Xəbər bülleteni №5



Yüklə 2,02 Mb.
səhifə8/18
tarix25.12.2016
ölçüsü2,02 Mb.
#2962
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Təhlil

Nikah: arayışdan müqaviləyədək

11.08.2015

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi nikah üçün lazım olan sənədlər, onların alınma qaydaları və orqanları barədə təqdimat hazırlayıb. Transparency.az həmin sənədi ixtisarla təqdim edir.



Tibbi arayış

Nikaha daxil olmaq istəyən şəxslər ilk növbədə qeydiyyatda olduğu rayonlarda, Səhiyyə Nazirliyinin müəyyən etdiyi xəstəxanalar və ya poliklinikalarda nikah haqqında tibbi arayış almalıdırlar. Xəstəxanalar və ya poliklinikalar heç bir yerdə elan olunmadığından bu məlumatı rayonun qeydiyyat şöbələrindən öyrənmək olar.

Tibbi müayinə zamanı yoxlanışdan keçirilən xəstəliklər bunlardır:

1) hemoqlobinopatiyalar:

1.1. böyük beta-talassemiya;

1.2. aralıq beta-talassemiya;

1.3. drepanotalassemiya;

1.4. oraqvari hüceyrəli anemiya;

2) İİV/QİÇS;

3) sifilis.

Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən etibarən 2 həftədən çox olmamalıdır. Tibbi arayışın etibarlılıq müddəti 1 aydır. Arayışın vaxtı keçdikdən sonra qeydiyyat şöbəsindən nikah üçün tarix alına bilinməz.

Tibbi arayışın müddəti qeydiyyatdan keçmə tarixinə qədər hesablanır. Qeydiyyatdan keçdikdən sonra tibbi arayışın müddəti keçsə də bunun nikah tarixinə heç bir təsiri olmur. Tibbi arayışı aldıqdan sonra 1 (bir) ay keçməmiş nikah üçün qeydiyyat şöbələrindən və ya “ASAN xidmət”lərdən nikah günü almaq üçün müraciət etmək gərəkdir.




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin