«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Müstəqillik, vicdanlılıq və obyektivlik



Yüklə 354,65 Kb.
səhifə18/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   14   15   16   17   18   19   20   21   ...   109
audit

Müstəqillik, vicdanlılıq və obyektivlik. Istənilən auditor xidmətləri göstərər­kən auditor obyektiv və vicdanlı olmalı, konfliktə maraq göstərməməli, qərəzli mövqe tutmamalı, faktları qəsdən təhrif və ya başqalarını öz fikrinə tabe etmə­mə­lidir.

Vicdanlılıq peşəkar qəbul edilmək üçün auditorun əsas xarak­terik siması оl­malıdır, sifarişçinin, cəmiyyətin etibarının əsaslandıüı bu keyfiyyəti doürult­mа­lıdır. Vicdanlılıq auditordan obyektivlik, müstəqillik prinsiplərini və lazımi dərəcədə diqqətli olmağı tələb edir.

Auditorun müstəqilliyinə bir sıra obyektiv amillər təsir göstə­rir. Bura: peşə etikasının pozulması səbəbindən ixtisası üzrə işləmək hüququndan məhrum olun­ması ehtimalı, imicinin itirilməsi, audito­run düzgünlüyünə və оbyektivliyi­nə qarşı olan hər bir hərəkətə müqa­vimət aid edilir.

Auditor yoxlamasının aparılması və rəyin tərtib edilməsi za­ma­nı auditorlar yoxlanılan təsərrüfat subyektinə və ya üçüncü tərəfə, məsələn, yoxlama aparıl­masını sifariş edən dövlət orqanına, eləcə də mülkiyyətçilərə və işlədikləri auditor təşkilatlarının rəhbərlərinə qarşı münasibətdə müstəqil olmalıdırlar. Maliy­yə hesabatları haqqında auditor öz rəyini verərkən müstəqillik böyük əhəmiy­yət kəsb edir. Ona görə də auditor müştəri ilə müəyyən maliyyə münasibətlərinə ma­­lik­dirsə və o, müştərinin şirkətinin idarə olunmasında faktiki işti­rak edirsə və ya həmin şirkətin nəzarəti altında işləyirsə, maliyyə he­sa­ba­tını qiymətləndirə bilməz. Başqa sözlə, kənardan auditorun fikri­nə təsir edilməməli, onun fikri müstəqil olmalıdır. Bununla yanaşı, o, ida­rə­etmə və vergitutma sahəsində müəssisəyə məsləhət xarakterli xid­mət­lər göstərə bilər.

Auditorun müstəqilliyi onunla şərtlənir ki, o, hər hansı bir dövlət idarəetmə orqanında ştatda olan işçi deyil, təftiş-nəzarət orqanlarına tabe deyil və onların göstərişi və nəzarəti altında işləmir. Nəticələrin obyektivliyi müəssisədə işlərin mü­fəssəl, onun istehsal-maliyyə fəaliyyətinin nəticələrinin öyrənilməsinə, iqtisa­di təhlili və yoxlamanın nəticələri üzrə auditor rəyinin tərtib edilməsi prosesində zaman həqiqi məlumatlardan və zəruri analitik metodlardan istifa­dəyə əsasla­nır. Beləliklə, müştərinin maraqlarına diqqət cəmiyyət qarşısında auditorun müstəqillik, vicdanlılıq və obyektivlikdə təcəs­süm olunan cəmiyyət qarşısında audito­run borcunun yerinə yetiril­mə­sinə mane olmamalıdır. Belə ikiqat məsu­liy­yət həm müştəri, həm də cəmiyyət qarşısında yüksək səviyyədə etik dərket­mə və dav­ranış tə­ləb edir.

Auditor müştəriyə qarşı mehriban və diqqətli olmalıdır. əlbət­tə, takt və dip­lоmatçılıq çox vacibdir, əsas məsələlər üzrə auditorun mövqeyi müştəriyə tam aydın olmalıdır, heç bir peşəkar mütəxəssis özünün fikrini və nəticələrini mehribаnçılıq hisslərinə tabe etməz və mehribançılıüa görə özünün obyektiv fikrini dəyişməz.




Yüklə 354,65 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin