Ataxan həSƏnovun


İşçi və məhsuldar heyvanlar



Yüklə 144,5 Kb.
səhifə6/11
tarix25.12.2016
ölçüsü144,5 Kb.
#2964
1   2   3   4   5   6   7   8   9   10   11
7. İşçi və məhsuldar heyvanlar : bura adından göründüyü kimi kənd təsərrüfatı fəaliyyətinə təsir edən işçi və məhsulda heyvanlardır. Yəni İnəklər, camışlar, ana marallar, damazlıq donuzlar aiddir.

8. Kitabxana fondu : bura isə bütün növ elmi, bədii, tədris və xüsusi növ ədəbiyyat aid edilir.

9. Sair əsas vəsaitlər : bura yuxarıdakı qruplarda qeyd olunmayan bütün əsas vəsaitlər aiddir. Məsələn, mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə ağacları, dekorativ çoxillik əkmələr, muzey sərvətləri, heyvanxana eksponatları, tədris kinofilmləri, uşaq oyuncaqları, xizək materialları və s.

Əsas vəsaitlər vəsait növlərinə əlavə olaraq forma etibarına görədə təsnifləşdirilir. Beləliklə əsas vəsaitlər istifadə olunma dərəcəsinə görə aşağıdakı qruplarda təsnif olunur :



  1. İstifadə olunan əsas vəsaitlər

  2. Ehtiyatda olan əsas vəsaitlər

Əsas vəsaitlər üzərində mülkiyyət hüququ olması etbatilə belə təsnifləşdirilir:

  1. Müəssisəni öz mülkiyyətində olan əsas vəsaitlər

  2. Digər müəssisələrdən icarəyə götürülmüş əsas vəsaitlər

Əsas vəsaitlər istehsal xarakterinə görə, yəni istehsal və kommersiya xarakterlətinə görə təsnifləşdirilir. İstifadə olunma xaralteinə görə əsas vəsaitlər belə bölünür:

  1. İstifadə olunan əsas vəsaitlər

  2. İstifadə olunmayan əsas vəsaitlər

İstifadədə olan əsas vəsaitlər o vəsaitlər adlanır ki, onlar müəssisənin istehsal fəaliyyətində bilavasitə iştirak edir. Misal olaraq, maşınqayırma zavodunda əsas istifadədə olan istehsal maşın və avadanlıqları bilavasitə məhsul istehsalında istifadə olunur və öz dəyələrini tədricən istehsal olunmuş məhsulun dəyərinə keçirir və onlara hesablanmış köhnəlmə məbləği istehsal və ya tədavül xərclərinə keçirilir.

İstifadə olunmayan əsas vəsaitlər müəssisənin istehsal fəaliyyətində birbaşa iştirak etmir və öz dəyərini istehsal olunmuş məhsulun dəyərinə keçirmir. Buna baxmayaraq, mütləq nəzərə almaq lazımdır ki, həmin vəsaitlərin iştirakı olmadan maddi istehsalın fəaliyyəti qeyri-mümkündür. Misal olaraq, maşınqayırma müəssisəsində qeyri-istehsal xarakterli əsas vəsaitlərə binalar, uşaq və məktəbəqədər bağça və avadanlıqlar, özəlləşdirilmiş mənzil fondu, yeməkxanalar, idman-sağlamlıq kompleksləri və sairə aid edilir ki, bunların da müəssisədə əhəmiyyəti olduqca böyükdür.

Əsas vəsaitlər öz dəyərlərinin istehsal olunmuş hazır məhsulun dəyərinə keçirmək xaraktetikasına görə belə qruplaşdırılır:


  1. Fəal xarakterli əsas vəsaitlər

  2. Qeyri-fəal xarakterli əsas vəsaitlər

Fəal xarakterli əsas vəsaitlərin müəssisə fəaliyyətindəki gördüyü iş saat hesabı ilə ölçülür və nəticə müəyyən olunur.

Qeyri fəal xarakterli əsas vəsaitlərə binalar, tikintilər, avadanlıqlar və başqa-ları aid edilir ki, onların müəssisə istehsal fəaliyyətini müəyyən ölçü vahidi ilə ölçmək mümkün deyildir.

Mühasibatlıqda əsas vəsaitlərin uçotunun təşkilində ən mühüm məsələlərdən biri də əsas vəsaitlərin qiymətləndirilməsidir. Əsas vəsaitlərin dəyəri onların amortizasiya hesablanmasına təsir edir və buna görə də onun məsrəflərinin artmasına səbəb olur. Əsas vəsaitlər müxtəlif yollarla qiymətləndirilə bilər. Amma əksər hallarda ilkin, bərpa və qalıq dəyəri ilə qiymətləndirilir.

Əsas vəsaitlərin ilkin dəyərinin müəyyən olunması onların əldə olunması mənbəyindən və formasından asılıdır. Əsas vəsaitlərin ilkin dəyərini onların yaradılmasına, alınmasına sərf olunan məsrəflər, daşınma və quraşdırılma xərcləri daxildir.

Əsas vəsaitlərin ilkin dəyərinin formalaşmasında müxtəlif qaydalardan istifadə olunur:


  • Müəssisəyə başqa müəssisədən əsas vəsait alındıqda və ya müəssisənin özü tərəfindən hazırlandıqda onun ilkin dəyərinə faktiki olaraq sərf olunmuş məsrəflər, daşınma, yığılma və quraşdırılma xərcləri daxil edilir

  • Müəssisəyə əsas vəsait əvəzsiz olaraq dövlət tərəfindən və ya digər müəssisə tərəfindən verildikdə onun ilkin dəyəri daxil olan gündə bazar qiyməti üzrə qiymətləndiril-məklə mədaxil olunur.

  • müəssisə yaradılarkən təsisçi tərəfindən nizamnamə kapitalının forma-laşmasına verilən əsas vəsait tərəflərin razılığı ilə təhvil-qəbul sənədi əsasında qiymətləndirilir

Əsas vəsaitin bərpa dəyəri onun yenidən qiymətləndirilməsidir. Kommersiya təşkilatları ildə bir dəfə əsas vəsaitlərin bərpa qiymətlərini tənzimləyirlər. Belə olduqda, halda əsas vəsaitin ilkin dəyəri yeni dövrün bazar qiymətinə uyğun olaraq yenidən qiymətləndirilir.

Əsas vəsaitlərin qalıq dəyərini müəyyən etmək üçün əsas vəsaitin ilkin vəya bərpa dəyərindən onun hesablanmış amorizasiyası çıxılır və qalan dəyər əsas vəsaitin qalıq dəyərini ifadə edir. Bu dəyər mühasibat balansında əks olunur.

Hər bir müəssisədə əsas vəsaitlərin qalığı, hərəkəti, saxlanması və maliyyə-təsərrüfat fəaliyyətindəki rolu bilavasitə mühasibat uçotu göstəriciləri əsasında əldə olunur. Bununla əlaqədar mühasibat uçotunun əsas vəsaitlərin uçotu qarşısında aşağıdakı vəzifələr durur :


  • mühasibat uçotu sintetik və analitik uçot registrlərində əsas vəsaitlərin qalığı, hərəkəti ilə əlaqədar sənədləşmənin düzgün və vaxtında tərtib olunması

  • əsas vəsaitlərin saxlanması üzərində və ehtiyatda olan vəsaitlərin saxlanmasına nəzarətin təşkili

  • əsas vəsaitlərin faydalı istifadə olunması və amortizasiya (köhnəlmə) hesablanmasının uçotunun düzgün aparılması üzərində nəzarət

  • aparılan inventarlaşmaların düzgün aparılması və onların nəticələrinin mühasibat uçotunda əks olunmasına nəzarət

  • əsas vəsaitlər üzrə vergilərin hesablanması və ödənməsinin icrası üzərində nəzarət

  • rüblük və illik maliyyə mühasibat hesabatlarının tərtibi üçün həqiqi etibarlı uçot göstəricilərinin və informasiyaların hazırlanması.


Yüklə 144,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin