a.
Açıqlama
136.
XƏO ictimai informasiya və açıqlama üzrə yeni bölmə (İnfoBölmə) bütün AİB
departamentlərinə məsləhət və siyasətin izahatını verəcək və informasiyaların açıqlanma
tələblərinin monitorinqini aparacaq. Həmçinin İnfoBölmənin əməkdaşları üçün Siyasət
informasiyalarının açıqlanması tələbləri üzrə məcburi təlimlər keçirəcək, və AİB öz Siyasətinə
müvafiq təminatı üçün əməkdaşlarının məlumatlandırma və həvəsləndirmə sistemlərini
hazırlayacaqdır. O, əməliyyat departamentlərinə xarici əlaqələr, strategiya, proqram və
layihələr üzrə planların hazırlanmasına kömək edəcəkdir. O, bilavasitə açıqlama üzrə məsləhət
komitəsinin işinə kömək edəcək, Siyasətin icrasındakı irəliləyişlərin monitorinqi haqqındakı
hesabatları ötürəcəkdir (paraqraf 151 bax). İnfoBölmə müntəzəm olaraq AİB buraxdığı
əməliyyat sənədlərinin siyahısını təzələyəcək və ictimaiyyətə geniş istifadəli sənədlər haqqında
informasiya verəcəkdir. O, həmçinin Siyasətin tələblərinə uyğun sorğuların izlənməsi sistemini
aparacaqdır.
137.
XƏO İnternet səhifəsi (web) – dizaynerlər komandası məlumatın işıqlandırılmasını
elektron poçtla saxlayacaq, bu müvafiq sənədlərin hazırlanmasından dərhal onlara yanaşmaq
və elektron poçt vasitəsilə onları maraqlandıran hər hansı informasiyanın alınmasına imkan
verəcəkdir.
138.
XƏO AİB işçiləri arasında açıqlama mədəniyyətinə imkan yaradacaq, və aktiv
informasiya mübadiləsinə həvəsləndirməyə cəhd edəcəkdir.
b.
Tərcümə
139.
Siyasətin təsdiqi anından 6 ay ərzində İnfoBölmə maraqlı tərəflərlə razılaşma üzrə
tərcümə sistemini hazırlayır. Tərcümə sistemi elə üsulları təsvir edəcək ki, bununla AİB işlək
dili sayılan ingilis dilindən əlavə, digər dillərdə olan informasiyaları AİB geniş həcmdə yaya
biləcəkdir.
140.
İnfoBölmə həmçinin AİB çərçivəsində tərcümə işlərini əlaqələndirəcək, AİB əsas
sənədlərinin mərkəzləşdirilmiş qeydiyyatını yaradacaqdır. AİB üzvlərinin istifadə etdikləri
tərcüməçilərin‐mütəxəssis dilçilərin əsas baza göstəricilərini dəstəkləyəcəkdir. AİB departament
və ofislərinin tərcümə xidmətləri haqqında məlumatlandırılmasına köməklik göstərəcəkdir.
c.
İctimaiyyətlə Əlaqələr Siyasəti üzrə Təlimat
141.
Xüsusən ictimaiyyətə istifadəyə təqdim edilən əməliyyat informasiyaları və sənədlərə
XƏO ictimaiyyətlə əlaqələr üzrə əməkdaşları üçün prosedurun mərhələli təsviri, və AİB
31
əməkdaşlarının təlimatlandırılması üçün əsasnamə nəşr etdirəcək. AİB əməkdaşları və
Menecmenti üçün təlimat açıqdır. Siyasətin icrası üzrə özəl sektorun sponsorları və AİB‐dən
borc alan hökümətləri təlimatlandırmaq üçün ayrı təlimat hazırlanacaqdır. Kütləvi informasiya
sahəsinə aydınlıq gətirmək və prosedurların gələcək faydası üçün XƏO öz direktivlərini kütləvi
informasiya vasitələri ilə əlaqələri təshih edəcəkdir. Bütün bu əsasnamələr ictimaiyyət üçün
açıqlanacaqdır. (paraqraf 68).
d.
İctimai İnformasiya Mərkəzləri Şəbəkəsi
142.
Siyasətin icrasının birinci ilində, XƏO kitabsaxlamalar yeri üzrə AİB proqramlarına
yenidən baxılmasını keçirəcək və AİB ictimai informasiya mərkəzlərinin təkmilləşdirilməsi üzrə
strategiyanı hazırlayır. Siyasətin icrasına başlanan tarixdən 2 il ərzində ictimai informasiya
mərkəzlərinin strategiyası və proqramı axıradək işlənib tamamlanacaqdır.
143.
AİB strategiyası özlüyündə informasiya mərkəzlərinin yaradılması və işlərində digər
beynəlxalq təşkilatlarla tərəfdaş kimi iştirak edə bilər. O, həmçinin yollar təyin edərək onun
köməkliyi ilə QHT‐lər və qeyri‐hökümət araşdırma təşkilatlarını AİB fəaliyyəti haqqında
informasiyanın yayılmasında istifadə edə bilər.
4.
Nümayəndəliklər və Daimi Nümayəndəliklər
144.
AİB formalaşmasında və ictimai nüfuzunun saxlanmasında nümayəndəliklər və daimi
nümayəndəliklər birinci dərəcəli rol oynayır, bunun onların məqsədli auditoriyalara yaxınlığı,
onların operativ və iqtisadi məsələlərdə təcrübəsi, və yenə də onların yerləşdiyi ölkə və ya
regionun unikal mədəni və kommunikativ xüsusiyyətlərini bilməsi ilə şərtlənir.
145.
Nümayəndəliklərin və daimi nümayəndəliklərin başçıları AİB əsas əlaqələndiriciləridir.
Onlar AİB kütləvi informasiya vasitələri ilə, bu ölkələr və ya regionlarda qərar qəbul edən
nüfuzlu şəxs və ya şəxslərlə əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə səlahiyyətli
olacaqlar. AİB belə şəxsləri bu vəzifələrin yerinə yetirilməsinə təyin edəcək ki, onlar operativ
işlərdə təcrübəyə, yaxşı kommunikativ səriştəsi və müvafiq münasibətlərə malikdir.
146.
AİB öz daimi nümayəndəliklərində ictimaiyyətlə əlaqələr üzrə işçilərin miqdarını
tədricən artırır.
30
Xarici əlaqələr üzrə personal daimi nümayəndəliklərin başçılarına peşakar
kömək və məsləhətlər verəcək, o daimi nümayəndəliyin menecment komandasının tərkib
hissəsini təşkil etməklə, missiyanın tam fəaliyyət kursunda olacaq. Daimi nümayəndəliyinin
xarici əlaqələr üzrə əməkdaşları müvafiq funksional təsvir və kvalifikasiya tələblərinə malik
olmaqla həmçinin məqsədyönlü və daimi treninq keçəcəklər.
147.
Daimi nümayəndəliklərin xarici əlaqələr üzrə əməkdaşlarının əsas funksiyalarına geniş
ictimai qruplarla əlaqələrin qurulması və inkişafı, və AİB rəhbərliyi işçilərinin özəl sektorla
30
Hal‐hazırda 20‐daimi nümayəndəlikdən beşinin yerli səviyyələrdə xarici əlaqələr ofisi mövcuddur (Çin, Hindistan,
İndoneziya, Nepal və Filipin).
32
əlaqələrinin asanlaşdırılması daxil ediləcəkdir: yerli və beynəlxalq kütləvi informasiya
vasitələrinin AİB nümayəndələrinə və AİB informasiyalarına daimi daxil olması təminatı; daimi
nümayəndəliklərin əməkdaşlarına, bu strategiya informasiyasının açılma aspektlərinin tətbiqi;
ölkə ictimaiyyətinin siyasətin tələblərinin başa düşülməsində informasiya açıqlamalarına
yardım və AİB maraq kəsb edən yerli dövlət və beynəlxalq yeniliklərin ingilis və yerli dillərdə
monitorinqi.
148.
Müvafiq informasiyalarının təkmilləşdirilməsi və onun mübadiləsindən maksimal
mənfəət almaq məqsədilə, tərkibi xarici əlaqələr üzrə nümayəndəliklərin bütün işçiləri, daimi
nümayəndəliklər XƏO olmaqla xarici əlaqələr şəbəkəsi yaradılacaq, və onlar videokonfranslar
(və hər il şəxsən) vasitəsilə görüşəcəklər. Xarici əlaqələr üzrə nümayəndəliklər ikiqat hesabata
malik olacaqlar‐ müvafiq ölkə üzrə direktora və XƏO.
149.
Nümayəndəliklər və daimi nümayəndəliklər bu lazım gələrsə, sənədlərin tərcüməsini və
tərcümənin dəqiqliyə yoxlanılmasını koordinasiya edəcəkdir.
5.
Borc Alanlar və ya Özəl Sektor Layihələrinin Sponsorları
150.
AİB layihələr üzrə informasiyanın açıqlama məsuliyyətinin böyük hissəsi borc alan
hökümət, və ya özəl sektor sponsorunun üzərinə düşür. Layihəyə münasibətdə, layihə
zonalarında təsir olunan şəxslərlə dialoq aparmaq üçün borc alanlar əməliyyat
departamentlərinin əməkdaşları ilə işləyərək əlaqələndiriciləri təqdim edəcəklər(paraqraf 74).
Layihə əlaqələndiriciləri informasiyanı əldə etmək üçün AİB İnternet səhifəsindən istifadə edə
bilərlər, layihəyə və ya ölkəyə dəxli olan belə informasiyaların maraqlı tərəflərə açıqlanmasında
yerli səviyyədə mədəni xüsusiyyətlər nəzərə alınmaqla müvafiq ötürmə mexanizmindən
istifadə olunur.
6.
Açıqlama üzrə Məsləhət Komitəsi
151.
Siyasətin informasiya açıqlanması üzrə tələblərinə təfsir, monitorinq və yenidən
baxılmasına nəzarətə AİB bir orqan, Açıqlanma üzrə Məsləhət Komitəsi (AMK) yaradacaq.
AMK Baş Direktordan (sədr qismində çalışan), XƏO Baş Direktorundan, Katiblik və Baş
Məsləhətçidən ibarət olacaqdır. Komitə birbaşa Prezidentə hesabat verəcəkdir. Bunlara AİB
departamentləri və ya ofisləri tərəfindən rədd cavabı verilibsə, o, sorğuların baxılması və
informasiyaların verilməsi üçün çağırılır.
152.
Siyasətin elementlərinin icrası yolunda informasiyanın açıqlanması zəminində AMK
ictimaiyyətlə əlaqələr siyasəti üzrə illik hesabatın hazırlanmasına öz töhfəsini verəcəkdir. İllik
hesabata ictimaiyyətə təqdimatı cəlb edilən informasiyaların nəticələri həmçinin siyasətdə
istənilən tövsiyələr üzrə dəyişikliklər, AİB informasiya açıqlanmasına kömək edən, operativ iş
üzrə təlimatları və ya təşkilat strukturları daxildir. (paraqraf 162)
33
B.
İnformasiyanın Əldə Edilməsinin Təşkili
1.
Aktiv Açıqlama
153.
Siyasətdə təyin edilən ictimaiyyət üçün olan, informasiya alınmasına verilən sorğular
AİB‐ə həm yazılı, həm də şifahi formada göndərilə bilər. Lakin 157‐ci paraqrafda təyin edilmiş
müvəqqəti çərçivə, Asiya İnkişaf Bankının sorğunu yazılı şəkildə aldığı andan hesablanır.
Sorğular İnfoBölməyə, nümayəndəlik və ya daimi nümayəndəliyə yaxud Əməliyyat
Departamentinə göndərilə bilər. AİB‐in istənilən işçisi yüksək müasir və təcrübəvi tərzdə
sorğunu istəyən şəxsə tövsiyə xarakterli müraciətlə, ictimaiyyətə səmt olan sənədin, əgər onun
İnternetə girişi varsa, müvafiq İnternet səhifədə axtarmasını təmin etməlidir.
31
2.
İstisnalı İnformasiya Sorğuları
154.
Siyasətdə ictimaiyyətin açıq olmayan informasiya və sənədlərin alınması üçün sorğular
yazılı surətdə göndərilməlidir (elektron poçt, İnternet poçtu, və ya faksla). Sorğular
İnfoBölməyə, və ya müvafiq nümayəndəlik və ya daimi nümayəndəliyə göndərilə bilər. Adı
çəkilən ofislərlə informasiya əlaqəsi ictimaiyyət üçün açıq olmalıdır.
155.
Bir halda ki, AİB fəaliyyəti inkişaf etməkdə olan üzv ölkəyə yardım etməyə aiddir, belə
halda müvafiq əməliyyat departamenti sənədlərdəki informasiyaların ictimaiyyətə verilməsini
istisna bölməsinə əsasən (paraqraflar 123‐130), təyin etməlidir, vəziyyətdən asılı olaraq, ölkə,
layihənin sponsoru və ya birgə maliyyələşdirən tərəfdaşlarla məsləhətləşməlidir. Əgər
Siyasətdəki istisnalara əsasən sənəddəki informasiyaların məxfiliyi təyin edilirsə, müvafiq
departament sənədin açıqlanması anınadək məxfi informasiyanı çıxarmalı və qeyd etməlidir ki,
bu material çıxarılmışdır (çıxarılma səbəbini göstərməklə). Əgər lazım gələrsə, İnfoBölmənin
işçiləri başqa departamentlərə Siyasətin şərh edilməsi barədə məsləhətlər təqdim etməlidir.
3.
Sorğuların Dili
156.
AİB sorğuları ingilis və yaxud istənilən rəsmi və ya AİB üzv ölkənin dövlət dilində
verilə bilər. İngilis dilindən başqa digər dillərdə verilən informasiya və sənədlərə sorğular,
müvafiq daimi nümayəndəliyə və ya İnfoBölməyə göndərilə bilər.
4.
Cari İnformasiya Sorğularına Cavabların Müddəti
157.
AİB sorğuların qəbulunu (paraqraflar 153‐154 təsvir edilən kimi) 5 iş günü ərzində
təsdiq etməlidir. Sonra AİB sorğu istəyən şəxsi, hər hansı bir qərar qəbul edilməsi barədə, hər
halda 30 təqvim günündəm gec olmayaraq, məlumatlandırmalıdır. AİB öz cavabında soruşulan
informasiyanı təqdim etməlidir, yaxud sorğuya rədd cavabını, Siyasətlə təyin edilmiş rəddin
səbəblərini göstərməklə verməlidir. AİB baxılmış sorğuların müvafiq qərar və səbəblərinin
siyahısını tərtib etməli və ictimaiyyətə açıqlamalıdır.
31
Xərclərin ödənilməsi proseduru ictimai əlaqələr siyasət üzrə personalın təlimatında.
34
5.
Şikayətlər
158.
Əgər sorğu istəyən şəxs hesab edir ki, onun xahişi əsaslandırılmamış rədd edilib və ya
Siyasət düzgün şərh edilməyib, onda sorğu yazılı surətdə AİB Məsləhət Komitəsinə
açıqlanmaya göndərilə bilər. Ünvan ʺ6 ADB Avenue, Mandaluyong City, 1550 Metro Manila,
Philippines”, və ya elektron poçt: pdac@adb.org, və ya faks: +63 2 636 2640”.
159.
AMK 5 iş günü müddətində sorğunun alınmasını təsdiq etməlidir. Şikayətin baxılması
üçün AMK lazımı qədər tez yığılmalıdır. Soruşulan informasiyanın rəddinə baxılarkən, AMK
Siyasətin informasiyanın açıqlanması üzrə istisnaları və həmçinin ictimaiyyətin belə soruşulan
informasiyaların açılmasına marağı öyrənməlidir. AMK sorğu istəyən şəxsi qərar qəbul
ediləndən sonra öz səbəblərini əsaslandırmaqla yazılı məlumatlandırır. İstənilən halda bu sorğu
alınandan 30 gün gec olmayaraq verilməlidir. AMK ictimaiyyətə təkrar əsaslarda açıqlanması
üçün belə sorğuların siyahısını tərtib edir, hər sorğunun və qərarın hər bir halda xarakterini
təsvir etməli və bu sorğu və qərarın alınmasından sonra 2 həftədən gec olmayaraq onu
yeniləşdirməlidir.
6.
Tarixi İnformasiya Sorğuları
160.
Sorğuya görə, arxiv göstəricilərinə daxil olmaq siyasətin 127‐129‐cu paraqraflarına
əsaslanır. Belə sorğular Asiya İnkişaf Bankının İnformasiya Resursları və Xidmətləri şöbəsinə
yazılı şəkildə bu ünvana göndərilə bilər: 6 ADB Avenue, Mandaluyong City, 1550 Metro
Manila, Philippines, və ya elektron poçt: to adblibrary@adb.org, və ya faks: +63 2 632 5020.
Tarixi informasiya sorğuları soruşulan xüsusi informasiyalardan təşkil olunmalıdır; arxiv
göstəricilərinə daxil olmağa ümumi sorğular qəbul edilməyəcəkdir. AİB belə sorğuların
alınmasını 5 gün ərzində təsdiq edir və tarixi informasiya sorğularına cavabları 30 təqvim günü
ərzində verməlidir. Əgər geniş həcmli informasiya tələb olunursa, bu müddətlər uzadıla bilər.
C.
Qüvvəyə Minmə Tarixi və Keçid Dövrü
161.
Siyasətin qüvvəyə mindiyi tarix 1 sentyabr 2005‐ci il olmalıdır. Siyasətin
informasiyasının açıqlanma qaydaları o fəaliyyət növlərinə tətbiq edilir ki, onlar ya başlanıb və
ya yenicə hazırlanmaqdadır. Siyasətin qüvvəyə mindiyi ana qədər Menecment təfsilatında rast
olunan strategiya və proqramlara qalınca, informasiyanın açıqlanması üzrə siyasətin tələbləri
onların yenidən baxılması və təshihində istifadə olunacaqdır. Siyasətin qüvvəyə mindiyi ana
qədər qiymətləndirilmiş layihə və proqramlara gəlincə informasiyanın açıqlanması üzrə
Siyasətin tələbləri layihə və proqramların hazırlıq fazası layihə və proqramın Şura tərəfindən
bəyənilməsinə qədər tətbiq edilməyəcək, ancaq layihənin icra və tamamlanma dövrlərində
istifadə ediləcəkdir. Siyasətin qüvvəyə mindiyi 2 ildə, AİB həyata keçirilməkdə olduğu layihə
(proqramlar) üzrə informasiya sənədlərini (LİS) açıqlamalıdır. Siyasətin qüvvəyə mindiyi 1‐ci il
ərzində AİB, gerçəkləşdirməkdə olduğu layihə və proqramların, ən azı 50%‐ni açıqlamalıdır.
35
D.
Monitorinq və Hesabat
162.
AİB Siyasətin reallaşdırılması və onun təsirinin dəyərləndirilməsinin monitorinqini
keçirir. AİB monitorinqin nəticələrini AİB illik informasiya fəaliyyəti haqqında olan hesabatda
nəşr etdirməlidir. Siyasətin effektivliyinin qiymətləndirilməsi üzrə AİB strukturunun təsviri 2
əlavədə verilir.
163.
AİB maraqlanan şəxslərə müxtəlif məsələlərin qaldırılmasına, informasiyadan istifadə
etmək və Siyasətin icrasında AİB‐lə birlikdə effektiv iştirakına imkan verir. Siyasətin icrasında
əgər onlar tərəfdən xahiş olunursa, ayrıca şəxslərin və ya qrupların adı açıqlanmasın, buna görə
narahatdırlarsa, onda AİB bu adları açıqlamayacaq.
E.
Yenidən Baxılma və Düzəlişlər
164.
AİB icra təcrübələrini, digər siyasətlər və strategiyaların dəyərləndirilməsi nəticələrini,
açıqlama praktikalarını əks etdirmək məqsədilə Siyasətin müddəalarına dəyişikliklər etməli ola
bilər. Bu dəyişiklikləri müntəzəm olaraq etmək üçün AİB çevik olmalıdır. Buna uyğun, AİB
Direktorlar Şurasının təsdiqindən sonra Siyasətdə düzəliş edə bilər.
165.
AİB digər mövcud siyasətlər və strategiyalara yeni açıqlama siyasəti tətbiq olunduqda,
bu siyasətlər və ya strategiyaların Əməliyyat Vəsaiti seksiyaları siyasət təsdiq olunduğu andan
6 ay ərzində təshih edilməlidir.
166.
Siyasətə qüvvəyə mindiyi tarixdən ən geci 5 ildən sonra AİB tərəfindən yenidən
baxılmalıdır. Bu prosesdə fərdlər və təşkilatlar aktiv iştirak etməlidirlər.
VII.
KADRLAR VƏ VƏSAİTİN CƏLB OLUNMASI
167.
Siyasətin uğurla reallaşdırılması AİB əməkdaşlarının qarşısına yeni tələblər qoyacaq və
əlavə xərclər tələb edəcəkdir. AİB‐nin geniş aşkarlığa, açıqlığa və daha fəal informasiya
mübadiləsinə keçməsi AİB‐nin geniş məsuliyyətidir, və yuxarıda göstərilən vacib proseslər və
hərəkətlər müəyyən sahələrdə əlavə resurslar tələb edəcəkdir. Bütün səylər yeni Siyasətin
icrasında əlavə xərclərin olmamasına yönəlmişdir; siyasət qüvvəyə minən kimi bu xərclər
nəzarətdə saxlanılacaq və buna müvafiq olaraq büdcə vəsaitləri ayrılacaqdır.
168.
Aşağıda göstərildiyi kimi, AİB resursları mərhələlərlə ayıracaqdır. Cəmi, 1 peşakar işçi,
10 milli (yerli) işçilərin vəzifələri, 5.2 illik peşakar işçilərin ekvivalenti və 1.5 illik əlavə işçilər
yaxın gələcəkdə lazım olacaq.
32
Siyasətin icrası bir dəfəyə təxminən $203,000 və dövri xərclər
üçün ildə $208,000 tələb edir.
32
AİB 2005‐ci il büdcəsinə bir peşakar işçinin və altı yerli işçinin vəzifəsi daxildir
36
A.
Xarici Əlaqələr
169.
Siyasətin təsdiqindən sonra, səkkiz yeni milli (yerli) işçi məhdud xarici əlaqələr
inkanlarına malik əsas daimi nümayəndəliklərə təyin ediləcək: Banqladeş Qazaxstan,
33
Qırğızıstan, Pakistan, Şri Lanka, Tayland, Özbəkistan və Vyetnamda (paraqraf 146).
34
Orta
müddətli vaxta, AİB xarici əlaqələrin tələb və imkanlarına uyğun dami nümayəndəlikləri
prioritetləşdirəcək, və buna uyğun yeni vəzifələr təyin edəcək. AİB müvafiq daimi
nümayəndəliklər tərkibində peşəkar regional məsuliyyətli iş yerlərinin açılması ehtiyacını
qiymətləndirəcəkdir.
170.
Xarici əlaqələrin yeni təşkilatı planlarına əsasən, AİB Siyasətə uyğun olaraq, xarici
əlaqələr strategiyasını reallaşdırmaq üçün kadrlar üzrə tələbləri qiymətləndirəcək, XƏO və
nümayəndəlik ofislərində əməkdaşalrın bacarıqlarını yaxşılaşdırmaq üçün çərçivəni
müəyyənləşdirəcək və lazım gəldikdə, təsdiq olunmuş büdcə çərçivəsində mövcud resurslar
ayıracaq. Anlama sorğuları üçün bir dəfəlik xərclər və missiayanın səfərləri, treninq, medianın
xarici
fəaliyyətləri
kimi
dövrü
xərclər
qiymətləndiriləcək
və
bu
fəaliyyətin
maliyyələşdirilməsinə illik büdcə prosesində vəsaitlər axtarılacaqdır.
171.
İnkişaf etməkdə olan üzv ölkələrə xidmət edən daimi missiayalar və digər sahə
ofislərinin nəzdindəki ictimai informasiya mərkəzlərinin təkmilləşdirilməsinə XƏO tərəfindən
baxılacaq və bununla bağlı təxmini xərclər Direktorlar Şurasına təqdim ediləcəkdir.
B.
İnformasiyanın Açıqlanması
172.
XƏO‐nun yeni ictimai əlaqələr və açıqlama bölümünün (İnfoBölmə) Siyasətin icrası,
monitorinqi və açıqlama tələblərinin qiymətləndirilməsi məqsədilə yaradılması bir peşəkar
işçinin və bir yerli işçinin vəzifəsinin əlavə olunmasını tələb edəcək. Buna əlavə olaraq, bir yeni
yerli işçi web komandanın işini əməliyyat şöbələri və digər ofislərlə AİB İnternet səhifəsində
bir çox sənədlərin yerləşdirilməsini koordinasiya etmək üçün təyin ediləcəkdir. Siyasətin
monitorinqi üçün XƏO birinci il üçün təxminən $133,000 təlim büdcəsi, hər növbəti il üçün
$20,000 tələb edəcəkdir.
173.
Siyasət üzrə əlavə sənədlərin açıqlaması, təsir olunan insanlarla müntəzəm olaraq
əlaqələr qurması, maraqlı tərəflərin rəylərinə münasibət bildirməsi və sənədlərin tərcümələrini
təşkil etməsi və təshihi üçün əməkdaşlarına əlavə vaxt lazım olacaq. Regional şöbələr 5.2
peşakar iş ilini ($960,000), 1.5 dəstək iş ilini $32,500) və illik səfərlər xərclərini $60,000
məbləğində tələb edəcək. Regional şöbələr həmçinin layihə üzrə informasiya sənədlərini
hazırlamaq məqsədilə bir dəfəlik xərclər üçün $70,000 və tərcümə xərcləri üçün hər il $128,000
tələb edəcək. XƏO Siyasətin təsdiq olunduğu andan 6 ay müddətinə AİB tərcümə etdiyi
33
Xarici əlaqələr ofisi Qazaxstan və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıqla bağlı ictimai əlaqələrlə məşğul
olacaq.
34
Bax istinad 30.
37
sənədlərin növlərinin genişləndirilməsi çərçivəsini inkişaf etdirəcəkdir. Tərcümə çərçivəsinə
daha aydın illik tərcümə büdcəsi daxil ediləcəkdir.
174.
Gözlənilən tarixi məlumatla bağlı çox saylı sifarişlər yeni Siyasətin nəticəsi olaraq
təkmilləşdirilmiş və daha qənaətli kitabxana, yazı və arxiv idarə sistemləri vasitəsilə
gerçəkləşdirilə bilər.
175.
AİB yeni informasiya sistemləri və II texnologiya strategiyasına (2004‐2009) uyğun
olaraq, AİB kompüter sistemlərini informasiyanın vaxtında təqdim etmək məqsədilə
birləşdirəcəkdir. Strategiyaya uyğun planlaşdırılan yeni informasiya sistemlərinin həmçinin
asan informasiya əldə edilməsi üçün xidmət edəcəkləri gözlənilir. Gözlənilir ki, AİB İnternet
səhifəsində layihəyə aid məlumatlar hazırlanıb açıqlanarsa—informasiya sifarişlərinə cavab
vermək üçün personal daha az vaxt sərf edəcəkdir.
176.
Kredit və texniki yardım üçün reallaşdırılan əlaqə planlarının qiyməti və təsir olunan
insanlarla əlaqələrin inkişaf mexanizmləri (bax paraqraf 74‐76) layihənin tipi və coğrafi
yerləşməsinə görə dəyişəcək və bu, dizayn mərhələsində müəyyənləşdirilərək hər proqram və
layihənin büdcəsinə daxil ediləcəcək.
Dostları ilə paylaş: |