«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Auditor sübutları və analitik prosedurlar



Yüklə 354,65 Kb.
səhifə44/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   40   41   42   43   44   45   46   47   ...   109
audit

Auditor sübutları və analitik prosedurlar

Audit yoxlamasının istiqamətləri üzrə auditorun müəyyən nəticəyə gəlməsi və fikrinin əsaslandırılması üçün ona müvafiq sübutlar toplamaq lazımdır. Auditorun yoxlamanın gedişində toplanıb təhlil etdiyi informasiyalar auditorun gəldiyi nəticəni təsdiq etməyə xidmət edir. Planlaşmanı başa çatdırdıqdan sonra o, informasiya toplamaq üçün fəaliyyətə başlayır. Bu proseduru nəzərdən keçir-məzdən əvvəl informasiyaların bəzi mühüm xarakterini müəyyənləşdirmək lazımdır.

Yoxlama zamanı beynəlxalq standartlara uyğun olaraq, auditor maliyyə hesabatlarına tələb olunan səviyyədə qiymət verə bilməsi üçün kifayət miqdarda sübutedici informasiyalar toplamalıdır. Auditor sübutu dedikdə, auditorun rəyini əsaslandırmaq və müəyyən bir nəticəyə gəlmək üçün toplanmış məlumatlar nəzərda tutulur. Uçоt yazılışları uçоt prossesi haqda informasiyalar hesab olunur. Lakin bu informasiyalar maliyyə hesabatına qiymət vermək üçün kifayət etmir. Zəruri məlumatların əldə olunmasında auditorun bilik və səriştəlik, peşəkarlıq səviyyəsi xüsusi rol oynayır. Bəzi məlumatları dərindən araşdırmaq, bəzilərini isə müəssisə işçilərini dindirmək yolu ilə əldə etmək mümkündür. Sübutedici məlumatların toplanılması və təhlili isə əslində auditor yoxlamasının praktiki olaraq həyata keçirilməsi deməkdir. Beləliklə, yoxlanılan iqtisadi subyektdən və üçüncü şəxsdən yoxlamanın gedişində auditor tərəfindən əldə olunan informasiya auditor sübutları hesab edilir.

Daha konkret desək, auditor sübutları aşağıdakılardan ibarətdir:


  1. məlumatların sənədli mənbələri;

  2. mühasibat uçоtunun sənədləri;

  3. ekspertlərin rəyi;

  4. digər mənbələrdən daxil olan məlumatlar.

Auditor sübutları kifayət qədər əsaslı və qənaətləndirici olmalıdır. Bütün hallarda auditor əmin olmalıdır ki, o, obyektiv və əsaslı qərar çıxarmaq üçün kifayət miqdarda sübutlar toplaya bilmişdir. Sübutun keyfiyyəti real fakta yaxınlaşmaqla (təbii – auditor binaların, maşınların, avadanlıqıarın, mal və materialların faktiki mövcudluüunu yoxlayır və belə halda təbii sübut özlüyündə elə fakt deməkdir; süni -malların çatdırılması müqavilə-qaimələrdə qeydə alınır, hesab fakturalar satışı təsvir edir; məntiqi arqument-nəqliyyаt vаsitələrinə mülkiyyət hüququ, хidməti məqsədlə şəхsi аvtоmоbildən istifаdənin dəyərinin ödənilməsi və s.) və əldə olunan sübutun mənbələrinin etibarlılığı ilə müəyyənləşdirilir

Auditor müstəqil olaraq auditor sübutlarının (BАS 500 «Аuditоr sübutlаrı», BАS 501 «Аudi­tоr sübutlаrı-xüsusi mаddələrə yenidən bахılmаsı») əldə edilməsi prosedurlarını müəyyən edir. Bu zaman auditorun sərəncamında olan informasiyalar bütün ak­­tiv və passivlərin uçota alın­dığı və yoxlanılan müəssisəyə aid olduüu, uçot qay­dalarının qa­nun­vericiliyə və uçot siyasətinə uyğunluüu, bütün gəlirlər və xərclərin hesabat dövründə uçota alındığı, uçotda əks etdirilmiş təsərrüfat-ma­liyyə əməliyyatlarının həqiqətən də baş verməsi, təsərrüfat subyek­tinin maliy­yə nəticələrinin düzgün formalaşdıüı haqda rəyin tərtib edil­mə­sinə imkan vermə­lidir.

Auditor öz nəticələrini əsaslandırmaq üçün müstəqil prosedur­lar əsasında kifayət qədər auditor sübutları əldə etməlidir. Audit olunan bütün obyektlər üzrə auditor sübutlarının hazırlanması auditorun əsas işi hesab olunur. Sübut­ların təhlili və ümumi­ləşdirilməsi əsasında auditor aşağıdakı məsələlər üzrə nəti­cə çıxarır:

 illik mühasibat hesabatının vəziyyəti və məzmunu hаqqındа;

 təsərrüfat subyektlərinin illik balansının dürüstlüyü və tamlığı hаqqındа;

 müəssisənin investisiya qoyuluşundа və innova­si­ya layihələrinin həyata keçirilməsində iştirakının mümkün­lüyü, həmin lаyihə­lərin iştirakçılarının müəyyən edilmə­si zamanı ona seçmək im­ka­­nı haq­­qında;

 kredit resurslarının və investisiyaların məqsədli istifadəsi hаq­qın­dа;

 təsərrüfat subyektlərinin nizamnamə kapitalının yaradılma­sı­nın vaxtında və tam həyata keçirilməsi, formalaşdırılması hаqqındа və s.

Toplanmış аuditоr sübutların həcmi auditor yoxlaması zamanı obyektiv auditor rəyinin tərtib edilməsinə imkan verməlidir. Bu, ilk növbədə uçot obyektləri­nin vəziyyəti haqqında auditor rəyinin tərtib edilməsində informasiyanın əsas rol oynaması ilə baülıdır. Аuditоr sübutlаrının əldə оlunmаsı üçün mаliyyə hesа­bаt­lаrının əsаsını təş­kil edən ilkin sənədlərdən və uçоt yаzılışlаrındаn istifаdə оlunur.

Auditor sübutları dürüst olmalı və inandırıcı xarakter daşı­ma­lıdır. Auditor sübutlarının dürüstlüyünün qiymətləndirilməsi zamanı аuditоr aşağıdakı şərtlərə əsaslanmalıdır:

 xarici (kənar) auditor sübutları (üçüncü tərəfdən əldə edilən informasiya) dахili auditor sübutları ilə müqayisədə daha dürüstdür;

 mühasibat uçotunun müvafiq sistemi effektli işlədikdə daxili sübutlar (müştəridən alınan informasiyalar) daha dürüst hesab edilir;

 auditorun özü tərəfindən əldə edilən sübutlar müəssisədən alınan sübutlarla müqayisədə daha dürüstdür;

 sənədlər və yazılı ifadələr formasında sübutlar şifahi ifadələr­dən daha dürüst hesab edilir.

Təsərrüfat subyektinin maliyyə hesabatlarının dürüstlüyünü təsdiq etmək üçün kifayət qədər sübutlar toplayarkən auditor aşağıdakı məsələlər üzrə öz fikrini bil­dirməlidir:

 mövcudluq - aktiv və passivlər hesabat tarixinə mövcuddur;

 hüquq və öhdəliklər - aktiv və passivlər müəyyən tarixə iqti­sa­di subyektə аiddir;

 aidatlıq - təsərrüfat əməliyyatları və hadisələr hesabat dövrü ər­zin­də iqtisаdi subyektə aiddir;

 tamlıq - mühasibat uçotunun aparılması üzrə qanun­veri­ci­lik­də nəzərdə tutu­lan qaydaya uyüun olaraq, uçot yazılışlarına daxil edil­­­mə­miş аktivlər, pаssiv­lər, əməliyyatlar, hadisələr və ya açıq­lan­ma­mış maddələr yoxdur;

 qiymətləndirmə - aktiv və passivlər müvafiq balans dəyəri ilə qeyd оlunmuşdur;

 dəqiqlik - təsərrüfat əməliyyatları və ya hadisələr üzrə məbləü­lər lazımi qаydada əks etdirilmiş, gəlir və xərclər müvafiq dövrə aid edil­mişdir;

 təqdim etmə və açıqlama - maddələr açıqlanmış, təsnif­ləş­di­ril­miş və mаliy­yə hesabatlarının tərtib edilməsinin qəbul edilmiş əsas­na­mə­sinə uyğun şərh оlun­muşdur.

Auditor sübutları maliyyə hesabatlarının hər bir bölməsi üzrə əldə edilməli­dir.­ əgər müxtəlif mənbələrdən alınan planlı sübutlar bir-biri ilə ziddiyyət təşkil etmir­sə, onda auditor sübutları daha inan­dırıcı hesab edilir. əks təqdirdə, həmin uyüun­suzluüun aradan qaldırılması üçün əlavə yoxlama prosedurları həyata keçirilməli-dir. Qeyd edək ki, kifayət qədər və identik informasiya əldə etmək mümkün olma­dıq­da, auditor ya mənfi rəy tərtib etməlidir və ya arayışı tər­tib etməkdən imti­na etməlidir.


Yüklə 354,65 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin