Hazırladı: M.ƏLƏKBƏRLİ
Tibb və Fiziologiya üzrə 2016-
cı ilin Nobel mükafatı laureatı
u
“Radioelektron
texnologiyalar” konserni
insan orqanizminin
əsas göstəricilərini qeydə alaraq
məlumatları tibbi mərkəzə ötürən
yeni teletibbi qadjetini təqdim edib.
AZƏRTAC hi-news.ru saytına isti-
nadla xəbər verir ki, “CardioMarker”
adlı qadjet iki hissədən ibarətdir: ürək
hissəsinə bərkidilən daşınan modul
elektrokardioqram, temperatur və nəbz
kimi göstəriciləri qeydə alır, xüsusi
“ağıllı” qolbaq və smartfon üçün proq-
ram isə məlumatları pasiyentə, həkimə
və hətta təcili yardım briqadasına
göndərə bilir.
Bütün məlumatlar mühafizə olunmuş
mobil və radioəlaqə kanalları vasitəsilə
real vaxt rejimində ötürülür ki, bunun-
la da məlumatların məxfiliyi qorunur.
Pasiyentin göstəriciləri normadan ciddi
şəkildə fərqləndikdə qurğu həkimə və
ya ən yaxın məsafədə olan təcili yardım
briqadasına xəbərdarlıq göndərir.
“CardioMarker” aritmiya, işemiya
(infarkt) hallarını aşkarlaya, yorğunluq
dərəcəsi, stress səviyyəsi, orqanizmin
bərpa olunma qabiliyyəti haqqında
məlumatları əldə edə bilir. Qeyd olunan
funksiyalar ürək-damar xəstəliklərinin
izlənməsi və profilaktikası üçün vacib-
dir. Bundan başqa, qurğu idman tibbi
sahəsində idmançıların göstəricilərinin
yaxşılaşdırılması üçün istifadə oluna
bilər.
Dostları ilə paylaş: |