74
Geniş spektrli radiorabitədə istifadəçi vericini və
qəbuledicini müəyyən tezliyə kökləyir. Bu zaman 46500 m
2
sahəyə informasiya mübadiləsi etmək mümkün olur.
Rabitə
sürəti təqribən 4,8 M bit/s olur.
Yayılmış spektrli radiorabitədə müəyyən tezliklər
intervalında informasiya mübadiləsi baş verir. Qəbuledici
adapter kompüteri sinxron olaraq
bir tezlikdən digər tezliyə
kökləyir. Sürət 250 K bit/s artıq olmur. Son vaxtlar açıq 3,2 km
sahədə və qapalı 129 m sahədə 2 M bit/s sürətlə informasiya
mübadiləsi yaratmq mümkün olmuşdur.
Genişləndirilmiş şəbəkələrdə ayrı-ayrı binalarda
yerləşən lokal şəbəkələr arasında informasiya mübadiləsi
rabitə xətti olmayan körpülər vasitəsilə həyata keçirilir.
Məsələn, AIRLAN/Brige Plus körpüsü aralarında məsafə 5
km olan iki şəbəkə arasında rabitəni təmin edir.
Mobil şəbəkələr mobil rabitə vasitələri əsasında
fəaliyyət göstərir.
Dostları ilə paylaş: