2.2.1. Əlverişsiz rəftar
Birbaşa ayrı-seçkiliyin əsasında bir şəxsin fərqli rəftara məruz qalması
dayanır. Odur ki, birbaşa ayrı-seçkiliyin ilkin xüsusiyyəti əlverişsiz rəftarı
təsdiq edən sübutdur. Dolayı ayrı-seçkiliyin müəyyən edilməsi üçün statis-
tik məlumatlara ehtiyac olduğundan, müqayisədə bilavasitə ayrı-seçkiliyin
sübutu daha asandır (aşağıda qeyd olunub). Bu Məlumat kitabında istinad
olunan işlərdən nümunələr aşağıdakılardır: restorana və ya mağazaya
daxil olmağa icazə verməmək; daha aşağı təqaüd və ya daha az ödəniş
edilmək; şifahi təhqirə və ya ləyaqəti alçaldan hərəkətə məruz qalmaq;
nəzarət-buraxılış məntəqəsinə daxil olmağa icazə verməmək; daha yuxarı
və ya daha aşağı pensiya yaşı müəyyən etmək; müvafiq peşədən məhrum
etmək; vərəsəlik hüququna iddia etməkdən məhrum edilmək; ibtidai təhsil
sistemindən məhrum edilmək; deportasiya edilmək; dini simvollardan
istifadə etməyə icazə verilməmək; sosial təhlükəsizliklə bağlı ödəmələrdən
məhrum etmək və ya bu ödəmələri ləğv etmək.
Dostları ilə paylaş: |