3.3.1.1. Konvensiyada nəzərdə tutulan hüquqlar
14-cü Maddə tam olaraq AİHK-in nəzərdə tutduğu maddi hüquqlardan ən
azı biri üzrə ayrı-seçkilik faktının olmasından asılı olduğundan, AİHK-da
təsbit olunmuş hüquqların qiymətləndirilməsini həyata keçirmək tələb olu-
nur. AİHK, başlıca olaraq “vətəndaş və siyasi” hüquqların siyahısından
ibarət olsa da, o həmçinin bir sıra “iqtisadi və sosial” hüquqları da müdafiə
edir.
AİHK-da qeyd edilən maddi hüquqlar son dərəcə geniş əhatə dairəsinə
malikdir, belə ki, yaşamaq hüququ, ailə və şəxsi həyata hörmət hüququ,
düşüncə, din və vicdan azadlığını özündə ehtiva edir.
AİHK-da təsbit edilən hüquqlar üzrə ayrı-seçkilik faktının olduğu bütün
işlərdə AİHM 14-cü Maddənin pozulması barədə şikayətləri araşdıracaq.
Aİ hüququ ilə AİHK arasında əhəmiyyətli fərq ondan ibarətdir ki, AİHK, Aİ-
nin ayrı-seçkilik əleyhinə hüququnun tənzimləmədiyi məsələlər üzrə də
ayrı-seçkilikdən müdafiə edir. Baxmayaraq ki, Fundamental Hüquqlar üzrə
Aİ Xartiyası, Aİ-nin üzərinə götürdüyü tədbirlərdə insan hüquqları
məsələlərinə qarışmamaq öhdəliyi yaratsa da (ayriseçkiliyin qadağan
edilməsi də daxil olmaqla), Xartiya üzv dövlətlərə yalnız Aİ hüququ tətbiq
edilərkən tətbiq edilir. Xartiya onlara yalnız bu məhdud çərçivədə tətbiq
edilir, çünki Aİ-nin üzv dövlətlərdə Aİ hüququnu tətbiq etmək üçün inzibati
mexanizmi yoxdur, əksinə Aİ hüququ üzv dövlətlərin adminstrasiyaları
tərəfindən həyata keçirilir. Buna görə də, o sahələrdə ki, üzv dövlətlər öz
səlahiyyətlərini Aİ-nə həvalə etməyiblər, həmin sahələrdə Xartiyanın hər
hansı qüvvəsi yoxdur.
Ayrı-seçkilik əleyhinə direktivlərin təqdim olunması və onların əhatə
dairəsinin mal və xidmətlər və sosial rifah sisteminə çıxışın müdafiəsi
sahəsinədək genişlənməsi ilə, AİHK və direktivlərin təqdim etdiyi müdafiə
arasında fərq azaldı. Buna baxmayaraq, AİHK-in xüsusi sahələr üzrə Aİ
hüququndan da üstün müdafiəni təmin etməsi müəyyən edilə bilər. Bu
haqda aşağıda təhlil ediləcək.
71
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
|