VIII.
UYĞUNLUĞUN TƏHLİLİ
177.
Siyasətin açıqlama tələbləri AİB hesabat mexanizmi ilə uyğun gəlməlidir.
35
Siyasətin 28‐
38‐ci paraqraflarında göstərilir ki, 55‐130‐cu paraqraflardakı xüsusi açıqlama tələbləri və 153‐
166‐cı paraqraflardakı icra planları AİB hesabat mexanizminə görə təhlil edilməlidir.
IX.
TÖVSİYƏ
178.
Prezident Direktorlar Şurasına ictimai əlaqələr siyasətini təsdiq etməyi tövsiyə edir.
35
ADB. 2003. Funksiyasının Dəyərləndirilməsi: AİBnin Yeni Hesabat Mexanizminin Yaradılması, 8 May, R79‐03.
Əlavə
1
38
ƏLAVƏ 1
DİGƏR ÇOXTƏRƏFLI İNKIŞAF BANKLARINDA İCTİMAİ ƏLAQƏLƏR VƏ
İNFORMASİYANIN AÇIQLANMASI İSTİQAMƏTLƏRİ
A.
Digər Çoxtərəfli İnkişaf Banklarının Xarici Əlaqələri
1.
Digər çoxtərəfli inkişaf bankları (ÇİB‐lər) son illərdə menecmentlərinin öhdəliklərinə,
əməkdaşlarının sayının artırılmasına və media və ictimai əlaqələrə ayrılmış maliyyə vəsaitlərinə
arxanalaraq fəal xarici iş fəaliyyətini qururlar. Vaşinqtonda yerləşən ÇİB‐lər inkişaf institutları
barədə informasiyaya artan tələbata, qeyri‐hökümət təşkilatları (QHT‐lər) tərəfindən beynəlxalq
maliyyə təşkiltalarının əməliyyatlarının tənqidinə, və donor ölkələrdən konsessiya maliyyə
vəsaitləri üzrə olan böyük müsabiqələrə bir başa cavab verərək önəmli addımlar atmış olurlar.
2.
Dünya Bankında xarici əlaqələr istiqamətində 250 peşakar işçi çalışır. Onun ofisləri bu
sahədə, özəlliklə də Asiya və Sakit okean regionunda fəaldırlar. AİB‐lə bəlkə də ən çox
müqayisə olunan İnter‐Amerika İnkişaf Bankı (İİB) xarici əlaqələr üçün resurslarını artırır, və
bu sahədə hal‐hazırda onun əsasən məsləhətçilərlə zənginləşmiş 45 peşəkar işçisi var. Tənqidi
hesabata cavab olaraq, Beynəlxalq Valyuta Fondu (BVF) xarici əlaqələr işi ilə məşğul olan
işçilərinin sayını 2000‐ci ildə olan 70 nəfərdən 2004‐cü ildə 90 nəfərə çatdırmışdır. Dünya Bankı,
BVF və İİB‐nin Avropa və Asiyada media və ictimai əlaqələrlə fəal məşğul olan ofisləri var.
Bunun nəticəsidir ki, onlar bu gün 2 onillik əvvəlkindən daha yaxşı tanınırlar.
B.
Digər Çoxtərəfli İnkişaf Banklarında İnformasiyanın Açıqlanması
3.
İnformasiyanın açıqlanması sahəsində ÇİB‐lər çərçivəsində ictimaiyyətin informasiyaya
çıxışı ÇİB‐lərin inkişafda olan ölkələrdəki nüfuzunun artmasına görə aktual məsələdir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) 2002 İnsan İnkişafı Hesabatında Dünya
Bankı və BVF‐də Direktorlar Şurası protokollarının və səsvermə qeydlərinin çatışmamasını
göstərərək, beynəlxalq maliyyə təşkilatlarında “şəffaflıqda ciddi boşluqların olmasını” qeyd
etmişdir. İnsan İnkişafı Hesabatında belə qənaətə gəlindi ki, bunun nəticəsi olaraq, “üzv ölkələrin
vətəndaşları (və ya maraqlı olan kənar şəxslərin) qarşısında BVF və ya Dünya Bankı
siyasətlərinə dair icraçı direktorlar və ya hökümətlər hesabat vermirlər.”
1
4.
1990‐cı illərin əvvəllərində hazırlanmış ilk formal ÇİB‐lərin informasiya və açıqlama
üzrə siyasətləri siyasətlər, proqramlar və layihələrin detallarını açıqlamağa imkan
yaratmışdırlar. Bununla belə, informasiyanın yayılmasına ciddi məhdudiyyətlər qoyulmuşdu.
Layihələrin planlaşdırılmasında və onların icrasında layihə ərazilərində yaşayan insanların
önəmli töhfə verə bilməsi üçün təklif olunan fəaliyyət barədə məlumatlandırılmasına siyasətlər
heç bir təminat vermirdilər. Bunun nəticəsi olaraq, açıqlama siyasətləri qəbul olunandan sonra
1
BMTİP. İnsan İnkişafı Hesabatı 2002: Parçalanmış Dünyada Demokrtiyanın Dərinləşdirilməsi. Nyu York: 115. Bax:
http://www.undp.org/hdr2002/chapterfive.pdf
Appendix 1
39
ÇİB açıqlama siyasətlərinin gücləndirilməsinə dair ictimai
təkliflər səslənmişdir. Bu təkliflərin
sayı son illərdə çoxalıb və bəzi hökümətlər tərəfindən dəstəklənmişdir.
5.
Bunun nəticəsi olaraq, bütün ÇİB‐lər özlərinin informasiyanın açıqlaması siyasətlərini
yenidən dəyərləndirərək genişləndirdilər və ya hələ də genişləndirməkdə davam edirlər. Bu
yeni siyasətlərin bir çox ümumi xüsüsiyyətləri var. Bütün yeni qəbul və təklif olunmuş
siyasətlər əməliyyat və digər informasiyaları daha fəal təqdim edirlər. Onlar ictimaiyyət üçün
açıqlanacaq informasiyanın miqyası və növünü genişləndirir və rəsmi web səhifələrin
informasiyanın yayımında xüsusi rolunu vurğulayırlar. Onlar bəzi informasiyaların məsələn,
hüquqi məsləhət, başqa tərəfin təqdim etdiyi məlumat, kofidensial biznes məlumatı, ÇİB‐lər və
üzv ölkə hökümətlərinin əlaqələrinə mənfi təsir edə bilən məlumat daxil olmaqla, ictimaiyyətə
açıqlanmasında bənzər çətinliklərlə üzləşirlər.
6.
Ayrı‐ayrı ÇİB siyasətlərini fərqləndirən əsas xüsusiyyətlər aşağıdakı kimi göstərilir.
1.
Afrika İnkişaf Bankı (AfİB)
7.
Afrika İnkişaf Bankı İnformasiyanın Açıqlanması Siyasəti Sənədini 1997‐ci ilin dekabrında
qəbul etmişdir. AfİB 2003‐cü ildə siyasətin yenidən baxılmasına başlamış, və 2004‐cü ilin
martında şəffaflığa dair yeni siyasət qəbul etmişdir.
8.
Məsələn, 2004‐cü il siyasəti vurğulayır ki, məsləhətləşmələr aparmaq və maraqlı
tərəflərin iştirakına nail olmaq məqsədilə əməliyyat siyasəti sənədlərinin layihəsi və ölkə
strategiya sənədlərinin layihəsi bu sənədlərin Direktorlar Şurasında müzakirəsindən ən azı 50
gün əvvəl açiqlanacaq. Ölkə üzrə icra qiymətləndiriləmələri və Direktorlar Şurası tərəfindən
təsdiqlənəndən sonra layihədə ciddi dəyişiliklər baş verərsə, açıqlanır.
9.
Yeni siyasət həmçinin illik toplantıların xülasəsinin açıqlanmasını təmin edir, və ölkə və
sektor departamentlərinə maraqlı tərəfin sifarişinə əsasən layihə barədə texniki informasiyanı
təqdim etmək səlahiyyətini verir.
10.
Yenidən baxılmış İnformasiyanın Açıqlanması Siyasəti
təsdiq edilərkən, Direktorlar
Şurasında qərar verildi ki, bənzər təşkilatların müsbət praktikalarını tətbiq etmək üçün siyasət
müntəzəm olaraq yeniləşməlidir. Özəlliklə də, Direktorlar Şurasında vurğulandı ki, bənzər
təşkilatlarda Direktorlar Şurasının protokollarının açıqlanması ilə bağlı nəzarətə ehtiyac var.
2.
Avropa Yenidənqurma və İnkişaf Bankı
11.
Avropa Yenidənqurma və İnkişaf Bankı İctimai İnformasiya Siyasətini 2000‐ci ilin
iyununda təsdiqləmişdi. Növbəti ildə, AYİB siyasətin icrasının ilkin dəyərləndirilməsini keçirdi
və bunun nəticəsi olaraq, Direktorlar Şurası ətraflı dəyərləndirməni tələb etmişdi. Bu
dəyərləndirmə (yenidən baxılma) 29 aprel 2003‐cü ildə yenilənmiş siyasətin qəbulu ilə bitmişdi.
Əlavə
1
40
12.
Layihənin təsviri (layihə xülasəsinin sənədləri) özəl sektor layihələri üçün Direktorlar
Şurasının müzakirənsinə 30 gün qalmış, dövlət sektoru layihələri üçün 60 gün qalmış
ictimaiyyət üçün açıqlanır və Direktorlar Şurasının təsdiqindən sonra son variantda web səhifədə
saxlanılır. Özəl sector əməliyyatlarının qiymətləndirilməsi həmçinin web səhifədə yerləşdirilir.
13.
Yeni siyasətə uyğun olaraq, ictimaiyyət ölkə strategiyalarının hazırlanması
mərhələsində şərhlərini verməyə dəvət olunur və bunun üçün 8 həftə vaxt qoyulur. Müvafiq
ölkə strategiyası seminarında müzakirəyə çıxarılmamışdan öncə alınan şərhləri yekünlaşdıran
əlavə və ölkə üzrə komandanın şərhlərə olan cavabı İcra Komitəsinə və Direktorlara təqdim
olunmalıdır. Əlavə ölkə strategiyasını Direktorlar Şurası təsdiqləyəndən sonra web səhifədə
yerləşdirilir. Siyasət həmçinin vurğulayır ki, sektor siyasətləri layihəsi ictimai şərhlər üçün
Direktorlar Şurasında müzakirədən əvvəl və Direktorların müzakirəsindən sonra 45 gün
müddətinə bankın web səhifəsində yerləşdirilməlidir.
14.
2003 siyasətində həmçinin təsdiq olunacaq ölkə strategiyalarının yerli dillərə tərcüməsi
təsbit olunur. Buna əlavə olaraq, sənəddə deyilir ki, bank bankın 3 əsas siyasətini (açıqlama,
təhqiqat və ətraf mühit) tərcümə edəcəkdir.
15.
AYQİB yeganə ÇİB‐dir ki, açıqlama siyasətinin reallaşdırılması barədə illik hesabatını is
website‐nda yerləşdirir.
3.
Avropa İnvestisiya Bankı
16.
2002‐ci ilin oktyabrında, Avropa İnvestisiya Bankı (AİnB) Siyasəti üzrə qısa Bəyanat və
əsas açıqlanan informasiyanı (AinB ictimaiyyətlə necə əlaqələrini qurur – İcmal) təsvir edən broşür
və habelə əsasən preambula, sahənin müəyyən edilməsi, terminologiyadan, və açıqlama
istisnalarından ibarət olan Sənədlərin Əldə Edilməsi‐ni nəşr etdirmişdi,.
17.
AİnB “açıqlama prezumpsiyası” müddəasını qəbul etməməsinə baxmayaraq, Qaydalar
bəyan edir ki, “bank fəal informasiya siyasətinin tətbiq edilməsini üzərinə götürür və
ictimaiyyətə strategiya, siyasətlər, fəaliyyət və təcrübələr barədə informasiyanın çatdırılmasına
səylərinin gücləndirilməsini davam etdirir. Həmçinin deyilir ki, AİnB, “əməkdaşlıq edən
tərəflərlə razılaşmada fərdi əməliyyatlarla bağlı əsas informasiyanı açıqlamağı davam
etdirəcək.” İnformasiya Siyasəti Bəyanatına görə, Avropa Birliyinin (AB) maliyyə institutu olan,
AİnB özünün informasiya siyasətini “AB şəffaflıq, informasiyanın açıqlanması və digər
qanunvericilik üzrə siyasətlər” əsasında qurur.
18.
İnformasiya Siyasəti Bəyanatına görə, əsas sənədlər AB‐nin bütün rəsmi dillərində əldə
oluna bilər, lakin nəşrlərin AB və ya qeyri AB dillərdə əldə olunması bankın əməliyyat
vəzifələri ilə müəyyən edilir. Web səhifələr ingilis, fransız və alman dillərində yaradılır.
19.
Tarixi sənədlərə gəldikdə, Qaydalara görə , sənədlərin konfidensiallıq müddəti 30 ildən
sonra bitir.
Appendix 1
41
20.
İnformasiya Siyasəti Bəyanatında deyilir ki, Avropa Birliyinin Müqaviləsinə əsasən,
informasiyanın açıqlanması barədə şıkayətlər Avropa Ombudsmanına ünvanlana bilər.
21.
2004‐ci ilin iyununda AİnB Direktorlar Şurası İnformasiya Siyasəti Bəyanatına yenidən
nəzərdən keçirmədən təşkilatın açıqlama təcrübələrinə dair bir neçə xüsusi dəyişiklik qəbul
edib. Məsələn, hal‐hazırda həssas vəzifələrə aid davranış kodeksi, Direktorlar Şurasının və
Audit Komitəsinin əmək haqqları və habelə korporativ məsuliyyət haqqında yeni hesabat
ictimaiyyət üçün açıqdır.
4.
İnter
‐Amerika İnkişaf Bankı
22.
1994‐cü ilin oktyabrında İİB ilk açıqlama siyasətini təsdiqləmiş və 1994‐cü ilin
noyabrında İİB Əməliyyat Siyasəti Vəsaitinə (
OP
/ƏS‐102) daxil etmişdi. 1998‐cil ilin fevralında
və sonra 2001‐ci il aprelində açıqlanan sənədlər siyahısına əlavələr edilməklə siyasətə düzəliş
edilmişdir. 2002‐ci ildə İİB siyasətinin təshihinə başlamış, və bunun nəticəsi olaraq yeniləşmiş
sənəd 2003 –cü ilin noyabrında qəbul olunmuşdur.
23.
Yeni siyasət bank arxivlərinə daha sistematik və asan buraxılmanı təklif edir.
Buraxılışdan 20 il sonra tarixi informasiya açıq elan edilir. Buraxılan anda açıqlanmayan tarixi
informasiya, lakin siyasətə görə açıqlana bilən informasiya, layihə/proqram başa çatdıqdan
sonra və hökümətin razılığı olduqda açıqlanır.
24.
Buna əlavə olaraq, hal‐hazırda Direktorlar Şurasının illik və üç aylıq iş proqramları
ictimaiyyət üçün açıqlanır. Komitə sədri tərəfindən Direktorlar Şurasına təqdim edilən
əməliyyat və sektor siyasətləri, sektor strategiyaları, İİB ölkə strategiyaları, borc içində olan
yoxsul ölkələrin sənədləri və yoxsulluğun azaldılmasına dair strategiya sənədləri
müzakirələrinin hesabatları həmçinin açıqlanır. Siyasətə görə, İİB Direktorlar Şurasının
protokollarını açıqlayan ilk ÇİB‐dir (təsdiq olunan andan 60 gün ərzində).
25.
Siyasətinə daxil etməməsinə baxmayaraq İİB ümumiyyətlə Direktorlar Şurasına təqdim
olunan sənədləri ingilis və ispan dillərində açıqlayır. İdarəçilər Şurasına təqdim olunan
sənədlər İİB‐nin rəsmi dörd dilinin hər birində, yəni ingilis, fransız, portuqal və ispan dillərində
açıqlanmalıdır.
5.
Dünya Bankı Qrupu
a.
Beynəlxalq Maliyyə Korporasiyası
26.
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilk açıqlama siyasətini 1994‐cü ildə qəbul
edilmişdir. Yenidən baxılmış siyasət 1996‐cı ilin yanvar ayından qüvvəyə minmiş, və 1998‐ci
ilin iyulunda Direktorlar Şurası yenidən baxılmış siyasətə edilən düzəlişləri təsdiqləmişdir.
Əlavə
1
42
Digər beynəlxalq maliyyə təşkilatlarının siyasətlərinə görə, bu siyasət “açıqlama
prezumpsiyası” üzərində qurulub və bura eyni risklər daxildir.
27.
Özəl sektor layihələrinin təsviri (layihələr üzrə informasiya sənədlərinin xülasəsi)
Direktorlar Şurasının müzakirəsindən 30 gün əvvəl ictimaiyyət üçün açıqlanır və web səhifədə
Direktorlar Şurasının təsdiqinə qədər saxlanılır. Layihənin ətraf mühit və sosial informasiyası
layihənin ətraf mühit və sosial risk kateqoriyasından asılı olaraq, Direktorlar Şurasının
təsdiqindən əvvəl ən azı 30 gündən 60 günədək açıqlanır.
28.
BMK keçmiş BMK investisiyalarından (sektor, mövzu və ölkə üzrə qruplaşdırılmış)
öyrənilmiş dərslər daxil olmaqla, özünün özəl sektor əməliyyatları üzrə bir çox qiymətləndirmə
sənədləri nəşr etdirir. BMK həmçinin xüsusi qiymətləndirmə araşdırmalarını, xüsusi
araşdırmaların xülasəsini və illik icmalları nəşr etdirir.
29.
2004‐cü ildə, BMK ilk web vasitəsilə məsləhətləşmələr və müştəri sorğularından sonra
açıqlama siyasətinin yenidən baxılmasına başlamış, 16 avqust 2004 –cü ildə açıqlanmış
konsultativ sənəd və 2004‐cü ilin noyabrında açıqlanmış yenidən baxılmış siyasət layihəsi üzrə
rəyləri öyrənir.
30.
Siyasət layihəsi layihə ilə təsir olunan insanlara ətraf mühit və sosial təsirlər üzrə
informasiyanın və ətraf mühitə təsirlərin azaldılması üzrə iş planlarının mümkün qədər tez
açıqlanmasını təklif edir. BMK həmçinin bu planlarını açıqlama kanalları vasitəsilə açıqlayır.
Layihə həmçinin təklif olunan layihələrin təsiri barədə, və müntəzəm olaraq aydın və
müqayisəli şəkildə BMK investisiyaların illik inkişaf təsirləri barədə informasiyanın
açıqlanmasını təklif edir.
31.
Siyasət layihəsi həmçinin Direktorlar Şurasının iclas protokolunun həssas sayılan
informasiya redaktə ediləndən sonra ictimaiyyət üçün açıqlanmasını təklif edir.
32.
Yeni siyasətin BMK‐nin Direktorlar Şurasının təsdiqi üçün 2005‐ci ilin 3‐cü rübü ərzində
təqdim olunması gözlənilir.
b.
Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi
33.
Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (ÇİTA) açıqlama siyasətinə görə, digər
məsələlərlə bərabər investorun adı və ölkəsi, qəbul edən ölkənin adı, invetisiyanın həcmi,
sığorta və ödəmənin məbləği kimi göstəricilər daxil olmaqla sığortalanmış layihələrin rüblük
nəşri tələb olunur.
34.
Layihə üzrə müqavilənin hazırlanmasında istifadə olunan ÇİTA‐nın standart zəmanət
müqavilələri ərizəçilər və ümumiyyətlə ictimaiyyət üçün açıqdır. Həmçinin, potensial
ərizəçilərə təklif olunan investisiyaların sığorta ödəmələrini qiymətləndirməkdə kömək etmək
məqsədilə ÇİTA sığorta ödəmələrinin qiymətlərini nəşr etdirir.
Appendix 1
43
35.
ÇİTA BMK‐nın açıqlama siyasətinin yenidən baxılmasının yaxından monitorinqini
aparır, və öz siyasətinin baxılmasına BMK bu prosesi tamamlayandan sonra başlamaq
niyyətindədir (2005‐ci ildə).
c.
Dünya Bankı
36.
Dünya Bankı öz əməliyyatları barədə informasiyların ictimaiyyət üçün daha geniş
təqdim edilməsində davam edir: seçilmiş ölkələrdə sənədlərin növlərinin artırılmasına dair
pilot layihəyə başlayıb, ictimai informasiya mərkəzlərinin qlobal şəbəkəsinin yaradılması üçün
böyük məbləğlər ayırıb, həcmi artan tərcümə işini dəstəkləyən çərçivəni qəbul edib, və
informasiyanın açıqlanması barədə ictimai şikayətlərin qəbul etmə mexaniziminin
yaradılmasına dair müzakirələrə başlayıb.
37.
Dünya Bankı 1993‐cü ildə informasiyanın açıqlama siyasətini qəbul edən ilk ÇİB
olmuşdu. 1995‐ci və 1997‐ci illərdəki işçilərin icmallarından sonra, açıqlama siyahısına əlavə
sənədlər daxil edilmişdir. 2000 və 2001‐ci illərdəki yenidən baxılmadan sonra 2001‐ci ilin
sentyabrında genişləndirilmiş açıqlama siyasəti qəbul olunmuşdur. Dünya Bankının açıqlama
siyasəti 2002‐ci ildə qüvvəyə mindi.
38.
Digər məsələlərlə yanaşı yeni siyasət, kredit əməliytalarının tənzimlənməsi və ölkə
yardımı strategiyaları və sektor strategiyaları sənədlərinə dair Direktorlar Şurası müzakirələri
ilə bağlı sədrin yekün şərhləri sənədlərinin açıqlanmasını təklif etdi. Yeni siyasət bank
arxivlərinə girişinə daha da sistematik tez yanaşma təklif etdi. Siyasətdə göstərilməsə belə
Dünya Bankı qara siyahıya düşmüş şirkətlərin adını ictimaiyyət üçün açıqlayır.
39.
Dünya Bankının tələblərinə görə, ətraf mühit qiymətləndirilmələri, yerli adamların
planları və köçürülmə planları təsir olunan insanlara onların anladığı formada, üslubda və
dildə açıqlanmalıdır. Bütün kredit əməliyyatlara hazırlanmış faktiki texniki sənədlərin əsasında
hazırlanmış layihənin informasiya sənədi, bu sənədlərin siyahısını tələb edir.
40.
2001‐ci ildə siyasəti təsdiq etməklə Dünya Bankının Direktorlar Şurası həmçinin təsir
olunan insanlarla əlaqələrin qurulması üçün sənədlərin tərcümə variantlarını araşdırmaq,
ictimai informasiya mərkəzlərini təkmilləşdirmək, xarici əlaqələr üzrə ekspertlərin daha fəal
yeni siyasət barədə məlumatlar yaymaq kimi məsələlərdə sonrakı fəaliyyəti təsdiqləmiş oldu.
2001‐ci ildən başlayaraq, Dünya Bankı ictimai informasiya mərkəzlərinin sayını artırdı və
səlahiyyətlərini genişləndirdi, və maraqlı olan üzv ölkələrlə ölkə yardımı strategiyalarının
hazırlanması və reallaşdırılması, yoxsulluğun azaldılması, yoxsulluğun azaldılması strategiya
sənədləri və layihələr üzrə əlavə məlumatların təqdim edilməsi yollarını araşdırmaq məqsədilə
pilot proqramı başladı.
41.
2003‐cü ilin iyulunda Direktorlar Şurası ictimai informasiya mərkəzlərinin
gücləndirilməsi üçün proqram təsdiqlədi və bu məqsədə milyonlarla dollar ayırdı. Dünya
Əlavə
1
44
Bankı ölkə üzrə ictimai informasiya mərkəzlərinin işçiləri üçün yerlərdə açıqlama üzrə ekspert
kimi fəaliyyət göstərə bilmələri üçün təlimlər keçirir, sənədlərin yerli dillərdə hazırlanmasını
həvəsləndirir, tərcümə ilə bağlı işçilərə məsləhər verir, əməliyyat fəaliyyətləri barədə
ictimaiyyəti məlumatlandırır və təşkilat daxilində və xaricində tərəfdaşlığı inkişaf etdirir.
42.
Dünya Bankı həmçinin 2003‐cü ilin iyulunda sənədin tərcümə çərçivəsini qəbul
etmişdir. Tərcümə ilə bağlı qərarların məsuliyyəti sənədə məsuliyyətli şəxslərin (“biznes
sponsorun”) üzərindədir. Biznes ehtiyaclardan asılı olaraq onlar mümkün qədər geniş müvafiq
auditoriyaları əhatə edə biləcək dil seçəcəklər.
43.
Dünya Bankının ictimai informasiya mərkəzləri bölməsinin məqsədi informasiyanı əldə
edə bilməyən istifadəçilər üçün apellyasiya mexanizmini yaratmaqdır. Bu məsələnin
araşdırılması üçün ictimai informasiya mərkəzləri bölməsi Dünya Bankının şöbələrini və QHT‐
ləri bir araya gətirmək niyyətindədir.
44.
2004‐cü ildə mədən sənayelərinin qiymətləndirilməsi və dəyərləndirilməsi hökümət
müqavilələri və mədən sənayelərinə dair idarəçiliyin təkmilləşdirilməsi, korrupsiyanın
azaldılması və bu gəlirlərin düzgün istifadə olunması məqsədlərini daşıyan böyük layihələr
üzrə hökümətlərin əldə etdiyi gəlirlər barədə hesabataların vacib olmasını göstərdi. Dünya
Bankının Menecmenti bu dəyərləndirməyə cavab olaraq böyük layihələr üzrə hökümətə
ödənişlərin şəffaflığını və əsas müqavilələrin müvafiq şərtlərinin bu müqavilələr ictimaiyyət
üçün maraq kəsb etdikdə açıqlanmasını tövsiyə edir.
2
45.
Dünya Bankının Menecmenti və Direktorlar Şurası açıqlamanın genişləndirilməsi
imkanlarını müzakirə etməkdə davam edirlər. 2005‐ci ilin mart ayında Direktorlar Şurası
tərəfindən Dünya Bankının Açıqlama Siaysəti: Əlavə Məsələlər, İcraya Nəzarət Hesabatı (Yenidən
baxılmış) adlı sənəd qəbul edilmiş, və bu sənəddə 16 yeni açıqlama müddəaları təsdiqlənmişdir.
Bunlara BYİB ölkələri üçün ölkə yardımı strategiyalarının həmişəki açıqlaması; qeyri‐formal
Direktorlar Şurasının iclası üçün Direktorlar Şurasına göndərilmiş pilot layihəyə əsasən
əməliyyat siyasətlərinin layihəsinin nəşri; və Direktorlar Şurası iclasınının protokolunun, büdcə
sənədinin, işçilərin mükafat sənədinin və işçilərin iş prinsiplərinin açıqlanması daxildir.
2
Dünya Bankı. 2004, 17 Sentyabr. Dünya Bankı Menecment Qrupunun Mədən Sənayesininin Baxılmasına Cavabı
Bax:
http://www-wds.worldbank.org/servlet/WDS_IBank_Servlet?pcont=details&eid=000160016_20040921111523
Əlavə 2
45
Dostları ilə paylaş: |