Аuditin plаnlаşdırılmаsı
Auditor planlaşdırılması – auditor yoxlaması üçün ən mühüm mərhələ-lərindən biridir. Auditor planlaşdırılması – auditin həcmi, planlaşdırılan işlərin növləri və onların yerinə yetirilmə müddəti göstərməklə auditin ümumi planı-nın, elecə də iqtisadi subyektin mühasibat (maliyyə) hesabatı haqqında rəyin hazırlanması üçün vacib olan auditor prosedurlarının həcmini, növlərini müəyyən edən audit proqramının işlənib hazırlanması prosesidir.
Təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının auditi planlaşdırılan zaman auditor təşkilatları və sərbəst auditorlar tərəfindən tətbiq edilən normalar «Auditin planlaşdırılması» BАS 300 ilə müəyyən edilir. Auditor planını və proqramını hazırlayarkən auditor iqtisadi subyekt haqqın-da ilkin biliklərə və keçirilmiş analitik prosedurlarının nəticələrinə istinad etməlidir.
Nəzərə almaq lazımdır ki, auditin planlaşdırılması, auditin keçirilməsinin ümumi prinsiplərinə uyğun surətdə auditor təşkilatı tərəfindən həyata keçirilir. Auditin ümumi prinsipləri ilə yanaşı aşağıdakı xüsusi prinsiplər mövcuddur:
a) planlaşdırmanın kompleksliyi
b) planlaşdırmanın fasiləsizliyi
s) planlaşdırmanın optimallıüı
Planlaşdırmanın kompleksliyi dedikdə planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı əlaqəsinin və razılıüının təmin olunması başa düşülür.
Planlaşdırmanın fasiləsizliyi dedikdə, auditorlar qrupu üçün əlavə tapşırıqların müəyyənləşdirilməsi və planlaşdırılan mərhələlərin təsdiq olunan müddətlərə əlaqələndirilməsi başa düşülür.
Auditin planlaşdırılmasının optimallığı dedikdə, planlaşdırmanın variantlı-ğının təmin olunması başa düşülür. Auditor təşkilatının audit planlaşdırılması aşağıdakı əsas mərhələlərdən ibarətdir:
- auditin əvvəlcədən planlaşdırılması
- auditin ümumi planının hazırlanması
- auditin proqramının hazırlanması və tərtib edilməsi.
Ümumi planın və audit proqramının hazırlanmasına başlayan auditor təşkilat- iqtisadi subyekt haqqında bəzi məlumatlara malik olmalıdır. Auditin ümumi planında auditor ilkin təhlil, daxili nəzarət sisteminin etibarlıüı və auditor risklərinin qiymətləndirilməsinin üsullarını müəyyənləşdirir.
Audit nəzarətinin planlaşdırılması mühasibat (maliyyə) hesabatlarının, keyfiyyətinin, təsərrüfat-maliyyə əməliyyatlarının, onların mühasibat uçotu hesablarında əks etdirilməsinin qanunılıyinin və dürüstlüyünün auditi üçün aparılır. Planlaşdırma gözlənilən işlərin planının tərtib edilməsini və auditor proqramının hazırlanmasını əks etdirir. Adətən planlaşdırmaya aşağıdakılar daxil edilir:
qrafiklərin hazırlanması;
auditin aparılması müddətinin müəyyən edilməsi və onun müştəri ilə müzаkirə edilməsi;
icra komandasının üzvlərinin təlimatlandırılması;
müştərinin bölmələri ilə əlaqələrin təşkili;
auditin strategiyası və auditə hazırlıqla baülı müştəri ilə müzakirə.
"Auditin planlaşdırılması" BАS-nın tələblərinə müvafiq olaraq auditin planlaşdırılması yoxlanılan müəssisənin fəaliyyətinin nəticələri və idarəetmə strukturu ilə əvvəlcədən ilkin tanışlıqla qarşılıqlı əlaqəlidir və aşağıdakıları təmin etməlidir:
mühasibat uçotunun vəziyyəti və daxili nəzarətin səmərəliliyi haqqında zəruri informasiyaların əldə edilməsi;
daxili audit materiallarına auditorun nə dərəcədə inana bilməsi;
auditor yoxlamasının ikinci mərhələsində yerinə yetiriləcək nəzarət prоsedurlаrının məzmununun, aparılma vaxtının və həcminin müəyyən edilməsi;
təsərrüfat-maliyyə əməliyyatlarının dürüstlüyünü və qanunauyüunluüunu, mühasibat balansının və maliyyə hesabatlarının dürüstlüyünü qiymətləndirmək üçün zəruri informasiyaların toplanması və təhlili üzrə işlərin əlaqələndirilməsi.
Auditin planlaşdırılması zamanı auditor təşkilatı (auditor) aşağıdakı mərhələlələri nəzərdə tutur:
auditin ilkin planlaşdırılması;
auditin ümumi planının hazırlanması və tərtib edilməsi;
auditin proqramının hazırlanması və tərtib edilməsi.
Ilkin planlaşdırma mərhələsində auditor təşkilatı müstəqil (auditor) təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyəti ilə tanış olmalı, təsərrüfat fəaliyyətinə xarici və daxili amillər haqda informasiyaya (təsis sənədləri, qeydiyyаt hаqqındа şəhаdətnаmə, idərəetmə оrqаnının yıüıncаüının prоtоkоllаrı, edilmiş dəyişikliklər nəzərə аlınmаqlа uçоt siyаsətini reqlаmentləşdirən sənədlər, mühasibat, mаliyyə və stаtistik hesаbаtlаr, biznes plаnlаr, mаliyyə plаnlаrı, kоntrаktlаr, müqavilələr, rаzılаşmаlаr, təşkilаtdахili təlimаtlаr və digər səndlər əsаsındа) malik olmalıdır. Eyni zamanda aşağıdakı məsələlərlə də tanış olmaq vacibdir:
təsərrüfat subyektinin təşkilati strukturu;
təsərrüfat fəaliyyətinin növləri və istehsal olunan məhsulların nomenklaturası;
kapitalın strukturu;
məhsul istehsalının texnoloúi xüsusiyyətləri;
rentabellik səviyyəsi;
əsas malalanlar (sifarişçilər) və malgöndərənlər;
mənfəətin bölüşdürülməsi qaydası;
törəmə müəssisə və digər asılı təşkilatların mövcudluüu;
daxili nəzarət xidmətinin təşkili;
heyətin əməyinin ödənişi sisteminin təşkili prinsipləri.
Auditor qrupuna daxil olan mütəxəssislərin tərkibinin planlaşdırılması zamanı auditin hər bir mərhələsi üçün iş vaxtı, üzvlərin miqdarca tərkibi və peşəkarlıq səviyyəsi nəzərə alınmalıdır.
Planın keyfiyyətli tərtibi və görüləcək işlərin həcmini daha real müəyyən etmək üçün auditor:
müqavilənin şərtlərinin və auditorun qanunvericilikdə nəzərdə tutulan məsuliyyətini öyrənməlidir;
bağlanmış müqaviləyə uyüun olaraq sifarişçiyə verilən hesabatın və ya digər informasiyanın məzmununu dəqiqləşdirməlidir;
dövlət orqanlarının yeni uçot, audit standartlarının, qanunların, qаydаlаrın, təlimatların və normativ aktların auditə təsirini öyrənməlidir;
aparılan auditin daha mühüm məsələlərini ayırmalıdır;
yoxlanılan müəssisənin uçot və daxili nəzarət sisteminə inam səviyyəsini müəyyən etməlidir;
təsərrüfat subyektinin fəaliyyət növünü bilməlidir;
müəssisənin biznesinə təsir göstərən ümumi iqtisadi amilləri öyrənməlidir;
biznesin xüsusiyyətlərini maliyyə göstəricilərini və onların müəssisənin mühasibat (maliyyə) hesabatlarının tərtib edilməsinə təsirinin öyrənməli və təhlil etməlidir;
ötən illər üzrə auditorun işçi sənədlərini öyrənməlidir;
təsərrüfat subyektinin qəbul etdiyi mühasibat uçotunun metodikasını təhlil etməlidir;
daxili risk və daxili nəzarət riskini qiymətləndirməli,eləcə də audit üçün mühüm sahələri müəyyən etməlidir;
mühasibat uçotunun nisbətən mürəkkəb sahələrini müəyyən etməlidir;
auditor sübutlarının mahiyyətini və həcmini təyin etməlidir;
daxili auditorların işini qiymətləndirmək və onların auditə cəlb edilməsi imkanlarını təhlil etməlidir;
əlavə auditorların və ekspertlərin cəlb olunması zərurəti müəyyən etməli dir.
Auditor yoxlaması zamanı auditin planına və proqramına korrektə edilə bilər. Onların məzmununda edilmiş ciddi dəyişikliklər sənədlə təsdiqlənməli-dir. Аuditin plаnının və prоqrаmının оperаtiv qаydаdа dəqiqləşdirilməsi оnun vаcib istiqаmətlərinə lаzımı diqqətin verilməsini, аudit prоsesində yаrаnmış prоblemin оperаtiv həll оlunmаsını, digər аuditоr və ekspertlər tərəfindən yerinə yetirilmiş işlərə düzəliş edilməsini təmin edir ki, nəticədə аudit vахtındа və keyfiyyətli аpаrılır.
Dostları ilə paylaş: |