Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Xüsusi və ya spesifik tədbirlər



Yüklə 1,45 Mb.
səhifə20/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   16   17   18   19   20   21   22   23   ...   122
2.5. Xüsusi və ya spesifik tədbirlər 

Yuxarıda qeyd edildiyi kimi, dolayı ayrı-seçkilik hallarında ayrı-seçkiliyin

baş verdiyi barədə qərar çıxarmaq üçün bu fakt əsas təşkil edir ki, müvafiq

fərqlər nəzərə alınmadan eyni qayda hər kəsə tətbiq edilir. Belə vəziyyəti

düzəltmək  və  onun  qarşısını  almaq  üçün  hökumətlər,  işəgötürənlər  və

xidmət təchizatçıları öz qayda və praktikalarında bu cür fərqlərin nəzərə

alınmasını təmin etməlidirlər, yəni cari siyasət və tədbirlərini nizamlamaq

üçün müəyyən tədbirlər görməlidirlər. BMT kontekstində  bunlar "xüsusi

tədbirlər", Aİ hüququ kontekstində isə "spesifik tədbirlər" və ya "pozitiv

tədbir"  adlandırılır.  Xüsusi  tədbirlər  görməklə  hökumətlər  "formal

bərabərlikdən" daha çox, "substantiv bərabərliyi", yəni cəmiyyətdə mövcud

olan  imkanlardan  yararlanmaqda  bərabərliyini  təmin  edə  bilirlər.

Hökumətlər,  işəgötürənlər  və  xidmət  təchizatçıları  xüsusi  tədbirlərin

görülməsinin məqsədəuyğunluğunu nəzərdən keçirmədikdə onların qayda

və praktikalarının dolayı ayrı-seçkilik təşkil etməsi riski artmış olur. 

AİHM bildirib ki, "[AİHK-ın] təmin etdiyi hüquqlardan istifadə edilməsində

ayrı-seçkiliyə məruz qalmamaq hüququ həmçinin o hallarda pozulmuş olur

ki, dövlətlər ... vəziyyətləri əhəmiyyətli dərəcədə fərqli olan şəxslərlə fərqli

rəftar  etmirlər".

49

Eynilə,  ayrı-seçkiliyin  yolverilməzliyinə  dair  Aİ



direktivlərinin  pozitiv  tədbir  görülməsini  birbaşa  nəzərdə  tutan

müddəalarında deyilir: "bərabər rəftar prinsipi [müdafiənin şamil olunduğu

əsasla] əlaqədar əlverişsiz vəziyyətin qarşısını almaq və ya bu vəziyyəti

40

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



____________________________

48. AİHM, Paraskeva-Todorova Bolqarıstana qarşı (ərizə № 37193/07), 25 mart 2010-cu il. 

49. AİHM, Tlimmenos Yunanıstana qarşı [BP] (ərizə № 34369/97), 6 aprel 2000-ci il, 44-cü bənd. Eynilə

bu qərara bax: AİHM, Pritti Birləşmiş Krallığa qarşı (ərizə № 2346/02), 29 aprel 2002-ci il, 88-ci bənd. 




kompensasiya  etmək  üçün  hər  hansı  üzv  dövlətin  təcrübədə  tam

bərabərliyi təmin etmək məqsədi ilə spesifik tədbirləri mühafizə və ya qəbul

etməsinə mane olmur".

50

İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktivin 5-ci maddəsində



əlilliyi  olan  şəxslərə  münasibətdə  spesifik  tədbirlərlə  əlaqədar  ümumi

qaydanı  konkret  olaraq  ifadə  edən  müddəalar  yer  alıb  və  həmin

müddəaların tələbinə əsasən, işəgötürənlər fiziki və ya ruhi çatışmazlıqları

olan şəxslərə məşğulluq məsələlərində bərabər imkanların təmin edilməsi

üçün "ağlabatan şərait" yaratmalıdırlar. Bu, "müvafiq tədbirlər" şəkilində

ifadə edilib, elə tədbirlər ki, "işəgötürənin üzərinə qeyri-mütənasib yük qoy-

mamaq  şərti  ilə,  konkret  halda  ehtiyac  olduqda  əlilliyi  olan  şəxsin  iş

tapmasına, əmək fəaliyyətində iştirak etməsinə və ya peşə vəzifəsində

irəliyə çəkilməsinə, yaxud peşə təlimi almasına imkan yaratmış olsun". Bu

tədbirlər sırasına iş yerində əlil arabasının hərəkətinə imkan yaradan lift

və ya maili yerlərin, yaxud əlillər üçün tualetin təşkil edilməsi daxildir. 

Nümunə:  Tlimmenos  Yunanıstana  qarşı işdə  milli  qanunvericilik

məhkumluğu  olan  şəxslərin  sertifikatlı  mühasib  peşəsində

çalışmasının  qarşısını  alırdı,  çünki  məhkumluq  bu  peşənin

funksiyalarını  yerinə  yetirən  şəxsin  dürüst  və  etibarlı  olmadığına

dəlalət edirdi. Bu işdə ərizəçi milli hərbi xidmət keçərkən hərbi forma

geyməkdən imtina etdiyi üçün məhkum olunmuşdu. Bunun səbəbi

ondan ibarət idi ki, o, pasifizmə sadiq olan Yahova (Yeqova) Şahidləri

dini  qrupunun  üzvü  idi.  AİHM  bu  qənaətə  gəldi  ki,  məhkumluğu

dürüstlük və ya etibarlılıq məsələsi ilə əlaqəli olmayan şəxslərin bu

peşədə çalışmasının qadağan olunması üçün heç bir əsas yoxdur.

Bu işdə hökumət belə vəziyyətlər üçün istisna qayda nəzərdə tutma-

maqla ərizəçiyə qarşı ayrı-seçkiliyə yol vermiş və onun ayrı-seçkiliyə

məruz qalmamaq hüququ ilə birgə götürülmüş halda öz dininə etiqad

etmək  hüququnu  (AİHK-ın  9-cu  Maddəsində  nəzərdə  tutulmuş

hüququ) pozmuşdu. 

41

Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri



____________________________

50. İrqi bərabərlik haqqında Direktiv, maddə 5; İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv,

maddə 7; Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, maddə 6; həmçinin bu

məsələnin bir qədər fərqli şəkildə ifadə edildiyi bu direktivə də bax: Gender bərabərliyi haqqında Direktiv

(yeni redaksiyada), maddə 3. 



Nümunə:  Kiprin  Bərabərlik  Qurumunun  icraatındakı  işdə  görmə

qabiliyyətində əngəl olan şikayətçi mülki qulluğa qəbul üçün verilən

imtahanda  iştirak  etmişdi.

51

.  Şikayətçi  imtahan  işini  bitirmək  üçün



əlavə vaxt istəmiş və ona əlavə 30 dəqiqə vaxt verilmişdi, amma bu

müddət hər kəsə verilən fasilənin müddətindən çıxılmışdı. Bərabərlik

Qurumu bu qənaətə gəldi ki, xüsusi durumda olan namizədlər üçün

"ağlabatan şərait" yaradılmasına ehtiyac olub-olmadığını araşdırmaq

üçün  standart  prosedur  mövcud  deyil  və  faktlar  göstərdi  ki,

şikayətçinin digər namizədlərlə ədalətli şəkildə yarışa biləcəyi şəraitin

yaradılması  üçün  yetərli  addımlar  atılmayıb.  Bərabərlik  Qurumu

dövlətə tövsiyə etdi ki, fərdi qaydada ağlabatan şərait yaradılmasına

ehtiyacın olduğu bu cür halların araşdırılması üçün standart prose-

durun tərkib hissəsi qismində ekspertlər qrupu yaratsın. 

Nümunə: əlil arabası ilə hərəkət edən bir kişi konkret vəzifəyə təyin

edilmədiyinə görə Fransa məhkəmələrində Təhsil Nazirliyinə qarşı

iddia qaldırmışdı.

52

Şikayətçinin iş ərizəsi namizədlərin siyahısında



üçüncü  idi.  Birinci  iki  namizədin  vəzifə  təyinatı  üçün  ərizəsi  rədd

edildikdən  sonra  iş  təklifi  şikayətçiyə  deyil,  dördüncü  namizədə

edilmişdi. Əvəzində ərizəçiyə əlil arabası ilə hərəkət edənlər üçün

uyğunlaşdırılmış başqa bir departamentdə iş təklif edilmişdi. Dövlət bu

qərarı onunla əsaslandırdı ki, ağlabatan şərait yaratmaq öhdəliyini

yerinə  yetirmək  üçün  binalarda  dəyişikliklər  edilməsinə  vəsait

qoyuluşu ictimai maraqlara uyğun deyil. Məhkəmə bu qənaətə gəldi

ki, Təhsil Nazirliyi əlilliyi olan şəxslər üçün ağlabatan şərait yaratmaq

öhdəliyini yerinə yetirməyib və idarəetmə mülahizələri bu öhdəliyin

icrasını məhdudlaşdıra bilməz. 

"Xüsusi tədbirlər" termini bəzən elə fərqli rəftarın baş verdiyi halları əhatə

edən  termin  kimi  işlədilir  ki,  bu  zaman  fərqli  rəftar  "müdafiənin  şamil

olunduğu əsasların" tətbiq dairəsinə düşən şəxslərin xeyrinə olur (onları

42

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



____________________________

51.Bərabərlik Qurumu (Kipr), Ref. A.K.I. 37/2008, 8 oktyabr 2008-ci il. Qərarın ingiliscə qısa icmalını bu

mənbədən tapmaq olar: Ayrı-seçkilik Sahəsində Avropa Hüquq Ekspertləri Şəbəkəsi, 8 (iyul 2009-cu il).

"Ayrı-seçkiliyin yolverilməzliyinə dair Avropa hüququnun icmalı", səh. 43. 

52. Ruan İnzibati Məhkəməsi, Boutheiller v. Ministère de l’éducation işi, qərar № 0500526-3, 24 iyun

2008-ci il. Qərarın ingiliscə qısa icmalını bu mənbədən tapmaq olar: Ayrı-seçkilik Sahəsində Avropa

Hüquq Ekspertləri Şəbəkəsi, 8 (iyul 2009-cu il). "Ayrı-seçkiliyin yolverilməzliyinə dair Avropa hüququnun

icmalı", səh. 46. 




əlverişsiz vəziyyətə salmır); məsələn, konkret vəzifəyə kişi deyil, qadın

cinsinə mənsub olduğuna görə qadın seçilir və işəgötürən öz personalı

arasında  qadınların  təmsilçiliyinin  azlığını  aradan  qaldırmaq  siyasəti

yürüdür. Bu halı ifadə etmək üçün istifadə olunan terminologiyaya bunlar

daxildir:  "pozitiv"  və  ya  "əks  yönümlü"  ayrı-seçkilik,  "güzəştli  rəftar",

"müvəqqəti  xüsusi  tədbirlər"  və  ya  "müsbət  tədbir".

53

Bu  ifadələr  bu



tədbirlərin  adətən  ayrı-seçkiliyə  məruz  qalan  şəxslərə  qarşı  qərəzlilik

əleyhinə mübarizə üçün qısa müddətə tətbiq edildiyini və müstəsna vasitə

kimi qəbul edildiyini və digərlərini də eyni mövqeyi paylaşmağa ruhlandıran

nümunəvi modellər yaratmaq məqsədi daşıdığını göstərir. 

Əlverişsiz vəziyyətdə olan qrupların xeyrinə pozitiv tədbirlərin görülməsi

BMT-nin insan hüquqlarına dair müqavilələrinin şərhinə görə cavabdeh

olan bir neçə monitorinq orqanı tərəfindən qəbul edilmiş rəhbər prinsiplər

vasitəsilə daha da gücləndirilib. Bu orqanlar vurğulayıblar ki, belə tədbirlər

müvəqqəti  xarakter  daşımalı,  sözügedən  qeyri-bərabərliyin  qarşısının

alınması üçün zəruri olan müddətləri və hüdudları aşmamalıdır.

54

BMT-nin


İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin bildirdiyinə görə, belə

tədbirlərin yolverilən hesab edilməsi üçün onların yeganə məqsədi mövcud

qeyri-bərabərlikləri ləğv etməkdən və gələcəkdə tarazlığın pozulmasının

qarşısını almaqdan ibarət olmalıdır.

55

BMT-nin Qadınlara qarşı hər növ ayrı-



seçkiliyin ləğv edilməsi üzrə Komitəsi qeyd edib ki, bu cür "müvəqqəti xü-

susi tədbirlər" qadınlarla "güzəştli rəftarı; məhz onların işə qəbul edilməsini,

işləməsini  və  peşə  vəzifəsində  irəliyə  çəkilməsini;  müəyyən  zaman

çərçivəsində onların saylarının hədəflənən həddə çatdırılmasını; və kvota

sistemlərini"  özündə  ehtiva  edir.

56

AƏM-in  aşağıda  müzakirə  olunacaq



43

Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri

____________________________

53. Misal üçün bax: BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "32 saylı ümumi tövsiyə: İrqi

ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya nəzərdə tutulmuş xüsusi tədbirlərin

mənası və tətbiq dairəsi", UN Doc. CERD/C/GC/32, 24 sentyabr 2009-cu il; BMT-nin İqtisadi, sosial və

mədəni hüquqlar üzrə Komitəsi, "32 saylı ümumi şərh: Təhsil hüququ", UN Doc. E/C.12/1999/10, 8

dekabr 1999-cu il; BMT-nin Qadınlara qarşı hər növ ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "25 saylı

ümumi tövsiyə: Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi (müvəqqəti xüsusi tədbirlər), UN Doc.

A/59/38(SUPP), 18 mart 2004-cü il; BMT-nin İnsan Hüquqları Komitəsi, "18 saylı ümumi şərh: Ayrı-seçk-

iliyin yolverilməzliyi", UN Doc. A/45/40(Vol.I.)(SUPP), 10 noyabr 1989-cu il; BMT-nin İrqi ayrı-seçkiliyin

ləğv edilməsi üzrə Komitəsi, "Qeyri-vətəndaşlara qarşı ayrı-seçkiliyə dair 30 saylı ümumi tövsiyə, UN

Doc. HRI/GEN/1/Rev.7/Add.1, 4 may 2005-ci il. 

54. Yenə orada. 

55. BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "32 saylı ümumi tövsiyə: İrqi ayrı-seçkiliyin

bütün formalarının ləğv edilməsi haqqında Konvensiya nəzərdə tutulmuş xüsusi tədbirlərin mənası və

tətbiq dairəsi", UN Doc. CERD/C/GC/32, 24 sentyabr 2009-cu il; 21-26-cı bəndlər.

56. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "25 saylı ümumi tövsiyə:

Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi (müvəqqəti xüsusi tədbirlər), UN Doc. A/59/38(supp), 18 mart

2004-cü il, 22-ci bənd. 




presedent hüququna əsasən, belə tədbirlərin mütənasibliyi ciddi şəkildə

araşdırılmalıdır. 

Məhkəmələr adətən bu kontekstdə tətbiq edilən ayrı-seçkiliyə ayrıca bir

ayrı-seçkilik forması kimi deyil, ayrı-seçkiliyə qoyulan qadağanı götürən is-

tisna hal kimi baxırlar. Başqa sözlə, məhkəmələr fərqli rəftarın baş verdiyini

qəbul edirlər, lakin öncədən mövcud olan əlverişsiz vəziyyətin, məsələn, iş

yerində  konkret  qrupun  təmsilçiliyinin  azsaylı  olması  durumunun

düzəldilməsinin maraqları bu rəftara haqq qazandıra bilər. 

Fərqli rəftara haqq qazandıran bu əsas zaman-zaman dövlətlər tərəfindən

irəli sürülüb. Bu durumu iki fərqli aspektdən yanaşmaqla başa düşmək olar.

Xeyrinə  tədbir  görülən  şəxsin  mənafeyi  baxımından  yanaşsaq,  onunla

daha əlverişli şəkildə rəftar edilməsi onunla əlaqədardır ki, o, analoji du-

rumda olan hər hansı digər şəxslə müqayisədə müdafiənin şamil olunduğu

şəxslərin xüsusiyyətlərinə malikdir. Zərərçəkənin mənafeyi baxımından

yanaşsaq, onunla daha əlverişsiz şəkildə rəftar edilməsi onunla əlaqədardır

ki, o, müdafiənin şamil olunduğu şəxslərin xüsusiyyətlərinə malik deyil.

Tipik  nümunələr  sırasına  cəmiyyətin  təşkilini  daha  yaxşı  əks  etdirmək

məqsədi ilə kişilərin üstünlük təşkil etdiyi iş yerlərində müəyyən sayda

vəzifələrin qadınlar üçün saxlanılması və ya dövlət qulluğunda, məsələn,

polis  orqanlarında  müəyyən  sayda  vəzifələrin  etnik  azlıqlar  üçün

saxlanılması daxildir. Bəzən bunu "əks yönümlü" ayrı-seçkilik adlandırırlar,

çünki bu halda ayrı-seçkilik xarakterli rəftar keçmiş sosial tendensiyalar

səbəbindən  daha  əlverişsiz  rəftara  məruz  qalması  gözlənilən  şəxsin

xeyrinə baş verir. Bəzən bunu "pozitiv" tədbir də adlandırırlar, çünki bu

tədbir  ənənəvi  olaraq  əlverişsiz  vəziyyətdə  olan  qrupların  cəmiyyətin

həyatında iştirakını dəstəkləməklə konkret olaraq keçmişdəki əlverişsiz

vəziyyəti düzəltmək məqsədi ilə həyata keçirilir və bu mənada konkret

qruplara qarşı qərəzliliyə deyil, xeyirxah məqsədə əsaslanır. 

Bu konsepsiyaya AİHM-in presedent hüququnda nadir hallarda rast gəlinir,

halbuki Aİ hüququ kontekstində ona daha böyük diqqət yetirilir, belə ki, bu

məsələ işəgötürmə ilə bağlı işlərdə AƏM tərəfindən araşdırılıb. Ayrı-seçk-

iliyin  yol  verilməzliyinə  dair  direktivlərdə  və  AƏM-in  presedentlərində

nəzərdə  tutulmuş  ayrı-seçkiliyə  məruz  qalmamaq  hüququnu  müdafiə

etmək üçün spesifik tədbirlərə istinad edilir, eləcə də bu tədbirlərə aşağıda

bu  fəslin  2.6.4.1  bölməsində  müzakirə  olunan,  "həqiqi  peşə  tələbinə"

əsaslanan xüsusi müdafiə arqumenti çərçivəsində istinad edilir. 

44

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı




AƏM  tərəfindən  baxılmış,  xüsusi  tədbirlərə  aid  olan  önəmli  işlər,  yəni

Kalankenin işi

57

, Marşallın işi



58

və Abrahamssonun işi

59

gender bərabərliyi



kontekstində meydana çıxıb. Bu işlərin hamısı birlikdə vaxtı ilə bu konkret

işlərdə  qadın  işçilərin  illərlə  məruz  qaldıqları  əlverişsiz  vəziyyətin

düzəldilməsi  üçün  görülə  biləcək  xüsusi  tədbirlərin  hüdudlarını

müəyyənləşdirir. 

Nümunə:  Kalankenin  işində  işdə  AƏM  müəyyən  vəzifələrdə

qadınların təmsilçiliyinin az olması ilə bağlı durumu düzəltmək üçün

onlara qarşı güzəştli rəftarı nəzərdə tutan ciddi yanaşma qəbul etdi.

Bu iş regional səviyyədə qəbul edilmiş olan, vəzifələrə təyin olun-

maqda və ya vəzifədə irəliyə çəkilməkdə qadın namizədlərə avtomatik

üstünlük verən qanunvericiliyə aid idi. Vəzifəyə kişi və qadın namizəd

eyni dərəcədə uyğun hesab edildikdə, qadın işçilərin müvafiq sek-

torda təmsilçiliyi az hesab edildiyi təqdirdə qadın namizədlərə üstün-

lük verilirdi. Təmsilçilik o halda azsaylı hesab edilirdi ki, qadın işçilər

sözügedən vəzifədə çalışan personalın ən azı yarısını təşkil etmirdi.

İş üçün müraciəti uğursuz olmuş kişi namizəd cənab Kalanke bu işdə

şikayət etmişdi ki, milli məhkəmələrdəki icraatda cinsi zəmində ayrı-

seçkiliyə  məruz  qalıb.  Milli  məhkəmələr  işi  AƏM-ə  göndərərək

sözügedən qaydanın Bərabər Rəftar haqqında 1976-cı il tarixli Di-

rektivin 2-ci maddəsinin 4-cü bəndinə (sonradan bu maddə Gender

bərabərliyi  haqqında  Direktivin  "pozitiv  tədbir"  barəsindəki  3-cü

maddəsi ilə əvəz edildi) uyğun olub-olmadığının araşdırılmasını xahiş

etdilər,  həmin  bənddə  deyilirdi:  "Bu  Direktiv  xüsusən  qadınların

imkanlarına  təsir  göstərən  mövcud  qeyri-bərabərlikləri  aradan

qaldırmaq yolu ilə kişi və qadınlar üçün bərabər imkanların təşviqinə

yönələn tədbirlərə xələl gətirməməlidir".

60

AƏM  bildirdi  ki,  2-ci  maddənin  4-cü  bəndi  "ayrı-seçkilik  kimi



görünmələrinə  baxmayaraq  əslində  ictimai  həyatın  reallıqlarında

mövcud ola bilən faktiki qeyri-bərabərlik hallarını aradan qaldırmaq

və ya azaltmaq məqsədi daşıyan tədbirlərə imkan yaradılması üçün

45

Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri



____________________________

57. AƏM, Kalanke v. Freie Hansestadt Bremen, iş № C-450/93 [1995] ECR I-3051, 17 oktyabr 1995-ci il. 

58. AƏM, Marschall v. Land Nordrhein-Westfalen, iş № C-409/95 [1997] ECR I-6363, 11 noyabr 1997-ci

il. 


59. AƏM, Abrahamsson and Leif Anderson v. Elisabet Fogelqvist, iş № C-407/98 [2000] ECR I-5539, 6

iyul 2000-ci il. 

60. Bərabər rəftar haqqında Direktiv, 76/207/EEC, OJ L 39, 14.02.1976, p. 40.



nəzərdə  tutulub".

61

O,  qəbul  etdi  ki,  sözügedən  qayda  iş  yerində



mövcud olan qeyri-bərabərlikləri aradan qaldırmaqdan ibarət qanuni

məqsəd  daşıyıb.  Müvafiq  olaraq,  prinsipcə  qadınlara  iş  yerində

konkret üstünlük verən tədbirlər, o cümlədən onların vəzifədə irəli

çəkilməsi iş bazarında ayrı-seçkilik qoyulmadan qadınların rəqabət

qabiliyyətini artırmaq məqsədi daşıdığı təqdirdə qəbul edilən sayıla

bilər. 


Lakin o, həm də bildirdi ki, bərabər rəftar hüququndan hər hansı is-

tisnaya dəqiq şərh verilməlidir. O, qərara aldı ki, sözügedən qayda

"vəzifəyə təyin edilmədə və ya vəzifədə irəliyə çəkilmədə qadınların

mütləq və qeyd-şərtsiz üstünlüyünü təmin edirsə", o halda bu tədbir

faktiki  olaraq  bərabər  rəftar  hüququ  baxımından  qeyri-bərabərliyi

aradan  qaldırmaq  məqsədinə  qeyri-mütənasib  olacaq.  Müvafiq

olaraq, bu işdə güzəştli rəftara haqq qazandırmaq olmazdı.  

Bununla belə, son dövrlərin işləri göstərir ki, sözügedən qayda güzəştin

avtomatik və qeyd-şərtsiz verilməsini tələb etmədiyi təqdirdə spesifik

tədbirlər qəbul edilən sayıla bilər. 

Nümunə:  Marşallın  işi mahiyyət  etibarı  ilə  Kalankenin  işindəkinə

bənzər qanunvericiliklə əlaqədar idi. Lakin sözügedən qaydada dey-

ilirdi  ki,  müəyyən  vəzifəyə  kişilərlə  eyni  dərəcədə  uyğun  gələn

qadınlara o halda üstünlük verilməlidir ki, "kişi cinsindən olan şəxsin

fərdi xüsusiyyətləri balansı onun xeyrinə dəyişmiş olmasın". Qadın

namizədin işə götürülməsi səbəbindən işə götürülmək üçün müraciəti

rədd  edilmiş  cənab  Marşall,  milli  məhkəmələrdəki  icraatda  bu

qaydanın qanuniliyinə etiraz etdi, onlar isə işi AƏM-ə göndərərək bir

daha  bu  qaydanın  Bərabər  rəftar  haqqında  Direktivə  uyğun  olub-

olmadığı sualını verdilər. AƏM bu qənaətə gəldi ki, bu cür qayda "işə

qəbul  edilməyə  qadın  namizədlərlə  eyni  dərəcədə  uyğun  hesab

edilmiş  kişi  namizədlərin  namizədliliklərinin,  bu  və  ya  digər

namizədlərlə bağlı bütün meyarlar nəzərə alınmaq şərti ilə obyektiv

46

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



____________________________

61. Bu mülahizə aşağıdakı direktivlərin preambulalarında əsas etibarı ilə qəbul edilib. Bax: Gender

bərabərliyi haqqında Direktivin (yeni redaksiyada), preambulasının 21-ci bəndi; İşəgötürmə

məsələlərində bərabərlik haqqında Direktivin preambulasının 26-cı bəndi; İrqi bərabərlik haqqında Direk-

tivin preambulasının 17-ci bəndi. 



şəkildə qiymətləndirilməsini və bu meyarların biri və ya bir neçəsi

balansı kişi namizədin xeyrinə dəyişdiyi təqdirdə qadın namizədlərə

verilən üstünlüyün aradan qalxmasını hər bir konkret halda təmin

edirsə", o halda qeyri-bərabərliyin aradan qaldırılmasından ibarət qa-

nuni  məqsədə  qeyri-mütənasib  olmayacaq.  Beləliklə,  bu  işdə

sözügedən qaydanın tərkib hissəsini təşkil edən mülahizə sərbəstliyi

qadınların üstünlüyünün mütləq xarakter daşımasının qarşısını alırdı

və beləliklə, bu qayda iş yerində qeyri-bərabərliyin qarşısının alınması

məqsədinə mütənasib idi. 

Nümunə:  Abrahamssonun  işi  İsveç  qanunvericiliyinin  qanuniliyi

məsələsinə  aid  idi  və  bu  qanunvericiliyin  müəyyən  etdiyi  qayda

Kalankenin  işindəki  qaydanın  qeyd-şərtsiz  üstün  tutulması  ilə

Marşallın  işində  qeyd  edilən  mülahizə  sərbəstliyi  arasında  aralıq

mövqedə qərarlaşan qayda idi. Bu qaydada bəyan edilirdi ki, azsaylı

təmsilçiliyə  malik  cinsə  mənsub  olan  və  peşə  vəzifələrini  yerinə

yetirmək  üçün  kifayət  qədər  ixtisaslı  olan  namizədə  işəgötürmə

zamanı üstünlük verilməlidir, bu şərtlə ki, "bu qayda tətbiq edilməklə

işə qəbul həyata keçirilərkən, namizədlərin ixtisaslılığı arasındakı fərq

obyektivlik tələbini pozan dərəcədə böyük olmasın". AƏM bu qənaətə

gəldi  ki,  bu  qanunvericilik  əslində  azsaylı  təmsilçiliyə  malik  cinsə

mənsub olan namizədlərə avtomatik üstünlük verir. Yalnız ixtisaslılıq

səviyyəsi arasında əhəmiyyətli fərqin olmasının bu qaydanın tətbiqini

aradan  qaldırması  faktı,  bu  qaydanın  qeyri-mütənasib  nəticələr

doğurmasının qarşısını almırdı. 

Bu işlər onu göstərir ki, AƏM ədalət prinsipini aradan qaldıran spesifik

tədbirlərə icazə verilməsinə bir qayda olaraq ehtiyatla yanaşır. Yalnız spe-

sifik tədbirlərin qeyd-şərtsiz və ya mütləq xarakter daşımadığı məhdud hal-

larda  AƏM  milli  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydaların  2-ci

maddənin 4-cü bəndindəki istisnanın tətbiq dairəsinə düşdüyünü təsdiq

edir. 


Ayrı-seçkiliyin yolverilməzliyinə dair Aİ direktivlərində nəzərdə tutulmuş

spesifik tədbirlərlə əlaqədar məsələ ilə qarşılaşdıqda, praktiki fəaliyyət

göstərən  hüquqşünaslar  konkret  şəxslər  qrupunun  xeyrinə  həyata

keçirilmiş  "tədbirə"  xüsusi  diqqət  yetirməlidirlər.  AƏM-in  presedent

47

Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri




hüququndan göründüyü kimi, onun aşkar mövqeyi ondan ibarətdir ki, spe-

sifik tədbirlər yalnız son vasitə kimi əl atılan tədbirlərdir. Praktiki fəaliyyət

göstərən hüquqşünaslar və məhkəmə məmurları spesifik tədbirlərin yer

aldığı işlə qarşılaşdıqda, sözügedən işəgötürənin nəzərdən keçirdiyi bütün

namizədlərin,  o  cümlədən  xüsusi  tədbirlər  barədə  müddəanın  şamil

olunmadığı şəxslərin sözügedən vəzifəyə uyğunluğu məsələsinin obyektiv

və ədalətli şəkildə qiymətləndirildiyinə əmin olmalıdırlar. Xüsusi tədbirlər

yalnız o halda istifadə edilə bilər ki, bu cür obyektiv qiymətləndirmə bir neçə

namizədin, o cümlədən xüsusi tədbirlərin şamil olunduğu şəxsin onlara

təklif  olunan  vəzifəni  yerinə  yetirməyə  eyni  dərəcədə  uyğun  olduğunu

müəyyən etmiş olsun. Vaxtı ilə iş yerində ayrı-seçkiliyə məruz qalan qrupa

mənsub olması səbəbindən xüsusi tədbirlərin şamil olunduğu şəxs yalnız

bu halda həmin tədbirlərin şamil olunmadığı şəxsdən üstün tutula bilər. 

AİHM hələlik xüsusi tədbirlər barədə işləri dərindən araşdırmaq imkanına

malik olmayıb, amma az sayda müəyyən işlərdə bu məsələni nəzərdən

keçirib. 

Nümunə: Vintersberger Avstriyaya qarşı işdə

62

AİHM şikayətin qəbul



edilməsinin mümkünlüyü məsələsi ilə bağlı qərar çıxardı. Əlilliyi olan

ərizəçi dövlət tərəfindən işindən azad edilmişdi. Milli qanunvericiliyə

əsasən, əlilliyi olan şəxslər işdən azad edilməyə qarşı xüsusi müdafiə

ilə təmin edilirdilər, belə ki, onların işdən azad edilməsi barədə qərar

öncə xüsusi komitə tərəfindən təsdiq edilməli idi. İşəgötürən əlillik

faktından xəbərsiz olduğu təqdirdə azad edilmə barədə qərara retro-

spektiv qaydada baxılırdı. Əlilliyi olmayan şəxslər üçün isə bu qərarın

təsdiqinə  ehtiyac  yox  idi.  Ərizəçi  iddia  etdi  ki,  əlilliyi  olmayan

şəxslərdən  fərqli  olaraq  əlilliyi  olan  şəxslərin  işdən  azad  edilməsi

barədə  qərarın  retrospektiv  qaydada  təsdiqinin  mümkünlüyü  faktı

ayrı-seçkiliyə  bərabərdir. AİHM  bu  qənaətə  gəldi  ki,  bu  qaydanın

mövcudluğu əslində əlilliyi olan şəxslərin xeyrinədir və buna görə də

bu  ayrı-seçkiliyə  əks  yönümlü  ayrı-seçkilik  nümunəsi  kimi  haqq

qazandırmaq olar. Müvafiq olaraq, şikayət ərizəsi qəbul olunmayan

elan edildi. 

48

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



____________________________

62. AİHM, Vintersberger Avstriyaya qarşı (barışıq sazişi) (ərizə № 57448/00), 5 fevral 2004-cü il. 




Əsas məsələlər 

• Ayrı-seçkilik elə bir situasiyanı əks etdirir ki, bu zaman hər hansı

şəxs "müdafiənin şamil olunduğu xüsusiyyətlərlə" əlaqədar olaraq

hər hansı formada əlverişsiz vəziyyətə düşür. 

• Ayrı-seçkilik müxtəlif formalarda təzahür edir: birbaşa ayrı-seçkilik,

dolayı  ayrı-seçkilik,  təqib  etmə  və  ayrı-seçkilik  qoyma  barədə

göstəriş vermə. 

•  Birbaşa  ayrı-seçkilik  fərqli  rəftar  ilə  xarakterizə  olunur:  bu  halda

sübut edilməlidir ki, "müdafiənin şamil olunduğu əsasların" tətbiq

dairəsinə  düşən  şəxslə  müqayisədə,  iddia  edilən  qurban  daha

əlverişsiz rəftara məruz qalıb. 

• Əlverişsiz rəftar iddia edilən qurbanın və analoji vəziyyətdə olan və

"müdafiənin şamil olunduğu əsasların" tətbiq dairəsinə düşməyən

digər şəxsin vəziyyətlərinin müqayisəsi əsasında müəyyən edilir. 

• "Müdafiənin şamil olunduğu əsasın" mövcudluğu fərqli rəftarın aşkar

səbəbini təşkil etməyə də bilər. Bu halda aşkar səbəbin "müdafiənin

şamil olunduğu əsasla" ayrılmaz vəhdət təşkil etməsi yetərlidir. 

• AƏM və milli məhkəmələr əlaqələndirici ayrı-seçkilik anlayışını qəbul

ediblər, bu halda şəxs "müdafiənin şamil olunduğu xüsusiyyətlərə"

malik olan digər şəxslə əlaqəli olması səbəbindən əlverişsiz rəftara

məruz qalır. 

• Aİ qanunvericiliyində ayrıca anlayış kimi nəzərdə tutulan təqib etmə

birbaşa ayrı-seçkiliyin xüsusi təzahür formasıdır. 

• Dolayı ayrı-seçkilik fərqli təsiri və ya nəticələri ilə xarakterizə olunur:

bu  halda  sübut  edilməlidir  ki,  müəyyən  qrupa  qarşı  rəftar  həmin

qrupu onunla müqayisə oluna bilən digər qrupa nisbətən əlverişsiz

vəziyyətə salır. 

•  Dolayı  ayrı-seçkiliyin  sübut  edilməsi  şəxsin  belə  bir  dəlil  təqdim

etməsini tələb edir ki, "müdafiənin şamil olunduğu xüsusiyyətlərə"

malik  olan  qrup  olaraq  onun  mənsub  olduğu  qrup  həmin

xüsusiyyətlərə malik olmayanlarla müqayisədə fərqli nəticələrə və

ya təsirə məruz qalır. 

• Hər kəsin öz hüquqlarından istifadə etməkdə bərabər imkanlara

malik  olmasını  təmin  etmək  üçün  hökumətlər,  işəgötürənlər  və

xidmət təchizatçıları öz qayda və praktikalarını fərqli xüsusiyyətlərə

malik olanların tələbatlarına uyğunlaşdırmaq üçün xüsusi və ya spe-

sifik tədbirlər görməlidirlər.

49

Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri




• "Xüsusi tədbirlər" və "spesifik tədbirlər" terminləri müdafiənin şamil

olunduğu xüsusiyyətlərə malik olanların əvvəllər məruz qaldıqları

əlverişsiz vəziyyəti düzəltmək üçün görülən tədbirləri özündə ehtiva

edə  bilər.  Bu  tədbirlər  mütənasib  olduqda,  ayrı-seçkiliyə  haqq

qazandıran əsas hesab oluna bilər. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin