Xəbər bülleteni №5



Yüklə 2,02 Mb.
səhifə12/18
tarix25.12.2016
ölçüsü2,02 Mb.
#2962
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
Hüquqları

Öz vəzifələrini yerinə yetirmək məqsədi ilə komissiya bu hüquqları həyata keçirir:

- korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət orqanlarının rəhbərlərinin məlumatlarını və hesabatlarını dinləyir:

- dövlət və yerli özünüidarə orqanlarından zəruri məlumatları və materialları alır:

- korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanlarından məlumatları alır və görülən işlərin vəziyyətini təhlil edir;

- korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;

- korrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

- qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlərlə əməkdaşlıq edir və zərurət olduqda onları müəyyən işlərin görülməsinə cəlb edir;

- korrupsiyaya qarşı mübarizənin təşkili və səmərəliliyinin artırılması üçün beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir;

- daxil olmuş materiallarda korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin ümumiləşdirilməsini həyata keçirir, habelə onun nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına və ya auditor təşkilatlarına həvalə edir və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir;

- əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;

- korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;

- korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar proqramların və layihələrin hazırlanması və həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərir.

Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. İclaslar mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.



Üzvləri

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. 5 üzvü Azərbaycan Respublikasının prezidenti, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi təyin edir. Hazırda Konstitusiya Məhkəməsi üzrə 1 yer boşdur.

Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini sədr həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən katiblik yaradılır. Katiblik komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin