Xəbər bülleteni №5



Yüklə 2,02 Mb.
səhifə9/18
tarix25.12.2016
ölçüsü2,02 Mb.
#2962
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
Başqa sənədlər

Nikah üçün lazım olan digər sənəd şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinə diqqət etmək lazımdır. Etibarlılıq müddəti keçmiş şəxsiyyət vəsiqəsi  ilə qeydiyyat şöbəsinə müraciət etmək olmaz. Şəxsiyyət vəsiqəsinin dəyişmə yaşları 25, 35 və 50-dir.

Başqa bir sənəd dövlətin rəsmi rüsum olaraq təyin etdiyi 5 manatlıq qəbzdir. Bu qəbz müvafiq qeydiyyat şöbəsinin hesabına köçürülməlidir. Qeydiyyat şöbələrində Ədliyyə Nazirliyinə məxsus elektron ödəmə sistemləri var və ödəmələr şöbənin özündə aparılır. Ödəmələr qeydiyyat şöbələrindən kənar hər hansı bir bankda və ya elektron ödəmə nöqtələrində aparıla bilməz. 5 manatlıq ödəmə ilə bərabər 1 manatlıq əlavə mədaxil ödəmə tələb olunur.

Lazım olan digər sənəd yazılı ərizə formalarıdır. Bu ərizə formaları qeydiyyat şöbəsində təqdim edilir. Yazılı ərizə formalarını doldurduqdan sonra nikah üçün lazım olan bütün sənədlər hazır olur. Sənədlər hazır olduqdan sonra bəy və gəlin və ya tərəflərdən bir nəfər nikah üçün təyin edilmiş qeydiyyat şöbələrinə və ya “ASAN xidmət” mərkəzlərinə sənədləri aparıb nikah üçün gün ala bilərlər.




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin