ASİya iNKİŞaf banki



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix06.09.2017
ölçüsü0,97 Mb.
#29038
1   2   3   4   5   6   7   8

c.

 

Layihələr və Proqramlar 

i.

 

Layihə və ya Proqram üzrə İnformasiya Sənədi (LİS) 

69. 


AİB  layihənin  qısa  xülasəsini  daxil  edilən  layihə  və  ya  proqram  üzrə  informasiya 

sənədini  ictimaiyyət  üçün  açıqlamalıdır.  LİS‐lərə  dövlət  və  özəl  sektor  layihələri  üçün  daxil 

olmalıdır:  (i)  layihənin  adı;  (ii)  sektor,  tematik  və  məqsədli  təsnifat;  (iii)  layihənin/proqramın 

nömrəsi;  (iv)  yardım  tipi  və  ya  üsulu;  (v)  yerləşməsi  və  coğrafi  əhatə  zonası;  (vi)  təsvir;  (vii) 

gözlənilən  inkişaf  effekti  daxil  olmaqla  işlərin  miqyası  və  məqsədi;  (viii)  xərclər  və 

maliyyələşdirmə  planı  (yalnız  dövlət  sektoru  layihələri  üçün);  (ix) layihənin  icraçısı  və  ya 

sponsoru  (sponsorları);  (x)  social  və  ekoloji  nöqteyi  nəzərdən  kateqoriyanın  verilməsi;  (xi) 

ekoloji  və  sosial  məsələlərin  xülasəsi;  (xii)  ölkə  mühiti;  (xiii)  aparılmış  və  ya  planlaşdırılmış 

məsləhətləşmələr; (xiv) AİB şöbəsi, bölməsi və ya məsul vəzifəli şəxs; (xv) layihənin konseptual 

sənədinin və ya özəl sektor konseptual icazə sənədinin  təsdiqlənmə tarixi; (xvi) LİS tərtibat və 

onun  son  təshih  tarixi;  (xvii)  artıq  hazırlanmış  və  ya  tərtibata  hazırlanan  texniki  sənədlərin 

siyahısı;  və  (xviii)  layihələndirmə  vaxtı,  hazırlıq  dövrü,  reallaşdırma,  ekpertiza  və  Direktorlar 

Şurasında baxılma daxil olmaqla təxmini cədvəl. LİS‐ə hələ tamamlanmadığına görə (viii), (x), 

(xi),  (xiii),  və  (xvii)  müddəalardakı  informasiya  ilkin  LİS‐in  açıqlanma  anına  kimi  daxil 



 

 

15



olunmaya bilər. Bu informasiya açıqlanan kimi sadalanan müddəalardakı informasiyalar daxil 

ediləcəkdir.   

 

ii.

 

LİS Dövlət Sektoru 

70. 


Layihə  və  ya  proqramın  konseptual  sənədinin  təsdiqindən  30  təqvim  günündən  gec 

olmayaraq,  AİB  dövlət  sektoru  LİS  layihə  və  ya  proqram  üzrə  hazırlıq  işlərinin  başlanmasını 

ictimaiyyətə  açıqlamalıdır.  Dövlət  sektorunun  kredit  layihələrinin  hazırlıq  dövründə 

layihələndirmə və nəzarət sxeminin hazırlanması üzrə işlər aparılır ki, bu da layihənin icrasını 

qiymətləndirməyə  əsas  verir.  AİB  layihənin  və  ya  proqramın  ekspertizasınadək  LİS‐ə 

layihələndirmə və nəzarət sxemini daxil etməlidir.   

 

71. 


Layihə və ya proqramın hazırlıq prosesində, layihənin və proqramın cari statusunu əks 

etdirmək  məqsədilə  AİB  hər  rüb  LİS‐i  təshih  etməlidir.  Layihənin  icrası  dövründə  özünün 

layihə  idarə  sistemlərini  istifadə  etməklə  AİB,  dövlət  kreditli  layihələrin  və  texniki  yardımlı 

layihələrin  aparılmasına  nəzarət  edir.  Layihələrin  icrası  prosesində  AİB,  yerinə  yetirilmə 

fəaliyyətləri,  yaranan  problemləri,  qoyulan  məqsədlərin  inkişafı  statusunu  əks  etdirmək  və 

kredit vəsaitlərin istifadəsi məqsədilə hər rübdə LİS‐i təshih etməlidir.  

 

72. 


AİB  əgər  dövlət  layihələrinin  və  ya  proqramlarının  aparılmasında  iştirakını 

dayandırmağı  qərara  alırsa,  müvafiq  LİS‐ə  bu  qərarın  səbəbləri  göstərilməklə  müvafiq  ərizə 

daxil  edilməlidir.  AİB  6  ay  ərzində  dayandırılmış  layihələrin  LİS‐lərini  ictimaiyyət  üçün  açıq 

saxlamalıdır. 

 

 

iii.



 

Özəl  Sektorun LİS 

73.  


Özəl  sektor  layihəsinə  Direktorlar  Şurası  tərəfindən  baxılmasına  qalan  30  təqvim 

günündən  gec  olmayaraq  layihəyə  Direktorlar  Şurasında  baxılacağı  müəyyən  edilirsə,  AİB 

layihə  üzrə  ilkin  LİS‐i  açıqlamalıdır.  Ekoloji  baxımdan  həssas  layihələr  ətraf  mühit  siyasətinə 

uyğun,  belə  ki,  ətraf  mühitin  ilkin  öyrənilməsi  və  ya  qısa  ekoloji  ekspertizası  tələb  olunursa, 

nəticələri  120  təqvim  günündın  az  olmayaraq    Direktorlar  Şurasında  baxılmasına  qədər  AİB 

tərəfindən  özəl  sektor  LİS‐i  açıqlanmalıdır.

15

  Layihənin  hazırlanması,  yenidən  işlənməsi, 



reallaşdırılması  gedişində  görülən  işlərin  dəyişkən  inkişaf  statusunu  əks  etdirmək  üçün,  əgər 

belə  olursa,  AİB  hər  rüb  LİS‐i  ytəshih  etməlidir.  Əgər  AİB  özünün  özəl  sektorun  layihəsinin 

icrasında iştirakını dayandırmaq haqqında qərar qəbul edərsə, bu halda qərar müvafiq LİS‐də 

əks  olunmalıdır.    Dayandırılmış  layihələrdə  bu  qərar  qəbul  edilən  vaxtdan  6  ay  ərzində  AİB, 

LİS barədə ictimaiyyətə açıqlama verməlidir.   

 

 



 

 

                                                 



15

  Ətraf  mühit  qiymətləndirmə  hesabatlarının  hazırlanması  üçün  AİB  tələbləri,  bax  AİB.  2002.  Ətraf  Mühit  Siyasəti. 

Manila. 


 

 

 



16 

iv.

 

Təsir olunan İnsanlar üçün İnformasiya 

74. 


Təsir  olunan  insanlar,  digər  şəxslər  və  təşkilatlarla  dialoqa  nail  olmaq  məqsədilə  AİB, 

göstərilənlərə hazırlıq mərhələsində  olan işlənilən  dövlət  və  ya  özəl  layihə və proqram  (sosial 

və ekoloji məsələlər daxil olmaqla) haqqında təsir olunan insanlara informasiya verməlidir. AİB 

layihələrin  sponsoru  və  maliyyə  dəstəkləri  olanlarla  sıx  əlaqə  saxlamalı  və  onların  lazımı 

məlumatlar  aldığını,  həmçinin  təklif  olunmuş  layihələrdən  göstərıcılərin  geri  alındığına  əmin 

olmalı,  təsir  olunan  insanlarla  əlaqələrin  mütəmadi  aparılmasını  və  kontakt  dayaqlarını 

müəyyən  etməlidir.  Belə  fəaliyyət  növü  layihələrin  hazırlıq  işləri  və  bütün  iş  mərhələləri 

ərzində  aparılmalıdır  ki,  təsir  olunan  insanların  rəyi  lazımı  səviyyədə  nəzərə  alınsın.  AİB 

layihələrin icrasında maraqlı tərəflərin rəyi və şərhlərinin nəzərə alınmasına təminat verməlidir. 

Həmçinin  AİB  layihədə  ciddi  miqyasda  dəyişiklik  olarsa,  təsir  olunan  insanları  istənilən 

informasiya ilə təmin etməlidir.   

 

75. 



74‐cü  paraqrafın  tələblərini  həvəsləndirməkdən  ötrü  inkişaf  etməkdə  olan  ölkələrin 

hökümətləri AİB ilə birlikdə əlaqələr təşkil etməklə müəyyən layihə və proqramlar işləyə bilər, 

xüsusən  də  onlar  ictimaiyyətdə  yüksək  maraq  doğurar.  Belə    planlar,  misal  üçün  özünü 

tövsiyələr  vasitəsilə  təsir  olunan  insanlar  arasında  dialoqun  təşkilini,  ictimaiyyətin  iqtisadi  və 

hüquqi  islahatlar  barədə  informasiyalarına  geniş  yol  açır,  təsir  olunan  insanların 

nümayəndələrini  AİB  layihə  və  proqramlarının  işlənib  icrasına  cəlb  edir  və  əhali  kütləsinin, 

vətəndaş təşkilatlarının inkişaf prosesində geniş iştirakını yaradır.

16

  



 

76. 


Özəl  təşkilatlar  və  icraçı  institutlar  öz  iş  mahiyyətinə  görə  çoxşaxəli  və  müxtəlif 

imkanlara malikdir, və bir çox hallarda onlarla ünsiyyətdə AİB çevik mövqe tutur. Mahiyyətcə, 

ekoloji  və  sosioloji  tələblərə  AİB  əsaslı  kapital  yatırımı  özəl  sektora  və  dövlət  sektorunun 

layihələri  üçün  praktiki  olaraq  eynidir.  AİB  siyasətinə  əsasən  özəl  sektorun  sponsorları, 

qiymətləndirmə,  tənzimləmə  etməli,  monitorinq  aparmalı  və  sponsorluq  etdikləri  layihələrin 

sosial    və  ekoloji  mühitə  təsirini  xəbər  verməlidirlər.  AİB  tələblərinə  görə  özəl  sektorun 

sponsorları layihələrin ilkin işlənmə mərhələlərində təsir olunan əhali ilə əlaqə yaratmalıdırlar, 

həmçinin  ictimaiyyət  vaxtında  layihələr  haqqında  asan  başa  düşüləsi  formada  müvafiq 

məlumatlar  almalıdır.  Bu  mənada  layihənin  sponsoru  qiymətləndirmə  edənədək  AİB,  təsir 

olunan əhali ilə o hansı formada əlaqə yarada bilməsini məlumatlandırmalıdır. 

 

 

v.



 

Ətraf Mühitin Vəziyyətinin Qiymətləndirilməsi 

77. 


Ətraf Mühit siyasətinin tələblərinə uyğun olaraq, AİB A kateqoriyalı layihələr üçün ətraf 

mühitə  təsirin  ümumi  qiymətini  və  ya  ətraf  mühit  baxımından  həssas  sayılan  B  kateqoriyalı 

layihələr üçün ətraf mühitin ilkin tədqiqatını, (i) AİB Direktorlar Şurasında borcun baxılmasına 

qalmış,  (ii)  A  kateqoriyalı  altlayihə  və  ya  ətraf  mühit  üçün  həssas  sayılan  B  kateqoriyalı 

                                                 

16

   



Əlaqə planlarında vəzifələr, formalar (dil daxil olmaqla), metod və məlumatın bölüşdürülməsi müddəti; maraqlı 

tərəflər; və əsas məsələlər göstərilir. Bura həmçinin cavabların daxil edilməsi aiddir. Bəzi əlaqə  planlarına layihə 

informasiya mərkəzlərinin inkişafı daxildir. Uyğun olduqda, belə mərkəzlərin təsviri və maliyyələşdirmə planları 

layihə təklifinə daxil edilir

.  

 


 

 

17



altlayihənin  təsdiqinə  qədər  və  ya  (iii)  müvafiq  hallarda  layihədə  ciddi  dəyişiliklərin  təsdiqə 

qədər ən azı 120 təqvim günü ərzində açıqlamalıdır.  Maraqlı tərəflərin sifarişlərinə əsasən, AİB 

ətraf mühitə təsirin tam qiymətini və ətraf mühitin ilkin tədqiqatını təqdim etməlidir.

17

   



 

78. 


Ətraf  Mühit  siyasətinin  tələblərinə  əsasən,  borc  alan  və  ya  özəl  sektorun  sponsoru 

layihənin  ekoloji  məsələləri  barədə,  təsir  olunan  əhaliyə  təsir  olunan  qruplar  və  yerli  QHT‐lər 

ilə  məsləhətləşmələr  prosesində  və  ona  qədər  müvafiq  informasiyalar  təqdim  etməlidir.

18

  A 



kateqoriyalı layihələrə borc alan və ya özəl sektor sponsoru təsir olunan əhali qruplarının belə 

bir  informasiya  almasına  2  halda:  (i)  çöl  işlərinin  ilkin  mərhələlərində  ətraf  mühitin  təsirinin 

qiymətləndirməsinə;  və  (ii)  ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  hesabatı  hazırlananda  və 

qiymət verilənə qədər zəmanət verir.  

 

79. 


Kredit‐maliyyə  idarələri  səhmdarların  vəsaitləri  və  ya  kredit  xətləri  ilə  altlayihələr 

tərəfindən investisiya verilən layihə və proqramlarda ekoloji siyasət çərçivəsində ətraf mühitin 

qorunması  sistemi  tələb  olunursa,  belə  layihələr  və  ya  proqramlar  üçün  ətraf  mühitin 

qorunması sistemi təsvir olunmalıdır. 

 

 

vi.



 

Köçürmələr Planı üzrə Sənədlər 

80. 


F2/BP Əməliyyat Vəsaiti Bölməsinə əsasən, məcburi köçürmələrə aid məsələlərdə, borc 

verən və ya özəl sektor sponsoru təsir olunan əhali qruplarına təqdim etməlidir:

19

 

 



(i) 

köcürmə planı layihəsi –qiymətlədirmədən öncə; 

(ii) 

son köçürmə planı hazırlanandan sonra – bu cür köçürmə planı; və  



(iii) 

işlənib  hazırlanmış  köçürmə  planı  ‐  köçürmə  planına  düzəliş‐təshih  ediləndən, 

işçi  plan  işlənəndən,  və  ya  layihənin  və  ya  proqramın  miqyasında  dəyişikliklər 

aparılandan sonra

20

  

 



81. 

80‐cı  paraqrafdakı  sənədlər  üzrə  informasiya  ictimaiyyətə  yerli  dillərdə  broşür  və  ya 

buklet  şəklində  təqdim  edilə  bilər.  Az  savadlı  əhali  üçün  digər  uyğun  ünsiyyət  metodları 

nəzərdə tutulmalıdır.   

 

82. 


AİB geniş ictimaiyyətin nəzərinə çatdırmalıdır: 

 

(i) 



köçürmə planının layihə və ya sxemi (və ya hər ikisi)—qiymətləndirmədən öncə; 

(ii) 


köçürmənin son planı — son köçürmə planı alınandan sonra; və 

(iii) 


işlənib  tamamlanmış  köçürmə  planı  —  işlənib  hazırlanmış  köçürmə  planı 

alınandan sonra. 

 

                                                 



17

  Layihənin İdarəetmə Təlimatının 5.04 Seksiyasına uyğun olaraq layihə miqyasında ciddi dəyişikliklər. 

18

  Ətraf Mühit siyasəti, paraqraf 63‐ə bax.  



19

 F2/BP OM Seksiyasında istinad 3. OM Seksiyasının F2/BP uyğun olaraq təsir olunan insanlar. 

20

 Miqyaslı dəyişikliklərlə təsir olunan insanlarla planın yayılmasının məhdudlaşdırılması.



 

 

 

 



18 

vii.

 

Yerli Əhali üçün Planlaşdırılan Sənədlər 

83. 


Borc  alan  və  ya  özəl  sektor  sponsoru  təsir  olunan  insanlara,  yəni  yerli  əhali/milli 

azlıqlara aşağıdakı sənədlər təqdim etməlidir: 

 

(i) 


yerli əhalinin inkişafı planı layihəsi—qiymətləndirmədən öncə; 

(ii) 


yerli  əhalinin  son  inkişaf  planı  tamamlanandan  sonra—  yerli  əhalinin  inkişafı 

planı;  


(iii) 

tamamlanmış  yerli  əhalinin  inkişafı  planı  –  işçi  layihə  hazırlanmasının  ardınca 

inkişaf  planına  və  ya  proqramına  edilən  düzəliş  və  ya  həcmlərin  dəyişməsi 

aparılandan sonra

21



 



84. 

 83‐cü paraqrafda sadalanan sənədlər üzrə informasiya ictimaiyyətə broşür və ya buklet 

şəklində, yerli dillərdə təqdim edilə bilər. Az savadlı əhali üçün digər uyğun ünsiyyət metodları 

nəzərdə tutulmalıdır.   

 

85. 


AİB aşağıdakı sənədləri açıqlamalıdır: 

 

(i) 



yerli əhalinin inkişafı sxemi və ya planı (və ya hər ikisi)—ekspertizayadək;  

(ii) 


yerli  əhalinin  son  inkişaf  planı  —  yerli  əhalinin  inkişafı  planının  sonuncu 

versiyası alınandan sonra; və  

(iii) 

tamamlanmış  yerli  əhalinin  inkişafı  planı  —  yerli  əhalinin  inkişafı  üzrə 



tamamlanmış plan alınandan sonra. 

 

viii.



 

Biznes İmkanlarının Siyahısı 

86. 


Təyinatdan  Direktorlar  Şurasının  təsdiqinədək,  AİB  maliyyələşdirməsi  üçün  dövlət 

sektorunun  işlənən  hər  layihəsinə,  biznes  imkanlarının  siyahısını  açıqlamalıdır.  AİB  həmçinin 

icra  agentlikləri  tərəfindən  verilən  alınma  üzrə  bildirişləri  və  müqavilə  üzrə  mükafatları 

açıqlamalıdır. 

 

ix.

 

Yoxsulluğun 

Səviyyəsi 

və 

Sosial 

Mühitin 

İlkin 

Qiymətləndirilməsi  

87. 


Yoxsulluğun 

səviyyəsini 

və 

sosial 


mühitin 

qiymətləndirilməsi 

bütün 

investisiyalaşdırılan  layihə  və  proqramlar  üçün  aparılır  ki,  bu  və  ya  digər  əhali  qruplarına 



layihənin münasib və neqativ təsirlərini təyin etmək olsun. Qiymətləndirmə işləri tamamlanan 

kimi AİB onun nəticələrini açıqlamalıdır.  



x.

 

 Texniki Yardım üzrə Hesabat 

                                                 

21

 Miqyaslı dəyişikliklərlə təsir olunan insanlarla planın yayılmasının məhdudlaşdırılması.



 

 

 

19



88. 

Texniki yardım üzrə hesabat, maliyyə tövsiyəsi olmaqla layihəyə texniki kömək göstərir. 

Müvafiq orqanlar tərəfindən texniki yardım təsdiqlənəndən (Direktorlar Şurası, Prezident və ya 

Vitse‐Prezident tərəfindən) dərhal sonra AİB bütün texniki yardım hesabatlarını açıqlamalıdır.  

 

xi.

 

Texniki Yardım Layihələrində Nəzərdə Tutulan Sənədlər  

89. 


Texniki  yardım  layihəsi  çərçivəsində  müəyyən  hesabatların  hazırlanması  nəzərdə 

tutulub  ki,  bunlar  icranın  təhlili,  fəaliyyət  planı,  iqtisadi  sektorların  təsnifatı  və  digər 

məsləhətçilərin  hesabatlarıdır.  Texniki  yardım  hesabatları  tamamlanandan  sonra  AİB  onları 

açıqlamalıdır.  Faktla  razılaşaq  ki,  ölkələr  tez‐tez  AİB‐ə  vacib  məsələlərə  görə  texniki  yardım 

məsləhəti  kimi  tövsiyələrin  verilməsinə  müraciət  edirlər,  AİB  texniki  yardım  məsləhəti 

çərçivəsində  hazırlanmış  sonuncu  hesabatların  açıqlanmasına  ölkələrə  imkan  verməlidir.

22

 

Texniki yardım çərçivəsində hazırlanmış ölkə hesabatları və ya onların bir hissəsi yerli maraqlı 



tərəflərə  təqdim  edilə  bilər,  əgər  AİB  müəyyənləşdirir  ki,  onlar  məsləhətçi  danışıqlar  üçün, 

tərəfdaşlıq əlaqələri üçün və ya layihənin işlənməsinə qiymət üçün lazımdır.   

 

xii.

 

Hesabat və Prezidentin Tövsiyəsi  

90. 


Direktorlar  Şurasının  təsdiqinə  təqdim  edilmiş  AİB  proqram  və  layihələri  üçün 

Prezidentin  hesabat  və  tövsiyəsi  (PHT)  həlledici  sənəd  sayılır.  Dövlət  sektoru  layihələrinin 

PHT‐ləri Direktorlar Şurası tərəfindən təsdiq ediləndən dərhal sonra AİB sənədi açıqlamalıdır. 

Özəl  sektor  layihələlərinin  PHT‐lərinin  qısa  variantı  təsdiq  ediləndən  sonra  AİB  tərəfindən 

açıqlanmalıdır; bu versiyaya məxfi informasiya və AİB layihə qiyməti və əməliyyat riski daxil 

olmayacaq.  

 

xiii.

 

Layihənin İdarə Olunması haqqında Memorandum 

91. 


İdarəetmə  haqqında  memorandumun  informasiyasına  görə,  dövlət  sektorunun  hər 

maliyyə  layihəsi  və  ya  proqramı  üçün  borc  verənə,  icra  orqanına  və  AİB‐ə  layihəyə  rəhbərlik 

etmək ixtiyarı verilir. Layihənin idarəetmə haqqında memorandumunun təsdiqindən sonra AİB 

onu açıqlamalıdır. 

   

xiv.

 

Sosial və  Ətraf Mühit Monitorinqi üzrə Hesabatlar 

92. 


Kredit  müqaviləsinin  şərtləri  üzrə  layihə  və  ya  proqramın  gedişində  sosial  və  ətraf 

mühit  monitorinqi  üzrə  müəyyən  hesabatların  hazırlanması  tələb  oluna  bilər.  Sosial  və  ətraf 

mühit  monitorinqlərin  hesabatları  AİB‐ə  təqdim  edildikdən  dərhal  sonra  açıqlanmalıdır.  AİB 

özəl sektorun sponsorlarından sosial və ətraf mühit monitorinq hesabatlarının təsir olunan əhali 

qruplarına təqdim edilməsini tələb etməlidir. Təsir olunan əhali qruplarının diqqətinə verilmiş 

sosial  və  ətraf  mühit  monitorinqlərin  hesabatları  AİB‐ə  təqdim  edildikdə  onun  tərəfindən 

açıqlanmalıdır.  

                                                 

22

 

Siyasətin  istiqamətlənməsinə  əsasən,  açıqlanma  prezumpsiyası,  belə  sənədlərin  istənilən  redaktəsi  və  ya 



ixtisarlanması 126‐cı və ya 127‐ci paraqraflarda sadalanan istisnalara əsaslanmalıdır.

 

 



 

 

 



20 

xv.

 

Layihə və Proqramların Miqyasının Dəyişməsi 

93. 


AİB  təsdiqə  təqdim  edilən,  əhəmiyyətli  miqyas  dəyişikliyi  olan  layihə  və  proqram 

sənədlərini Direktorlar Şurasında təsdiqindən sonra açıqlamalıdır.   

 

xvi.

 

Tranşların Ayrılması haqqında Hesabatlar  

94. 


Direktorlar  Şurasında  və  ya  Menecment  tərəfindən  təsdiq  edildikdən  sonra  dövlət 

sektorunun  kompleks  kreditləşdirmə  əməliyyatlar  proqramı  çərçivəsində  ayrılan  tranşlar 

haqqında hesabatları AİB açıqlamalıdır.  

 

xvii.



 

Layihə, Texniki Yardım və Proqram İcrası Hesabatları 

95. 


Layihə,  texniki  yardım  və  proqramın  icrası  haqqında  hesabatlar  Direktorlar  Şurası 

üzvləri  arasında  yayılandan  sonra  AİB  hesabatları  açıqlamalıdır.  Özəl  sektor  layihələrin  icrası 

haqqında hesabatda inkişafa dairməsələlərin yerinə yetirilməsi haqqında informasiya olmalıdır.  

 

d.



 

Strategiya, Proqram və Layihələrə dair Digər İnformasiya 

i.

 

Əməliyyatların Qiymətləndirilməsi  

96. 


Hər ilin dekabrında AİB özünün növbəti ilə planlaşdırdığı işlərin siyahısını ictimaiyyət 

üçün açıqlamalıdır. Həmçinin fəaliyyət növlərinin seçmə kretirisi açıqlanmalıdır.  

 

97. 


AİB  müntəzəm  olaraq,  aşağıdakı  hesabatları  hazırlayır:  layihə/proqramın  yerinə 

yetirilməsi  haqqında  audit  hesabatları,  texniki  yardım  layihəsinin  icrası    haqqında  audit 

hesabatları,  təsirin  tədqiqatlarının  qiymətləndirilməsi,  ölkəyə  yardım  proqramına  qiymət, 

sektora  yardım  proqramına  qiymət  və  xüsusi  qiymətləndirmə  işləri.  Bu  hesabatların  hamısı 

Menecment və Direktorlar Şurasına daxil olduqdan sonra AİB tərəfindən açıqlanmalıdır. Əgər 

hesabat  İnkişafın  Effektivliyi  Komitəsində  (İEK)  müzakirə  olunursa,  onda  AİB  müzakirədən 

sonra  2  həftə  ərzində  İEK  nəticələrini  açıqlamalıdır.  Həmçinin  AİB,  Menecment  və  ya 

Əməliyyatların  Qiymətləndirilməsi  departamentinin  cavablarını,  belələri  olduqda,  ictimaiyyət 

üçün açıqlamalıdır.  

 

98. 



AİB  həmçinin  illik  qiymətləndirmə  hesabatları  hazırlayır.  İllik  qiymətləndirmə 

təfsilatında  görülən  qiymətləndirmə  işlərinin    yekünu  və  Əməliyyatların  Qiymətləndirilməsi 

Departamentinin nəticələri göstərilir. Kredit  portfeli və texniki yardım üzrə öhdəliklərin yerinə 

yetirilməsi  illik  hesabatda  AİB  investisiya  portfelinin  icrasına  illik  qiymət  verilir.  İllik 

qiymətləndirmə hesabatlar İEK‐də müzakirədən sonra AİB tərəfindən açıqlanmalıdır.   

 

ii.



 

Birgə Maliyyələşdirmə üzrə İnformasiya 

99. 


Birgə  maliyyələşdirmə  tələb  olunan  dövlət  sektorunun  layihələrinin  rüblük 

hesabatlarını AİB hər rüb açıqlamalıdır. Texniki yardım haqqında hər müvafiq hesabatda rəsmi 



 

 

21



ortaq  maliyyələşdirmə  üzrə  informasiya  açıqca  verilməlidir,  məsələn,  texniki  yardım 

verilməsinə olan layihənin əsas şərtləri və ya investisiya layihəsi. Əgər birgə maliyyələşdirilən 

tərəflərin  etirazı  yoxdursa,  ilk  tələb  olanda  AİB,  belə  birgə  maliyyələşdirmə  və  hüquqi 

müqavilələri  təqdim  etməlidir.  Birgə  maliyyələşdirən  tərəflərin    etirazı  yoxdursa,  AİB  birgə 

maliyyələşdirən tərəflərlə ikitərəfli və ya çoxtərəfli maliyyə müqavilələrini imzaladıqdan sonra, 

AİB onu açıqlamalıdır. Birgə maliyyələşdirmələr üzrə kommersiya müqavilələrinin açıqlanması 

lazım deyil.  

 

iii.



 

Antikorrupsiya İnformasiyası 

100. 


AİB fırıldaq və ya korrupsiya ittihamları haqqında ərizələrin vaxtaşırı istintaqını aparır. 

Bu  istintaqın  statistik  nəticələrini  AİB  açıqlamalıdır.  Bundan  əlavə  auditlərın  əhəmiyyətli 

tövsiyə  və  rəyləri  AİB  İllik  Hesabatına  daxil  edilməlidir.  Özünün  antikorrupsiya  siyasətinə 

əsasən  AİB  istintaqın  nəticələrini,  istintaq  subyektlərinin  şəxsiyyətini  və  təqsirkar  tərəflərin 

adını  daxil  etməklə  AİB  daxil  olan  üzv  ölkələrin  hökümətləri,

23

  ilə  istintaqın  nəticələrini 

araşdıra bilər.   

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin