AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
v
ətəndaşların bütün yerli məhkəmə instansiyalarını keçdikdən sonrakı altı ay ərzində İHAM-ə
müraci
ət etmək hüquqları vardır.
f.
Şəxsi həyat, ailə, ev və yaxud yazışmalara əsassız müdaxilə
Qanunla şəxsi həyata olan əsassız müdaxilələr, yazışmalara və digər şəxsi ünsiyyət formalarına
n
əzarət edilməsi qadağan edilir. Təcrübədə hökumət bu hüquqi qadağalara əməl etməmişdir.
Konstitusiyaya
əsasən yaşayış yerində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı və ya
qanunla mü
əyyən edilmiş xüsusi hallarda icazə verilməsinə baxmayaraq dövlət orqanları çox
vaxt m
əhkəmənin qərarı olmadan axtarışlar keçirmişlər. Çoxları Milli Təhlükəsizlik Nazirliyi və
Daxili İşlər Nazirliyi tərəfindən xüsusilə xaricilərin, bəzi siyasətçilərin və iş adamlarının və
beyn
əlxalq danışıqlarda iştirak edən şəxslərin telefon danışıqlarına və internet vasitəsilə
apardıqları yazışmalara nəzarət olunduğunu düşünür.
Polis cinay
ətkarlıqda şübhəli bilinən şəxslərin və siyasi müxalifət üzvlərinin ailə üzvlərinə hədə-
qorxu g
əlməyə və onları təqib etməyə davam etmişdir. Onlar eyni zamanda müəyyən QHT-lərin
əməkdaşları və rəhbərlərini və onların ailə üzvlərini də hədələməyi və təqib etməyi davam
etdir
mişlər. Vətəndaşların verdikləri məlumata əsasən dövlət orqanları digər ailə üzvlərinin
siyasi v
ə ya vətəndaş fəaliyyətlərindəki iştirakına görə onlardan intiqam almaq məqsədilə işdən
azad etmişdir.
QHT-l
ərin verdikləri məlumata əsasən dövlət orqanları dövlətin şəxsi əmlakı məcburi
özg
əninkiləşdirmək hüququnu tənzimləyən qanunlara əməl etməmişlər. Yerli müşahidəçilərin
m
əlumatına əsasən əvvəlki illərlə müqayisədə mülkiyyət hüquqlarının pozulması barədə daxil
olan şikayətlərin sayı artmışdır. QHT-lərin məlumatına əsasən əksər vətəndaşlar ölkənin
m
əhkəmə sisteminə etibar etməmiş və bu səbəbdən də təzminat barədə iddia qaldırmağa həvəs
göst
ərməmişlər. Şəxsi əmlakın müdafiəsi üzrə ölkənin qiymətləndirmə balı 12 yanvar tarixdə
“Wall Street Journal” q
əzeti və “Heritage” (İrs) Fondu tərəfindən aparılmış İqtisadi Azadlıq
Göst
əricisi üzrə araşdırmada açıqlanmış və şəxsi mülkiyyət hüquqlarının zəif səviyyədə
qorunduğunu göstərmişdir. 24 avqust tarixdə yerli QHT-lərdən təşkil olunmuş birlik mətbuat
üçün
açıqlama yayaraq bəyan etmişdir ki, əvvəlki iki ildə Bakı şəhərində 400 tikilinin təxminən
20 000 sakini öz
yaşadıqları yeri itirmiş və onlara qeyri-qənaətbəxş təzminat verilmişdir. “HRW”
t
əşkilatı tərəfindən 12 iyun tarixdə verilmiş məlumata əsasən ev sahiblərinə çox vaxt bazar
d
əyərindən çox aşağı təzminat ödənilmişdir və onların öz hüquqlarını müdafiə etmək məqsədilə
m
əhkəməyə müraciət üçün çox az seçimləri olmuşdur.
11 avqust tarixd
ə dövlət orqanları Sülh və Demokratiya İnstitutunun, Qadınların Böhran
M
ərkəzinin və Minalar Əleyhinə Azərbaycan Kampaniyasının ofisləri yerləşən binanı
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
əvvəlcədən xəbərdar etmədən və sökülmənin məhkəmə qərarı ilə qadağan edilməsinə
baxmayaraq sökmüşlər. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bu tikilinin
sahibi olmuşdur. O və digər müşahidəçilər bu söküntü halını onların mülkiyyət hüquqlarının
müdafi
əsi məqsədilə həyata keçirdikləri fəaliyyətlə əlaqələndirmiş və bunun xüsusilə söküntüdən
bir gün
əvvəl “New York Times” qəzetində dərc olunmuş və ondan sitat gətirilmiş məqalə ilə
bağlı olduğunu qeyd etmişlər.
Dig
ər böyük əhəmiyyət verilən hal evdən çıxmaq barədə əvvəlcədən xəbərdarlıq edilmədən
qism
ən söküntü işləri apararkən jurnalist İdrak Abbasovun ailə üzvlərinin 9 sentyabr tarixdə
Az
ərbaycan Dövlət Neft Şirkətinin tabeçiliyində olan şirkətin təhlükəsizlik əməkdaşları
t
ərəfindən döyülməsi olmuşdur. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu ilə çalışan
müst
əqil jurnalist Abbasov bu addımların ondan intiqam alınması üçün atıldığını hesab etmişdir.
Döyülm
ədən sonra onun valideynləri və qardaşı xəstəxanaya yerləşdirilmişlər.
Bölm
ə 2. Vətəndaş azadlığına hörmət, o cümlədən:
a. Söz v
ə mətbuat azadlığı
Söz v
ə mətbuat azadlığının vəziyyəti
Söz v
ə mətbuat azadlığı qanunla müəyyən olunur və mətbuat üzərində senzura xüsusi olaraq
qadağan edilir. Buna baxmayaraq təcrübədə çox vaxt hökumət bu hüquqlara hörmət etməmişdir.
İl ərzində hökumət medianın müstəqilliyinin məhdudlaşdırılmasını davam etdirmişdir. Hökumət
jurnalist Eynulla F
ətullayevi azadlığa buraxsa da, ilin sonunda üç nəfər jurnalist hələ də həbsdə
olmuşdur və ya onlara qarşı cinayət xarakterli ittihamlar irəli sürülmüşdür.
Söz
azadlığı: Söz azadlığının konstitusiya ilə təsbit olunmasına baxmayaraq hökumət siyasi
c
əhətdən həssas hesab etdiyi mövzularla əlaqədar bu hüququ məhdudlaşdırmışdır. Məsələn,
dövl
ət orqanları müntəzəm şəkildə fəalların ictimai toplantı keçirmək barədə müraciətlərini rədd
etmişdir, mart və aprel aylarında gənclər və müxalifət fəallarının Bakı şəhərində dinc nümayişlər
keçirm
ək cəhdlərinin qarşısı alınmışdır. İl ərzində söz azadlığından istifadə etməyə cəhd
göst
ərmiş 17 nəfərin barəsində hökm oxunması dövlət orqanlarının əks fikirdə olanları
c
əzalandırmaq üçün məhkəmə sistemindən istifadə etməsi barədə narahatlıqlara səbəb olmuşdur.
M
ətbuat azadlığı: İl ərzində bir sıra müxalifət və müstəqil media vasitələri fəaliyyət göstərmişlər.
Hökum
ətin siyasəti barədə çap mətbuatında geniş sayda fikirlər ifadə olunsa da, obyektiv və
peşəkar işıqlandırma çox az hallarda müşahidə olunmuşdur. Qəzetlərin tiraj sayı aşağı olaraq
qalmışdır və bu göstərici bir çox hallarda 5000-dən çox olmamışdır. Etibarlı mənbələrin
verdikl
əri məlumata əsasən paylaşdırma fəaliyyətini həyata keçirənlərin çoxunun müxalifət
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
q
əzetlərini satmaqdan imtina etməsi səbəbindən Bakı şəhərindən kənarda müxalifət qəzetləri
yalnız məhdud sayda satışa çıxarılmışdır. Yayım mediası öz xəbər buraxılışlarında demək olar
ki, bir qayda olaraq hökum
ət yönümlü xəttə sadiq qalmışlar. Bütün xarici yayımlar, o cümlədən
Amerikanın Səsi, Azadlıq Radiosu və BBC-nin FM tezliklərində yayımının qadağan olunması
davam etdirilmişdir.
Hökum
ət əks düşüncəli insanların nüfuzdan salınması üçün mediadan istifadə etmişdir. Məsələn,
jurnalist
Qan Turalının qeyri-qanuni yolla əldə edilmiş video görüntüsü və digər bir jurnalist
Natiq Adilovun Oğuz rayonundakı Afra Hotelindəki şəxsi fəaliyyətini əks etdirən görüntülərin
aprel ayında Lider Televiziyası vasitəsilə yayımlanması açıq-aşkar jurnalistlərin nüfuzdan
salınmasına cəhd olmuşdur. Adilov şəxsin icazəsi olmadan onun video görüntüsünün və ya
şəklinin çəkilməsini qadağan edən qanunun tələblərini pozduğuna görə Lider Televiziyasını
m
əhkəməyə vermişdir. Lider Televiziyasının hökumətlə sıx bağlı olduğu hesab edilir. 9 sentyabr
tarixd
ə keçirilmiş sonuncu dinləmədə hakim Adilovun işi üzrə məhkəmə prosesini qeyri-
mü
əyyən müddətə təxirə salmışdır. İlin sonunda bu prosesin davam etdirilməsinin tarixi
mü
əyyən olunmamışdır.
İl ərzində hökumət jurnalist Eynulla Fətullayevi azadlığa buraxmışdır, üç jurnalist isə hələdə də
h
əbsdə saxlanılmış və ya cinayət əməllərində ittiham edilmişdir. “İslamazeri.az” internet
q
əzetinin baş redaktoru Ramil Bayramov qanunsuz silah gəzdirməkdə və narkotikdən istifadədə
ittiham edil
ərək 11 avqust tarixdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdir. Xural
q
əzetinin müxbiri Aydın Canıyev 21 noyabr tarixdə polisin göstərişinə qarşı müqavimət
göst
ərməkləxuliqanlıq maddəsi ilə ittiham edilmişdir. Onun barəsində üç il azadlıqdan
m
əhrumetmə cəzası çıxarılmışdır. Əvəz Zeynallı şantaj etməkdə günahlandırılmış və 28 oktyabr
tarixd
ə həbs edilmişdir. İlin sonunda Zeynallı və Canıyevin işi üzrə məhkəmə prosesləri davam
etmişdir.
Beyn
əlxalq və yerli şərhçilər hesab etmişlər ki, hökumət rəsmi şəxsləri və onun siyasətini tənqid
etdiyin
ə görə jurnalistləri hədəfə almışdır.
Zorakılıq və incidilmə: Medianın monitorinqi ilə məşğul olan QHT-in verdiyi məlumata əsasən
2010-cu ild
ə jurnalistlərə qarşı şifahi və ya fiziki hücumlarla yadda qalmış 106 insident və 2009-
cu ild
ə baş vermiş 51 belə insidentlə müqayisədə il ərzində 72 jurnalistə qarşı 90 bu cür insident
baş vermişdir.
M
əsələn, “Radio Free Europa” radiosunun verdiyi məlumata əsasən 3 aprel tarixdə üç nəfər
nam
əlum şəxs müxalifətin Azadlıq qəzetinin müxbiri Ramin Dekonu oğurlamış və ona dövlət
orqanlarını tənqid etməyi və etiraz aksiyalarında iştirakını dayandırmaq barədə xəbərdarlıq
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
edilmişdir. “Radio Free Europa” radiosunun verdiyi məlumata əsasən 4 aprel tarixdə iki nəfər
nam
əlum şəxs Deko işdən evə qayıdarkən ona hücum etmiş və döyməyə cəhd göstərmişdir.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun müxbiri Həkimeldostu Mehdiyev
“Frankfurter Allgemeine Zeitung” q
əzetinin jurnalisti Maykl Ludviqə Naxçıvan haqqında
m
əqalə yazmaqda kömək göstərdikdən 4 gün sonra Naxçıvanın Şərur Rayonunun icra
hakimiyy
əti başçısının müavini Ələddin Məmmədov 13 iyul tarixdə Mehdiyevin evinə gəlmiş və
onun evinin
qarşısındakı avto-yuma mərkəzinin elektrik təchizatını kəsmişdir. Verilən
m
əlumatlara əsasən bu səhnəni lentə almağa cəhd göstərmiş jurnalistlər Elman Abbasov və İlqar
N
əsibov polisin hücumuna məruz qalmış və Mehdiyev, Abbasov və Nəsibov qısa müddətə polis
t
ərəfindən saxlanılmışdır. Ludviq 9 iyul tarixdə Naxçıvanı tərk etmiş və rəsmi şəxslərin
müdaxil
əsi səbəbindən öz məqaləsini yaza bilməmişdir. Bu hadisədən qısa müddət sonra Şərur
Rayon
Prokurorluğu elektrik enerjisinin oğurlanmasını iddia getirərəkMehdiyevə qarşı cinayət
işi qaldırmışdır. Birinci məhkəmə instansiyası Mehdiyevi ittiham etmiş və Naxçıvan Ali
M
əhkəməsi bu ittihamnaməni təsdiq etmişdir.
Yaz mövsümünd
ə keçirilmiş nümayişləri işıqlandırmağa cəhd göstərən jurnalistlərin polis
t
ərəfindən incidildiyi və bəzi hallarda hücuma məruz qaldıqları barədə məlumatlar verilmişdir
(bax Bölm
ə 2.b.).
Son ill
ər ərzində jurnalistlərə qarşı fiziki hücumlara yol verdiyinə görə dövlət orqanları
t
ərəfindən hər hansı polisin məsuliyyətə cəlb edilməsi baş verməmişdir.
Jurnalistl
ər və media hüquqlarının müdafiəsi təşkilatlarının rəhbərləri, o cümlədən ATƏT-in
medianın azadlığı üzrə nümayəndəsi 2005-ci ildə Elmar Hüseynovu qətlə yetirənlərin
m
əsuliyyətə cəlb edilməsini tələb etməyə davam etmişlər. Jurnalistlər və media mənsublarının
qorxudulması üçün siyasi motivlərə söykənildiyi şübhəli bilinən məhkəmə iddialarından da
istifad
ə edilmişdir.
Müst
əqil və müxalifət qəzetlərinin əksəriyyətinin maliyyə vəziyyəti aşağı olaraq qalmışdır və
onların əmək haqlarının, vergilərin və vaxtaşırı məhkəmə cərimələrinin ödənilməsindəki
probleml
əri davam etmişdir. Maliyyələşmə üçün çoxları siyasi partiyalara və ya nüfuzlu
sponsorlara bel bağlamışdır. Tanınmış jurnalistlərin bildirdiyinə əsasən hökumət nümayəndələri
birbaşa və ya dolayı yolla şirkətləri və təşkilatları müxalifət mediasında reklam yerləşdirmək
fikrind
ən daşındırmışlar. Bunun nəticəsində müxalifət mediasında ödənişli reklam əhəmiyyətli
d
ərəcədə azalmışdır.
Hökum
ət bəzi dövlət kitabxanalarının müxalifət qəzetlərinə abunə yazılmasını, dövlət
mü
əssisələrinin müxalifət qəzetlərində reklam yerləşdirməsini qadağan etmişdir və özəl
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
mü
əssisələrə bu qəzetlərdə reklam yerləşdirməmək üçün təzyiq göstərmişdir. Siyasi şərhçilər
qeyd etmişlər ki, bu cür addımlar müxalifət və özəl mətbuat orqanlarının jurnalistlərə verdiyi
əmək haqqının azalmasına səbəb olmuşdur və səriştəli əməkdaşların hökumət yönümlü mətbuat
t
ərəfindən işə götürülməsinə imkan yaratmışdır. Bundan əlavə beynəlxalq media monitorinqi
müxbirl
əri qeyd etmişlər ki, Vergilər Nazirliyinin rəsmiləri tərəfindən edilən hədə-qorxular
med
ianın müstəqilliyini daha da məhdudlaşdırmışdır.
Xarici televiziya stansiyalarının peyk yayımlarının qəbul olunmasına məhdudiyyətlər olmasa da,
Milli Televiziya v
ə Radio Şurası yerli, özəl televiziya və radio stansiyalarından xarici mənşəli
x
əbər proqramlarının tam şəkildə təkrar yayımlanmamasını tələb etmişdir.
Senzura v
ə ya kontentin məhdudlaşdırılması: Əksər media vasitələri özünü-senzuradan istifadə
etmişdir və xüsusilə həssas hesab edilən mövzulardan yayınmışdır.
Böhtan
yaymağa görə məsuliyyət haqqında qanun/milli təhlükəsizlik: Böhtan atmaqda günahkar
bilin
ən şəxslərə qarşı qanunla böyük miqdarda cərimələr və üç ilə qədər azadlıqdan məhrum
etm
ə cəzası müəyyən edilmişdir. Prezident aparatının rəsmiləri 2009-cu ildə ictimaiyyət
qarşısında etdikləri çıxışlarda bu müddəanın cinayət məcəlləsindən çıxarılacağını bəyan etmişlər
v
ə bundan sonra məhkəmələr böhtan atmaqda ittiham edilən iki jurnalistin ittihamnaməsini ləğv
etmişdir. Buna baxmayaraq böhtan cinayət əməli olaraq qalır. Medianın hüquqlarını müdafiə
ed
ən yerli təşkilatların verdikləri məlumata əsasən 2011-ci ildə hakimlər böhtanla əlaqədar
qaldırılmış məhkəmə iddialarına baxmış və şikayətçilərə ödənilməsi üçün qəzetlər və ya onların
sahibl
ərinə qarşı 2.7 milyon manat (3.4 milyon ABŞ dolları) məbləğində cərimələr tətbiq
etmişlər.
N
əşr məhdudiyyətləri: Hökumət dini təşkilatların dini materialları idxal etməsini çətinləşdirmək
üçün idxal üz
ərində nəzarəti davam etdirmiş və hökumətdən əvvəlcədən icazə almaq tələbini
saxlamışdır. Bir redaktorun verdiyi məlumata əsasən o, yeni qəzet layihəsi üçün nəşr orqanı və
ya onu paylayan
ı tapmağa müvəffəq olmamışdır, çünki nəşriyyatçı bilirdi ki, bu cür qəzetin nəşr
olunması onun biznesini təhlükə altında qoyacaqdır.
İnternet azadlığı
Hökum
ət ümumilikdə internetə çıxışı məhdudlaşdırmamışdır, lakin internet provayderlərdən
lisenziya almaq v
ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə rəsmi müqavilə bağlamaq
t
ələb edilmişdir.
İnternet vasitəsilə aparılan ünsiyyətə hökumət tərəfindən nəzarət olunduğunu göstərən əlamətlər
olmuşdur. Məsələn, 11 mart tarixdə keçirilmiş dinc etiraz aksiyasından əvvəl saxlanılanların
əksəriyyəti “facebook” sosial şəbəkəsində siyasi cəhətdən fəal olmuşlar.
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
Hökum
ət bəzən müxalifət saytlarına çıxışın qarşısını almaqda günahlandırılmışdır. Məsələn,
redaktor
Rövşən Hacıyevin verdiyi məlumata əsasən müxalifətin Azadlıq qəzetinin internet
s
əhifəsi 5 sentyabr tarixdə hücuma məruz qalmış və bağlanmışdır. Verilən məlumatlara əsasən
internet s
əhifələrinin bloklaşdırılması halları Naxçıvan Muxtar Respublikasında daha geniş
yayılmışdır.
T
ədris azadlığı və mədəniyyət tədbirləri
Hökum
ət bəzi hallarda tədris azadlığını məhdudlaşdırmışdır. İlin sonunda müxalifət fəallarının
bildirdiyin
ə görə üç nəfər tələbə - Cabbar Savalan, Tural Abbaslı və Elnur Məcidli yazda
keçirilmiş dinc etiraz aksiyalarında iştirak etdiklərinə görə oxuduqları təhsil mərkəzlərindən
xaric edilmişlər.
Az
ərbaycan Ziyalıları Forumu (AZF) 4 noyabr tarixdə “Milli Birliyə Aparan Yol” adlı müzakirə
keçirmişdir. Müzakirələrdə iştirak edənlər korrupsiya, bürokratik özbaşınalıq, sosial
ədalətsizliyin artması, varlılar və kasıblar arasındakı uçurumun daha da genişlənməsindən
narahatlıqlarını ifadə etmişlər. 4 noyabr tarixdə Azərbaycan Dövlət Neft Akademiyası, Milli
Elml
ər Akademiyasının həqiqi üzvü və Neft Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə
Sisteml
əri kafedrasına 22 il rəhbərlik etmiş Rafiq Əliyevi işdən çıxarmışdır. Müxalifət mənbələri
Əliyevin işdən çıxarılmasının onun AZF-da iştirakına görə cəzalandırılması hesab etmişlər. 14
noyabr tarixd
ə 245 nəfər müəllimin AZF-nu pisləyən və hökuməti dəstəkləyən bəyanatı
imzaladıqları bildirilmişdir. Bundan sonra bəziləri öz imzalarını geri götürmüş, imzalamaq
niyy
ətində olmadıqlarını, bəyanatı imzalamadıqlarını və ya Rafiq Əliyevin dəstəklənməsi üçün
yazılmış ərizəni imzaladıqlarını düşündüklərini bildirmişlər. AZF 29 dekabr tarixdə “Hyatt
Regency” mehmanxanasında digər bir görüş keçirməyə cəhd göstərmişdir, lakin müxalifət
m
ətbuatında yazılanlara əsasən mehmanxana rəhbərliyi elektrik təchizatını kəsməklə görüşün
keçirilm
əsinə mane olmuşdur. Bu görüş növbəti gün bir QHT-in ofisində keçirilmişdir.
B
əzi yerli müşahidəçilər dövlət tərəfindən maliyyələşdirilən xaricdə təhsil proqramına seçilən
iştirakçıların seçim prosesinin qərəzli keçirilməsindən və burada siyasi mənsubiyyətin nəzərə
alınmasından narahatlıqlarını bildirmişlər. Hökumət isə seçim prosesinin şəffaf olduğunu və
siyasi m
ənsubiyyətin buna təsir edən amil olmadığını bildirmişdir. Müxalifət partiyalarının
üzvl
əri orta məktəblərdə və universitetlərdə müəllim kimi işə düzəlməyin onlar üçün çətin
olduğunu bildirməkdə davam etmişlər. Dövlət təhsil müəssisələrində müəllim kimi çalışan əksər
tanınmış müxalifət partiyalarının üzvləri əvvəlki illərdə işdən çıxarılmışlar.
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
QHT-l
ərin verdikləri məlumata əsasən bəzi hallarda yerli icra hakimiyyətləri azlıqların öz
m
ədəniyyətlərini ifadə etmələrinin qarşısını almışlar, məsələn rəqslər və azlıqların dilində
yazılan mağaza lövhələrindən istifadə qadağan edilmişdir.
b. S
ərbəst toplaşma və birləşmə azadlığı
S
ərbəst toplaşma azadlığı
S
ərbəst toplaşma azadlığı qanunla müəyyən edilir. Buna baxmayaraq, hökumət təcrübədə sərbəst
toplaşma azadlığını sərt şəkildə məhdudlaşdırmışdır. İlin sonunda yaz mövsümündə baş tutmuş
dinc nümayişlərdə iştirak etdikdən sonra siyasi cəhətdən fəal 15 şəxs hələ də həbsdə
saxlanılmışdır, o cümlədən: Arif Hacılı, Şahin Həsənli, Sahib Kərimov, Məhəmməd Məcidli,
Rüf
ət Hacıbəyli, Ülvi Quliyev, Tural Abbaslı, Elnur İsrafilov, Elnur Məcidli, Babək Həsənov,
Vidadi İsgəndərov, Zülfüqar Eyvazlı, Arif Alışlı, Elşən Həsənov və Əhəd Məmmədli.
Konstitusiyaya
əsasən qrupların müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar etməklə
s
ərbəst toplaşması təsbit olunsa da, hökumət bu müddəanı əvvəlcədən icazə almaq tələbi kimi
şərh etməkdə davam etmişdir. Yerli dövlət orqanları keçirilən bütün yürüşlər üçün əvvəlcədən
icaz
ə alınmasını və müəyyən olunmuş ərazidə, həmişə şəhər mərkəzindən çox uzaqda
keçirilm
əsini tələb etməyə davam etmişlər. Əksər siyasi partiyalar və QHT-lər bu cür tələblərin
q
əbuledilməz və konstitusiyaya zidd olduğunu hesab etmişlər. Bütün ölkə ərazisində dövlət
orqanları müntəzəm olaraq bildirişləri qəbul etməkdən imtina etmişlər və bu yolla sərbəst
toplaşma azadlığını təmin etməmişlər.
İlin ilk dörd ayı ərzində gənclər və müxalifət fəalları bir sıra dinc etiraz aksiyaları təşkil etmişlər.
Orta Şərqdə və Şimali Afrikada baş vermiş oxşar nümayişlərdən sonra etirazçılar demokratik
islahatların keçirilməsini və hökumətin istefasını tələb etmişlər. Hökumət bir çox hallarda buna
f
əalların yürüş keçirmək müraciətlərinə rədd cavabı verməklə və bir neçə sanksiyasız piketləri və
nümayişləri zor tətbiq edərək dağıtmaqla cavab vermişdir. Bəzi beynəlxalq insan haqları
t
əşkilatlarının verdikləri məlumata əsasən təhlükəsizlik qüvvələri həddindən artıq güc tətbiq
etmişlər. Dövlət orqanları bir sıra etirazçını azadlıqdan məhrum etmişdir. (bax bölmə 1.d, 1.e və
2.a.).
Hökum
ət eyni zamanda il ərzində QHT və dini fəalların nümayişlər keçirmək barədə
müraci
ətlərinə də rədd cavabı vermişdir.
R
əsmilər çox vaxt etirazçıları əsassız olaraq bir neçə saat saxlamışlar. Məsələn, müxalifətin
Musavat partiyası Bakı şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərdikdən sonra 12 mart
tarixd
ə nümayiş keçirmişdir. Bakı şəhər İcra Hakimiyyətinin rəsmiləri xəbərdarlığı almaqdan
AZ
ƏRBAYCAN
İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı
ABŞ Dövlət Departamenti
imtina etmiş və polis 64 nəfər etirazçını müvəqqəti saxlamış və onlardan 10 nəfərinin barəsində
8-10 gün müdd
ətinə inzibati həbs cəzası çıxarılmışdır.
Dig
ər bir halda, İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərdikdən
sonra 2 aprel tarixd
ə nümayiş keçirmişdir. Nümayişdən əvvəl on üç nəfər vətəndaş
saxlanılmışdır. Nümayiş zamanı polis 112 nəfər etirazçını, o cümlədən sonradan cinayət
tör
ətməkdə ittiham olunmuş və “Amnesty İnternational” (Aİ) təşkilatı tərəfindən “vicdan
m
əhbusları” kimi tanınmış bir neçə nəfəri həbs etmişdir.
2 aprel tarixd
ə keçirilmiş etiraz aksiyalarını beş məkanda müşahidə etmiş ATƏT-in Bakı
nümay
əndəliyinin müşahidəçilərinin verdiyi məlumata əsasən xüsusi uniformada olan və
olmayan şəxsi heyətin davranışı səbatsız olmuşdur, ölçülmüş və mütənasib formada olan
davranışdan yersiz və uyğun olmayan davranışa qədər dəyişmişdir. Bundan əlavə müşahidəçilər
xüsusi uniformada olmayan şəxsi heyətin etirazçıları döydüklərini, yerdə uzanmış vəziyyətdə
olark
ən təpiklədiklərini və üzərilərində mətbuata aid olduqlarını bildirən xüsusi geyim olan
jurnalistl
əri vurduqlarını görmüşlər. Aİ təşkilatı hökumətin mart və aprel aylarında keçirilən
yürüşlərə olan münasibətini “sərbəst toplaşma azadlığının pozulması” kimi xarakterizə etmişdir.
Noyabr ayında yaydığı hesabatda Aİ təşkilatı bəyan etmişdir ki, təşkilatın 11 və 12 mart tarixdə
keçiril
ən nümayişləri müşahidə edən nümayəndələri polisin “dinc etirazçıları dağıtmaq və həbs
etm
ək üçün həddindən artıq güc” tətbiq etdiyini görmüşlər.
Dövl
ət orqanları sanksiyalaşdırılmamış etiraz aksiyalarına əsassız məhdudiyyətlər tətbiq etmiş,
siyasi müxalif
ətə qarşı keçirilən nümayişlərin hətta əvvəlcədən rəsmi xəbərdarlıq təqdim
olunmadığı halda belə baş tutmasına icazə vermişdir. Məsələn, cinsi oriyentasiyası barədə iddia
ed
ərək və homoseksuallığa qarşı olan geniş yayılmış düşüncələrdən istifadə edərək müxalifət
liderl
ərindən birini nüfuzdan salmağa cəhd göstərmək məqsədilə hökumət yönümlü qüvvələr
t
ərəfindən il ərzində dörd sanksiyalaşdırılmamış etirazlar keçirilmişdir. Dövlət orqanları bu
etirazların keçirilməsinə imkan vermişdir və bu aksiyalarda heç kəs saxlanılmamış və ya həbs
olunmamışdır.
Dostları ilə paylaş: |