3
Ayrı-seçkilik əleyhinə Avropa
hüququnun əhatə dairəsi
3.1. Giriş
Ayrı-seçkilik əleyhinə Avropa hüququ birbaşa və dolayı ayrı-seçkiliyi
qadağan etsə də, bu qadağa müəyyən məzmun (kontekst) çərçivəsində
mövcuddur. Avropa İttifaqı hüququnda ayrı-seçkilik əleyhinə hüquq məhz
daxili bazarın funksionallığını artırmaq üçün qəbul edildiyindən, məşğulluq
sahəsi üzrə məhdudlaşmışdılar. 2000-ci ildə İrqi Bərabərlik Direktivinin
təqdim olunması ilə bu sahə, mal və xidmətlər və dövlətin sosial təminat
sisteminə çıxışını da əhatə etdi. Belə ki, iş mühitində bərabərliyin təmin
edilməsi zəruri idi, məhz bu, məşğulluq sahəsinin inkişafına təsir edə
bilərdi. Mal və Xidmətlər üzrə Gender məsələlərinə yönəlmiş direktiv bu
sahə üzrə bərabərliyin cinsi bərabərlikdən çıxaraq və genişlənərək mal və
xidmətlər üzrə də bərabərliyi əhatə etməsinə səbəb oldu. Bununla belə,
cinsi oriyentasiya, əlillik, yaş, din, etiqad və ya əqidə əsasında hər hansı bir
ayrı-seçkiliyi qadağan edən 2000-ci il Məşğulluq sahəsində Bərabərlik Di-
rektivi, məhz məşğulluq kontekstini əhatə edirdi. 1.1.2-ci fəsildə müzakirə
edildiyi kimi bu əsasların mal və xidmətlərdən, dövlətin sosial rifah
sistemindən istifadə sahəsinə də yönəldilməsi hazırda qanunverici orqan
tərəfindən müzakirə mərhələsindədir.
Fərqli olaraq, AİHK-in 14-cü Maddəsi AİHK-də qeyd edilən maddi hüquq
normalarından istifadə üzrə bərabərliyi təmin edir. Əlavə olaraq, AİHK-nın
2005-ci ildə qüvvəyə minmiş 12-ci Protokolu ayrı-seçkilik üzrə qadağanın
67
əhatə dairəsini genişləndirərək, AİHK əhatə dairəsində olmayan, lakin milli
səviyyədə nəzərdə tutulan hüquqlara da şamil edildi. Lakin bu Protokol AŞ
üzvü olan 47 dövlətin yalnız 17-si tərəfindən ratifikasiya edildi ki, onların da
altısı Aİ-nın Üzv Dövlətləridir.
Bu fəsil Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsinin tətbiqini
müəyyənləşdirəcək. İlk olaraq 14-cü Maddənin və AİHK-a əlavə edilmiş
12-ci Protokolun əhatə dairəsi və onların AİHM-si tərəfindən müəyyən
edilmiş tətbiqi metodu izah ediləcək. Daha sonra isə 14-cü Maddənin də
əhatə dairəsi vurğulanmaqla, ayrı-seçkilik əleyhinə olan direktivlərin
tənzimlədiyi maddi hüquqi sahələr öyrəniləcək. Sonda isə AİHK-in Aİ
hüququnun spesifik kontekstindən kənar, məsələn hüquq, mühafizə və
şəxsi həyat kimi sahələrdə AİHK-in əhatə dairəsinin qısa xülasəsi veriləcək.
Dostları ilə paylaş: |