarx öz əsərində («Dövlətin idarəolunmasına dair təlimatlar») gətirir.
84. Bax.: «Ritorika», I.
85. Bax.: Lisinin Andokidə qarşı nitqi; burada qeyd olunur ki, Perikl dinə qarşı cinayət törədənləri cəzalandırmaq məqsədilə elə bir yazılı və yazılmamış qanunları tətbiq etməyə məsləhət etmişdir ki, «bunları hələ heç kəs ləğv edə bilməsin, bunlara qarşı çıxış edən olmasın, bunların müəllifi belə məlum olmasın».
86. Burada Sofoklun «Antiqona» faciəsi nəzərdə tutulur (qadın, doğma şəhərin müdafiəsi zamanı həlak olan qardaşı Polinikin dəfn mərasimi keçirmişdir).
87. Sofokl, «Antiqona» əsəri.
88. Siçiliya şəhəri Akraqantdan olan Empedokl, e.ə. VI-V-ci əsrlərdə yaşamış natur fəlsəfə nümayəndəsi; hesab edirdi ki, bütün təbii və kosmik hadisələr dünyada hökm sürən sevgi və düşməncilik üzərində qurulur.
89. Eleyalı Alkidamant (e.ə. V-IV-ci əsrlər) – məşhur orator, sofist Qorginin şagirdi, İsokratın müəllim olmuşdur.
Alkidamantın nitqlərindən yalnız ikisi qalmışdır.
90. Bax.: «Ritorika», I, 10.
91. Yenə orada, 6, 10 (əvvəli).
92. Bax.: «Ritorika», II, 2, I, 11, 12.
14
93. Bax.: qeyd 41. Bu hadisə heç yerdə qeydə alınmayıb.
Obol – təxminən 2 qəpiqdir.
94. Sofokl – e.ə. V əsrin sonunda yaşamış orator.
15
95. Bax.: ikinci kitabda (25): həmin ifadə var. Lakin «Politika»da Aristotel «ədalətlə başasalmadan» söhbət açır (II, 16); Demosfen də öz nitqlərində həmin qaydaya «riayət» edir.
96. Bax.: qeyd 86, 87.
97. Burada «İliada» nəzərdə tutulur; yəni:
Qüdrətli Ayaks Telamonun on iki Salamin gəmisini
Özü ilə çəkib gətirdi və afinalıların falanqa sıralarında düzdü.
Bu sətirlərə istinadən, belə bir qənaətə gəlirlər ki, Afina və Salamin adası qədim dövrdən müttəfiq olmuşlar.
Periandr – Kipselin oğlu, Korinfin tiranı olmuşdur (e.ə. VI-V-ci əsrlər). Onu yeddi müdrikdən biri hesab edirdilər, baxmayaraq ki, Herodot (III) onun qəddar və hökmran olduğunu göstərir. Ola bilsin ki, mütəfəkkir – Periandrın bu tirana heç bir aidiyyatı yoxdur. Hər halda, artıq qədim dövrün alimləri onun oğlu Kipselin müdrikliyindən şübhələnirdilər. Platon da onu müdrik hesab etmirdi.
Aristotelin qeyd etdiyi bu fakt ədəbiyyatda məlum deyil.
98. Kleofant – Peleponnes müharibəsi dövrünün məşhur oratoru və siyasətçisi, Afinada Otuz tiran hakimiyyəti dövründə edam edilmişdir; bəhanə kimi hərbi qulluq yerinə gəlməməməsi fakta əsas götürülmüşdü; əslində isə Afina divarlarının dağıdılmasına qarşı çıxmasına görə.
Kriti – Kallesxrın oğlu; dövlət xadimi, oliqarxiya çevrilişinin iştirakçısı (e.ə.404-cu il), Otuz tiran adlanan idarə heyyətinin başçısı. Şair və orator olmuş, cavanlıqla Sokratı dinləmişdir. Platonun «Timey», «Kriti», «Xarmid» dialoqlarının iştirakçısıdır.
Solon – məşhur Afina qanunvericisi, mütəfəkkir və şair (e.ə.VII-VI əsrlər). Ona belə bir ifadəni aid edirlər: «Ölçüdən artıq heç nə!»
Solonun haqqında bax.: Plutarx. «Solon». Burada Solon nəzərdə tutulur.
99. Femistokl – Afina dövlət xadimi və sərkərdəsi (e.ə.VI-V əsrlər). Yunan-fars müharibəsi zamana radikal mövqeli partiyaya başçılıq edirdi. Afina dəniz donanmasını yaratmış, şəhər istehkamlarını gücləndirmiş, Pirey limanını tikdirmiş, Salamin döyüşündə farsları darmadağın etmişdir. Aristotel Femistoklun, orakulun sözlərini hərbi manevrlər üçün sərfəli mənada yazmasını qeyd edir.
100. Svida, və ya Sudanın Vizantiya ləhcəsidir, «achrẽcta» sözü dedikdə, həmin atalar sözünü gətirir; qeyd edir ki, yaxşılığı «paxıl oğlan uşağına, çox danışan qadına, axmaq uşağa, qonşu itinə, çox danışan qayıqcıya» etmək olmaz.
Fars çarı Kir Lidiya çarı Krezə deyir ki, onu əsir götürüb adi vətəndaşlara mərhəmət göstərməklə elə hərəkət etdi ki, elə bil ki, «atasını öldürüb uşaqları sağ saxlayıb» (Herodot).
101. Evbul – Attikalı orator və demaqoq (e.ə.IV-ci əsr). Demosfenini rəqibi. Xüsusi hərbi fond əvəzinə şou tamaşaları fondunun toplanılması haqqında qanun qəbul etdirdi. Makedoniyalı çar Filipdən maliyyə yardımı alan Evbul afinalılar üçün sərfəli olmayan sülh müqaviləsini imzaladı.
Xaret – Attikalı sərkərdə (e.ə. IV-cü əsr), heç də cəsur və cəngavər olmayan, qəddar, hiyləgər və bədxərc bir insan idi. Ehtimal var ki, Xeroniya döyüşündə vəfat etmişdir (e.ə.338-ci il).
Burada, Aristofanın rəqibi, Afina komedioqrafı Platon nəzərdə tutulur. Onun komediyasının fraqmentləri XIX əsrdə nəşr edilmişdir.
Bax.: Platonun əsərlərinə. Arxibi – bu ad daha heç bir yerdə göstərilməmişdir.
102. Bax.: Ritorika, II.
103. Kolofoniyalı Ksenofon (e.ə. VI-V-ci əsrlər) – filosof, şair, eleatlar məktəbinin banisi, Homer və Hesiodun mifologiyasında allahlar haqqında antropomorf təsəvvürlərin tənqidçisi.
Dostları ilə paylaş: |