2.ƏSAS VƏSAİTLƏRİN DAXİL OLMASININ UÇOTU
Mühasibatlıq işində əsas vəsaitlərin daxil olmasının uçotunun aparılması müəssisənin təsərrüfat fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir. Müəssisələrə əsas vəsaitlər şəklində yeni tikilmiş obyektlərin istifadəyə verilməsi, başqa təşkilatdan əvəzsiz daxil olması, müəssisə yaradılarkən nizamnamə kapitalı formasında səhmdarların verdikləri əsas vəsaitlər, digər müəssisə və şəxslərdən pulla alınan, müəssisənin özü tərəfindən hazırlanan əsas vəsaitlər formasında daxil olur. Müəssisədə mövcüd olan əsas vəsaitlərin uçotu isə müəssisədə olan əsas vəsaitlərin təsnifi, qruplaşdırılması üzrə aparılır.
Müəssisədə əsas vəsaitlərin daxil olması və onların əsas vəsait kimi uçotda əks olunması qəbul-təhvil aktı ilə rəsmiləşdirilir. Əgər əsas vəsait yeni tikilib və istifadəyə verilibsə bu zaman əsas vəsaitlər xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası tərəfindən yoxlanılır və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Dövlət komissiyasına isə yüksək səviyyəli mütəxəssislər, mühasibatçılar, təftiş komissiyasının üzvləri və digər maraqlı şəxslər daxildir. Azərbaycan Respublikasının bu sahədə qəbul etdiyi müvafiq qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş akt əsas vəsaitlərin mədaxil olunması və invertar kartı açmaq üçün mühasibatlığa təqdim olunur. İnvertar kartının açılma səbəbi müəssisədə əsas vəsaitlərin uçotlar üzrə təşkilidir. Mövcud qaydalara görə invertar kartında uçota alınan obyektin invertar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amortizasiya hesablanması nömrəsi, köhnəlmə həcmi göstərilir. Əgər əsas vəsait müəssisədən çıxarılarsa bu zaman müvafiq olaraq invertar kartı uçotdan çıxarılır.
Əsas vəsaitlərin sintaktik uçotu aktiv hesab olan 01№-li “Əsas vəsaitlər” hesabında aparılır. 01№-li “Əsas vəsaitlər” hesabı müəssisənin mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən əsas vəsaitlərin mövcudluğu və hərəkəti haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. 01№-li “Əsas vəsaitlər” hesabının debetində əsas vəsaitlərin daxil olması, yenidən qiymətləndirilməsi, kreditində isə əsas vəsaitlərin çıxması və qiymətlərinin aşağıya salınması əməliyyatları əks olunur. Əsas vəsaitlərin köhnəlməsi 02№-li “Əsas vəsaitlərin köhnəlməsi” hesabında uçota alınmalıdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da müəyyən olunduğu üzrə 01№-li “Əsas vəsaitlər” hesabında əsas vəsaitlər ilk dəyərləri ilə uçota alınır. Həmin dəyərlər obyektlər üzrə aşağıdakı qaydada müəyyən edilir :
-
təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər üçün tərəflərin müqavilə qiyməli ilə
-
müəssisənin özündə hazırlanmış, həmçinin başqa müəssisə və şəxslər tərəfindən pulla alınmış obyektlər üçün daşınma və quraşdırma üzrə xərclər də daxil edilməklə quraşdırılmış, yaxud alınmış obyektlərə faktiki məsrəflərdən asılı olaraq
-
dövlət orqanlarından maddi yardını kimi digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış obyektlər üçün ekspert yolu ilə, yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar üzrə müəyyən edilmiş dəyərlə
Müsəssisəyə daxil olan əsas vəsaitlərin daxil olmasının xarakterindən, yəni hansı mənbədən daxil olması ilə əlaqədar olaraq mühasibat yazılışı aparılır.
Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına pay qoyulan əsas vəsaitlər mədaxil edildikdə 01№-li “Əsas vəsaitlər” hesabının debetində və 75№-li “Təsisçilərlə hesablaşmalar” hesabının “Nizamnamə (yığım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar” subhesabının kreditində əks etdirilir.
Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən əvəzsiz alınmış əsas vəsaitlərin mədaxili 01№-li “Əsas vəsaitlər” hesabının debetində və 87№-li “Əlavə kapital” hesabının “Əvəzsiz olaraq alınmış sərvət” subhesabının kreditində əks etdirilir. Əgər əvəzsiz daxil olan əsas vəsaitlər qeyri-istehsal təyinatlıdırsa onda 87№-li hesabın əvəzinə 88№-li “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabı tətbiq edilir.
Müəssisənin özü tərəfindən yaradılmış yaxud başqa müəssisə və şəxslərdən pulla alınmış əsas vəsaitlər 01№-li “Əsas vəsaitlər” hesabının debeti və 08№-li “Kapital qoyuluşları” hesabının kreditinə mühasibat yazılışını verməklə mədaxil edilir.
Göstərilən qaydada tikintisi başa çatmış və istismara verilmiş əsas vəsaitlər mühasibat uçotunda əks olunur. Burada obyektin tikintisi ilə əlaqədar olan və smeta-titul siyahısı, kapital qoyuluşu üzrə müəyyən olunmuş bütün məsrəflər tikintinin təsərrüfat və ya podrat üsulu ilə aparılmasından asılı olmayaraq 08№-li “Kapital qoyuluşlar” hesabında əks olunmalıdır.
“Əsas vəsaitlər” hesabı aşağıdakı hesablarla müxabirləşdirilir :
DEBET ÜZRƏ
|
KREDİT ÜZRƏ
|
01 əsas vəsaitlər
|
01 Əsas vəsaitlər
|
03 uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər
|
06 Uzunmüddətli maliyyə qoyuluşları
|
08 kapital qoyuluşları
|
09Daxil olan icarə öhdəlikləri
|
30 qeyri-əsaslı işlər
|
47 Əsas vəsaitlərin satışı və sair xaric olmaları
|
75 Təsisçilərlə hesablaşmalar
|
58 Qısamüddətli maliyyə qoyuluşları
|
87 Əlavə kapital
|
87 Əlavə kapital
|
88 Bölüşdürülməmiş mənfəət
|
|
-
Dostları ilə paylaş: |