ARİstotel r I t o r I k a birinci kitab İkinci kitab Üçüncü kitab Bakı-2008



Yüklə 4,02 Mb.
səhifə15/15
tarix07.03.2017
ölçüsü4,02 Mb.
#10594
1   ...   7   8   9   10   11   12   13   14   15

Üçüncü kitab

1

  1. Bax.: Ritorika, I, 2.

  2. Bax.: Ritorika, II, 22.

  3. Qlavkonun (Homerin təfsirçisinin) adını həm Platon, həm də Aristotel («Poetika» əsərində) çəkir (25-ci fə­sil).

  4. Ritorika üslub haqqında daha ətraflı bax.: «Antiç­nıe teorii əzıka i stilə». Pod red. O.Freyden­berq. M.-L., 1936.

  5. Xalkedonlu Frasimax, ritor və sofist, Platonun «Döv­lət» dialoqunun iştirakçılarından biri.

O, tərs və özünə güvənən adam idi, eyni zamanda onu «aydın, incə, hazırcavab zəka»sına görə, «istədiyini, istər qısa, istərsə də ətraflı danışmağı bacardığına» görə yüksək qiymətləndirirdilər Frasimax ömrü­nü intihar etməklə bitirdi.

  1. Qorgi Siciliyanın Lemontin şəhərindən məşhur ritor (e.ə.483-375-ci illər), sofistikanın əsasını yaradılardan biri; 427-ci ildən Afinada yaşamışdır. Bax.: Platonun «Qorgi» dia­lo­qunu.

  2. Tetrametr – dördbölgülü xorey; yamb – ikibölgülü təqti, qısa və uzun hecalardan ibarətdir. Faciənin dialoqları adə­­tən yamb vəzi ilə yazılırdı. Bəzi, çox təsirli yerləri tet­ra­­metr əsasında yazırdılar (məsələn, Evripid «Vak qadınları» əsəri).

Heksametr – altıbölgülü daktildir; burada daktil təqtilərini spondey və qısaldılmış son bölgüsü ilə əvəzlənməsi imkanı da var idi. Yunan şeri uzun və qısa hecaların proporsional əvəz­lənməsi üzərində qurulurdu; burada üç əsas ritmik forma fərqləndirilirdi: bərabər (burada təqtilərin uzun hissəsi qısa hissəsinə bərabərdir), ikiqat formalar (uzun hissəsinin uzun­luğu qısadan iki dəfə artıqdır), 1,5 formalar (uzun təqtilər qısa­lardan 1,5 dəfə böyükdür).

  1. Burada «Poetika» nəzərdə tutulur.

  2. Feodor məşhur faciə aktyoru; onun Attikada Kefis sahillərində yerləşdirilməsi haqqında Pavsani yazmışdır.

  3. Aristotel, Homerin eposu ilə yanaşı böyük yunan dra­maturğu Evripidin yaradıcılığına tez-tez müraciət edir, özü də nəinki öz nəzəriyyələri, poetika və ritorikasının, həm də si­ya­sət, etika, heyvanlar aləmi haqqında təliminə aid ideyalarının təsdiqi üçün istifadə edirdi.

  4. Bax.: «Poetika», fəsil 21.

  5. Bax.: «Ritorika», III, 3 və 7.

  6. Aristotelin təliminə görə metafora haqqında bax.: Taxo-Qodi A.A. Antiçnıe istoki tradiüionnoqo predstav­leniə o metafore.// «İnozemna filoloqiə». 9, Lğviv, 1966.

  7. Bax.: «Poetika», fəsil 21, 22.

  8. Kalli – Hipponikin oğlu, dövlətli, zadəgan Afinalı, De­metranın Elevsin rituallarının iştirakçısı, dadux, yəni məşəl­çi fəxri adının daşıyıcısı. Bax.: Ksenofont. Yunan tarixi, VI, 3, 4.

Frigiya ilahəsi, Allahların böyük anası Kibelanın kahin­ləri cuşa gələrək, özünü kişilikdən məhrum edirdilər. Belə­liklə, İfikrat, Kalliydə kişiliyin olmadığına işarə vurur.

  1. Dionisi yaltaqları – Sirakuza tiranı Böyük Dioni­sinin ətrafındakı rəssamlar.

  2. Yunan dilində «poridzõ» - «çatdırıram», «poristẽs» isə – «vergi yığan» deməkdir.

  3. Evripidin «Telef» adlı naməlum faciədən bir parça.

  4. Dionisi – e.ə. V əsrin Attikalı Orator, Afinalılara mis pulu kəsməyi məsləhət vermişdi.

Kalliopa – muza, bacıları kimi, «gözəlsəs», Zevsin qızı, epik poeziyanın himayəçisi.

  1. Bu qəribə sətirin müəllifi şairə Kleobulinanın oldu­ğu ehtimal olunur.c

Plutarx («Yeddi müdrik məclisi», X) Evmetida və ya Kleo­bulinanın adını çəkir.

  1. Likimni – yunan ritoru Qorginin şagirdi (e.ə. V-ci əsr).

  2. Herakleyalı Brison – sofist və riyaziyyatçı, dairənin kvadraturasını sübut etməyə çalışırdı (Aristotel. İkinci anali­tika, I, 9).

  3. Bu sözlər, atası Aqamemnonun qisasını anası Klimet­nestradan alaraq, onu öldürən Oresti xarakterizə edir.

  4. Keosslu Simonid, bölmə 19.

  5. Aristofanın bu komediyası bizə məlum deyil.

3

  1. Likofron – sofist, Aristotel bunun adını dəfələrlə çə­kir (məsələn, bax.: Aristotelğ. «Politika», III, 5, 11).

  2. Skiron Meqara və Attika arasında sərhəddə səyahət­çiləri öldürən əfsanəvi quldur. Afina qəhrəmanı Tesey tərəfin­dən öldürülmüşdür.

  3. Difiramb – ilk əvvəl Dionisi allahın şərəfinə himn, sonradan müəyyən yüksək mövzuya yazılmış təntənəli nəğmə.

  4. Qorgi, A, 23. Afina çarı Pandionun qızı Filomela – bülbülə, onun bacısı Prokla isə qaranquşa döndərildi; səbəb - müdafiə olunaraq, müəyyən şəxsin qətlə yetirilməsidir (Ovidiy. Metamorfozalar. VI, 244-674).

4

  1. Androtion – Afina oratoru və siyasi xadimi (e.ə. IV əsr), İsokratın şagirdi, Demosfenin müasiri.

İdriyey – Kariya hökmdarı, Hekatomnun oğlu, məşhur çar Mavsolun qardaşı.

  1. Adları çəkilən şəxslər bizə məlum deyil.

  2. Platon «Dövlət», V.

  3. Platon «Dövlət», VI.

  4. Fukidid, Afinalıların Periklin rəhbərliyi altında Sa­mos­da mövcud aristokratiyanın yerinə demokratik quruluşun yaradılması haqqında söhbət edir.

  5. Bu müqayisə Periklin adına yazılır.

  6. Bax.: Demosfenin nitqlərindən parçalara.

  7. Demokrat – attikalı orator və siyasi xadim, Demosfenin müasiri və təəssübü (IV-cü əsr).

  8. Antisfen – filosof (e.ə. V-IV əsrlər), kiniklər məktəbinin banisi, Sokratın şagirdlərindən biri.

  9. Fial – dibl geniş pialə.

Ares – Afinanın əksi olaraq nizamsız və qəddarlıqla aparılan müharibə Allahı.

5


  1. Herodot Lidiya çarı Krez haqqında danışır ki, o, farslara hərbi yürüş keçirməzdən əvvəl Delfadan ikimənalı xəbər almış, onu öz xeyrinə yozmuş, lakin Kir tərəfindən darmadağın edilmiş və bununla öz böyük çarlığına son qoymuşdur.

  2. Məşhur İoniya filosofu və dialektiki Heraklitin əsərləri (e.ə.VI əsr) çoxlu metaforlar və işarələrlə zəngin idi, buna görə də onun özünə «qaranlıqlı» deyirdilər.

6

  1. Naməlum dramaturğun əsərindən bir ifadə.

  2. Evripid. «Tavriddə İfigeniya».

  3. Kolofonlu Antimax – epik şair və qrammatika bilicisi (e.ə. V-IV-cı əsrlər), «Fivanda» əsərinin müəllifi, Platonun yaşlı müasiri və dostu.

Tevmessa – Beotiyada (orta Yunanıstan) dağ.

Bax.: Kolofonlu Antimax, hissə 2.



  1. Klefont – Attika oratoru və siyasətçisi; bax.: kitab I, qeyd 98.

  2. Platonun «Fedra» əsəri nəzərdə tutulur, Sokratın nitqi.

  3. Aristotel «Poetika» əsərində ölçünü yalnız şer janrına aid edir, baxmayaraq ki, ritmik ölçülər və dəyişmələr incəsənətin bir çox sahələrinə və ümumiyyətlə təbiətə xasdır. Məsələn, Arxilox öz şeyrlərində «insan həyatının ritmindən» yazır. Ritm sözünün özü əvvəldən hərəkətin xüsusi formasını, axmasının xüsusi növünü bildirdi.

  4. Peon haqqında bax.: qeyd 7.

  5. Ritmin xarakteri haqqında bax.: yenə orada.

  6. Bu misralar qabaqlar Keosslu Simonidə aid edilirdi, lakin hal-hazırda bunları Delfi himnlərinin parçası olduğu hesab olunur. Məsələn, Apollona müraciət: «Demosda və ya Likiyada dünyaya gələn»; Hekataya müraciət: «Qızılsaç Hekata, Zevsin qızı», «Gecə, torpaqdan sonra, suları və okeanı da gizlətdi».

9

  1. Tarixçi Herodot (e.ə.V əsr) İoniyada Halikarnass şəhərində boya-başa çatmış («Tarix», c.1, I), sonradan İtaliyanın cənubuna, Furiyaya köçmüşdür.

  2. Bu, Sofoklun «Meleaqr» faciəsindən bir parçadır:

Bu torpaq – Kalidondur

Pelon ölkəsinin.



«Pelon ölkəsinin» sözləri sonrakı sətrə aiddir. Şerin bu cürə qurulması elə bir təsəvvür yaradır ki, guya Kalidon Peleoponnesdə (cənubi Yunanıstanda) yerləşir; əslində isə bu Etoliya (şimali-qərbi Yunanıstan) torpağıdır.

  1. Xiosslu Demokrit – musiqiçidir. Görünür ki, burada söhbət e.ə. V-ci əsrdə yaşamış difiramblar janrında işləmiş şair Böyük Melanippidən gedir.

Birinci sətir – Hesiodun «İşlər və günlər» əsərindəndir. İknci – bu sətrin işlənməsidir: «Pis məsləhətin acısını daha çox məslə­hətçinin özü çəkir».

  1. Bu sözlərlə orator İsokrat öz «Panegirik» («Tərif­ləmə») əsərini başlamışdır. Sonrakı misallar da həmin nitq­dəndir.

  2. İsokrat, IV, 35.

  3. Yenə orada, 41.

  4. Yenə orada, 48.

  5. Yenə orada, 72.

  6. Yenə orada, 89.

  7. Yenə orada, 105.

  8. Yenə orada, 149.

  9. Yenə orada, 181.

  10. Yenə orada, 186.

  11. Pifolay Likofron – Fer şəhərinin tiranı Aleksandrın arvadının qardaşlarıdır. E.ə. 335-ci ildə onlar Feri ələ keçirərkən, Aleksandrı qətlə yetirmişdilər. Makedoniyalı Filipp onları buradan sıxışdırıb çıxarandan sonra, əvvəllər düşmənçilik münasibətlərində olduğu Afinaya hədiyyələr göndərib, kömək dilədilər.

  12. Aristofan, naməlum komediyadan bir parça.

  13. «İliada», IX.

Sonrakı misallar Aristotelin özünə aiddir; bu ritorik fiqur­lar geniş yayılmışdır.

  1. Teodekt «Ritorika»nın müəllifi olmuşdur, burada o, Aristotelin ritorik sənət haqqında əsas müddəaları bir qədər də inkişaf etdirdi.

  2. Epixarm, 10 hissə 147.

  3. «Odisseya», XIV, 214.

  4. Bax.: «Ritorika», III, 4.

  5. İsokrat, V, 73.

  6. Bax.: qeyd 45, kitab I.

  7. Leptin – Afina siyasətçisi, Demosfenin müasiri. Xalq məclisinə təklif etmişdir ki, dövlət vergilərindən azadolmada; güzəştləri məhdudlaşdırmaq lazımdır; bu təklifə qarşı e.ə. 356-cı ildə Demosfen öz «Leptinə qarşı» nitqində çıxış etmişdir.

Leptin Afina və Spartanı Elladanın gözü adlandırır, gös­tərir ki, afinalılar gərək fivanlılar tərəfindən məğlubiyyətə uğra­dılmış spartalılara köməklik göstərsinlər. Lakedemoniya­lı­ların Afinada səfirliyi haqqında bax.: Ksenofont. Yunan tarixi. VI, 5.

  1. Kefisodot, orator (e.ə. IV-cü əsrin ortaları), sərkərdə Xaretə qarşı çıxış etmişdir; sonuncunu tamahkar adam kimi tanıyırdılar. Olinf şəhərinə, Makedoniyalı Filippə qarşı göndə­rilmiş Xaret öz ordusu ilə zəif müqavimət göstərmiş və şəhəri xilas edə bilməmişdi.

  2. Burada Demosfen nəzərdə tutulur; o, vaxtilə sərkərdə Miltiad (e.ə.V-ci əsr) heç nə gözləmədən Kserksə qarşı çıxış etdiyi kimi, Evbenin xilasına çıxış etməyə çağırırdı.

  3. Parala – Suni burununda lövbər salan Afina gəmisi. Səfirliklər, müqəddəs ibadətlər üçün istifadə edilirmiş, bir də müharibə vaxtı donanma başçısının qaldığı yeri idi.

Sest – Frankiyada, Abidosla üzbəüz yerləşən Hellespont boğazının ən dar yerində şəhər və liman.

Pirey – Afina yaxınlığında şəhər və liman.

Metaforanın mənası ondadır ki, Sestin istehkamlarının möh­kəmliyindən mərkəzi Yunanıstana düşmən gəmilərinin ke­çib-keçməməsi asılı idi.


  1. Attikanın yaxınlığında yerləşən Egina adası, güclü donanmasına görə Afina ilə rəqabət aparırdı. E.ə.457-ci ilə qədər Afinaya vergi ödəyirdi; burada qala divarları uçurdul­muş, 429-cu ildə şəhər sakinləri başqa yerlərə köçürülmüşdür.

  2. Mirokl – Attikalı orator (e.ə.IV-cü əsr) Makedoniya partiyasının əleyhdarı.

  3. Anaksandrid – orta dövr komediyasının dramaturqu (e.ə.IV-cü əsrin birinin yarısı).

  4. Söhbət cinayətkarların cəzalandırma alətindən gedir; burada baş, əl, ayaq üçün xüsusi deşiklər var idi.

  5. Poliyevkt – Afina oratoru və siyasətçisi, Demosfenin dostu, Makedoniya partiyasının əleyhdarı.

Sinoplu Diogenməşhur kinik-filosof (e.ə. V-IV-cı əsrlər), öz hazırcavablığı ilə özünə şöhrət tapmışdır.

Fiditiya və ya sissitiya – spartalılar və kritlilərdə ümumi qonaqlıq, süfrə.

Esion – Attika oratoru, Demofsenin müasiri.

  1. Lisi. Korinfin mühafizəsində həlak olmuş Afinalılar şərəfinə qəbirüstü nitq. II, 60. Hellespontda Afina donan­ması­nın məhv olması nəzərdə tutulur. Aristotel səhvən Sala­min adını çəkir.

  2. Likeleont – Afinalı orator, İsokratın şagirdi. Bizə onun yalnız bir nitqi məlumdur – «Xabrinın müdafiəsi na­mi­nə».

Xabri – Afina sərkərdəsi, Egin yaxınlığında jöyüşlərdə spartalılar üzərində qələbə çalmışdır. Onu, Fivanın Orona verilməsində günahlan­dır­salar da, sonradan səhvini başa düşdülər. Xios yaxınlığında müttəfiqlərlə birgə aparılan döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Xabri həykəlində diz üstə təsvir edilib; deyirlər ki, o, öz ordusuna düşməni diz üstə qarşılamaq əmrini vermişdir. Bu, bir növ heykəlin yalvarıcı ifadəsinə işarədir.



  1. İsokrat, IV, 150.

  2. Yenə orada, 172.

  3. Yenə orada, 180.

11

  1. Skoliya, yəni süfrə başında oxunan mahnıdan sözlər. Müəllif – Keoslu Simoniddir.

  2. İsokrat, IV, 10.

  3. Evripid. Avliddə İfigeniya, 80.

Müasir tərcümədə isə belə sələnir: «Onda yunanlar, nizələrini göydə sürətlə silkələyərək...»

  1. «Odisseya», XI, 598.

  2. «İliada», XIII, 587, IV, 126, XI, 574, XV, 542.

  3. Odissey («Odisseya», XI, 593-600). Aiddə Eolun oğlu Sizifi görür; sonuncu, cəza olaraq, dönə-dönə, faydasız bir iş görür, daşı dağa yuvarladır.

  4. «İliada», XIII, 797-799.

  5. Bax.: «Ritorika», III, 10.

  6. Arxit (e.ə.V-IV-cı əsrlər) – Tarent şəhərindən (cənubi İtaliya) pifaqorçu-filosof, Filolayın şagirdi, Platonun dostu.

  7. Krematra – tavandan asılmış qutu, yunan teatrında aksessuar kimi (səhnə dekoratiyası) istifadə edilirdi.. Bax.: məsələn, Aristofan. Buludlar.

  8. İsokrat, V, 40.

  9. Bax.: qeyd 58, II-ci kitab.

  10. Bax.: qeyd 105, II-ci kitab.

  11. Bu hissə başqa heç bir yerdə qeydə alınmayıb.

  12. Nikon - yeni komediya dövrünün dramaturqu, «Ki­fa­red» komediyasının müəllifi; bu günə gəlib çıxan kiçik bir parçası var.

  13. Sözlərin oxşarlığından istifadə olunur: «thratto» - «hə­yə­canlandırıram», «Thrattẽ» - «frakiyalı qadın».

  14. Sözlərin oxşarlığından istifadə olunur: «persai» - «məhv etmək» və «Persẽs» - «fars».

  15. Sözlərin oxşarlığından istifadə olunur: omonimlər «axchẽ» - «əvvəli» və «rəhbərlik».

  16. İsokrat, V, 61, VIII, 101.

  17. Burada «anaschetos» sözü («dözümsuz») qadın adı «Anasxet» kimi işlədilir.

  18. Naməlum müəllifin komediyasından bir parça.

  19. Koskun əsərindən bir parça.

  20. Bax.: «Ritorika», III, 6 (əvvəli).

  21. Bax.: yenə orada (axırı).

«Truba lirasız çalınan melodiyadır». Bax - həm də Heraklitin lira və kamanın harmoniyası haqqında fikirlərinə.

Forminqa –simli musiqi aləti.

  1. Nikerat – məşhur Afina sərkərdəsi Nikinin oğlu. «İliada» və «Odisseya»nın oxunuşunda. Pratiy adlı rapsodla (şer oxuyan) yarışa girmişdir. Nikerat Otuz tiran oliqarxiyası zamanı edam edilmişdir (Ksenofont. Yunan tarixi. II, 3).

  2. Naməlum müəllifin komediyasından bir parça.

  3. Yenə orada.

  4. Krit və Rodos arasında yerləşən Karpat adasına dovşanlar gətirildi; bunlar, artaraq, kənd təsərrüfatına xeyli zərər vurdular.

  5. Bu – yunan rəhbərlərin səfirliyinin xeyrinə deyilən Axillin sözləridir.

  6. Xeremon haqqında bax.: qeyd 110, kitab II.

Loqoqraflar – erkən yunan tarixçiləri, əksəriyyəti İoniya mənşəli idilər. Onlar qədim tayfalar və qəhrəmanlar, şəhərlərin salınması, onların yaşayışı, məbədlər və qurban vermələr haqqında rəvayətləri qələmə alırdılar.

Xios adasında Likimni – xor mahnılarını yaradan şair; bu mahnıların bir neçə parçası bu günə gəlib çıxmışdır.



  1. Filemon - məşhur aktyor (e.ə.IV-cü əsr).

Anaksandridin komediyası haqqında bax.: Ateneydə (XIV, 614 s.).

  1. Amplifikasiya – ritorik fiqur (mətnin mürəkkəbləş­dirilməsi).

  2. «İliada», II, 671-673.

  3. Skiaqrafiya – məkan genişliyi təsəvvürü yaratmaq məqsədi daşıyan rəsm.

13

  1. Bax.: qeyd 21.

  2. Yelenanın şərəfinə nitqində İsokrat sofistləri, onla­rın mübahisə etmək (yəni evristikanı) formasını pisləyir.

  3. Qorgi, B, 7.

  4. İsokrat, IV, 1.

  5. Bax.: qeyd 83, kitab II.

  6. Xeril – epik şair (e.ə.V-ci əsr), yunanlılarla farsların mübarizəsini vəsf etmişdir. İlk dəfə olaraq tarixi mövzulara müraciət etmişdir; mifoloji süjetlər hələ ki ən-ənəvi poezi­yanın məzmununa aid idi.

  7. Timofeyin difirambından bir parça; bizə gəlib çıxmayıb.

  8. «İliada».

  9. «Odisseya».

  10. Bax.: Xeril, hissə 1.

  11. Sofokl. Edin çar, 774.

  12. Keos adasından Prodik (e.ə. təqribən 470-ci illər) – sofist; əsasən əxlaqi məsələləri təhlil edirdi. O, dilin sinoni­miyasını öyrənirdi, yəni sözün əhəmiyyətini yüksək qiymət­ləndirən sofistlədən biri idi.

Burada, yalnız ödəniş haqqını hamıdan çox verən şagirdlərə öyrədilən ideyalar nəzərdə tutulur.

  1. Sofokl. Antiqona, 223.

  2. Evripid. Tavriddə İfigeniya, 1162.

  3. Bax.: «Ritorika», II, 1.

  4. «Odisseya», VI, 327.

  5. Platon. Meneksen, 235 d.

  6. Qorgi, B10.

15

  1. Navsikrat – orator, İsokratın şagirdi (e.ə.IV-cü əsr).

  2. Ola bilsin ki, burada Sofokla qarşı öz oğlu tərə­findən irəli sürülən ağıldan kəm olması ittihamı nəzərdə tutu­lur. Buna cavab olaraq, Sofokl hakimlər qarşısında «Kolonda Edip» əsərini oxumuşdur.

  3. Burada söhbət Evripidin afinalı Gigidenonta qarşı nitqindən gedir; sonuncu onu Allahsızlıqda günahlandırdı. Antidosis – hərfi mənada «mübadilə» deməkdir; burada «əvəz­çıxma, təhqirin əvəzi» mənasında işlədilir.

  4. Dionisin şərəfinə yarış; burada – dramaturqların teatr yarışları.

  5. Sofoklun naməlum «Tevkr» faciəsi.

Tevkr – yunan qəhrəmanı Telamon və Gesionanın (Troya çarı Laomedontun qızı, onu Telamon Troyanı mühasirədən qurtardığına görə hərbi qənimət kimi qazanmışdı) oğlu.

  1. «İliada». Perepisatğ iz rukopisi

16


  1. Axill – Homerin «İliada» əsərinin qəhrəmanı – onun şöhrəti Afinada Otuz tiran başçısı Kritinin şöhrətinə qarşı qoyulur.

  2. Herodot (II, 30) – illərlə qarnizonda qalıb əvəz­lən­məyən və axırda Efiopiya tərəfinə keçən Misir əsgərlərindən danışır.

Misir çarı, onları dilə tutaraq deyəndə ki, arvad – uşaqları niyə atırsınız, belə cavab aldı: yeni arvad-uşağın olması onların özündən asıldır.

  1. Odissey («Odissey», XXIII, 310-341) qısa şəkildə çar Alkinoyun məclisində Penelopaya öz həkayətini danışır; «Odisseyada» bu həkayət dörd boyu əhatə edir.

Nə Faill adı, nə də ki poema daha heç bir yerdə qeydə alınmamışdır.

Kiklik adını, e.ə. VII-VI-cı əsrlərdə mifoloji mövzulara, dairəyə («kikl») daxil olan Troya müharibəsi haqqında poemalara verilmişdi.

«Oyney» - Evripidin bizə məlum olmayan faciəsi.



  1. Sofokl. Antiqona.

  2. Esxin – Sokratın şagirdi lisaninin oğlu, bir müddət Sirakuzlarda, tiranlar Böyük Dionisi və Kiçik Dionisi dövründə yaşamışdır.

Kratil – Afinalı filosof, Hepaklitin davamçısı. Platon ona «Kratil» dialoqunu həsr etmişdir.

  1. «Odisseya», XIX, 361.

  2. Karkin (dramaturq) və onun ailəsi haqqında bax.: qeyd 104, kitab II.

  3. HemonSofoklun «Antiqona» faciəsinin qəhrəmanı.

  4. «Odisseya», IV, 204.

  5. Epimenid – yarıəfsənəvi Krit müdriki, e.ə.596-cı ildə Afinada taun epidnemiyasından sonra təmizlik işləri aparmışdır.

  6. İsokrat, IV, 110-114.

  7. Qorgi, B 17.

  8. Eak – yunan qəhrəmanı, Zevs və Eginanın oğlu, Telamonun atası.

  9. Bax.: «Ritorika», II, 23.

  10. Bax.: yenə orada, 25.

  11. Bax.: qeyd 41, kitab I.

  12. Evripid. Troyalı qadınlar, 969.

  13. Sokrat, V, 4-7, XV, 132-139, 141-145.

  14. Görünür ki, söhbət Likamb və onun qızı Neobuladın (ailəsini yamblarda gülünc şəkildə təsvir edən Arxiloxun keçmiş adaxlısı ) gedir.

  15. Arxilox, hissə 25.

Giges – yarıəfsanəvi, olduqca dövlətli Lidiya çarı. Onun haqqında bax.: Herodot (I, 8-15), Platon «Dövlət» (X, a 2b).

  1. Sofokl. Antiqona, 688-696.

  2. Bax.: «Ritorika», II, 21.

18

  1. Lampon – orakulların (falçıların) təfsirçisi.

Demetra ilahəsi şərəfinə Elevsin ibadətləri nəzərdə tutu­lur.

  1. Bax.: Platon. Sokratın apologiyası.

Lilet – Sokratın ittihamçılarından biri.

  1. «Topika», VIII, 4.

  2. Pisandr - 400-lər oliqarxiya Şurasının rəh­bər­lərin­dən biri (e.ə. 411-ci il). Sofokl Afina qanun­vericiliyinin yenidən baxılmasına cəlb edil­mişdir.

  3. Eforlar – Spartada ali vəzifəli şəxslər, onlar çar hakimiyyətinə nəzarət edirdilər.

  4. Bax.: «Ritorika», I, II.

  5. Qorgi, B, 12.

  6. Bax.: qeyd 76, kitab I.

  7. «Nikomax etikası», IV, 13: «rişxəndli o adamdır ki, şərəfli əməllərdən uzaqlaşır, ya da ki bunların əhəmiyyətini həçə endirir».

Yenə orada (IV, 14): «təlxəklər-gülüşün qulu­dur, gözəl sözə görə onların nə özünə, nə də ki başqalarına yazığı gəlmir».

19


  1. Bax.: «Ritorika», I, 9.

  2. Bax.: «Ritorika», II, 19.

  3. Bax.: Yenə orada, I-II.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin