1.7.5 Şəbəkə arxitekturaları
Ethernet
Ethernet-arxitekturalı ilk şəbəkə 1975-ci ildə XEROX
firmasının əməkdaşları Robert Metkolf və Devid Boqqs
tərəfindən yaradılmışdır. O, uzunluğu 1 km olan kabel
vasitəsilə 100 kompüter arasında informasiya mübadiləsini
2,94 Mbit/s sürətilə təmin edirdi. Sonralar təkmilləşərək, hal-
hazırda 10-100 Mbit/s sürətilə informasiya mübadiləsi etməyə
imkan verən ən geniş yayılmış şəbəkə arxitekturasıdır. Bir neçə
tip Ethernet şəbəkəsini nəzərdən keçirək.
10 BASE T
10 BASE T şəbəkə koaksial kabel əsasında, ulduz-xətti
topologiya bazasında yaradılmışdır (şək. 14).
75
Şək. 14.
Kabel şəbəkə platasına RJ-45 konnektoru vasitəsilə
qoşulur. Kabel seqmentinin maksimal uzunluğu –100 m,
minimal uzunluğu isə 2,5 metrdir. Kabel seqmentlərini çox-
portlu repitor rolu oynayan aktiv konsentrator vasitəsilə
birləşdirmək olar. Şəbəkədə kompüterlərin sayı 1024 ədəddən
artıq olmaz. Magistral kabel olaraq yoğun koaksial kabel və ya
optik lifli kabel istifadə olunur. Maksimal informasiya ötürmə
sürəti 10Mbit/s-dir.
10 BASE 2
10 BASE 2 tip şəbəkə
1
nazik koaksial kabel əsasında,
xətti topologiya bazasında fəaliyyət göstərir. Kabel
seqmentinin maksimal uzunluğu 185 m, minimal uzunluğu 2m
olub 30 ədəd kompüterin qoşulması üçün nəzərdə tutulmuşdur.
Kabel şəbəkə adapterinə BNC-T konnektoru vasitəsilə qoşu-
lur. Kompüterlər arasında məsafə 0,5 metrdən az olmamalıdır.
Şəbəkə 4 ədəd repitorlar vasitəsilə 925 metrə qədər genişlənə
1
Ethernet 10 Base2 tip şəbəkə “nazik” Ethernet kimi adlandırılır. Ən
ucuz və quraşdırılması asan olan lokal şəbəkədir.
Paylaşdırıcılar
Kommutativ panel
76
bilər (şək.15). Kompüterlərin maksimal sayı 1024 olmalıdır.
Maksimal informasiya ötürmə sürəti 10Mbit/s-dir.
Şək. 15.
10 BASE 5
10 BASE 5 şəbəkə yoğun koaksial kabel əsasında xətti
topologiya bazasında
1
yaradılmışdır. Kabel seqmentinin mak-
simal uzunluğu 500 metr olub 100 ədəd kompüter qoşula bilər.
Şəbəkə 4 ədəd repitor vasitəsilə 2460 metrə qədər genişlənə
bilər. Kabel şəbəkə kartına qoşulmaq üçün transiverdən (MAU)
istifadə edilir. Transiver koaksial kabel üzərində yerləşdirilir.
Transiverdə aktiv qəbuledici və ötürücü vardır. Transiverlə
şəbəkə kabelini birləşdirən kabelin maksimal uzunluğu 50 m-
dir.
10 BASE-T
Ethernet 100 Base T4-də burulmuş cütluk kabel
əsasında fəaliyyət göstərir.
Şəbəkədə kompüterlər
1
Ethernet 10 Base5 “Qalın” Ethernet adlandırılır.
77
konsentratora–xaba (hub) qoşulur və kompüterlərarası
informasiya mübadiləsi xab vasitəsi ilə həyata keçirilir. Bu tip
şəbəkə aşağıdakı xarakteristikalara malikdirlər:
Topologiyası
Ulduz
Seqmentin maksimal uzunluğu 100
m
Kompüterlərarası məsafə 100
m
qədər
Kabelin tipi
Koaksial ikilik cütlük UTP 5
Seqmentdə kompüterlərin
maksimal sayı
Xabın girişlərinin sayı qədər
10 BASE FL
10 BASE FL tip şəbəkə optik-lifli kabel əsasında
yaradılır və repitorlar arasında 200 metr məsafənin olmasına
imkan verir.
Topologiyası
Nöqtə-nöqtə
Seqmentin maksimal uzunluğu
> 1000 m
Kompüterlərarası məsafə
1000 m və
ondan böyük
Kabelin tipi
Optik
Seqmentdə kompüterlərin
maksimal sayı
2
Token Ring
Bu arxitektura ilk dəfə 1954-cü ildə stolüstü kompüter,
mini EHM və meynfreymləri vahid şəbəkəyə qoşmaq üçün
yaradılmışdır. Token Ring lokal şəbəkəsində kompüterlər
halqa topologiyası vasitəsilə birləşdirilir. Token Ring lokal
şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token)
istifadə edilir. Markeri alan kompüter kanalı tutmuş hesab
olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya
paketlər şəklində göndərilir. Markeri alan kompüter paketini
digər kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı
kompüter paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər
edir və paketi qonşu kompüterə ötürür. Paket yenidən onu
78
göndərən kömpüterə gəldikdə, həmin paketi halqadan geri alır
və yeni paket varsa onu göndərir. Göndəriləcək yeni paket
yoxdursa markeri qonşu kompüterə göndərir və proses təkrar
olunur. Token Ring şəbəkəsi aşağıdakı xarakteristikalara
malikdirlər:
Baza topologiyası Ulduz-halqa
Kabel sistemi
Ekranlaşmış və ya ekranlaşmamış ikili
cütlük
Kabel seqmentinin
maksimal uzunluğu
Kabelin tipindən asılı olaraq 45-200 m
Kabel
seqmentlərinin
birləşdiricilərinin
maksimal sayı
33 ədəd
Kompüterlərin
maksimal sayı
Ekranlaşmış ikili cütlük üçün 260 ədəd
Ekranlaşmamış ikili cütlük üçün 72
ədəd
Kabel seqmentinin
minimal uzunluğu
2,5 m
|