2.3.2. Neytral qayda, meyar və ya praktika
Dolayı ayrı-seçkiliyi müəyyən etmək üçün ikinci tələb ondan ibarətdir ki,
neytral kimi görünən qayda, meyar və ya praktika "müdafiənin şamil
olunduğu qrupu" xüsusilə əlverişsiz vəziyyətə salmalıdır. Belə ki, dolayı
ayrı-seçkilik birbaşa ayrı-seçkilikdən onunla fərqlənir ki, burada rəftara
deyil, onun nəticələrinə diqqət yetirmək lazımdır.
Müdafiənin şamil olunduğu qrupun analoji vəziyyətdə olan qruplarla
müqayisədə fərqli rəftarın mənfi təsirinə qeyri-mütənasib dərəcədə məruz
qaldığını göstərən statistik dəlilləri nəzərdən keçirərkən AƏM və AİHM
mənfi təsirə məruz qalanların xüsusilə böyük qismini "müdafiənin şamil
olunduğu qrupun" üzvlərinin təşkil etdiyinə dair sübutların olub-olmadığını
araşdırır. Bu məsələ sübutetmə məsələlərinə aid olan 5-ci fəsildə ətraflı
nəzərdən keçiriləcək. Burada isə Noltenin işində cinsi zəmində ayrı-seçk-
ilik barədə danışarkən Baş vəkilin bildirdiyi rəydə yer alan və AƏM
tərəfindən istifadə edilən aşağıdakı ifadələri vurğulayaq:
"Tədbirin ayrı-seçkilik hesab edilməsi üçün o, "kişilərə nisbətən xeyli çox
sayda qadınlara" [Rinner-Künün işi]
34
, yaxud "qadınlara nisbətən kişilərin
əhəmiyyətli dərəcədə az faizinə" [Nimtsin işi
35
və Kovalskanın işi]
36
təsir
34
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
33. AİHM, D.H. və başqaları Çexiya Respublikasına qarşı [Böyük Palata], (ərizə № 57325/00), 13
noyabr 2007-ci il, 79-cu bənd.
34. AƏM, Rinner-Kühn v. FWW Spezial-Gebäudereinigung, iş № C-171/88 [1989] ECR 2743, 13 iyul
1989-cu il.
35. AƏM, Nimz v. Freie und Hansestadt Hamburg, iş № C-184/89 [1991] ECR I-297, 7 fevral 1991-ci il.
36. AƏM, Kowalska v. Freie und Hansestadt Hamburg, iş № C-33/89 [1990] ECR I-2591, 27 iyun 1990-
cı il.
göstərməli, yaxud da "qadınlara təsiri kişilərə təsirindən daha çox" olmalıdır
[De Weerd, née Roks və başqalarının işi]
37
.
38
Dostları ilə paylaş: |