1. Diskretlilik xassəsi. Hər bir alqoritm məsələnin həll
prosesini sadə addımların yerinə yetirilməsi ardıcıllığı şəklində
ifadə edir və hər bir addımın yerinə yetirilməsi üçün sonlu
zaman fasiləsi tələb olunur, yəni başlanğıc verilənlərlə icra
olunan hesabi və məntiqi əməliyyatların yerinə yetirilməsi və
nəticənin alınması zamana görə diskret yerinə yetirilir.
2. Müəyyənlik xassəsi. Hər bir alqoritm dəqiq,
birqiymətli olmalıdır. Bu xassəyə əsasən alqoritm yerinə
yetirildikdə istifadəçinin və onun istifadə etdiyi kompüterdən
asılı olmayaraq eyni nəticə əldə edilməlidir.