4. Maşın və avadanlıqlar– Maşın və avadanlıqlara təsərrüfat prosesi üçün lazım olan bütün növ maşın və avadanlıqlar aiddir. Yəni bura güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya avadanlıqları, hesablama texnikası, tibbi avadanlıqlar və ayrı-ayrı qruplar üzrə başqa maşın və avadanlıqlar aiddir.Maşın və avadanlıqlarda öz tərkibində qruplaşdırılır.
Güc maşınları və avadanlıqları : bura elektrik enerjisi və istilik hasil edən maşın-generatorlar və müxtəlif növ enerji hasil edən maşın-mühərriklər və bu kimi başqa güc maşınları və avadanlıqları aiddir.
İş maşın və avadanlıqları : bura istehsalat prosesində mexaniki mühərriklərin əmək predmetlərinə mexaniki, termiki və kimyəvi təsir göstərmək üçün nəzərdə tutulmuş maşınlar, aparatlar və avadanlıqlar aiddir.
Ölçü cihazları : bura isə istehsalar prosesində istifadə olunan ölçü cihazları aiddir. Bu ölçü cihazlarına aşağıdakılarını misal verə bilərik: dozatorlar, ampermetrlər, barometrlər, vatt-metrlər, suölçənlər, vakuummetrlər, vaporimetrlər, voltmetrlər, hündürlükölçənlər, qalvanometrlər, geodeziya cihazları, hiqroskoplar, indikatorlar, kompaslar, manometrlər, xronometrlər, xüsusi tərəzilər, kassa aparatları və başqa ölçü cihazları.
Tənzimləyici cihazlar və qurğular : bura oksigenli tənəffüs cihazları, elektrik, pnevmatik və hidravlik qurğuları tənzimləyən cihazlar. avtomatik idarəetmə pultları, blokirovka və mərkəzləşdirmə aparatları, dispetçer nəzarəti üçün xətli qurğular və bu kimi başqa tənzimləyici cihazlar və qurğular aiddir.
Laboratoriya avadanlıqları : bu qrupa laboratoriyalarda istifadə olunan avadanlıqlar aid edilir. Yəni: pirometrlər, nizamlayıcılar, kalori-metrlər, nəmliyi müəyyən edən cihazlar, distillə qazanları, laboratoriya koprları, mikroskoplar, termostatlar, stabilizatorlar, sorucu şkaflar, mikroskoplar və başqa laboratoriya avadanlıqları.
Hesablama texnikası : bura elektron-hesablayıcılar, idarəçi və analoji maşınlar, rəqəmli hesablayıcı maşınlar və qurğular və bu kimi başqa hesablama texnikası aiddir.
Tibbi avadanlıqlar : burada təsərrüfat obyektində olan bütün tibbi avadanlıqlar aid edili. Dərmanlar, antibiotiklər, preparatlar, diş həkimləri üçün kreslolar, cərrahiyyə stolları, xüsusi avadanlıq bərkidilmiş çarpayılar, xüsusi dezinfeksiya avadanlıqları, qanköçürmə stansiyaları və başqa tibbi avadanlıqlar.