Xəbər bülleteni №5



Yüklə 2,02 Mb.
səhifə10/18
tarix25.12.2016
ölçüsü2,02 Mb.
#2962
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Əlavələr

Əvvəllər nikahda olmuş şəxslər əlavə olaraq nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı qeydiyyat şöbələrinə müraciət zamanı təqdim etməlidirlər.

Təcrübə göstərir ki, əvvəllər nikahda olan və sonradan boşanan şəxslər şəxsiyyət vəsiqəsində dəyişiklik etmədən qeydiyyat şöbələrinə yenidən evlənmək üçün müraciət edirlər. Bu halda müraciət qəbul olunmur. Şəxsiyyət vəsiqəsinin ailə vəziyyəti bölməsinin müvafiq şəkildə dəyişdirilməsinə diqqət etmək lazımdır.

Nikah yaşına (18 yaş) çatmayan şəxsin nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) icra hakimiyyətinin sərəncamı da lazımdır. Qanun nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına imkan verir.

Əcnəbilərdən və ya Azərbaycan vətəndaşlığı olmayan şəxslərdən onların vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarında verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayış tələb olunur. Əcnəbi vətəndaş əvvəllər evli olubsa, daimi yaşadığı və ya vətəndaşı olduğu ölkədən müvafiq qaydada hazırlanmış ailə vəziyyəti haqqında arayışı apostil sənədi ilə təsdiqlədib təqdim etməlidir. Evlilik ölüm və ya boşanma səbəbi ilə bitibsə, bu iki halı sübut edəcək sənədlər müvafiq qaydada apostil sənədi ilə təsdiqlənib təqdim olunmalıdır.

Nikah bağlanma günü lazım olan sənədlər şəxsiyyət vəsiqəsi, dövlət rüsumunun ödənildiyini göstərən qəbzin nüsxəsi və nikah gününü təsdiq edən bukletdir. Nikah şahidlərinin özləri və onların şəxsiyyət vəsiqələri və surətləri də gərəkdir.

İstəyə bağlı olaraq nikah müqaviləsi də bağlana bilər. Nikah müqaviləsinin notariatlarda bağlanması da mümkündür.

Çin pulunun devalvasiyası Azərbaycanın Neft Fonduna ciddi təsir edə bilərmi?

11.08.2015

Dövlət Neft Fondu bu il iyulun 1-dən Çin yuanında ilk investisiyalara başlayıb. Bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alınıb, həmin qurumla dövlət və agentliklərin istiqrazlarının alğı-satqısı və saxlanmasına dair müqavilə imzalanıb.



Avqustun 11-də isə Çinin Mərkəzi Bankının qərarına görə, gündəlik rəsmi kurs 1,9% aşağı salınıb. 1 dolların alış kursu 6,1162 yuandan 6,2298 yuana yüksəlib. Bu, 1994-cü ilin yanvarında rəsmi və bazar mübadilə kursları eyniləşdirilən vaxtdan yuanın ən kəskin enişidir.

Hazırda Dövlət Neft Fondunun investisiya portfelində yuanın payı 1,4 faizdir.

Transparency.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı alim Əli Məsimli deyir ki, Çinin fond bazarındakı mövcud qeyri-sabit vəziyyət həm ölkənin, həm də dünyanın iqtisadiyyatına, maliyyə bazarına təsir edə biləcək ciddi hadisədir: “Belə bir şəraitdə, təbii ki, Azərbaycanın Dövlət Neft Fondunun Çinin qiymətli kağızlar bazarına investisiya qoyması qısa vaxt kəsiyi prizmasından baxanda risklidir. Amma Çin yuanına investisiya Neft Fondunun valyuta portfelinin diversifikasiyasına xidmət edən uzunmüddətli strategiyanın tərkib hissəsi baxımından məntiqlidir. Neft Fondunun dünyanın aparıcı dövlətlərinin valyutalarına investisiyasını Çin yuanının hazırkı dəyərsizləşməsi kontekstində təlaşla qarşılasaq, onda gərək Neft Fondunda digər aparıcı valyutalara münasibətdə də bu qəbildən olan heç bir əməliyyat aparılmasın. Müəyyən vaxtlarda ABŞ-n, Avropa Birliyi ölkələrinin, Böyük Britaniyanın, Yaponiyanın fond birjalarında da sabitlik pozulur olur, dollar da, avro da, funt-sterlinq də, yen də Çin yuanı kimi böhranlı məqamlar yaşayır. Ona görə də Çinin fond birjalarında baş verənlərin yuana mənfi təsirini təbii qəbul etmək lazımdır. Nə həddən artıq optimist olmalıyıq, nə də pessimizmə qapılıb təlaş keçirmək lazımdır. Çünki yuan Neft Fondunun əməliyyatlarında əhəmiyyətli paya malik deyil. Amma Çinin Azərbaycanın əsas ticarət partnyorlarından biri olmasını valyuta müstəvisində də nəzərə almaq lazım gəlir və bundan sonra da lazım gələcək”.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya: səlahiyyətləri, üzvləri

12.08.2015




Transparency.az Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası barədə qısa arayışı təqdim edir.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin