Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


Ayrı-seçkiliyin kateqoriyaları



Yüklə 1,45 Mb.
səhifə10/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   6   7   8   9   10   11   12   13   ...   122
2

Ayrı-seçkiliyin kateqoriyaları

və ondan müdafiə vasitələri

2.1.    Giriş

Ayrı-seçkilik  əleyhinə  hüququn  məqsədi  bütün  şəxslərə  cəmiyyətdə

mövcud  olan  imkanlara  bərabər  çatımlılıq  üçün  bərabər  və  ədalətli

imkanları təmin etməkdir. Biz, gündəlik həyatımızda kimlərlə münasibət

qurmaq, haradan bazarlıq etmək və harada işləməklə bağlı seçimlər edirik.

Subyektiv tərcihlərimizi ifadə etmək adi və normal haldır və bununla yanaşı,

bəzən bizə səlahiyyət verən və ya başqalarının həyatı üzərində əhəmiyyətli

təsirə malik ola biləcək qərarlar qəbul etmək imkanı verən vəzifələr yerinə

yetiririk. Biz, ictimai qüvvələrin necə istifadə olunması və ya özəl mal və

xidmətlərin necə təqdim olunmasına qərar verən mülki xidmətçi, mağaza

sahibi,  işəgötürən,  mülk  sahibi  və  ya  həkim  ola  bilərik.  Bu  qeyri-şəxsi

sahələrdə, ayrı-seçkiliyi qadağan edən hüquq, etdiyimiz seçimlərə iki yolla

müdaxilə edir:   

Birinci, oxşar vəziyyətdə olan şəxslərin bərabər münasibət görmələrinin

zəruriliyini və sadəcə sahib olduqları müəyyən bir “qorunan” xüsusiyyət

səbəbi  ilə  onlara  daha  az  əlverişli  bir  formada  davranılmamasını

şərtləndirir. Bu hal, birbaşa ayrı-seçkilik adlandırılır. Birbaşa ayrı-seçkilik,

AİHK çərçivəsində, ümumi obyektiv əsaslandırma üzrə müdafiə subyekti

hesab olunur.       

İkinci,  ayrı-seçkilik  əleyhinə  hüquq,  fərqli  vəziyyətdə  olan  şəxslərin,

müəyyən fürsətlərdən başqaları ilə eyni dərəcədə istifadə edə bilmələrinə

23



Aşağıdakı  hallarda  birbaşa

ayrı-seçkilik 

baş 

vermiş


sayılır:

• şəxsə qarşı əlverişsiz

davranıldıqda

• oxşar vəziyyətdə olan

şəxslərlə necə davranılması

və ya davranıla biləcəyi

müqayisə edilərək

• və bunun səbəbi onların

sahib olduqları

xüsusiyyətdir ki, bu da

“müdafiə olunan əsas”

hesab olunur.

Ayrı-seçkilik əleyhinə hüquq,

eyni vəziyyətdə olan şəxslərlə və

ya qruplarla fərqli davranılmasını

və fərqli durumda olan şəxslərlə

və ya qruplarla eyni cür

davranılmasını qadağan edir.

_____________________________

15. Oxşar olaraq: Bərabər işəgötürmə üzrə Direktiv, Maddə 2(2)(a); Gender Bərabərliyi üzrə Direktiv

(Dəyişikliklərlə), Maddə 2(1)(a); Genderlə bağlı Əmlak və Xidmətlər haqqında Direktiv, Maddə 2(a).

16. AİHM, Carson və Başqaları Birləşmiş Krallığa qarşı [GC] (No. 42184/05), 16 mart 2010; 61-ci

paraqraf. Oxşar olaraq, AİHM, D.H. və Başqaları Çex Respublikasına qarşı [GC] (No. 57325/00), 13

noyabr 2007, 175-ci paraqraf; AİHM, Burden Birləşmiş Krallığa qarşı [GC] (No. 13378/05), 29 aprel

2008, 60-cı paraqraf

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı

24

imkan verəcək həddə fərqli münasibət görmələrini şərtləndirir. Beləliklə,



müvafiq təcrübələri həyata keçirərkən və ya müvafiq qaydalar yaradarkən,

həmin “qorunan əsaslar” nəzərə alınmalıdır. Bu, “bilavasitə” ayrı-seçkilik

hesab olunur. “Bilavasitə” ayrı-seçkiliyin bütün növləri, iddianın AİHK-na və

ya Aİ hüququna istinadından asılı olmayaraq, obyektiv əsaslandırmaya

söykənən müdafiənin subyektidir.

Bu  bölüm,  bilavasitə  və  dolayı  ayrı-seçkiliyin

mənası, onların, qısnama və ya ayrı-seçkiliyin

təlimatı kimi bir sıra səciyyəvi ifadəsi və onların

təcrübədəki presedentlərdə necə baş verdiyini

müzakirə  edir.  Daha  sonra  ayrı-seçkilikdən

müdafiənin necə həyata keçirildiyi araşdırılır.   


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin