ASİya iNKİŞaf banki



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix06.09.2017
ölçüsü0,97 Mb.
#29038
1   2   3   4   5   6   7   8

C. Nəticə 

26. 


1994‐cü  ilin  Informasiya  Siyasəti  və  Açıqlama  Siyasəti  təshih  edilməlidir.  Şəffaflıq 

öhdəliyini yerinə yetirmək və maraqlı tərəflərin hörmət və inamını qazanmaq üçün AİB güclü 

liderlik, münasib resurslar və xarici əlaqələr barədə təşkilat daxilində fikirlərin dəyişdirilməsinə 

dayanaraq daha aydın və cəmləşdirilmiş yanaşma inkişaf etdirməlidir. Bu cür yanaşma AİB‐in 

işində  maraqlı  tərəfin  iştirakını  gücləndirmək  məqsədilə  informasiyanın  vaxtında  və  müvafiq 

açıqlanmasını dəstəkləyən istehsal mədəniyyətinə cilallanmalıdır. 

 

 

IV.



 

SİYASƏT  

27. 


İctimai  əlaqələr  siyasətinin  (Siyasət)  məqsədi  maraqlı  tərəflərin  AİB‐ə  olan  inamını  və 

AİB‐lə  işləmək  qabiliyyətini  artırmaqdır.  AİB  əməliyyatlarının  inkişaf  təsirini  daha  da 

gücləndirilməsi üçün Siyasət aşağıdakı məsələlərə yönəlibdir: 

 



 

AİB    rəhbərliyi,  başqa  maraqlı  tərəflər,  və  ümumiyyətlə  ictimaiyyət  arasında 

AİB‐in fəaliyyəti, siyasəti, strategiyaları, vəzifələri və nəticələrinin açıqlanması və 

anlaşılması; 

 

inkişaf  məsələlərində  yeni  və  innovativ  perspektivlərlə  təmin  etmək  üçün 



öyrənilmiş dərslər və bilgi inkişafı mübadiləsi; 

 



inkişaf  prosesində  iştiraka  yönəlmiş  AİB‐lə  layihə  təsir  olunan  insanlar  daxil 

olmaqla maraqlı tərəflər arasında daha geniş ikitərəfli informasiya yayımı; və 

 

AİB əməliyyatlarının şəffaflığı və məsuliyyəti 



 

28. 


Beləliklə,  AİB  işi,  görüşləri  və  fikirləri  haqqında    bilgi  və  informasiyanı  ictimaiyyət  və 

maraqlı  tərəflərlə  daha  da  fəal  bölüşdürəcəkdir.  AİB  həmçinin  fərdi  informasiya  sifarişlərinə 

cavab  olaraq  məlumatı  açıqlayacaqdır.  Məxfilik  üçün  ciddi  səbəb  olmadıqda  informasiyanın 

açıqlama prezumpsiyası olacaqdır. 

 

29. 


AİB  etiraf  edir  ki,  şəffaflıq  yalnız  inkişafın  effektivliyini  deyil,  həm  də  ictimaiyyətin 

təşkilata  olan  inamını  artırır.  AİB  şəffaflığın  müsbət  nümunəsi  olacağına  və  şəffaflıq 

məsələlərində üzvlərinə verdiyi məsləhətlərə uyğun hərəkət edəcəyinə çalışır. 

 

30. 



AİB  inkişaf  etməkdə  olan  üzv  ölkələrdə  dəstək  verdiyi  fəaliyyətlərin  ölkəyə  məxsus 

olduğunun önəmliliyini qəbul edir. Buna görə də inkişaf etməkdə  olan üzv ölkələrin görüşləri 

və maraqlarına Siyasətin icrası zamanı hörmətlə yanaşılmalıdır.  

 

31. 



AİB  insanların  AİB‐in  yardım  etdiyi  fəaliyyətlər  barədə  informasiya  və  ideyaları 

axtarmaq,  almaq  və  ötürmək  haqqını  dəstəkləyir.  AİB  maraqlı  tərəflərlə  ünsiyyət  qurmaq, 

onları  dinləyə  bilmək  və  onların  rəylərini  öyrənmək  üçün  informasiyanı  vaxtında,  aydın  və 

münasib  qaydada  çatdırmalıdır.  AİB  layihənin  dizaynı  və  icrasına  onların  töhfə  verə  bilməsi 

üçün təsir olunan  insanlarla kifayət qədər vaxtında informasiya ilə bölüşməlidir. 

 


 

 

 



32. 


İşi təkmilləşdirmək üçün keçmiş təcrübələrdən öyrənərək AİB uğursuzluqlar və uğurlar 

haqda  hesabat  verməlidir.  AİB  məlumatı  yalnız  mənfi  olduğuna  görə  saxlamalı  deyildir.  AİB 

siyasət  və  əməliyyatlar  üzrə  konstruktiv  debat  və  dialoqu  həvəsləndirməlidir.  İctimai  təşkilat 

kimi, AİB ictimaiyyət qarşısında hesabat verməlidir.  

 

33. 


AİB  seçərəkdən  məlumatı  açıqlamamalıdır;  Siyasət  üzrə  siyasət,  strategiya  və  icra  

planlarının  şərtlərinə  uyğun  olaraq  AİB‐in  açıq  elan  etdiyi  informasiyanı  əldə  etməkdə 

insanların hüquqları bərabər olmalıdır. 

 

34. 



AİB  üzvləri,  vətandaş  cəmiyyəti  təşkilatları,  biznes,  media,  akademik  müəssisələri, 

inkişaf üzrə tərəfdaşlarının və umumiyyətlə ictimaiyyətin yoxsulluğun Asiyada azaldılmasında 

rolu barədə anlayışlarını genişləndərmək üçün çalışmalıdır.  

 

35. 



Praktika  və  qanun  baxımından  tam  açıqlama  həmişə  mümkün  olmur.  Məsələn,  AİB 

ideyaları  araşdırılmalı,  informasiyanı  bölüşməli,  daxilində  və  üzvləri  ilə  açıq  müzakirələr 

aparlmalı  və  özəl  sektor  əməliyyatlarına  aid  xüsusi  tələbləri  müzakirə  etməlidir.  AİB 

əməkdaşlarının,  özünün  və  özəl  sektorda  layihə  sponsorlarının  qeyri‐ictimai    /biznes 

informasiyasının  məxfiliyini  qorumalıdır.  Bununla  belə,  istisnalar  məhduddur  və  AİB 

hazırladığı bütün informasiyanı bu informasiya  Siyasətin 126‐cı, 127‐ci, 130‐cu paraqraflarında 

göstərilmiş istisnalara aid edilmədikdə açıqlamalıdır. 

 

36.  



Siyasətin  başqa  müddəaları  ilə  məhdudlaşdırılmadıqda  Direktorlar  Şurasına  catdırılan 

sənədlər  Direktorlar  Şurasına  paylandıqdan  dərhal  sonra  açıqlanmalı,  Direktorlar  Şurasının 

müzakirəsinə təqdim olunan sənədlər isə Direktorlar Şurası tərəfindən təsdiq olunduqda və ya 

müsbət rəy verildikdə açıqlanmalıdır. 

 

37. 


AİB Siyasətində göstərilən ümumi  prinsipləri aşağıda təsvir edilən strategiya vasitəsilə 

icra  etməlidir.    Siyasətdə  AİB‐in  fəal  olaraq  ictimaiyyət  üçün  açıqlayacağı  informasiya  və 

həmçinin  informasiyanın  AİB‐in  sifarişi  ilə  ictimaiyyət  üçün  açıqlanacağının  və  ya  AİB‐in 

razılığı olmadan açıqlanmayacağının müəyyən şərtləri göstərilir.  

 

38. 


Siyasətin  açıqlama  müddəaları  (başqa  müddəaları  deyil)  və  Direktorlar  Şurası 

tərəfindən hər hansı başqa təsdiq olunmuş siyasət arasında ziddiyət yarandığı halda Siyasətin 

açıqlama müddəalarına üstünlük verilməlidir. 

 

V.



 

 STRATEGİYA 

39. 


Siyasətin  məqsədlərinə  çatmaq  üçün  bu  strategiya  iki  xüsusi  nəticəni  əldə  etmək  üçün 

nəzərdə tutulmuşdur:  

 

(i)


 

fəal xarici əlaqələr; və 

(ii)

 

AİB əməliyyatları barədə informasiyadan təkmilləşdirilmiş istifadə imkanları. 



 

 

 

9



40. 

Strategiya  iki  ayrı  lakin  bir‐birini  tamamlayan  hissələrdən  ibarətdir:  xarici  əlaqələr  və 

informasiyanın  açıqlanması.  Xarici  əlaqələr  AİB‐in  tanıdılması  və  əsas  müştəriləri  tərəfindən 

anlaşılması  üçün  əsasən  güclü  xarici  əlaqələrin  qurulmasında  cəmləşəcəkdir  –nəticə  (i). 

İnformasiya açıqlanmasının məqsədi, xüsusilə AİB‐lə birbaşa əməliyyat və biznes əlaqələrində 

olan insan və təşkilatlarla tərəfdaşlığın gücləndirilməsi olacaqdır —nəticə (ii).   



 

A.

 

Xarici əlaqələr 

41. 


AİB  konkretləşdirilmiş  xarici  əlaqələr  siyasətini  müəyyən  etməklə  xarici  əlaqələrə 

yanaşmalarını prioritetləşdirərəkgücləndirəcəkdir. AİB üzvləri üçün önəmli məsələlərdə aydın 

mövqe ortaya qoyacaq, bu mövqeni izah etmək üçün informasiya məhsullarını təkmilləşdirərək 

daha  geniş  şəkildə  yayacaqdır.  Təşkilat  daxilində  xarici  əlaqələrin  önəmliliyinə  aydınlıq 

gətirmək üçün AİB təşkilat planlarında düzəlişlər edəcək və buna uyğun olaraq əməkdaşlarının  

bacarıqlarını inkişaf etdirəcəkdir.  

 

 

1.



 

İlkin şərtlər  

42. 


Xarici auditoriyaların maraqlarını artırmaq üçün, AİB əmin olmalıdır ki:  

 

(i)



 

orijinal ideyalar və inkişaf məsələlərinə dair aydın mesajlar verir; 

(ii)

 

əməliyyatı  təcrübə  və  araşdırmalarından  irəli  gələn  bu  məsələlərin  beynəlxalq 



müzakirələrində fəal iştirak edir; 

(iii)


 

media və digər xarici auditoriyalarla görüşmək üçün müntəzəm olaraq imkanlar 

axtarır; 

(iv)


 

açıq  və  fəal  daxili  ünsiyyət  saxlamaqla  əməkdaşlarAİB‐in  məsələlərlə  bağlı  

görüşləri və mövqeləri barədə məlumatlandırılır; 

(v)


 

sənədləşmə aparır; və 

(vi)

 

əməkdaşlarıAİB‐lə  birbaşa  əməliyyat  və  biznes  əlaqələri  quran  insan  və 



təşkilatlarla güclü əməkdaşlığı davam etdirir. 

 

2.



 

Liderlik və Motivasiya 

43. 


AİB  Menecmentinin  hər  bir  üzvünün  xarici  əlaqələrin  gücləndirilməsində  yüksək 

səviyyəli    öhdəliyi  vacibdir.  AİB‐in  xarici  əlaqələr  strategiyasının  müəyyənləşməsində, 

təshihində  və  icrasında  Menecment  əsas  rol  oynayacaqdır.    AİB‐in  əsas  ünsiyyət  quran 

Menecment üzvləri xarici əlaqələr fəaliyyətində fəal iştirak edəcək və AİB‐in əsas auditoriyaları 

ilə  donor  və  borc  alan  ölkələrdə  qərar  verənlər  və  rəy  liderləri  daxil  olmaqla  güclü  əlaqələr 

quracaqdır.    

 

44. 


AİB‐in əməkdaşlarının xarici auditoriyalarla aktiv işləmək həvəsində olmadığını və AİB 

daxilində xarici əlaqələrin yalnız ikinci dərəcəli məsələ deyil, həm də riskli olduğu barədə geniş 

yayılmış  fikri  nəzərə  alaraq,  Menecment  tərəfindən  əməkdaşlarının  xarici  əlaqələrdə  fəal 

iştirakının həvəsləndirilməsi vacibdir. Əməkdaşlarınınişinin ictimaiyyətə izahının indi prioritet 

olmasını  anlamasına  Menecment  əmin  olmalıdır.  Bunun  üçün,  Menecment  əməkdaşlarıilə 


 

 

 



10 

ünsiyyətini genişləndirəcək, onlarla fikirlərini bölüşəcək və bütün səviyyələrdə onların rəylərini 

öyrənəcəkdir.  

 

3.



 

Hədəf Auditoriyaları 

45. 


AİB  geniş  miqyaslı  auditoriyalarla  işləyir  və  onlara  təsir  etməyə  çalışır  (Qutu  1).  Bu 

qrupların  hər  biri  AİB  üçün  önəmlidir  və  onun  effektivliyinə  töhvə  verə  bilər.  AİB‐in  əsas  iş 

apardığı inkişaf etməkdə olan üzv ölkələr, onun gündəlik əməliyyatlarında əsas partnyorlarıdır. 

AİB‐in uzun müddətli məqsədlərinə çatması üçün bu ölkələrdəki qərar verənlər və rəy liderləri 

ilə    güclü  əlaqələri  vacibdir.  Bu  əlaqələrin  inkişafında  və  saxlanılmasında  daimi 

nümayəndəliklər  xüsusi  rol  oynayacaqdır.  Donor  ölkələrdəki  qərar  verənlər  və  rəy  liderləri, 

başqa  inkişaf  təşkilatları  və  vətəndaş  cəmiyyəti  daxil  olmaqla,  digər  auditoriyalarla  etibarlı 

əlaqələrin  qurulması  AİB  əməliyyatları  və  onların  effektivliyinin  artması  üçün  önəmlidir 

(paraqraflar 9‐14).  

 

46. 



Resurslar  həmişə  məhdud  oluduğundan  AİB  auditoriyalarını  prioritetləşdirməlidir. 

AİB‐in inkişaf etməkdə olan üzv ölkələrdəki geniş miqyasda qərar verənlər və rəy liderləri ilə 

sıx  biznes  əlaqələrini  nəzərə  alaraq,  bu  strategiya  yeni,  xüsusilə  də  donor  ölkələrdəki 

auditoriyaları  cəlb  etməyi  nəzərdə  tutur.  Auditoriyaların  prioritetləşdirilməsi  aşağıdakı 

meyarlara  əsaslanacaqdır:  

 

(i)



 

Qərar  verənlərə  təsir  səviyyəsi.  AİB  əməliyyatları  müxtəlif  qərar  verənlərin, 

xüsusilə  də  nazirlərin,  parlament  üzvlərinin  və  dövlət  icraçılarının  təsirindədir. 

Hədəf qrupları bu qərar verənlərin fikirləri əsasında seçiləcəklər.  

 

(ii)



 

Dolayısı hədəf qrupları üçün ”kanallar” rolu. AİB barədə informasiya və fikirlər bir 

çox iştirakçılar tərəfindən ifadə olunur, və bundan sonra geniş hədəf qruplarına 

ötürülür. AİB elə əlaqələr quracaq ki, bu əlaqələr onun mesajlarının strategiyada 

bir  başa  deyil,  dolayısıyla  müəyyənləşmiş  hədəf  qruplarına  çatdırılmasında 

yardımçı olsun.   

 

47. 



İnkişaf etməkdə  olan üzv ölkələrində hədəf qrupları ilə əlaqələrin gücləndirilməsi təsir 

olunan  insanlar  üçün  təmas  nöqtələri  olan  AİB  əməliyyat  şöbələrinin  məsuliyyəti  olaraq 

qalacaq,  və  bu  şöbələr  xüsusi  əməliyyatlara  bir  başa  qatılan  vətəndaş  cəmiyyəti  təşkilatları  ilə 

əməkdaşlığın qurulmasına cavabdeh olacaqdır. QHT Mərkəzi ümumiyyətlə vətəndaş cəmiyyəti 

ilə əlaqələrin qurulmasına və davamlılığına cavabdehdir.   

 

48. 



AİB üçün geniş ictimaiyyətlə əlaqələrin qurulması vacib olsa da, bu strategiya donor və 

ya inkişaf  etməkdə olan  üzv ölkələrdəki  icimaiyyəti və ya özəl  sektoru  birbaşa hədəf qrupları 

kimi nəzərdə tutmur.  AİB‐in geniş ictimaiyyətlə əlaqəsi bir başa olmayaraq  qalacaqdır.

11

  



 

                                                 

11

  Qəbul olunub ki, informasiya ictimaiyyətə media və başqa rəy liderləri vasitəsilə çatdırıldıqda rəy liderlərinin fərdi 



görüşləri və anlayışları ilə tənzim olunur. 

 

 

11



4.

 

Hədəf Auditoriyaları ilə Əlaqələrin Yaradılmasına  Yanaşmalar 

49. 


Hədəf  auditoriyaları  ilə  güclü  və  davamlı  əlaqələrin  qurulması  ardıcıl  şəxsi  qarşılıqlı 

əlaqələri  və  yalnız  ictimai  əlaqələr  materiallarını  deyil,  həm  də  mütəmadi  əsas  informasiya 

mübadiləsini  tələb  edəcəkdir.  Bu  əlaqələrin  qurulması  üçün  vaxt  və  xüsusilə  də  pul  gərəkdir, 

çünki AİB‐in gərargahı Manilada yerləşir, bu isə nə beynəlxalq media, nə də araşdırma mərkəzi 

deyildir. Əlaqələr Menecment və rəhbər işçilər tərəfindən missiyalar zamanı və nümayəndəlik 

ofislər vasitəsilə qurulacaq və inkişaf etdiriləcəkdir. 

 

50. 


AİB  aparıcı  media  ilə  əlaqələrini  gücləndirəcəkdir.  Qəzet,  jurnal  və  TV  xəbərlər 

proqramlarında  Menecmentin  çıxışları  AİB  araşdırmaları  və  əməliyyatları  barədə  hədəf 

auditoriyalarına təsir etmək üçün KİV‐lərdə informasiya yayacaqdır. AİB müntəzəm olaraq rəy 

liderləri  ilə AİB barədə informasiya mənbələrinə aid sorğular keçirəcək və buna uyğun olaraq 

hədəf medianı seçəcəkdir.

  

 



51. 

Xarici əlaqələr Avropa, Yaponiya və Şimali Amerikadakı nümayəndəlik ofislərinin əsas 

funksiyası  olacaqdır.  Bu  ofislər  media  və  rəy  liderləri  ilə  əlaqələri  genişləndirmək  üçün 

fəaliyyət  göstərəcək,  AİB‐in  görüşləri  və  inkişaf  məsələləri  barədə  informasiya  yayacaq  və 

inkişaf üzrə ictimai müzakirə və debatlara qatılacaqdır.   

 

52. 



Menecment  və  əməkdaşlarkonfranslar,  seminarlar  və  beynəlxalq  tədbirlərdə  AİB‐in 

mesajları  və  onun  işi  barəsində  məlumatları  çatdıracaq.

12

  Əhəmiyyətli  təsirə  nail  olmaq  üçün  



cəmləşdirilmiş, xarici strategiya tədricən həyata keçiriləcəkdir.  

 

5.



 

Əsas Əlaqələndiricilər

  

53. 


Xarici  yayım  üçün  vəsaitlərin  məhdud  olmasını  nəzərə  alaraq,  AİB  tam  aydın  şəkildə 

əlaqələndiricilərini  və  işləyəcəyi  xüsusi  hədəf  qruplarını  müəyyənləşdirməlidir.    Prezident  və 

Vitse  Prezident  AİB‐in  ən  əsas  olan  əlaqələndiricilərindən    olacaqdır.  Şəxsi  əlaqələr,  yüksək 

səviyyəli  forumlarda  çıxışlar,  müsahibələr  və  məqalələr  vasitəsilə  qabaqçıl  mediada  AİB‐in 

hədəf  qrupları  arasında  adının  yüksəldilməsinə  səylərini  yönəldəcəkdir.  Baş  iqtisadçı,  başqa 

şöbə  və  ofis  rəhbərləri,  daimi  nümayəndəliklər  və  nümayəndəlik  ofislərinin  rəhbərliyi  daxil 

olmaqla xarici auditoriyalarla fəal ünsiyyətdə olacaqlar.   

 

54. 



Buna  əlavə  olaraq,  AİB‐in  ekspertləri,  özəlliklə  də  xüsusi  bazar  iqtisadiyyatı 

araşdırmaları keçirdikləri halda, şəxsi əlaqələr qurmaqla, konfranslara müraciət etməklə, media 

ilə danışmaqla və öz ekspertiza sahələrində rəy məqalələri yazmaqla şəbəkələr quracaqlar.    

 

                                                 



12

  AİB  xarici  fəaliyyətini  izləmək  və  planlaşdırmaq  üçün  hal‐hazırda  elektron  xarici  tədbirlər  qeydiyyat  jurnalının 

üzərində işləyir



 

 

 



12 

B.

 

İnformasiyanın Açıqlanması 

55. 


Siyasət AİB‐in hazırladığı və ya hazırlanılması üçün sifariş  etdiyi sənədlərinə açıqlama 

tələbləri qoyur. Belə sənədlərin hazırlamaq üçün tələbləri izah etmir. AİB‐in başqa siyasətlərinə 

istinadlar  Siyasət  vasitəsilə  edilir.  AİB‐in  başqa  siyasətinə  hər  bir  istinad  bu  siyasətə  vaxtaşırı 

düzəlişlər  olunduğu  kimi  verilir.  AİB  tərəfindən  inkişaf  etdirilmiş  və  ya  yenidən  baxılmış 

istənilən  siyasət  və  ya  strategiya  Siyasətin  qüvvəyə  mindiyi  tarixdən  sonra  bu  siyasət  və  ya 

strategiya üzrə tələb olunan sənəd və başqa informasiyaya aid açıqlama tələblərini aydın ifadə 

etməlidir. Bu açıqlama tələbləri Siyasətdə göstərilmiş ümümi prinsiplərə uyğun gəlməlidir.

  

 



1.

 

Tərcümələr 

56. 


AİB‐in  işçi  dili  ingilis  dilidir.

13

  Bununla  belə,  sənədlərin  və  başqa  informasiyanın  digər 



dillərə  tərcüməsi  çox  vaxt  iştirakı  həvəsləndirmək  üçün,  həmçinin  də  AİB‐in  yardım  etdiyi 

fəaliyyətin  səhmdarlar  və  başqa  maraqlı  tərəflərin  anlaması  və  dəstəkləməsi  üçün  gərəkdir.  

Xarici  maraqlı  tərəflərlə  məsləhətləşmələr  apararaq,  AİB  onun  əməliyyatlarına  aid  sənədlər 

üçün tərcümə əsasını inkişaf etdirməlidir.  

 

57. 


AİB  əməliyyat  ehtiyaclarından  asılı  olaraq  tərcümələri  öz  üzərinə  götürəcək.  Bu 

tərcümələrə  aşağıdakı  informasiya  daxildir:  (i)  biznes,  siyasətlər  və  strateji  fikirlərə 

ünvanlanmış və geniş beynəlxalq ictimaiyyətə çatdırılası məlumat; (ii) ictimai, xüsusən də təsir 

olunan insanlarla məsləhətləşmələr üçün məlumat (paraqraf 74); (iii) xüsusi ölkələr, layihələr və 

proqramlara aid məlumat; və (iv) internetdə yerləşdirmək üçün nəzərdə tutulmuş məlumat. 

 

58. 



Tərcümə  kriterilərinə,  aid  olan  auditoriyanın  savadlılıq  səviyyəsi,  bildikləri  dillər, 

tərcüməyə alternativlər, tərcümə üçün tələb olunan vaxt və xərclər daxildir.  

 

2.

 

AİB Əməliyyatlarına dair İnformasiya 

59. 


AİB inkişaf fəaliyyətini başlamaq və icra etmək məqsədilə borc  alanlarla və özəl sektor 

layihə sponsorları ilə sıx əməkdaşlıq edir. Bunu edərkən, AİB borc alanları və sponsorları  AİB‐

in  yardım  göstərdiyi  əməliyyatları  barədə  informasiyanın  açıqlanması  prezumpsiyası  ilə  tanış 

edəcəkdir.  Müəyyən  edilmiş  vaxt  müddətinə  uyğun  olaraq  və  müvafiq  borc  alanla  və  ya  özəl 

sektor  sponsoru  ilə  məsləhətləşmələrdən  sonra  aşağıdakı  sənədlər  ictimaiyyət  üçün  açıq  və 

açıqlama istisnaları seksiyasına uyğun olmalıdır (paraqraflar 123‐130).  

 

 

 



 

 

                                                 



13

  AİB. 1966. Asiya İnkişaf Bankının Əsasına dair Razılaşma. Manila: Maddə 39.1. 



 

 

13



a.

 

Ölkə və Regional Proqramlar  

i.

 

Strategiya və Proqram Qiymətləndirmələri 

60. 


AİB  ölkə  strategiyası  və  proqramı  (ÖSP),  habelə  regional  əməkdaşlıq  strategiyası  və 

proqram  (RƏSP)  sənədlərini  hazırlayarkan  qiymətləndirmə  üzrə  araşdırmalar  aparır.  Bu  cür 

strategiya  və  proqram  qiymətləndirmələrinə  yoxsulluğun  təhlili,  iqtisadi  analizlər,  tematik 

analizlər (gender,  idarəçilik,  ətraf  mühit və özəl sektor) və sektor  qiymətləndirmələri  daxildir. 

Qiymətləndirmələr  qeyri‐hökümət  tərəflərlə  məsləhətləşərək  aparılarsa,  ölkə  daxili  maraqlı 

tərəflər  üçün  qaralama  variantında  açıqlana  bilər.  AİB  strategiya  və  proqram 

qiymətləndirmələrini tamamladıqda ictimaiyyət üçün açıqlamalıdır.  

 

ii.



 

Strategiyalar və Proqramlar  

61. 


ÖSP  ölkə  ilə  razılıqda  AİB‐in  aralıq  inkişaf  strategiyasını  və  əməliyyat  proqramını 

müəyyən edir. ÖSP‐lərə AİB yardımını gözləyən layihələrin konseptual sənədləri daxildir. ÖSP‐

nin  təshihi  (ÖSPT)  ÖSP‐nin  davamlı  münasibliyini  nəzərdə  tutur,  onun  icrasını  təsvir  edir  və 

növbəti 3 il üçün əməliyyat proqramını şərh edir.  

 

62. 


Bundan  əlavə,  RƏSP  subregional  səviyyədə  təklif  olunan  AİB  yardımının  məntiqi 

əsaslandırılmasını  verir.  RƏSP  AİB  yardımının  dövlət  vəzifələrini  və  strategiyalarını  necə 

tamamladığını müəyyən edir və təklif olunan regional layihələrin konseptual sənədlərini əhatə 

edir. RƏSP hər il təshih edilir(RƏSPT).  

 

63. 


AİB  növbəti  il  üçün  hazırlanması  planlaşdırılan  yeni  strategiyalar  və  proqramların 

siyahısını ictimaiyyət üçün müntəzəm olaraq açıqlamalıdır. 

 

 

64. 



Maraqlı  tərəflərlə  lazımı  məsləhətləşmələri  həvəsləndirmək

14

  və  ölkələrində  və/və  ya 



regionda  onlara  ilkin  strategiya  və  proqramlara  töhfə  vermələrinə  imkan  yaratmaq  üçün  AİB 

ölkə  daxilində  maraqlı  tərəflərə  ilkin  strategiya  və  proqramları  məsləhətləşmələrdən  öncə 

onların  şərhlərinə  təqdim  etməlidir.  Bunlar  (i)  ilkin  sənəd  tamamlanandan  sonra;  və  (ii) 

strategiya  və  proqramın  ilkin  versiyası  hazırlanandan  sonra,  lakin  menecment  toplantısında 

baxılmasından öncə təqdim olunmalıdır.  

 

65. 



Direktorlar  Şurasının  təsdiqindən  sonra  AİB  strategiya  və  proqramları  və  Şuradakı 

strategiya və proqramlar üzrə sədrin hər müzakirəyə aid xülasəsini açıqlamalıdır. Əgər ingilis 

dili müvafiq ölkədə geniş istifadə olunmursa, AİB Direktorlar Şurası tərəfindən dəstəklənəndən 

sonra  istənilən  yeni  ölkə  strategiyası  və  proqramını  (və  ya  onun  təshihi)  90  təqvim  günü 

ərzində geniş anlaşılan dilə tərcümə etməlidir.   

 

                                                 



14

 AİB. 2001. Yenidən Təşkilatlanmış AİB üçün Biznes Prosesləri.  Manila: Əlavə 2: 2‐4 and Əlavə 4: 2

 


 

 

 



14 

b.

 

Siyasətlər, Strategiyalar və Əməliyyat Qaydaları 

66.  


AİB  siyasətlərinin,  sektor  və  tematik  strategiyaların  yenidən  baxılması  və  inkişafı 

zamanı səhmdarların və digər maraqlı olan fərd və təşkilatların aktiv iştirakına cəhd edir. AİB 

müntəzəm olaraq, siyasətlərinin və sektoral və tematik strategiyalarının baxılacaq siyahısını 12 

ay  ərzində  açıqlamalıdır.  Menecment  tərəfindən  bu  inkişaf  və  ya  baxılmaq  üçün  konsepsiya 

sənədinin müddəaları siyahıya əlavə olunmalıdır. AİB gözlənilən üz‐üzə görüşlər daxil olmaqla 

əlaqələr  planlarını  bu  planlar  tamamlanandan  sonra  açıqlamalıdır.  AİB  ictimaiyyət  tərəfindən  

məsləhət    məqsədilə  istifadə  oluna  biləcək  ən  azı  bir  siyasət  və  strategiya  sənədinın  ilkin 

variantını  hazırlamalıdır.  Digər  siyasət  və  strategiyaların,  məsələn,  ictimai  əlaqələr  siyasəti, 

yoxsulluğun  azaldılması  strategiyası  və  hesabat  vermə  mexanizminin  AİB  Menecmenti 

tərəfindən  onların  həmçinin  bu  paraqrafın  tələblərinin  predmeti  ola  bilməsini  müəyyən  edə 

bilər.  

 

67. 



AİB  bütün  siyasət  və  strategiya  sənədlərini  Direktorlar  Şurası  və  ya  Menecment 

tərəfindən  təsdiq  olunduqdan  dərhal  sonra  açıqlamalıdır.  Direktorlar  Şurasının  toplantısında 

müzakirə  olunan  hər  bir  siyasət  və  strategiya  üzrə  AİB  iclas  sədrinin  xülasəsini  siyasət  və  ya 

strategiya sənədini açıqladığı zaman açıqlamalıdır.    

 

68. 


AİB  ölkə  və  regional  proqramlar  və  layihələrin  işlənməsinin  siyasət  və  prosedurlarını 

ictimaiyyət  üçün  açıqlamalıdır.  Bunlara  Əməilyyatlar  Vəsaiti  (Bank  Siyasətləri  və  Əməliyyat 

Prosedurları) və Yenidən Təşkilatlanmış AİB üçün Biznes Prosesləri   daxildir. AİB həmçinin Layihə 

Administrasiyası  Təlimatını,  əməkdaşlarının  əsas  prinsiplərini  və  AİB  əməliyyyatları  barədə 

kitabçaları açıqlamalıdır.    

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin