Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə49/141
tarix26.12.2016
ölçüsü1,42 Mb.
#3429
1   ...   45   46   47   48   49   50   51   52   ...   141
Şəbəkə platası 
Şəbəkə platası kompüter və  şəbəkə kabeli arasında in-
terfeys rolu oynayır və aşağıdakı funksiyaları yerinə yetirir: 

 
İnformasiyanın ötürülməsinə hazırlıq; 

 
İnformasiyanın ötürülməsi

 
İnformasiya axınının idarə olunması. 
Məlumdur ki informasiya kompüterdə ikilik say 
sistemində kodlaşmış - bitləşmiş formada saxlanılır və 16 və ya 
32 tərtibli  şin vasitəsilə paralel olaraq kompüterin daxili 
qurğularına, məsələn: mikroprosessora, operativ yaddaşa və s. 
ötürülür. Kabel informasiyanı yalnız ardıcıl ötürmə 
qabiliyyətinə malik olduğundan informasiyanın ötürülməsinə 
hazırlıq mərhələsində plata ilk növbədə ötürüləcək 
informasiyanı paralel formadan ardıcıl formaya çevirir. Sonrakı 
mərhələdə plata informasiya qəbul edəcək kompüterin platası 
ilə "əlaqə" yaradaraq ona aşağıdakı məlumatları çatdırır: 


 
66

 
Ötürüləcək informasiya bloklarının maksimal ölçüsü 

 
İnformasiyanın həcmi 

 
İnformasiya bloklarının ötürmə intervalı  

 
Təsdiqedici interval 

 
Ötürmə sürəti. 
Bundan sonra informasiya elektrik və ya optik siqnalına 
çevrilir və informasiya kabeli vasitəsilə  şəbəkənin digər 
kompüterinə ötürülür. 
Hər bir şəbəkə platası unikal ünvana və parametrlərə 
malik olur. Şəbəkədə hər bir plata bu haqda qarşılıqlı məlumata 
malik olur və parametrləri digər şəbəkə platasının parametrinə 
müvafiq uyğunlaşdırma qabiliyyətinə malikdirlər. Məsələn, 
şəbəkədə yüksək sürətli plata informasiya mübadilə sürətini 
digər plataların sürətinə uyğunlaşdırır. 
İnformasiya mübadiləsində  şəbəkə platası mühüm rol 
oynadığından 
şəbəkənin fəaliyyəti, sürəti platanın 
seçilməsindən, düzgün quraşdırılmasından və ona uyğun pro-
qram modullarından (məsələn drayverindən) çox asılıdır. Plata 
ilk növbədə kompüterin arxitekturasına və ona qoşulacaq 
kabelə uyğun olmalıdır. Qeyd edək ki, rabitə  xəttlərsiz lokal 
şəbəkələrdə xüsusi növ şəbəkə platasından istifadə olunur. Bu 
platalar siqnal ötürücü və qəbuledici antenaya malik olurlar. 
 
 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin