Gizli beyin infarktları, lakunar infarktlar, kiçik qansızmalar və beynin ağ maddəsinin zədələnməsi Kompüter tomoqrafiya və maqnit-rezonans tomoqrafiyavasitəsilə aşkar olunur
Simptomlar olmadıqda bu üsullardan istifadə edilməsi məsələhət deyil (bu müayinə üsullar geniş yayılmayıb və bahalıdırlar)
AH olan yaşlı xəstələrdə müvafiq testlər (koqnitiv testlər) erkən beyin pozuntularını təyin etməkdə kömək edə bilər.
Elektrokardioqrafiya
Yüksək AT olan xəstələrdə işemiya, aritmiya, SMH və SM yüklənməsini aşkar etmək üçün EKQ müayinəsi aparılmalıdır
Elektrokardioqrafik SMH Sokolov-Lion göstəricisi38 mm və ya Kornell göstəricisi2440 mm/ms Xronik hipertenziyası və exokardioqrafiyada sol ventrikul hipertrofiyası olan orta yaşlı xəstə
Exokardioqrafiya
SMH və SM sistolik funksiyasının pozulmasını, SMH-nin həndəsi formalarını da təyin etməyə imkan verir. Konsentrik hipertrofiyanın olması proqnozun pis olmasına dəlalət edir.
SM diastolik disfunksiyası transmitral Doppler ExoKQ üsulu ilə dəyərləndirilə bilər. Exokardioqrafik SMH: sol mədəciyin kütlə indeksi (SMKİ) K≥125 q/m² Q≥110 q/m² İkincili hipertenziyalar ilə diferensial diaqnostika İlk dəfə aşkar olunmuş AH-li xəstələrin 95%-də hipertoniya xəstəliyi, 4%-də böyrək mənşəli AH, 1%-də digər mənşəli hipertenziyalar müəyyən olunur.
Simptomatik hipertenziyanın olması haqqında aşağıdakı hallarda düşünmək olar:
- Xəstəliyin erkən başlanması
- Qəflətən başlanması
- Yaşlı şəxslərdə tez proqressivləşən AH
- Çox yüksək AT
- Antihipertenziv müalicəyə rezistentlik
- İrsi meylliliyin olmaması
- Laborator-instrumental müayinələrdə spesifik dəyişikliklərin aşkar olunması
Renovaskulyar hipertenziya - 30 yaşdan aşağı və ya 50 yaşdan yuxarı dövrə təsadüf edir. Tez proqressivləşir, bədxassəli gedişlidir, adi medikamentoz müalicəyə davamlıdır.
Renoparenximatoz hipertenziya -Periorbital ödemlər, ayaqlarda ödemlər. hematuriya, proteinuriya. USM zamanı böyrəklərin ölçülərinin artması (kəskin xəst.), kreatinin klirensinin azalması, proteinuriya, hematuriya, həmçinin bakteriuriya, leykosituriya. USM-də böyrək ölçülərinin azalması, exogenliyin artması (xronik xəstəliklər)