ƏSAS VƏSAİTLƏRİN MÜƏSSİSƏDƏN ÇIXMASININ UÇOTU
Əsas vəsaitlərin çıxması əməliyyatı mühasibatlıqda tez-tez rastlanan əməliyyatdır. Əsas vəsaitlər satıldıqda, ləğv edilib silindikdə, əvəzsiz olaraq başqa təşkilata və fiziki şəxsə verildikdə, maliyyə qoyuluşu qaydasında digər müəssisələrin kapitalında iştirak payı kimi verildikdə, inventarlaşma nəticəsində əskikgəlmə müəyyən olunduqda, müəssisənin tabeçiliyində olan başqa müəssisəyə verildikdə müəssisədən çıxarılmış hesab olunur.
Əsas vəsaitlərin satış üçün buraxılmasında mövcud olan qaydalardan istifadə olunur. Belə halda əsas vəsaitə cavabdeh olan maddi-məsul şəxs əmtəə-nəqliyyat qaiməsi tərtib edir və vəsaiti alan müəssisə nümayəndəsindən vəkalətnamə alaraq buraxılış əməliyyatını icra edir. Əmtəə-nəqliyyat qaiməsində əsas vəsaitin adı, texniki göstəriciləri, ilkin, bərpa dəyəri, istismar dövründə hesablanmış amorti-zasiya məbləği əks olunmalıdır.
Bəzən əsas vəsaitlərdən tam istifadə etmək mümkün olmur. Bu zaman müəssisənun əsas vəsaiti ləğv etmək vəya balansdan silmək hüququ var.
Əsas vəsaitlərin müəssisədən çıxmasının səbəblərinin müxtəlif olmasına bax-mayaraq. onlar müəssisədən çıxan zaman onların dəyəri 01№-li “Əsas vəsaitlər” hesabından 47№-li “Əsas vəsaitlərin satışı və sair xaric olmalar” hesabının debetinə silinir.
Əsas vəsaitlərin hesablaşma əsasında ödənişi aparıldıqda satışdan daxil olan pul vəsaiti üzrə 62№-li “Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabının debe-tinə və 47№-li “Əsas vəsaitlərin satışı və sair xaric olmaları” hesabının kreditinə yazılış aparılır. 51№-li “Hesablaşma hesabı”nın debetinə və 62№-li “Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabının kreditinə yazmaqla uçotu aparılır.
Əsas vəsaitlərin ləğv olunub silinməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 iyun 1998-ci il tarixli əmri ilə qəbul olunmuş “Əsas vəsaitlərin ləğv edilməsi” haqqındakı təlimata müvafiq olaraq həyata keçirilir və müəssisə rəhbərinin təsdiq etdiyi akt əsasında mühasibat uçotunda aşağıdakı yazılışlar aparılır :
-
əsas vəsaitlərin ilk dəyəri 47№-li “Əsas vəsaitlərin və sair xaric olmalar” hesabının debeti, 01№-li “Əsas vəsaitlər” hesabının kreditinə
-
silinən əsas vəsaitlərin köhnəlmə məbləği 02№-li “Əsas vəsaitlərin köhnəlməsi” hesabının debetinə və 47№-li “Əsas vəsaitlərin satışı və sair xaric olmalar” hesabının kreditinə
-
Silinən vəsaitlərin köhnəlməsində iştirak edən işçilərin əməyinin ödənilməsinə hesablanılan məbləğ 47№-li “Əsas vəsaitlərin satışı və sair xaric olmalar” hesabının debetinə və №-li “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar” hesabının kreditinə
-
əsas vəsaitlərin ləğvi nəticəsində əldə edilən material qiymətlərinin dəyəri mümkün istifadə qiyməti ilə 10№-li “Materiallar”, 12№-li “Azqiymətli və tezköhnələn əşyalar” hesab-larının debetinə, 47№-li “Əsas vəsaitlərin satışı və sairə xaric-olmalar” hesabının kreditində əks olunur.
Bunuda qeyd etmək lazıçdı ki, hesabat dövrünün sonunda 47№-li “Əsas vəsaitlərin satışı və sairə xaric olmalar” hesabı bağlanır və həmin hesabın debet və kredit dövriyyələri arasındakı fərq müəyyənləşdirilir və 80№-li “Mənfəət və zərərlər” hesabına silinir. Debet dövriyyəsinin kredit dövriyyəsindən çox olması əsas vəsaitlərin müəssisədən çıxmasından əldə edilən zərəri, kredit dövriyyəsinin debet dövriyyəsindən çox olması isə alışın mənfəətini göstərir.
-
Dostları ilə paylaş: |