Asc-nin sədr müavini bildirib ki, artıq bərpa işlərinin 80 faizi görülüb, indi betonlama işləri gedir



Yüklə 12,46 Kb.
tarix12.04.2023
ölçüsü12,46 Kb.
#96726

“Xaçınçay su anbarı 1964-cü ildə tikilib. Xaçın çayı təqribən dəniz səviyyəsindən 1800 metr hündürlükdən mənbəyini götürür. Mənbəyi bulaq suları, yeraltı sular və yağış sularıdır. Xaçınçay su anbarı Ağdam rayonunun 7000 hektar əkin sahəsinin suvarılmasını təmin edib. Bu su anbarı da işğal altında olmuş ərazilərimizdəki digər infrastruktur obyektləri kimi mənfur qonşularımız tərəfindən bərbad vəziyyətə salınıb, demək olar ki, tamamilə dağıdılmışdı”.
APA xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov Xaçınçay su anbarına media-tur zamanı bildirib. Rafiq Aslanov su anbarının bəndinin qəzalı vəziyyətə düşdüyünü deyib.
Onun sözlərinə görə, işğaldan azad olduqdan sonra 2020-ci ildə Azərbaycan Prezidenti tərəfindən yaradılan dövlət komissiyasının üzvləri və sədri dəfələrlə anbara baxış keçirib: “Komissiya müzakirələr apardı və təcili olaraq tədbirlər görülməsi qərara alındı. İlk növbədə ərazi müvafiq qurumlar tərəfindən minalardan təmizləndi. Təmizləndikdən sonra iqtisadi, texniki əsaslandırma layihələri ilə bağlı müsabiqə elan olundu. Qalib müəyyən olunandan sonra işlərə başlanıldı. Müsabiqənin qalibi KBT şirkəti tərəfindən 2 ay öncə işlərə başlanılıb. Burda təkcə yamacın beton hissəsi 80 min kvadratmetrə yaxın aşınmışdı. Dəmir hissəsi çıxarılmışdı. Su qəbuledici qurğular da çox pis vəziyyətə düşmüşdü, mənfur qonşularımız tərəfindən qurğuların qapıları sökülüb aparılmışdı".
ASC-nin sədr müavini bildirib ki, artıq bərpa işlərinin 80 faizi görülüb, indi betonlama işləri gedir.
Rafiq Aslanov deyib ki, gələn ilin oktyabr ayına qədər Xaçınçay su anbarında bərpa işlərinin tamamilə başa çatdırılması nəzərdə tutulur. Suyun yığılmasını təmin edilsə, 2024-cü ilin payız suvarmasını anbar vasitəsilə həyata keçirmək mümkün olacaq.
Yüklə 12,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin