Ataxan həSƏnovun


ƏSAS VƏSAİTLƏRİN AMORTİZASİYASININ UÇOTU



Yüklə 144,5 Kb.
səhifə10/11
tarix25.12.2016
ölçüsü144,5 Kb.
#2964
1   2   3   4   5   6   7   8   9   10   11
ƏSAS VƏSAİTLƏRİN AMORTİZASİYASININ UÇOTU

Bildiyimiz kimi, əsas vəsaitlər müəssisənin sahib olduğu bütün materiallar kimi müəyyən vaxtdan sonra həm fiziki həm də mənəvi köhnəlir.

02№-li "Əsas vəsaitlərin köhnəlməsi" hesabı müəssisənin öz mülkiyyətində olan və uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 iyun 1998-ci il, 21-46 №-li əmri ilə Respublika Statistika Komitəsinin 08 iyun 1998-ci il, 8/6-36 №-li razılığı əsasında “Köhnəlmə hesablanmasının yeni metodunun tətbiqi üzrə təlimat”da mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar balanslarında olan əsas vəsaitlərin və fondların balans dəyərinə köhnəlmə hesablanmasının yeni yəni açıq metodunu tətbiq etmək müəyyənləşdirilmişdir.

Buna baxmayaraq Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli, 905-11 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 114-cü maddəsinə amortizasiya ayırmaları və gəlirdən əsas vəsaitlər üzrə çıxılan məbləğlərə dair bir sıra yeni qaydalar müəyyən edilmişdir. Bu yeni qaydalara əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir :



  1. binalar, tikililər və qurğular - 7 faizədək

  2. maşınlar, avadanlıqlar və hesablama texnikası – 25 faizədək

  3. digər əsas vəsaitlər - 20 faizədək

  4. geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25 faizədək

  5. qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün – 10 faiz

Bunu da qeyd etmək lazımdır ki, binalar, tikililər, qurğular üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılmalıdır.

Müəssisələr əsas vəsaitlərə ayrı-ayrılıqda hər ay köhnəlmə hesabladıqları üçün qəbul olunmuş illik köhnəlmə normalarını 12 aya bölməklə aylıq köhnəlmə normalarını müəyyən edirlər.

Azərbaycan Respublikasında olan mövcud qanunvericiliyə görə torpaq, incəsənət əsərləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən amortizasiyaya məruz qalmayan digər aktivlər amortizasiya olunmur.

Mühasibat uçotunda aylıq hesablaşmanı köhnəlmə məbləği 02№-li “Əsas vəsaitlərin köhnəlməsi” hesabında əks olunur. 02№-li “Əsas vəsaitlərin köhnəlməsi” hesabı passiv hesab olub müəssisənin öz mülkiyyətində olan, uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Vəsaitlərə qanunvericilikdə nəzərdə tutulmuş normalarla hesablanmış köhnəlmə məbləği 02№-li “Əsas vəsaitlərin köhnəlməsi” hesabının kreditində, istehsal və tədavül xərclərini uçota alan hesabların, yəni 20№-li “Əsas istehsalat”, 23№-li “Köməkçi istehsalat”, 25№-li “Ümumi istehsalat xərcləri”, 26№-li “Ümumi təsərrüfat xərcləri”, 44№-li “Tədavül xərcləri” hesabının debetində əks etdirilir.



Bunu da qeyd etmək lazımdır ki, Tam amortizasiyaya uğramış əsas vəsaitlərin köhnəlməsi hesablanmır


Yüklə 144,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin