2.3.1. Neytral qayda, meyar və ya praktika
Dolayı ayrı-seçkiliyi müəyyən etmək üçün birinci tələb neytral (tərəfsiz) kimi
görünən qayda, meyar və ya praktikanın mövcudluğundan ibarətdir. Başqa
sözlə, hər bir kəsə şamil olunan bir tələb mövcud olmalıdır. Aşağıda əyani
nümunə üçün iki məhkəmə işi verilir. Əlavə misallar üçün sübutetmə
məsələlərinə və statistik məlumatların roluna aid olan 5-ci fəslə bax.
Nümunə: Şönhaytın işində natamam iş günü ilə çalışan işçilərin
pensiyaları hesablanarkən tam iş günü ilə çalışan işçilərdən fərqli
dərəcələr tətbiq olunurdu.
32
Bu fərqli dərəcələr iş yerində sərf edilən
saatlar arasındakı fərqə əsaslanmırdı. Belə ki, natamam iş günü ilə
çalışan işçilər, hətta iş stajlarının müddəti tam iş günü ilə çalışan
işçilərdən fərqli olsa belə, onlardan az pensiya alırdılar, bu isə o
demək idi ki, natamam iş günü ilə çalışan işçilərə əslində daha az
pensiya ödənilir. Pensiyaların hesablanması üzrə neytral qayda nata-
mam iş günü ilə çalışan bütün işçilərə eyni tərzdə tətbiq edilirdi. Lakin
natamam iş günü ilə çalışan işçilərin təxminən 88%-i qadın olduğuna
görə bu qayda kişilərlə müqayisədə qadınlar üçün qeyri-mütənasib
dərəcədə mənfi nəticələr doğururdu.
Nümunə: D.H. və başqaları Çex Respublikasına qarşı işdə şagirdlərin
ümumi (adi), yoxsa xüsusi məktəblərə göndərilməsinin mümkün-
33
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
30. Analoji olaraq bu mənbələrə bax: İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 2-ci
maddə, 2(b) bəndi; Gender bərabərliyi haqqında Direktiv (yeni redaksiyada), 2-ci maddə, 1(b) bəndi;
Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, maddə 2(b).
31. AİHM, D.H. və başqaları Çexiya Respublikasına qarşı [Böyük Palata], (ərizə № 57325/00), 13
noyabr 2007-ci il, 184-cü bənd; AİHM, Opuz Türkiyəyə qarşı, (ərizə № 33401/02), 9 iyun 2009-cu il, 183-
cü bənd; AİHM, Zərb Adəmi Maltaya qarşı, (ərizə № 17209/02), 20 iyun 2006-cı il, 80-ci bənd.
32. Avropa Ədalət Məhkəməsi (AİƏHM), Hilde Schönheit v. Stadt Frankfurt am Main and Silvia Becker v.
Land Hessen, bir icraatda birləşdirilmiş işlər № C-4/02 və C-5/02 [2003] ECR I-12575, 23 oktyabr 2003-
cü il.
lüyünü müəyyənləşdirmək üçün onların zehni qabiliyyətini və təhsilə
uyğunluq imkanlarını qiymətləndirmək məqsədi daşıyan bir sıra
testlərdən istifadə edilmişdi.
33
Bu xüsusi məktəblər zehni çətinlikləri və
ya dərsləri öyrənməkdə digər əngəlləri olanlar üçün nəzərdə
tutulmuşdu. Bu test xüsusi məktəblərə yerləşdirilməsi düşünülən
bütün uşaqlara tətbiq edilirdi. Lakin praktikada bu test ümumi (adi)
Çexiya əhalisi üçün nəzərdə tutulmuşdu və nəticə etibarı ilə Roma
(qaraçı) şagirdlərin dərsləri qavrama qabiliyyəti daha aşağı olurdu ki,
bunun da nəticəsində Roma şagirdlərin 50 faizindən 90 faizinə qədəri
ümumi təhsil sistemindən kənarda təhsil alırdı. AİHM bu qənaətə gəldi
ki, bu, dolayı ayrı-seçkilik nümunəsidir.
Dostları ilə paylaş: |