375
2.14.
Prosedur və funksiyalar
Hər hansı bir məqsədə çatmağı reallaşdıran operatorlar qrupunun proqramın
bir neçə yerində dəyişməz olaraq təkrarlanması məsələsi praktikada tez-tez qarşıya
çıxır. Proqramda funksiya və prosedurlardan istifadə etməklə bu
problemi evvektif
şəkildə həll etmək olar.
Prosedur – proqramda müstəqil və proqram daxilində unikal
ada malik olan
proqram bloku olub, müəyyən əməliyyatların yerinə yetirilməsini təmin edir.
Prosedurların adından istifadə etməklə ona proqramın
müxtəlif yerlərindən
müraciət etmək olar. Prosedurun adı ifadədə iştirak edə bilməz.
Prosedurlar iki qrupa bölünür:
1.
Istifadəçi tərəfindən yaradılan;
2.
Modullarda verilən.
Prosedurlar başlıqdan və gövdədən ibarətdir. Prosedurun başlığı
Procedure
sözündən, prosedurun adından və dairəvi mötərizənin
içərisində
yazılan formal parametrlərdən ibarətdir. Hər
bir formal parametrin tipi
göstərilməlidir. Prosedurun gövdəsi proqramın quruluşuna oxşardır.
Başqa sözlə
prosedurun yazılış formatı aşağıdakı kimidir:
Dostları ilə paylaş: