Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Konvensiyada nəzərdə tutulan



Yüklə 1,45 Mb.
səhifə33/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   29   30   31   32   33   34   35   36   ...   122
3.3.1.2. Konvensiyada nəzərdə tutulan

hüquqların əhatə dairəsi 

14-cü Maddənin tətbiqi zamanı AİHM, AİHK-in əhatə dairəsini geniş təfsir

edib:

• İlkin olaraq, AİHM açıq şəkildə bəyan edib ki, maddi hüququn birbaşa



pozuntusu olmadığı hallarda belə, Məhkəmə şikayətlərə maddi hüquq ilə

birlikdə götürülmüş 14-cü Maddə əsasında baxacaq;

86

• İkincisi, o, müəyyən edib ki, AİHK-in əhatə dairəsi təmin olunan hüquqlar



siyahısından kənara çıxır. Bu səbəbdən, işin faktlarının AİHK ilə müdafiəsi

nəzərdə tutulan məsələlərə aid olması yetərli ola bilər. 

Məsələn, Zarb Adami Maltaya (Zarb Adami v. Malta) qarşı işdə ərizəçi

andlılar  məhkəməsi  üzvləri  (juri)

87

xidmətinə  çağırılmış  kişilərin



sayının çox olması ilə qeyri-proporsionlallığın yaranmasına görə cinsi

ayrı-seçkilikdən  şikayət  etmişdi. AİHK-in  4(2)-ci  Maddəsi  məcburi

əməyi qadağan edir. 

Lakin,  Maddə  4(3)(d)  qeyd  edir  ki,  “normal  vətəndaş  öhdəlikləri”

özündə  “məcburi  əməyi”  ehtiva  etmir.  Buna  baxmayaraq,  AİHK

müəyyın edib ki, bu Maddə ilə “normal vətəndaş öhdəlikləri” əhatə ol-

unmasa da (başqa sözlə AİHK juri xidmətindən azad edən hüquq

təyin  etmir),  işin  faktları  bu  hüququn  əhatə  dairəsinə  düşüb.

Əsaslandırma olaraq göstərilib ki, “normal vətəndaş öhdəliyi” ayrı-

seçkilik şəraitində tətbiq edildiyi zaman “qeyri-normal” ola bilər.

Misal:  E.B.  Fransaya  qarşı (E.B.  v.  France)  işdə,  yerli  hakimiyyət

orqanları öz partnyoru ilə yaşayan lezbiyanın övladlığa götürməklə

bağlı şikayətini qəbul etməkdən imtina edib.

88

Ərizəçi 8-ci Maddənin



14-cü Maddə ilə birlikdə pozulduğunu iddia edib. AİHM qeyd edib ki,

72

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



_____________________________________

86. Bax, məsələn, AİHM, Sommerfekd Almaniyaya qarşı( ECtHR, Sommerfeld v. Germany [GC] (No.

31871/96), 8 July 2003.)

87. AİHM Zarb Adami Maltaya qarşı (No. 17209/02), 20 İyun 2006. (ECtHR, Zarb Adami v. Malta (No.

17209/02), 20 June 2006.)

88. ECtHR, E.B. v. France [GC] (No. 43546/02), 22 January 2008.




bu hadisədə ondan 8-ci Maddənin pozulması ilə bağlı qərar qəbul

etmək xahiş edilməyib, belə ki, 8-ci Maddə nə ailənin qurulması, nə

də övladlığa götürmə ilə bağlı məsələləri tənzimləmir. Bununla belə,

AİHM qeyd edib ki, ayrı-seçkiliklə bağlı şikayət AHİK-də nəzərdə tu-

tulan hər hansı bir hüquqa aid olmasa belə, hər hansı xüsusi hüququn

əhatə dairəsinə düşə bilər. Məhkəmə müəyyən edib ki, Fransa milli

qanunvericiliyində  övladlığa  götürmə  ilə  bağlı  xüsusi  hüquq

olduğundan faktlar şübhəsiz 8-ci Maddənin əhatə dairəsinə düşür.

İşin faktları əsasında o, həmçinin müəyyən edib ki, ərizəçinin cinsi

oriyentasiyası  hakimiyyət  orqanlarının  onun  övladlığa  götürmə  ilə

bağlı müraciətindən imtina etməsinə təsir edib, bu isə ərizəçiyə qarşı

milli  hüquqla  övladlığa  götürməyə  icazə  verilən  digər  şəxslərlə

müqayisədə ayrı-seçkilik xarakterli münasibət idi.

Misal: Sidabras və Džiautas Litvaya qarşı (Sidabras and Džiautas v.

Lithuania) işdə ərizəçilər iddia edirdilər ki, Dövlət tərəfindən onların

dövlət  qulluğunda  və  bəzi  özəl  xidmət  sahələrində  işləməsinə

məhdudiyyətin qoyulması, onların şəxsi həyatına hörmət hüququnun

pozulmasına səbəb olub.

89

AİHK işləmək hüququna zəmanət vermir.



Bununla  belə,  AİHM  bu  şikayətin  8-ci  Maddənin  əhatə  dairəsinə

düşdüyünü  aşkar  etdi.  Buna  səbəb  hökumətin  bu  addımının

“ərizəçilərin kənar dünya ilə əlaqələrinin genişləndirilməsinə ziyan

vurmasına,  bunun  isə  onların  yaşayışını  maddi  cəhətdən  təmin

etməsində böyük çətinliklər yaratmasına və bunun nəticəsində şəxsi

həyatlarının sarsılması ilə nəticələnməsinə səbəb olması idi”

90

Misal: Karson və başqaları Böyük Britaniyaya qarşı (Carson and Oth-



ers  v.  UK)  işdə  ərizəçilər  şikayət  etmişdilər  ki,  Böyük  Britaniya

hökuməti onlara qarşı yaşayış yeri ilə bağlı ayrı-seçkilik törədib, belə

ki, onların aldıqları təqaüdün Britaniyada və ya Britaniyanın ikitərəfli

müqavilə  bağladığı  ölkələrdən  birində  yaşayan  digər  təqaüdçülər

üçün  nəzərdə  tutulmuş  qaydada  artım  məqsədi  ilə  nəzərdən

keçirilməsindən imtina edib.

91

AİHM müəyyən etdi ki, AİHK-inn sosial



sığorta  və  pensiya  ödənişləri  üzrə  heç  bir  hüquq  nəzərdə  tutma- 

73

Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi



_____________________________________

89. ECtHR, Sidabras and Džiautas v. Lithuania (Nos. 55480/00 and 59330/00), 27 July 2004

90. Yenə də orada, paraq. 48

91. ECtHR, Carson and Others v. UK [GC] (No. 42184/05), 16 March 2010




masına baxmayaraq, dövlətin özünün belə hüquq yaradan norma

müəyyən etməsi mülkiyyətlə bağlı maraqların yaranmasına səbəb ola

bilər ki, bu maraqlar da 1 saylı Protokolun 1-ci Maddəsi ilə müdafiə

oluna bilər.

AİHM  dövlət  müavinətlərinin  ödənilməli  olması  ilə  bağlı  çoxsaylı  digər

işlərdə də oxşar qaydada hesab etdi ki, həmin işlər,  ya 1 saylı Protokolun

1-ci  Maddəsinin

92

(mülkiyyət  hesab  edilərsə),



93

ya  da  14-cü  Maddənin

tətbiq edilməsi məqsədi ilə 8-ci Maddənin (çünkü bu ailə və ya şəxsi həyata

təsir edir)

94

təsiri altına düşəcək. Bu, xüsusən 3.2 Fəsildə müzakirə edilən



vətəndaşlıq zəminində ayrı-seçkilik ilə əlaqədar işlərdə daha önəmlidir,

belə ki, Aİ hüququ bu sahədə daha cox qadağan edicidir.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin