- həkimin qəbulunda AT əhəmiyyətli dərəcədə dəyişkən olduqda;
- aşağı dərəcəli ümumi ÜD riski olan şəxslərdə həkimin qəbulu zamanı yüksək AT ölçüldükdə;
- həkimin qəbulunda və evdə ölçülmüş AT göstəriciləri arasında ciddi uyğunsuzluq olduqda;
- dərman müalicəsinə rezistentlik gözlənildikdə;
yaşlı və şəkərli diabeti olan xəstələrdə hipotenziv epizodlar gözlənildikdə;
yuxu zamanı apnoye (tənəffüsün dayanması) gözlənildikdə
Laborator instrumental müayinələr
- Qanın ümumi analizi
- Sidiyin ümumi analizi
- Qanın biokimyəvi analizi (kalium, natrium, sidik cövhəri, kreatinin və qlükoza)
- Acqarına lipid profili (ümumi xolesterin, yüksək sıxlıqlı lipoproteidlər)
-Elektrokardioqrafiya
- Exokardioqrafiya
- Böyrəklərin və böyrəküstü vəzlərin USM-i
- Fundoskopiya (göz dibinin yoxlanması)
Əlavə müayinələr
*Kreatinin klirensinin hesablanması
* Proteinuriyanın kəmiyyət göstəricisi
* Proteinuriya yoxdursa, mikroalbuminuriyanın təyini
* Qan zərdabında kalsiumun və sidik turşusunun təyini
* Qan zərdabında aşağı sıxlıqlı lipoproteidlərin və triqliseridlərin təyini
* Qan zərdabında qlikolizə olunmuş hemoqlobinin təyini
* Qan zərdabında TTH təyini
* AT-nin 24-saatlıq monitorinqi
* Topuq-bazu indeksinin hesablanması
* Nəbz dalğasının yayılma sürətinin ölçülməsi
* Plazmada və/və ya sidikdə reninin, aldosteronun, kortikosteroidlərin, katexolaminlərin miqdarının təyin edilməsi
* Qan damarlarının rəngli Doppler USM-i
* Kompüter tomoqrafiyası
* Maqnit-rezonans tomoqrafiyası
* Arterioqrafiya
Subklinik orqan zədələnmələrinin aşkarlanması
QAN DAMARLARI Damarlarda hipertrofiya - yuxu arteriyalarının divar qalınlığı (intima-media qalınlığı İMQ0,9) Simptomsuz aterosklerozun olmasını təyin etmək üçün renal və yuxu arteriyaların ekstrakranial Doppler müayinəsi məsləhət görülür Periferik arteriyaların zədələnməsini öyrənmək üçün topuq-bazu arterial indeksi təyin edilməlidir. Bu indeksin normadan aşağı olması periferik arteriyaların xeyli zədələnməsindən xəbər verir.