H
əbs prosedurları və saxlama yerində rəftar
Qanuna
əsasən saxlanılan, həbs edilən və ya hər hansı cinayətdə ittiham olunan şəxslərə onların
hüquqları, həbs olunmalarının səbəbi dərhal izah edilməli və müvafiq hüquqi proseslə təmin
olunmalıdırlar. Təcrübədə hökumət bu müddəalara əməl etməmişdir.
Qanunda polis
ə həbs orderi olmadan hər hansı şəxsi 48 saat ərzində saxlamağa və dindirməyə
icaz
ə verilir. Buna baxmayaraq həbs orderi olmadan polis vətəndaşları bir neçə gün saxlamışdır.
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
Hüquqşünasların bildirdiyinə əsasən bəzi hallarda hakimlər həbs orderini saxlanma halı baş
verdikd
ən sonra vermişlər.
Qüvv
ədə olan qanunvericiliyə uyğun olaraq hakimlər saxlanılan şəxslər barəsində 48 saat
ərzində inzibati saxlama qərarı qəbul etmişlər, lakin bəzən bu şəxslər vəkillə təmin edilməmişlər.
Yerli müşahidəçilərin bildirdiyinə görə 11 mart tarixdə siyasi islahatların keçirilməsinin tələb
edildiyi birinci etiraz aksiyasında saxlanılmış səkkiz nəfərdən yeddisi yuxarıda qeyd olunan
hallarla üzl
əşmişlər.
“Amnesty İnterational” (Aİ) və “Human Rights Watch” (HRW) təşkilatlarının bildirdiyinə görə
2 aprel tarixd
ə baş vermiş nümayişlərdən əvvəl və sonra saxlanılan şəxslər də bu hallarla
üzl
əşmişlər. İnzibati saxlama müəssisələrində olan şəxslər istintaq təcridxanalarına yerləşdirilmiş
v
ə bəlkə də 15 günə qədər burada saxlanılmışlar. Məsələn, insan haqları üzrə vəkil Vidadi
İsgəndərov 17 aprel tarixdə keçirilən etiraz aksiyasına gedərkən yolda həbs edilmiş və bundan
sonra N
əsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 15 günlük inzibati həbs cəzası
çıxarılmışdır. 15 gündən sonra isə o, səsvermə hüququnun yerinə yetirilməsinə mane olmaqda və
2010-cu il parlament seçkil
ərində seçki komissiyasının fəaliyyətinə müdaxilə etməkdə ittiham
olunaraq bar
əsində çıxarılmış həbs müddəti üç ay uzadılaraq istintaq təcridxanasına
köçürülmüşdür.
Qanuna
əsasən hər bir şəxsin saxlanıldığı andan etibarən vəkillə təmin olunmaq hüququ vardır.
T
əcrübədə vəkil ilə təmin olunma, xüsusilə Bakı şəhərindən kənarda aşağı səviyyədə olmuşdur.
Qanunla buna hüquqları olsa da, çox vaxt saxlanılan imkansız şəxslərin bu hüquqları təmin
edilm
əmişdir. Ailə üzvlərinin verdikləri məlumata əsasən dövlət orqanları bəzi hallarda onların
ail
ələri ilə görüşmələrini, xüsusilə istintaq təcridxanalarında məhdudlaşdırmışlar və müəyyən
hallarda saxlanılan şəxslər barəsində informasiyanı gizlətmişlər. Bəzən ailə üzvlərinin saxlanılan
qohumları barəsində hər hansı məlumat əldə etmələri bir neçə gün çəkmişdir.
F
ərdi şəxslərin bəzən saxlanılanlara zamin durmalarına icazə verilməsinə, istintaq araşdırması
za
manı onların azadlığa buraxılmasına nail olmalarına baxmayaraq rəsmi və təcrübədə tətbiq
edil
ən zəminliyə buraxılma sistemi olmamışdır. Bundan əlavə bəzi hallarda dövlət orqanları
istintaq m
ərhələsində müttəhimləri müstəqil şəkildə azad etmişlər. Bəzi hallarda siyasi cəhətdən
şübhəli bilinən şəxslər polis nəzarəti altında bir neçə saat və ya bəzən bir neçə gün ətraf
mühitd
ən təcrid olunmuş vəziyyətdə saxlanılmışlar.
Əsassız həbs: İl ərzində əsassız, çox vaxt polisə qarşı müqavimət göstərməkdə yalandan ittiham
olunmaqla baş verən həbs halları problem olaraq qalmışdır, bu xüsusilə yaz mövsümündə baş
vermiş çoxsaylı dinc nümayişlərdə daha çox müşahidə edilmişdir. Həbs və saxlama qaydalarının
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
polis t
ərəfindən pozulması barədə də məlumatlar verilmişdir. Bu kimi hallar xüsusilə dinc siyasi
nümayişlər keçirməyə cəhd göstərən müxalifət partiyalarının üzvlərinin polis tərəfindən
saxlanılması zamanı baş vermişdir.
İstintaq təcridxanalarında uzun müddət ərzində - 18 aya qədər saxlanma halları baş vermişdir.
Baş prokuror müntəzəm şəkildə qanunla icazə verilən məhkəmədən əvvəl ilkin üç aylıq saxlama
müdd
ətini istintaq başa çatana qədər sonradan bir neçə ay müddətinə uzatmışdır.
Amnistiya: 28 may tarixd
ə Prezident bir neçə nəfəri, o cümlədən həbs edilmiş və bu həbsin bir
çoxları tərəfindən siyasi motivlərə bağlı olduğu hesab edilən jurnalist Eynulla Fətullayevi və
dövl
ətin şəxsi əmlakı məcburi özgəninkliləşdirmək hüququndan istifadə zamanı mülkiyyət
sahibl
ərinə ödənilməli olan təzminatı mənimsəməkdə ittiham edilmiş Bakı şəhər İcra
Hakimiyy
əti Başçısının keçmiş birinci müavini Eldəniz Lahıcovu əfv etmişdir.
26 dekabr tarixd
ə Prezident QHT-lərin siyasi məhbuslar siyahısında olan üç məhbusu da əfv
etmişdir, bunlar fevral ayında həbs edilmiş və 4 may tarixdə narkotik maddə saxladığına görə
ittiham edil
ərək barəsində iki il altı ay müddətinə həbs qərarı çıxarılmış Cabbar Savalan, 1995-ci
il qiyamında iştirak etdiyinə görə məhkum edilmiş keçmiş xüsusi təyinatlı polis dəstəsinin
komandiri Nizami
Şahmuradov və dövlət çevrilişində iştiraka görə ittiham edilmiş Bakı
şəhərinin keçmiş prokurorunun sürücüsü Mehman Məmmədov olmuşdur.
e.
Ədalətli və açıq məhkəmə prosesinin aparılmasından imtina
M
əhkəmə hakimiyyətinin qanunla müstəqil olması nəzərdə tutulsa da, təcrübədə hakimlər
icraedici
qanaddan ayrı, müstəqil fəaliyyət göstərməmişlər. Məhkəmə sistemi korrupsiyalaşmış
v
ə səmərəsiz fəaliyyət göstərmişdir. Çıxarılmış hökmlər çox vaxt məhkəmə prosesində təqdim
edilmiş dəlillərlə bağlı olmamışdır.
Hakimiyy
ətin icraedici qanadı məhkəmə hakimiyyəti üzərində güclü təsir göstərməyə davam
etmişdir. Hakimliyə namizədlərin imtahanını həyata keçirən Məhkəmə-Hüquq Şurası Ədliyyə
Nazirliyinin n
əzarətində olmuşdur.
Etibarlı mənbələrdən verilən məlumatlara əsasən hakimlər və prokurorlar xüsusilə beynəlxalq
müşahidəçilərə maraqlı olan məhkəmə işləri zamanı prezident administrasiyasından və Ədliyyə
Nazirliyind
ən göstərişlər almışlar. Etibarlı mənbələrin verdikləri digər məlumatlara əsasən
hakiml
ər müntəzəm şəkildə rüşvət almışlar. Nazirliyin verdiyi məlumata əsasən Məhkəmə Şurası
2011-ci ild
ə iki nəfər hakimi tutduğu vəzifəsindən azad etmiş, bir nəfəri digər bir vəzifəyə
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
keçirmiş və dörd nəfəri tənbeh etmişdir. Digər 17 nəfər hakimə qarşı isə müxtəlif formada daha
yüngül inzibati c
əza növləri tətbiq edilmişdir.
“Human Rights Watch” t
əşkilatının verdiyi məlumata əsasən dövlət orqanları saxtalaşdırılmış
m
əhkəmə prosesi zamanı seçkiyə müdaxilə ittihamını əsaslandıracaq kifayət qədər sübut
olmadan v
ə İsgəndərovun vəkilinin onun müdafiəsi üçün təqdim etdiyi dəlilləri nəzərə almadan
insan hüquqları üzrə vəkil Vidadi İsgəndərov barəsində hökm çıxarmışlar. İsgəndərovun vəkili
Xalid Bağırov isə Elvin Əsgərovun işi ilə əlaqədar polisə qarşı böhtan atmaqda ittiham olunaraq
v
əkillər kollegiyasından uzaqlaşdırılmışdır (bax bölmə 1.a.).
M
əhkəmə prosedurları
Qanun dövl
ət, kommersiya və ya peşəkar sirlər və yaxud məxfi, şəxsi və ya ailə məsələləri ilə
bağlı olan işlər istisna olmaqla açıq məhkəmənin keçirilməsini nəzərdə tutur. Cinayət işlərində
t
əqsirsizlik prezumpsiyası, eləcə də, müttəhimin dəlilləri nəzərdən keçirmək, şahidlərlə
üzl
əşdirilmək və məhkəmə prosesində sübutlar təqdim etmək hüququ, imkansız müttəhimlərin
m
əhkəmə tərəfindən təsdiq edilmiş vəkillə təmin olunmaq hüququ, müttəhimlərin və
ittihamç
ıların vəsatət qaldırmaq hüquqları bütün bunlar qanunla nəzərdə tutulsa da təcrübədə bu
müdd
əalara heç də həmişə əməl edilməmişdir. Təqsirsizlik prezumpsiyası açıq-aşkar pozulmasa
da, ittiham olunan şəxsin qandallanaraq qıfıllanmış dəmir qəfəsdə məhkəmənin qarşısına
çıxarılması bu hüququn dolayı yolla pozulmasına gətirib çıxartmışdır. Bununla belə İnsan
H
üquqları üzrə Avropa Məhkəməsi (İHAM) tərəfindən 31 may tarixdə qəbul edilmiş və zorakılıq
əməlində təqsirli bilinməyən müttəhimin qəfəsdə saxlanılmasının İnsan Hüquqları üzrə Avropa
Konvensiyasının tələblərinə zidd olduğunu bildirən qərardan sonra dövlət orqanları bu
t
əcrübənin davam etdirilməsini dayandırmışlar.
Hakiml
ər çox vaxt hökmü açıq şəkildə oxumamışlar və ya onların qərarının arxasında dayanan
s
əbəbləri bildirməmişlər ki, bu da müttəhimin onun barəsində çıxarılmış məhkəmə hökmünün
s
əbəblərindən məlumatsız qalması ilə nəticələnmişdir.
Andlılar məhkəməsindən istifadə edilməmişdir. Xarici və yerli müşahidəçilərin çox vaxt
m
əhkəmə iclaslarında iştirak etmələrinə icazə verilməmişdir. Bəzi dinləmələrdə kiçik və
oturacaqların sayı az olan məhkəmə otaqlarından istifadə edilməsi geniş ictimaiyyətin burada
iştirakının qarşısını almışdır. Ümumilikdə məhkəmənin vaxtı və keçiriləcəyi yer barəsində
informasiya t
əqdim edilmişdir, lakin buna baxmayaraq burada da bəzi istisnalar olmuşdur,
xüsusil
ə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə.
Dövl
ət ittihamçıları və müdafiə tərəfinin vəkillərinin bərabər statusunun konstitusiya ilə
mü
əyyən olunmasına baxmayaraq təcrübədə dövlət ittihamçılarının imtiyazları və hüquqları
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
müdafi
ə tərəfindən üstün olmuşdur. Hakimlər mülki işlərdə müdafiə tərəfinin vəkillərini “kifayət
q
ədər səbəb olduğundan” işdən kənarlaşdırmaq hüquqlarını qoruyub saxlamışlar. Cinayət işləri
üzr
ə məhkəmə prosesində maraqların toqquşması və ya müttəhimin vəkili dəyişmək barədə
müraci
əti olarsa hakimlər müdafiə tərəfinin vəkillərini işdən kənarlaşdıra bilərlər. Hakimlər çox
vaxt müdafi
ə tərəfinin vəkilinin qaldırdığı vəsatətləri, təqdim etdiyi şifahi bəyanatları və dəlilləri
qiym
ətləndirərkən dövlət ittihamçılarının xeyrinə olan qərarlar qəbul etmişlər.
Qanun cinay
ət işləri üzrə məhkəmə prosesində iştirakı ölkənin hökumətin təsiri altında olan
V
əkillər Kollegiyasının (hüquqşünaslar assosiasiyası) üzvləri ilə məhdudlaşdırır. Kollegiyanın
üzvl
əri olan vəkillərin sayı azaldılmışdır, belə ki, 2010 və 2009-cu illərdə üzvlərin sayı müvafiq
olaraq 761 v
ə 783 olsa da, ilin sonunda bu rəqəm 738 təşkil etmişdir. Kollegiyanın üzvü olan
v
əkillərin paytaxtdan kənarda fəaliyyət göstərməsi nisbətən dəyişməz olaraq qalmışdır və bu
bütün v
əkillərin təxminən 26 faizini təşkil etmişdir. Paytaxt və ölkənin digər bölgələri arasında
olan bu qeyri-
tarazlıq onu göstərir ki, lisenziyalaşdırılmış hüquqi təmsilçilik imkanları Bakıdan
k
ənarda məhdud olmuşdur.
Qış fəslinin sonunda və yazın əvvəlində müxalifətin keçirdiyi dinc nümayişlərdə iştirak
etdikl
ərinə görə həbs edilmiş və məhkəməyə cəlb edilmiş siyasi müttəhimləri təmsil etdiklərinə
gör
ə il ərzində altı nəfər vəkilin lisenziyası Kollegiya tərəfindən ləğv edilmiş və ya onlar
üzvlükd
ən çıxarılmışdır. Kollegiya lisenziyası ləğv edilmiş və ya kənarlaşdırılmış üç nəfərin –
Osman Kazımov, Elçin Namazov və Xalid Bağırovun müdafiə vəkilləri üçün müəyyən olunmuş
standartların tələblərinə əməl etmədiklərini bəyan etsə də, yerli QHT-lər və beynəlxalq təşkilatlar
Kollegiyanın bu qərarının siyasi motivlərə söykəndiyini və qanuni şikayətlərə əsaslanmadığını
bildirmişlər. Müşahidəçilər eyni zamanda Kollegiya tərəfindən vəkil Aslan İsmayılovun intizam
m
əsuliyyətinə cəlb edilməsini də siyasi motivlərlə bağlı olduğunu qeyd etmişlər. Digər vəkillər,
o cüml
ədən Anar Qasımlı, Əsabəli Mustafayev və Ramiz Məmmədova Kollegiyanın rəyasət
hey
əti tərəfindən təzyiq göstərildiyi bildirilsə də, rəyasət heyətinin verdiyi məlumata əsasən
onlara qarşı hər hansı intizam cəzası tətbiq edilməmişdir.
R
əyasət heyəti Kollegiyanın idarəedici orqanıdır və nizam-intizam komitəsi ilə birlikdə
v
əkillərin lisenziyasını ləğv etmək və ya kənarlaşdırmaq səlahiyyəti vardır. Rəyasət heyəti 2004-
cü ild
ə beş illik müddətə seçilmişdir və bu müddət 2009-cu ildə başa çatmalı idi.
Qeyri-qanuni yolla
əldə edilmiş dəlillərin istifadəsi konstitusiya ilə qadağan edilir. Bəzi
mütt
əhimlərin onlardan ifadələrin işgəncə və ya zor tətbiq etməklə alındığını iddia etmələrinə
baxmayaraq m
əhkəmələr zor tətbiq olunduğuna əsaslanaraq məhkəmə iddialarını ləğv
etm
əmişlər və zorakılığın baş verdiyini müəyyən etmək üçün hər hansı müstəqil məhkəmə
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
eks
pertizasını keçirməmişlər. Hakimlər çox vaxt polisin pis rəftarı ilə bağlı qaldırılmış iddialara
m
əhəl qoymamışlar. İstintaq çox vaxt şübhəli bilinən şəxslərə qarşı fiziki dəlillərin toplanması
deyil,
əksinə etiraflar əldə etmək üzərində qurulmuşdur. Məhkəməyə çıxarılmış ağır cinayətlər
çox vaxt ittihamnam
ənin oxunması ilə nəticələnmişdir, belə ki, ümumilikdə hakimlər yalnız
minimum s
əviyyədə sübut tələb etmişlər və dövlət ittihamçıları ilə yaxından əməkdaşlıq etmişlər.
Nadir hallarda,
əgər hakim təqdim edilmiş sübutun müttəhim barəsində hökm çıxarılması üçün
kifay
ət etmədiyini müəyyən etmişdirsə, bu zaman iş əlavə istintaq aparılması üçün prokurorluğa
geri qaytarılmış və bu da dövlət ittihamçısına hökm çıxarılması üçün imkan yaratmışdır.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə və Ağır Cinayətlərə Dair Hərbi Məhkəmə istisna
olmaqla m
əhkəmələr çox vaxt tərcüməçinin təmin olunmasını təşkil etməmişlər. Dinləmələr
zamanı məhkəmələrin Ədliyyə Nazirliyi tərəfindən haqqı ödənilməklə tərcüməçilərlə müqavilə
bağlamaq hüquqları vardır.
M
əhkəmə prosesinin stenoqramı təqdim edilməmişdir, ifadə, tərəflərin şifahi çıxışları və
m
əhkəmə qərarlarının qeydləri aparılmamışdır. Bunun əvəzində məhkəmə katibi bir qayda
olaraq dağınıq qeydlər aparmış və qeydlərə nəyin daxil edilməsini özü müəyyən etmişdir.
Ölk
ədə mülki hakimləri olan hərbi məhkəmə sistemi vardır. Müharibə və ya hərbi xidmətlə bağlı
olan h
ər hansı cinayət işlərində qəbul edilmiş ilkin məhkəmə hökmü hərbi məhkəmə tərəfindən
d
əyişməz olaraq saxlanılmışdır.
Siyasi m
əhbuslar və saxlanılan şəxslər
Yerli QHT-l
ərin bildirdiklərinə əsasən hökumət siyasi məhbusları həbsdə saxlamağa davam
etmişdir, lakin bu rəqəm 27-65 arasında dəyişmişdir. Hökumət isə siyasi məhbusların
saxlanıldığını inkar etmişdir. QHT-lər tərəfindən müəyyən edilmiş siyasi məhbusların sayına
h
əmçinin əvvəlki illərdə həbs edilmiş şəxslər, belə ki, dövlət çevrilişinin təşkilində ittiham
olunaraq 2005-ci ild
ə həbs edilmiş və sonradan rüşvətxorluqda günahkar bilinərək barələrində
hökm çıxarılanlar da daxil edilmişdir.
İl ərzində hökumət jurnalist Eynulla Fətullayevi azadlığa buraxmışdır. Digər tərəfdən isə dövlət
orqanları “Amnesty İnternational” (Aİ) tərəfindən
“vicdan m
əhbusları” kimi təsvir edilən siyasi
c
əhətdən fəal olan 17 nəfəri həbs etmiş, məhkəməyə cəlb etmiş və barələrində hökm
oxunmuşdur.
M
əsələn, 1990-cı ildə Sovet qoşunları tərəfindən Bakı şəhərində qətlə yetirilmiş 100-dən çox
dinc sakinin xatir
əsini yad etmək məqsədilə 20 yanvar tarixdə təxminən 100 nəfər müxalifət
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
f
əalları yürüş keçirmişlər. Polislə olan qarşıdurmadan sonra fəallara şəhidlərin məzarlarına
yaxınlaşmaq və üzərilərinə gül qoymağa icazə verilmişdir, lakin polis gənc fəallardan biri olan
Cabbar Savalanın əlində saxladığı plakatı müsadirə etmişdir. Bir sıra ərəb ölkələrində
demokratiya çağırışları ilə keçirilmiş nümayişlərdən sonra 4 fevral tarixdə Savalan özünün
“facebook” sosial şəbəkəsindəki səhifəsində, eləcə də müxalifət qruplarından ibarət olan İctimai
Palatanın “facebook” səhifəsində “qəzəb günü”nün keçirilməsinə çağırmışdır. 5 fevral tarixdə
dövl
ət orqanları Savalanı həbs etmiş və 4 may tarixdə o, tiryək saxladığına görə ittiham edilərək
iki il altı ay müddətinə azadlıqdan məhrum edilmişdir. Yerli və beynəlxalq müşahidəçilər
Savalanın həbsinin siyasi motivlərlə bağlı olduğunu bildirmiş və onun barəsində çıxarılmış
hökmün d
əlillərlə sübut olunmadığını qeyd etmişlər. Prezident Savalanı 26 dekabr tarixdə əfv
etmişdir.
Bir çoxları tərəfindən siyasi motivlərə söykəndiyi hesab olunan digər bir halda gənc fəal və
parlament seçkil
ərində müstəqil namizəd Bəxtiyar Hacıyev 11 mart tarixdə etiraz aksiyalarının
t
əşkil olunması üçün internet vasitəsilə çağırışlar etdikdən sonra 24 yanvar tarixdə həbs edilmiş,
v
ə 4 mart tarixdə onun zaminliyə çıxmaq barədə müraciəti rədd edilmişdir. Hacıyev hərbi xidmət
keçm
əkdən yayındığına görə 18 may tarixdə iki il azadlıqdan məhrum edilmişdir. O, konstitusiya
il
ə icazə verilən alternativ hərbi xidmət keçmək üçün müraciət etmişdir. Hökumət yönümlü Lider
Televiziyası iyun və iyul aylarında Harvard Universitetinin məzunu olan Hacıyevin nüfuzdan
salınmasına yönəlmiş kampaniya keçirmişdir və onun vətənpərvərliyini və həqiqətən də Harvard
Universitetinin m
əzunu olub-olmadığını şübhə altına almışdır. Hacıyevin ailəsi və onun keçmiş
mü
əllimləri bu kampaniyaya qarşı etirazlarını bildirmişlər.
Aİ təşkilatının “vicdan məhbusları” arasında olan digər ictimai xadimlər sırasına Musavat
Partiyasının rəsmisi Arif Hacılı, insan haqları üzrə vəkil və parlament seçkilərində keçmiş
namiz
əd Vidadi İsgəndərov və Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan Sahib
K
ərimov da daxil edilmişdir.
Müxalif
ət qəzetlərinin yazdıqları məlumatlara əsasən yaz mövsümündə keçirilmiş nümayişlər
zamanı polis 11 mart tarixdə planlaşdırılmış nümayişlərdən bir neçə gün əvvəl ən azı on bir fəalı
inzibati qaydada saxl
amış, eləcə də 11 mart tarixdə 26 nəfər, 12 mart tarixdə 64 nəfər
saxlanılmışdır. Bundan əlavə 2 aprel tarixə planlaşdırılmış nümayişdən dörd gün əvvəl 13 nəfər,
2 aprel tarixd
ə 112 nəfər və 17 aprel tarixdə 64 nəfər polis tərəfindən saxlanılmışdır. İnzibati
qaydada saxlanılma altı gündən 15 günə qədər davam etmişdir. Mart və aprel aylarında
keçirilmiş nümayişlərdə iştirak etmiş 350 nəfərdən çox digər şəxslər polis tərəfindən qısa
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
müdd
ətə saxlanılmış və onlara qarşı hər hansı ittiham irəli sürülmədən həmin gün azad
edilmişlər.
İnsan haqları üzrə regional məhkəmələrin çıxartdıqları qərarlar
V
ətəndaşların insan haqları ilə bağlı olan işlər üzrə Ali Məhkəmənin çıxartdığı birinci qərardan
sonrak
ı altı ay ərzində məhkəmənin qərarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə
(İHAM) şikayət etmək hüquqları vardır. Vətəndaşlar bu hüquqlarından tez-tez istifadə etməyə
davam etmişlər. İlin sonunda ölkə üzrə İHAM tərəfindən baxılması gözlənilən 100 müraciət
olmuşdur.
İl ərzində İHAM tərəfindən çıxarılmış doqquz hökmdə İnsan Hüquqları üzrə Avropa
Konvensiyasına əsasən dövlətin üzərinə götürdüyü öhdəliklərin pozulduğu qeyd edilmişdir.
Hökum
ətin İHAM tərəfindən qəbul edilmiş qərarlara əməl etməsi qarışıq olmuşdur. 2010-cu ilin
aprel ayında İHAM tərəfindən qəbul edilmiş qərarda jurnalist Eynulla Fətullayevin həbsinin
onun ifad
ə azadlığını pozduğu qeyd edilmişdir və onun dərhal azadlığa buraxılmasına göstəriş
verilmişdir. Hökumət Fətullayevi 26 may tarixdə, İHAM-ın qərarından bir ildən çox vaxt
keçdikd
ən sonra azad etmişdir. Qərardan 16 ay keçdikdən sonra, hökumət İHAM tərəfindən
mü
əyyən edilmiş 27 000 manat (33 750 ABŞ dolları) təzminatı 8 avqust tarixdə Fətullayevə
öd
əmişdir.
Dig
ər bir halda, istintaq təcridxanasındakı saxlanılma müddətindən şikayət etmiş keçmiş iqtisadi
inkişaf naziri Fərhad Əliyevin müraciətinə əsasən İHAM tərəfindən 2010-cu ilin noyabrında
onun xeyrin
ə qərar qəbul edilmişdir. Öz qərarında məhkəmə, qeyri-maddi zərər və hüquqi
xidm
ət üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi məqsədilə hökumətdən bu qərarın son
müdd
əti olan 9 fevral tarixə qədər üç ay ərzində Əliyevə maliyyə təzminatının ödənilməsini tələb
etmişdir. İlin sonunda hökumət məhkəmənin qərarını yerinə yetirməmişdir. Əliyev dövlət
çevrilişinin təşkilində ittiham edilərək 2005-ci ildə həbs edilmiş, lakin korrupsiyada günahkar
bilin
ərək barəsində hökm oxunmuşdur.
Mülki m
əhkəmə prosedurları və müdafiə üsulları
Mülki işlər üzrə məhkəmədə müstəqil və bitərəf andlıların iştirakı qanunla nəzərdə tutulmayıb,
h
ər bir məhkəmə prosesində qərarlar hakim tərəfindən verilir. Mülki işlər üzrə birinci dinləmədə
rayon m
əhkəmələrinin mühakimə hüququ vardır, apelyasiya şikayətlərinə əvvəlcə Apelyasiya
M
əhkəməsi və sonradan isə Ali Məhkəmə tərəfindən baxılır. Vətəndaşların insan haqlarının
pozulmasının qarşısının alınması və bu cür pozuntular nəticəsində dəymiş zərərin əvəzinin
öd
ənilməsi üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Cinayət işləri ilə əlaqədar olaraq
|