məğlubiyyətindən sonra rusların əlində olan Gəncədə böyük
hərbi güc barınmaqda idi. Şahzadə, Gəncənin ələ keçirilməsi
ilə eyni zamanda
rusların bölgədə böyük itkiyə və məğlubiyyətə məruz qalacağı düşüncəsində idi.
Rusiya Gəncədəki hərbi üs vasitəsi ilə bütün bölgələrə yardım göndərə bilirdi.
Abbas Mirzə bu şəhəri həmən ələ keçirmək istəyirdi.
Şahzadənin ağlından keçəni öyrənən Hacı Bəylər iki gün boyunca Abbas
Mirzəni ikna etməyə çalışdı ki, Şuşanı almaq Gəncəni almaqdan daha rahatdır, indi
Şuşanı savunacaq önəmli ordu yoxdur, ilk öncə Şuşanın alınması məsləhətdir deyə
39
Cahangir Mirzənin “Yeni Tarix” kitabında bu adamın adı Hacı Ağalarbəy olaraq keçər.
73
söylənib durdu. Hacı Bəylər Şuşa sakinləri ilə də təmasda olduğunu iddia edirdi.
Ona görə Şahzadə hücuma başladığında şəhərin içində də ayaqlanma olacaqmış.
40
Şahzadə bir tərəfdən Şahın iradəsi üzrə, digər tərəfdən, çevrəsinin təlqini
nədəni ilə öncə Şuşaya hücum etməklə razılaşdı. Ordu Şuşaya doğru hərəkət etdi.
Şuşanın mühasirəsinin uzun sürəcəyi düşünüldüyü üçün böyük sursat və ərzaq
daşınmaqda idi. Heç şübhəsiz ki, bu hərəkətlilik Şuşada bulunan rus ordusunun
gözündən qaçmırdı. Günlər keçdi, ancaq möhkəm qalalarla qorunan bu şəhərdəki
ruslardan Azərbaycan ordusuna qarşı heç bir hərəkət və top atəşi görünmədi.
Şahzadə Şuşaya hücum etmək üçün tələsmirdi. Düşünürdü ki, Şuşa əhalisinin də
daxildə uyğun zamanda ayaqlanması şəhərin fəthini asanlaşdıracaqdır. Bu
səbəbdən də dayısı Əmir Xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona
qatılacaq olan dayısının başçılığındakı Xoydan gələn ordu ilə bərabər Gəncəyə
hücum etməyi planlamışdı. Böyük oğlunu səkkiz min
nəfərlik piyadənin sərkərdəsi
olan Əmir Xanın yardımçılığına təyin etdi. İki min ordu ilə Şahzadəyə qatılan
Mərəndin hakimi Nəzərəli Xana Gəncəyə hücum etmək üçün hazır bəkləməsinə
əmr etdi. Ruslardan qalmış doqquz qəbzə topun dərhal təmir edilib işlərliyinin
sağlanmasını istədi.
Bu üç kişini önəmli postlara təyin etməsi müxtəlif səbəblər üzündən yaxşı
nəticə verməyəcəkdi. Lakin bu sonuclar haqda Şahzadə öncədən təsbitdə
bulunamazdı. Digər tərəfdən, tərcih ediləcək başqa güvəniləcək şəxslər yox idi.
Hacı Bəylərin yaratdığı Şuşa əhalisinin üsyan umudu yavaş-yavaş suya
düşürdü. Əhalinin ayaqlanma məsələsindən heç əsər-əlamət yox idi. Bu üzdən
Şahzadə Şuşanın tam mühasirəsinin gerçəkləşməsi amacıyla şəhərin çevrəsində
xəndək qazılmasına əmr etdi. Şeyx-ül Məluk Mirzə, Yusif Topçu, Kəngərli
qəbiləsinin rəisi Ehsan Xan cəbhənin müxtəlif yerlərində bu işlərdən sorumlu
idilər.
Şahzadənin çevrəsində hər kəs zəfərdən danışırdı. Kərsi savaşından sonra
rusların savaşma cəsarəti olmayacağı haqda sözlər dolaşırdı. Mülkləri Rusiyanın
istilasında qalmış xanlar bu savaşa daha çox ümid bağlamışdılar. Sərdar Hüseyn
Xan və İskəndər Gürci birlikdə Qarakilsədə və Başaparanda rusları məğlub edib
geri püskürtmüşdülər. Rusların etirafına görə Gürcüstanda hər an ayaqlanma baş
verə bilərdi. Lənkəran təkrar fəth edilmişdi. Bakı sularında buğda yükü daşıyan iki
gəmi ələ keçirilmişdi. Ancaq Gəncə hər an Şahzadənin fikrini məşğul etməkdə idi.
Şahzadə bilirdi ki, Gəncə ələ keçirilməyənə qədər rusların böyük həmlə təhlükəsini
gözləmək lazımdır.
Cəbhədə müxtəlif şayiələr gəzirdi. Rusiya imperatoru bu məğlubiyyətdən
dolayı çox əsəbləşmiş və Yermolovu görəvindən almışdır. Onun yerinə başqa bir
general təyin edilmişdir. Təzə Qafqaz hakimi imperatorun barış siyasətindən yana
idi.
40
Hacı Bəylər məsələsinə aid olan bölüm Cahangir Mirzənin “Yeni tarix” əsərindən alınmışdır.
74
Bu arada Şuşanın mühasirəsinə aid işlər davam etməkdə idi. Qala
divarlarının altında xəndək qazmaq çox çətin idi. Məhərrəm ayının gəlməsi və yas
törənlərinin başlaması belə, xəndək qazma işini əngəlləmədi. Bu arada iki din
xadimi öz dini təbliğatlarına davam edirdilər. Bunlar Molla Əhməd Nəraqi və
Axund Molla Məhəmməd Muğani idi. Bu iki şəxs əyinlərindəki qara paltarla
ordunun içində dolaşıb və cəhad təbliğatı edirdilər. Bu savaşın müsəlmanlarla
kafirlər arasında olduğu haqda təbliğat aparırdılar. Ancaq Abbas Mirzə din
xadimlərinin bu tür davranışlarından kəsinliklə xoşlanmırdı. O bilirdi ki, bu
təbliğatlarla rus topları qarşısında müqavimət göstərmək olmaz. O, dini xurafatın
təbliği yerinə batılılaşmağı, Batı texnolojisini mənimsəməyi tərcih edirdi.
Bu sırada çaparlar Başvəzir Allahyar Asəf-əd Dövlənin gəldiyini
duyurdular. Başvəzir Damğandan və Simnandan yardımçı güc gətirmişdi. Abbas
Mirzə, yaltaqlıqda ustad olan və intriqa uzmanı bu vəzirdən heç xoşlanmırdı.
Başvəzirin ona qarşı etdiyi bütün düşmənçilikdən xəbərdar idi. Başvəzir
nə savaş
taktikasından anlayır, nə də savaşçı idi. Sadəcə, onun ən böyük amacı gördükləri
işləri ilə şahın rzasını, diqqət və hörmətini qazanmaq idi. Ayağının tozu ilə çatan
Başvəzir əsəbiləşdi ki, sürətlə davranılmır. Başvəzir düşünürdü ki, tam onun gəlişi
sırasında Şuşa ələ keçirilərsə Şahın yanında daha da etibar qazanmış olur.
Başvəzirin bu tür davranışına Abbas Mirzə müdaxilə etdi. Hər kəsin gözünün
önündə onların münasibətləri pozuldu. Ancaq mühasirə işi get-gedə təkmilləşirdi.
Sentyabrın (eylülün) ortalarında Şuşaya girmə planlaşdırılmışdı. Ancaq Şəmkirdən
gələn məğlubiyyət xəbəri çox olumsuz təsir göstərməyə başladı. Bu xəbər
Şahzadənin sentyabrın ortasına bəlirlədiyi Şuşaya hücum planını alt-üst etdi.
Carçılar ordunun dəyişik yerlərində dolaşıb və hücum gününün dəyişdiyini
söyləyirdilər.
Cahangir Mirzə bu xəbəri duyduğunda çaparaq atasının olduğu çadıra gəldi.
Abbas Mirzənin çadırı dövlət yetkililəri ilə dolu idi. Asəf-əd Dövlə, Mustovfi-ul
Məmalikdən həmlənin gecikməsinin səbəbini sorurdu. Onun bu davranışı
Şahzadənin hüzurunda çox yersiz və ədəbsiz hərəkət kimi görünürdü. Şahzadə
Məhəmmədəli Mirzənin göndərdiyi məktubu Başvəzir Asəf-əd Dövləyə verib və
yüksək səslə oxumasını istədi. Başvəzir məktubu oxuduqca rəngi üzündən qaçır və
heyrətini gizlədə bilmirdi. Məhəmməd Mirzə məktubda yazmışdı ki, onun səkkiz
minlik ordusu Gəncənin yaxınlığında Şəmkirdə General Mədədovun ordusu ilə
savaşa girmişdir. Zaman keçdikcə bu savaşda Məhəmməd Mirzənin məğlub olma
xəbəri də Abbas Mirzəyə gəlmişdir. Məhəmməd Mirzənin Şəmsəddinli
çobanlarından aldığı bilgiləri yanlış dəyərləndirməsi onun məğlubiyyətinə səbəb
olmuşdur. Bəlkə də bu çobanlar ruslar tərəfindən alınmış və onların istədikləri
bilgiləri Məhəmməd Mirzəyə vermişdilər. Çobanların dediklərinə görə rusların o
bölgədə böyük birimləri olmamış və sadəcə, Tiflis ermənilərindən olan kiçik bir
alay varmış.
75
Məhəmməd Mirzə dayısı Əmir Sərdarla birlikdə bu veriləri doğru-dürüst
dəyərləndirmədən ordunu Şəmkirə doğru yönəldərlər. Rus ordusunun başında
duran General Mədədov anladı ki, onlar bu hesabsız həmlələri ilə böyük xətaya yol
vermişlər. Bu üzdən böyük bir hiyləyə əl atdı: əsas ordusunu və topxanasını
saxlularda gizlin saxlayaraq kiçik bir bölümü Məhəmməd Mirzənin həmlə etdiyi
yerə sövq etdi. Bu savaşda öncə zahirən Qacarların üstün olduqları görünürdü.
Məhəmməd Mirzənin əsgərləri zəfərin qazanıldığını zənn edib, özlərini yaralı, əsir
rus əsgərlərinin üstünə atıb onların başlarını kəsib özləri ilə götürürdülər ki, gətirib
Şaha verib ödül alsınlar. Bu şəkildə ordunu bir intizamsızlıq sarmış oldu.
Mədədov bu fürsətdən istifadə edərək gizlin qalan ordusuna hücum və
toplara atəş əmri verdi. Məhəmməd Mirzənin ordusuna qorxudan vəlvələ düşməyə
başladı. Məhəmməd Mirzənin dayısı Əmir Xan top gülləsindən yara alıb öldü.
Onun ölümü orduda düş qırıqlığı yaratdı. Məhəmməd Mirzə orduda yaranmış
dağınıqlığı nə qədər bərpa etməyə çalışsa da düşmənin güclü top atəşi buna imkan
vermirdi. Məhəmməd Mirzə məğlub oldu. Onun topları da təxrib edildi. Şahzadə
Məhəmməd Mirzənin özü də az qala əsir düşəcəkdi ki, bir neçə xidmətçisinin
hesabına qurtuldu. Şəmkirdəki məğlubiyyət Gəncədəki rus ordusunun geniş
əməliyyata başlamasına imkan yaradırdı.
***
Təhlükəli bir durum yaranmışdı. Abbas Mirzə düşündü ki, Şuşanın
mühasirəsini buraxıb və təcili savunma sisteminə keçməlidir. Təcili olaraq
toplanan hərbi şurada Şuşanın mühasirəsindən vaz keçilməsi haqda öz dəlillərini
ortaya qoydu. Şurada çox gərgin və qəti söhbət edirdi. Onun qətiyyəti və
qərarlılığı, hətta Başvəzir Asəf-əd Dövləni də səssiz qalmağa zorladı. Özəlliklə
Şəmkirdə məğlub edilib və intizamı, düzəni pozulan ordunun o şəkildə geri dönüb
Şahın gözünə görünüb onu ümidsizliyə uğratmasına da müsaidə etmədi. Şahzadə
Şuşanın geri alınacağı ilə ilgili ayrı bir zaman hücuma keçilməsi haqda qətiyyətlə
danışdı. Abbas Mirzənin bu qərarlılığı qarşısında Başvəzir öz nifrətini içində
boğaraq səssiz qalmağı tərcih etdi. Xüsusən eşidəndə ki, Şah Arazın sahillərinə
yaxınlaşmışdır, Başvəzir daha çox narahat olurdu. Çünkü o, Şahdan ayrılıb Şuşaya
doğru hərəkət etdiyində Şaha xoş xəbərlərlə dönəcəyini vəd etmişdi. Şuşanın
mühasirəsinin gecikdiyini görən Fətəli Şah şəxsən əməliyyat mərkəzinə
yaxınlaşmaq və əməliyatı kontrol etmək istəmişdi.
Azərbaycan ordusu Gəncəyə doğru irəliləyişində yerli əhalilərin
əngəlləmələri ilə rastlandı. Çoxu ermənilərdən olan bu əhalinin heç şübhəsiz ki,
öncədən ruslar tərəfindən alınmaları, Şahzadəyə qarşı təxribat ünsürü kimi
kullanılmaları söz konusu olmuşdur. Ermənilər ruslar tərəfindən donatılmış
silahlarla Şahzadənin ordusuna qarşı savaşmağa başlamışdılar. Bu da ordunun
sürətli şəkildə yer dəyişdirməsinə mane olurdu. Lakin bu dəstələri
zərərsizləşdirmək Azərbaycan ordusu üçün çətin iş deyildi. Azərbaycan ordusu
Gəncəyə doğru irəlilədiyi ərəfədə Şahzadəyə qorxunc bir xəbər gətirdilər: Gəncə
76
qalasını savunmaqla görəvli olan Mərənd hakimi Nəzərəli Xan öz alayını oradan
geri çəkib və Şahzadə Məhəmməd Mirzənin ordusu bulunan yerə getmişdir.
Artıq rusların qarşısında duracaq bir alay qalmamışdır. Azərbaycan
ordusunun gəlişindən umutlanan Gəncə əhalisi yavaş-yavaş umutsuzluğa
düşməkdə idilər. Şəhərin bir çox məhəllələrindən və kəndlərdən insanlar dəstə-
dəstə nalə və fəryad edərək Araz çayına doğru, Azərbaycan ordusunun bulunduğu
zənn edilən yerlərə qaçırdılar. Nəzərəli Xanın bu xəyanəti Abbas Mirzəni çilədən
çıxarmışdı. Bu üzdən də dərhal Nəzərəli Xanın onun hüzuruna gətirilməsini əmr
etdi. Şahzadə onun rütbələrini alaraq arxası üstə çullu bir eşşəyin üstünə
bağlanmasını istədi. Nəzərəli Mirzəni hər yerdə, xüsusən başçısı olduğu öz alayının
içində dolaşdırıb və aşağılayırdılar. Eşşəyin başını çəkən adam məsxərə ilə “Şah
gəldi” deyə bağırırdı. Sonra da Abbas Mirzə, Nəzərəli Xanı Mərəndə göndərdi.
Mərəndə bir məktub yazaraq Nəzərəli Xanın öldürülməsini əmr etdi. Nəzərəli Xan
Mərənddə cəlladlar tərəfindən boğulub öldürüldü. Sonradan böyük sınaqda
Nəzərəli Xanın oğulları intiqam hissi ilə bəzi işlər görəcəklərdi.
Abbas Mirzənin ordusu Tərtərdə yerləşmişdi. Abbas Mirzə Tərtərdə hərbi
Şuranın çağırılmasını istədi. Bu şurada Başvəzir, Qulamhüseyn Xan Sipəhdar,
Azərbaycan və digər vilayət ordularına mənsub mənsəb sahibləri iştirak edirdilər.
Şahzadə Cahangir Mirzə və Şahzadə Bəhmən Mirzə də bu şuraya
qatılmaqdaydılar. Dərhal bir qərara gəlinməli idi. Əldə edilən xəbərlərə görə
Rusiyanın yeni Qafqaz hakimi böyük bir ordu ilə əməliyyat səhnəsinə
yaxınlaşmaqda imiş. Hələ bu yeni Rus komandirinin adı bəlli deyildi. Lakin
əsgərlərinə olan üstün münasibəti dildən-dilə düşmüşdü. Qafqazdakı rus
əsgərlərinin yeməklərində və geyimlərində yenilik sağlanmışdı. Abbas Mirzə, onun
əsgərlərinə verdiyi önəm konusunda bilgi aldığı zaman anladı ki, gerçək bir savaş
komutanı ilə qarşı-qarşıyadır. Bu da Şahzadəni dərindən əndişələndirməyə başladı.
Hərbi Şurada bir neçə sual öz cavabını axtarırdı. Gəncəyə həmlə edilsinmi? Əgər
Gəncəyə həmlə edilər və Gəncəni almaq mümkün olmaz, Qacar orduları məğlub
olarsa, o zaman Qarabağdan geri çəkilmək zorunlu olacaqdır. Bəlkə geri dönüb
Şuşanın fəthi üçün bütün güclərini səfərbər etsinlər deyə sorular Hərbi Şurada
ortaya qoyulur və cavabını arayırdı. Başqa bir yol da var idi və bu yol daha rasional
görünürdü. Heç bir hücuma başlamadan möhkəm müdafiə sisteminə keçilməli və
düşmənin həmləsini bəkləməli idilər. Digər tərəfdən, bu bəkləmənin yanı sıra
partizan savaşları üçün eyitilmiş savaşçılarla düşmənə vur-qaç taktikasını
uyqulayaraq onu zəiflətmək də bir çıxış yolu kimi ortaya qoyulurdu. Lakin
çoğunluq bu şəkil savaşa qarşı idi. Başvəzir israrla savaşdan yana olduğunu
söyləyir və savaş meydanında düşməni məğlub etmək gərəkir deyə basdırıb
dururdu.
Abbas Mirzə avropalı müşavirlərinin söylədiklərini xatırlayırdı. Avropalı
danışmanları ona bir neçə kərə söyləmişdilər ki, heç bir zaman Avropa üsuluna
yenicə alışdırmaq istədiyin ordunu Avropa sistemi ilə donatılmış, Avropa
77
texnolojisi ilə təchiz edilmiş bir ordu ilə savaşa soxma! Məhəmməd Xan Əmir
Şahzadənin zaman qazanma təklifini dəstəkləyirdi. Lakin Hərbi Şuraya belə, nüfuz
etmiş onun düşmənləri Şaha yanlış bilgilər verməyə davam etməkdə idilər. Abbas
Mirzə bu gedişlə Şah tərəfindən xainlik suçu ilə damğalana bilər qorxusu ilə öz
iradəsini Hərbi Şurada tətbiq edə bilmədi. Başvəzirin təklifləri qarşısında Şahzadə
təslim olmaq zorunda qaldı. Hərbi Şurada qırx minlik ordu müxtəlif alaylara ayrıldı
və hər alayın da komutanları bəlli oldu. Başvəzir Asəf-əd Dövlə Sipəhdarla
birlikdə Ərak ordusuna komutanlıq edəcəkdilər. Şahzadə Şeyx-ül Məluk Qaradağ,
Mərənd və Mazəndəran alaylarının komutanlığını üstləndi, ona 12 qəbzə də top
verildi. Abbas Mirzənin böyük oğlu Məhəmməd Mirzə ən seçkin alaylara komutan
təyin edildi. Minbaşılıq rütbəsinə yüksələn İbrahim Xan Bakui 2000 nəfərlik ordu
ilə ön cəbhədən hücum edəcəkdi. Bəhmən Mirzə başqa bir alaya fərman verəcəkdi.
Bəhmən Mirzənin süvariləri Avşarlardan oluşmaqda idi. Cahangir Mirzə atasının
əski dostu Əhməd Xan Müqəddəmin oğulları ilə bərabər Marağa alayını kontrol
edəcəkdilər. Əhməd Xanın oğulları minbaşı Cəfərqulu Xan və yenə də minbaşı
Hüseyn Xan paşai Azərbaycan ordusunun ən başarılı komutanlarından idilər. Zillül
Sultanın oğlu Məhəmmədhüseyn Mirzə müxtəlif birimlərlə ordunun arxasında
zəxirə və dəstək güc kimi qalacaqdı. Bir çox görəvlər paylaşıldı. Həmədan alayının
Tüfəngçi birimlərinin komutanlığı Həmədanlı Qaragözlülərə tapşırıldı.
Məhəmməd Xan Əmirnizamla Yusif Xan Gürciyə də topxananın komutanlığı
verildi.
Abbas Mirzə öz ordusunu Tərtər çayının sahillərindən Gəncəyə tərəf sövq
etməyə başladı. Gəncənin iki ağaclığında yerləşdi. Kəşfiyyatçı və vur-qaç birimləri
rus ordusunun bir ağaclığına qədər yaxınlaşmışdı.
Bu arada Rus ordusunun Qafqaz üzrə hakimi Abbas Mirzə üçün də bəlli
olmuşdu. Adının ətrafında miflər dolaşan bu şəxs general Paskeviç idi. Paskeviç
Qafqazda Yermolovu əvəz etməkdə idi.
İki ordu bir-birindən 2-3 ağac məsafədə Gəncə savaş meydanında qarşı-
qarşıya idi. Paskeviç möhkəm səngərlər inşa etdirərək ordusunu hər tür qafil
hücuma qarşı qoya bilmişdi. Digər yandan rus ordusu yaxşı qidalanır, yaxşı ərzaqla
təmin olunurdu. Rus ordusu sükunət içində savaş əmri bəkləməkdə idi. Ancaq bəzi
xəbərlər Paskeviçin riyaziyyatçı qafasını qarışdırırdı. Məsələn, Şəmsəddinlu
qəbiləsinin çobanları Paskeviçə İrəvan xanının Çaldır dağlarından keçdiyini
söyləmişdilər. Ancaq sürətli araşdırmalar nəticəsində bu xəbərin doğru olmadığı
bəlli oldu. Fəqət bu xəbər doğru olsaydı belə, General Paskeviç öz planından vaz
keçməyəcəkdi. Çünkü o bilirdi ki, savaşın taleyi Abbas Mirzə ilə olan dirək
toqquşmadan asılı olacaqdır. Sentyabr
*
(Eylül) ayının 12-dən 13-nə keçən gecə
ruslara sədaqəti ilə bilinən bir erməni Paskeviçə xəbər gətirdi ki, Şahzadə bu gecə
səhərə yaxın hücuma başlayacaqdır. Əcəba, bu şəkildə ansızın, qəfilcə həmlə
*
Bu, Rusiya tarixi ilə verilmişdir. 25-26 sentyabr Qrigori tarixinə dəng gəlir.
78
etmək Abbas Mirzəninmi planı olmuş? Yalnız bu şəkildə bir plan dildən-dilə
düşməmək şərti ilə məqbul və uğurlu ola bilərdi. Sonrakı Qacariyyə-Rusiya
münasibətlərini çox dərindən etkiləyən bu savaşın bir çox yönü bəlirsiz olaraq
qalmaqdadır. Yağmurun yağdığı bir gecədə, şumlanmış torpaqlarda ansızın həmlə
edib düşməni mühasirəyə almaq mümkün idi?
Cahangir Mirzənin verdiyi məlumata görə Abbas Mirzə son anda qərarını
dəyişdirmək istəyirmiş. Lakin bu məlumat yetərli deyil və bu yanlış taktiyə bəraət
qazandıra bilmir. Bəzi alaylar gecənin qaranlığında yollarını azıb və başqa səmtə
tərəf yürümüşlər. Nəm torpaq və zığ irəliləməni əngəlləyirdi. Yolunu azmış bəzi
alaylar qarşı-qarşıya gələrək irəliləməni əngəlləyir və bir-birinə girərək
intizamsızlıq yaradırdı. Gün doğduğunda istiqamətlər bəlli oldu. Yorğun düşmüş
əsgərlər atəş yaxıb və özlərini qurutmaq istəyirdilər. Yağmur altında islanmış
silahlarını qurutmaq və silmək zorundaydılar.
Rus qərargahında ordunun durumu bambaşqa idi. İsti bir yeməkdən sonra
yaxşıca istirahət etmiş əsgərlər təbil səsi ilə meydanda toplaşdılar. Qısa sürədən
sonra Şahzadənin də ordusunda təbillərin gurultusu eşidilməyə başlandı.
Rus ordusu iyirmi mindən artiq inzibatlı nəfərə sahib idi. Bunların içində
yaxşı təlim görmüş qazaqlar da var idi.
Rus kəşfiyyatçıları xəbər gətirdilər ki, Abbas Mirzənin ordusunu görmüşlər.
Kəşfiyyatçılar hətta Şahzadənin ordusunun sayı haqda da bilgi verdilər. On səkkiz
alaydan və hər bir alayın min nəfərdən oluşduğunu qeyd edirdilər. Aralıqlarla üç və
ya dörd qəbzə top nəzərdə tutulmuşdu. Arxada ehtiyatda olan yüngül topxanalarla
bərabər Şahzadənin özəl qvardiyası yerləşmişdı. Təqribən iyirmi min süvari iki
cinahda mövqe tutmuşdu.
41
1826-cı il sentyabr ayının 15-ci gününün sabahı idi. Uzun intizardan sonra
savaş saat doqquzda başladı. Gəncə savaşında iştirak edən Cahangir Mirzənin
söylədiklərini olduğu kimi burada gətiririk:
“Rus ordusunun saldatları və topxanası Qacar orduları ilə qarşı-qarşıya
durmuşdu. Qacar dövlətinin rəmzi olan, üzərində günəş və aslan
rəsmi olan bayraq
Şahzadənin başının üstündə dalğalanırdı. Baş keşikçi Məhəmməd Əmin Xan Qacar
öz nəfərləri ilə Şahzadəni qorumaqla görəvli olduğu üçün ordunun mərkəzində
sakin idi. Rus sərdara Abbas Mirzənin bulunduğu yer məlum olmuşdu. Abbas
Mirzənin bayraqların altında olduğu Paskeviç tərəfindən təsbit edilmişdi. Bu üzdən
də bütün top atışlarını və saldatların hücumunun o mərkəzə doğru olmasını
istəmişdi. Bu arada bəlli oldu ki, rus ordusu tutduğu pozisyonu dəyişdirmədən
savunma durumunda qalacaqdır. Qacar orduları da ya hücuma keçməli, ya da
bəkləməli idi ki, rusların təpkisini öyrənsinlər. Böyük ehtimala görə on gün də
41
Qacar ordusunun miqdarını Paskeviç iyirmi min, Cahangir Mirzə isə otuz beş min olaraq qeyd
etməkdədir.
79
Qacar ordusu bəkləyəcək olsaydı, rus ordusu yenə də pozisyonunu
dəyişdirməyəcəkdi.
Şahzadə orduya hücum əmri verdi. Savaş və hücum təbilləri və zurna
çalındı. Piyadələr öndə yavaş-yavaş ruslara qarşı yürüməyə başladı. Marağa
alayının on iki qəbzə topu ordunun mərkəzində hazır durumda idi. Digər on iki
qəbzə böyük top Şahzadə ilə Məhəmməd Xan Əmirnizamın dirək əmirləri altında
idi. Şahzadədən əmr gəlmədən atış haqları yox idi. İki ordunun bu qədər bir-birinə
yaxınlaşmasına rəğmən ruslar tərəfindən heç bir təpki görünməməkdə idi. Abbas
Mirzə toplara atış əmri verdi. Topların atışının yanı sıra Mirzə Əli Gəraylının
əmrindəki süvarilər hücuma başlayıb və rus süvarilərinin düzənini pozdular. Bu
anda rusların da topları atışa başladı. Ruslar Abbas Mirzənin durduğu yeri təsbit
edib və bütün mərmilərini o yerə atırdılar. Hədəfləri Şahzadə və ordunun qəlbi olan
mərkəzi dağıtmaq idi. Bu zaman Şahzadədən mənə bir əmr gəldi. Bizim alay
toplarını sürətlə irəli çəkib və güllələrin ruslara çatacağı yerdə yerləşdirib və dərhal
atışa başlamalıydıq. Silahlı piyadələrimizlə ruslarla döş-döşə savaşmalıydıq.
Şahzadənin duaçısı olan bu bəndə də alayımla bərabər atlardan enib baş
komandirin əmrini uyqulamağa başladıq. Mənim alayım sürətli bir hücuma
başlayıb saldatlarla artıq tam üz-üzə silah və süngü savaşına başlamışdı. Rus
toplarının güllələri bizim başımızın üstündən keçib Şahzadənin bulunduğu yerə
isabət edirdi. Abbas Mirzə bu durumu gördüyündə Asəf-əd Dövlənin ordusunun
önündə rusların olmadığını öyrənib və onları köməyə çağırdı. Asəf-əd Dövlə ağır
davrandığı və sürətlə özünü yetişdirmək istəmədiyi üçün Şahzadə savaş
meydanının sağ tərəfinə çəkilmək zorunda qaldı. Şahzadənin savaş meydanının sağ
tərəfinə çəkilməsinə rəğmən rus topxanaları daha sürətli və ardıkəsilməz bir şəkildə
ordunun mərkəzini hədəf alaraq atışlarını davam edirdi. Rus toplarının atəşi altında
düzənini itirən Avşar və Marağa alayları yavaş-yavaş savaş qabiliyyətlərini
itirirdilər. Bu vəziyyəti müşahidə edən ruslar ön cəbhədə savaşan əsgərlərə yardım
göndərdilər. İki min saldat Marağa topxanasını almaq üçün hücum etdilər. Hamısı
birdən “hura” çəkərək Marağa alayını mühasirə etməyə başladılar. Marağa alayı
komutanının bir saldat tərəfindən öncə qolları kəsildi və sonra ürəyinə bir güllə
sıxılaraq öldürüldü. Sonra da Marağa alayının bayraqdarları hədəf alınaraq
öldürüldülər. Qoruyucum mənə xəbər gətirdi ki, arxamızdakı alaylarımız məğlub
edilmiş və bizim bu az sayda nəfərlərimizlə savaşmağımızın anlamı yoxdur. Əgər
bizim toplarımız da işdən düşsə hamımız ruslar tərəfindən əsir alınacağıq. Mən
tabeliyimdə olan orduya geri çəkilmə əmri verdim. Geri çəkildiyimizdə gördüm ki,
arxada olan bütün nəfərlərimiz qaçmışlar. Mənim də atımı xidmətçim minmiş və
qaçmışdır. Əgər ilk hücumda rus süvariləri darmadağın edilməsə idi, bu savaşdan
bir nəfərimiz belə diri çıxmayacaqdı. Bu savaşda iki qəbzə top düşmənə qalsa da
qalanlarını geri çəkə bildik. Şahzadə mənim atımın xidmətçi tərəfindən
qaçırıldığını öyrəndiyində iyirmi süvari ilə bir yedək atı mənim ya cənazəmi, ya da
canımı savaş meydanından qurtarmaq üçün görəvləndirmişdi. Mən bu yedək at
80
vasitəsi ilə özümü savaş meydanından qurtardım. Bir təpənin başında Şahzadə ilə
görüşdüm.”
42
Cahangir Mirzə davam edir ki, təpənin başında rus ordusunun Qacar
ordularını təqib etdiyini görürdük. Sanki ovçu ovu təqib edərcəsinə bizimkilər
təqib edilirdilər. Ordunu saran ümüdsüzlük səbəbi ilə fərarların da sayı çoxalmışdı.
Bir neçə top gülləsi də qaçanların arxasınca sıxışdırıldı, lakin artıq təqib də
durdurulmuşdu.
Şahzadə öz oğulları və məğlub ordusu ilə Araza doğru geri çəkilməyə
başladı. Bütün topları savaş meydanından çıxarmağı başarmışdılar, ancaq yolda iki
qəbzə top bataqlığa batdı. Şahzadə, Uğurlu Xanın süvarilərinə bu topları
bataqlıqdan çıxarmalarına əmr etdi. Gəncə savaşının başlanğıcından beş yüz
nəfərlik bir Tatar süvarisi çevrədə dolaşmaqda idi. Hansı tərəf qalib gəlsə idi ona
qatılmağı gözləyirdilər. Bu 500 süvari indi məğlub tərəfi təqib etməyə və onlardan
bac almaq üçün hücuma başlamışdı. Bilirdilər ki, bu məğlub tərəfdən bir şey əldə
edə bilərlər. Bu Tatar süvarilər iki batmış toplarla uğraşan Uğurlu Xan və
süvarilərinin əllərini bağlayıb ödül almaq üçün ruslara apardılar.
Abbas Mirzə Arazdan keçdikdən sonra ordunun Bəhramlı adında bir təpədə
durmasını istədi. Abbas Mirzə burada ordunu düzənə tabe etmək istəyirdi. Müxtəlif
yerlərə qaçmış əsgərlər də gəlirdilər. Ancaq Şahzadənin sağlığının yerində
olmadığı açıqca görünürdü. Ölümcül bir səssizlik Abbas Mirzənin ruhunu və
vücudunu sarmışdı. Elə bir durumda idi ki, ordu komutanlarının bir-birləri ilə
yüksək səslə nəzakətsiz davranmalarına belə laqeyd idi. Bu ortamda Abbas Mirzə
savaşla ilgili bir raport yazıb Şaha göndərdi. Bu raportda mindən artıq ölü və dörd
mindən artıq əsir haqqında bilgi verilirdi.
Əsir düşənlərin çoxu Asəf-əd Dövlənin komutanlığında olan Ərak alayından
idi. Asəf-əd Dövlə bu alaydan gərəkli məqamda istifadə edəməmiş və savaşın
nəticəsini gözləməyə başlamışdı ki, qərarını savaşın gedişinə görə versin.
Şahzadənin ordusu isə fərar etməyə başladığı zaman bu alay da qaçmağa çalışaraq
dağlıq yolla özlərini Naxçıvana çatdırmağa cəhd etmişdilər. Lakin Mədədov
casusları vasitəsi ilə onların fərar istiqamətini öyrənib çoxunu əsir almışdı.
***
Məğlubiyyət xəbərini duyan Fətəli Şah Abbas Mirzəni hüzuruna çağırdı.
Şahzadə, Bəhramludakı ordunun başçılığını Məhəmməd Xan Əmir Nizama tapşırıb
oğulları ilə bərabər neçə yüz
nəfərlik güvənlik süvariləri ilə yola düşdü. Asəf-əd
Dövlə Süpəhdar da onlarla birgə yollandı
Yermolov oktyabrın (ekimin) 22-də yazırdı ki, Şah Əhərdədir. Abbas
Mirzə, Şahın yanına gedir və dağılmış ordusunu təkrar bir düzənə tabe etməyə
çalışır.
42
Cahangir Mirzə “Yeni tarix”.
81
Təqribən bir ay Gəncə savaşından keçməkdə idi. Bu müddət ərzində Abbas
Mirzənin ordusu isti bir yemək yeməmişdi. Çünkü geri çəkilmə sürəci doğru-
dürüst yeməyin hazırlanmasına əngəl olmuşdu. Digər tərəfdən, məğlubiyət
duyğusunu yaşayan orduda sıcaq yemək yemə zövqü də yox idi. Lakin Abbas
Mirzənin dərdi bunlardan da böyük idi. Rusların istilasına uğrayan bir çox
kəndlərin əhalisi çocuqları ilə bir yerdə fərar edirdilər. Onların çoxu, özəlliklə
çocuqlar yolda aclarından ölürdü. Şahzadənin gözlərinin önündə insanlar dəstə-
dəstə saldatların zülmündən Arazın bu tərəfinə doğru qaçırdı, Azərbaycan
ordusunun baş komutanı, Azərbaycan hökmdarı Abbas Mirzədən yardım
diləyirdilər. Bir çox kəndlilərin qızları saldatlar tərəfindən təcavüzə məruz qalır və
bir çox gənc qızlar da təcavüz qorxusundan özlərini yaxır və ya dəyişik yollarla
intihar edirdilər. Bu hadisələri eşidən Şahzadə danışmağa belə söz tapa bilmirdi.
Bütün bu olaylar onu dərindən sarsıdırdı. Azərbaycan ordusundan imdad diləyən
bu bədbəxt insanlara Abbas Mirzə yardımçı ola bilmədiyi üçün çox üzülürdü.
Şahzadə öz yeməyini də əsgərlərin yeməyi səviyyəsinə endirmişdi. Heç bir özəl ov
ətini qəbul etmirdi və əsgərlərindən fərqlənmək istəmirdi.
Şah, Ərdəbilə yaxın bir məkan olan Şaməsbi
*
adında bir yerdə bulunmaqda
idi. Şaməsbidə bir hərbi şura düzənləndi və Abbas Mirzənin təkrar Araz sahilinə
geri dönməsi qərarlaşdırıldı. Təkrar yeni komutanların təyini üçün yeni qərarlar
verildi. Şeyx-ül Məluk Mirzə və Həsən Xan Talış, Xəzər dənizini qorumaqla
görəvləndilər. Həsən Xan İrəvanı qorumaqla əmirləndi.
Rus ordusunun bu zəfəri imperatoru həvəsləndirmişdi. Rus İmperatoru
Yermolova belə bir məktub yazdı: “İrəvanı ələ keçirmə fürsətini qaçırmamalıyıq.
İstər savaş yolu ilə, istərsə də İrəvan hakimini para ilə almaq yolu ilə İrəvanı ələ
keçirməliyik”. Onlar Sərdar Hüseyn Xanın ruh halını yaxşı bilirdilər. Lakin
Hüseyn Xan rusların altun təklifləri qarşısında təslim olmamışdı.
Abbas Mirzə bu savaşı istəməmişdi. Şahzadəyə görə bu savaş doğru
zamanlanmamışdır. Bu savaş hərb taktikasından heç bir şey bilməyən, sadəcə,
cəhad əmri kimi rahat fətva verməyi başaran din xadimlərinin, Şahzadənin
rəqiblərinin istəkləri üzərinə baş vermişdi. Sanki onlar bu savaşın məğlubiyyətlə
sonuclanacağını bilirlərmişcəsinə hərəkət etmişdilər. Savaşa hazırlıq zamanı hər
kəs Abbas Mirzənin savaşdan yana olmadığını açıqca görmüş, sezmişdi. Artıq
Tehran mollalarının və Abbas Mirzənin düşmənləri kimi davranan şahzadələrin
Abbas Mirzə ilə mübarizə etmək üçün əllərinə yaxşı bəhanələr düşmüşdü. Abbas
Mirzənin çox güvəndiyi və nisbətən modernləşmiş Azərbaycan ordusunun
*
Bu yer bu gün də Şaməsbi olaraq qalmaqdadır. Ərdəbillə Sərein (Sərcin Savalanın ətəklərində yerləşən
kiçik bir şəhərdir. Buradan təbii qaynar sular fışqırmaqdadır. Bu təbii sularda yuyunub şəfa bulmaq
amacı ilə dünyanın çeşidli yerlərindən buraya turist gəlməkdədir. Bir neçə isti göl müalicəvi önəmə
sahiblər. Səreinin ən böyük isti gölü Gamış gölüdür. Bu üzdən də bu şəhər get-gedə böyüməkdədir.)
arasında olan bu ərazi Ərdəbil şəhəri böyüdüyü üçün artıq Ərdəbilə yapışmış sayılır. (G.C.)
82
məğlubiyyəti Şahzadənin qardaşlarını və din xadimlərini sevindirməkdə idi. Bu
məğlubiyyət Abbas Mirzənin reformlarına və Qərbləşmə yönündəki islahatlarına
böyük zərbə endirmişdi. Digər tərəfdən, Abbas Mirzə xanların da söylədiklərinin
boş lafdan başqa bir şey olmadığını sezdi. Yalnız öz torpaqlarına geri dönmək üçün
savaşan bu xanlar rusları güclü gördüklərində bu istəklərindən vaz keçməyə
başlamış və bu kəz Fətəli Şaha sadəcə, İslam Dünyasının padşahı kimi baxmışdılar.
Bəzi xanlara da ruslar tərəfindən öz ərazilərində yerləşdiriləcəkləri konusunda
xəbər gəlmişdi. Quba xanı Əhməd Xan, Bakı xanı Hüseynqulu Xan, Şirvan xanı
Mustafa Xan öz səbatsızlıqlarını çox tez ortaya qoydular. Lakin məğlubiyyət acısı,
əldən getmiş torpaqların sevdası, rusların təkrar irəliləmə ehtimalı Şahzadənin iç
dünyasında savaş istəyini artırırdı. Ancaq Şahzadə özünü yalnız hiss etməyə
başlamışdı. Onun planlı və daha gəlişmiş ordu ilə savaşa başlamasına Tehranın
“mənəvi” hakimləri olan mollalar tərəfindən izn verilməyəcəyini hiss edirdi. Fətəli
Şah məcburən din xadimlərinin fikirləri ilə
bu dəfə daha çox hesablaşmalı idi.
Çünkü beləcə bu məğlubiyyətin acısını unutmaq üçün onların otoritəsindən
yararlana bilərdi. Din xadimlərinin fikrincə, məğlubiyyətin səbəbi Abbas Mirzənin
kafir ölkələrə məxsus olan islahatları Azərbaycanda gerçəkləşdirməsi idi.
Şəki Xanı Hüseyn Xan kiçik bir savaşda ruslar tərəfindən öldürülmüşdü.
Onun cibindən Şahzadənin bütün xanlıqlara yazdığı bir məklub çıxmışdı. Şahzadə
bu məktubda yazırdı: “Məndən sorursunuz ki, savaşdan əlimi çəkmişəm? Xeyr,
savaş mənim üçün hələ bundan belə başlayır.” Gerçəkdən Rusiya Abbas Mirzəni
hər zaman böyük bir təhdid ünsürü kimi görürdü. Məğlubiyyətdən sonra Rusiya
istihbaratının “Abbas Mirzə, Xudafərin civarında iyirmi beş minlik ordu
düzənləmişdir” raportu bu təhdidin açıq örnəyidir. Ancaq böyük bir ehtimala görə
Rusiya Şahzadənin maliyyə sıxıntısı haqqında bilgili imiş. Bu bölgənin ağır keçən
qışında Azərbaycan ordusunun ehtiyaclarını və yeməyini təmin etmək çətin bir iş
idi. Bu üzdən də Şahzadə bir çox
piyadə nəfərlərinin evlərinə dönmələrini istədi.
Şahzadə onların baharda geri dönəcəklərinə güvənirdi. Yalnız süvarilər vasitəsi ilə
hərbi məşqləri davam etmək istəyirdi. Savaşın ağırlığı dolayısıyla Azərbaycan
əyalətinin büdcəsi boşalmışdı. Abbas Mirzə ordunun azuqəsinin istehsalına nəzarət
etmək üçün bir neçə həftəliyinə Təbrizə getdi.
Gəncə və Qarabağdan gələn qaçqınlar kütləsi qida problemini daha da
şiddətləndirirdi. Gəncə və Qarabağ kəndləri, demək olar ki, öz sakinlərindən
boşalmışdı. Rus adını duyduqlarında kəndlilərin canına qorxu düşürdü. Bəzən də
bu qaçqın kütlələr çarəsizlikdən xanların vədlərinə inanıb, onların arxasınca
gedirdilər. Abbas Mirzə bir an belə bu qaçqınların durumuna etinasız qalmırdı.
Qışın başladığı bir ərəfədə ayaqyalın, əyinlərində yar-yamaqlı köhnə paltarlarla
Araz boyunca dağılmış olan bu qaçqınların vəziyyəti Abbas Mirzəni çox rahatsız
edirdi.
Bütün bu problemlərin ötəsində Abbas Mirzə bir də ailəsindəki müşküllərlə
üz-üzə idi. Vəliəhdlik adayı olan böyük oğlu Məhəmməd Mirzə əskidən öyrətməni
83
olmuş yalançı dərviş Hacı Mirzə Ağasının təsirinə düşərək, xürafata sövq
edilmişdi. Məhəmməd Mirzə Avropadan gələn hər şeyə nifrət edirdi. Avropadan
gələn yeni paltarları öncə suya çəkdirib, qüsl verdirib sonra geyinirdi. Dərvişin
yönləndirməsi ilə riyazətə çəkilmiş və çox yemək yeməyi ilə bilinən Məhəmməd
Mirzə, yalnız çörək və sirkə yeməklə yetinirdi. O, dərvişin etkisi altında qalaraq
öncə təsəvvüfi davranışa, sonra da xürafata yönləndirilmişdi. Abbas Mirzə
düşünürdü ki, əcəba Məhəmməd Mirzənin vəliəhd və taxt-tacın varisi olması üçün
israr etməlidirmi? Digər yandan, Abbas Mirzənin daimi eşi və vəliəhdin anası
Şahzadə xanım, Ələsgər Xan vasitəsi ilə Məhəmməd Mirzənin vəliəhd edilməsi
haqda bəzi işlər görürdü ki, onun bu işlərinin yaxşı olmayan nəticələrini öndəki
səhifələrdə görəcəyik.
***
Abbas Mirzənin qardaşı oğlu Şeyx-ül Məluk, Talış bölgəsində ona tapşırılan
postu tərk etmişdi. Özünü tələm-tələsik Tehrana dönməkdə olan Şaha çatdırmaq
istəyirdi ki, onu postda saxlamağa çalışan Məhəmməd Xan Qaragözlüdən ona
şikayət etsin. Şah özü də artıq bu məğlubiyyətdən sonra savaşdan bezmişdi. Şah
buyruq verdi ki, qadınlarından biri olan Nuşafərin Zenganda onun istiqbalına
gəlsin.
Qaradağ postu ona tapşırılan Şahzadələrdən birisi də o qədər diqqətsiz
davranmışdı ki, o yerlər General Mədədovun partizanlarının və hərbi qruplarının
hücumu üçün açıq qalmışdı. Mədədovun partizanları və hərbi qrupları Arazdan
keçib, Əhərdə və Ərdəbildə əməliyyat etmişdilər.
Payızdan etibarən savaş susqun və durğun şəkildə davam edirdi.
Mədədovun ara-sıra hücumları savaşı ayaqda tuturdu. General Mədədovun kiçik
çaplı bu hücumları bir növ nəbz yoxlama xarakteri daşıyırdı. Bu o demək idi ki,
Azərbaycanı böyük bir təhlükə təhdid etməkdədir. Çünkü artıq Gəncə savaşından
sonra hər kəsdə rusların daha güclü olduğuna inam yaranmışdı. Mədədov bu kiçik
həmlələri ilə Qacar tərəfinin hələ özünü toparlaya bilməmiş olduğunun qənaətinə
varırdı. Bu da başqa böyük miqyaslı həmlə üçün ruslara fürsət verməkdə idi.
Təbrizin təhdid altında olduğu fikri ortalıqda dolaşırdı. Bu üzdən də şəhərin
müdafiəsi üçün bəzi önləmlər alınırdı. Digər tərəfdən, qış dolayısı ilə məzuniyyətə
buraxılan əsgərlər geri çağırıldılar. Lakin Mədədovun bu kiçik miqyaslı
hücumlarının qarşısı alındı.
Mədədov çox maraqlı və qorxmaz bir xarakterə sahib idi. Əslən Qarabağlı
idi. Süvariliyi Qarabağda öyrənmişdi. Bu bölgənin adamı olduğu və bölgəni yaxşı
tanıdığı üçün bir çox əməliyyatlarda başarılı olurdu.
Təbrizin də təhdid edilməsi üzərinə Abbas Mirzə Şaha bir məktub yazdı. Bu
məktubda Şeyx-ül Məluk və Seyf-ül Məluk kimi bəzi şahzadələrin öz postlarında
gərəkli etina və özəni göstərməmələrindən şikayətlənirdi. Onların bu
davranışlarının onda böyük şübhə doğurduğunu yazırdı. Gələcək, Abbas Mirzənin
haqlılığını isbatlayacaqdı. Baxmayaraq ki, onun bu məktubu Tehranda ona qarşı
84
yeni nifrət və kinlərin ortaya çıxmasına nədən oldu. Abbas Mirzənin rəqibləri onu
Şahın nəzərindən salmaq üçün uyğun bəhanə tapa bilmirdilər. Söylədikləri dəlillər
Şahı təsirləndirə bilmirdi. Şah öz hesablamasında Abbas Mirzəyə olan ehtiyacını
onların söylədikləri ilə ölçürdü və bu hesablamada Abbas Mirzənin ağırlığı ortaya
çıxırdı. Ancaq Şahzadənin rəqibləri Abbas Mirzəyə qarşı Şahı təsirləndirə biləcək
ən uyğun bəhanəni tapmışdılar. Onlar müxtəlif yollarla Şaha çatdırdılar ki, Abbas
Mirzə mərkəzin nəzarətindən uzaq olmaq üçün Azərbaycandan heç yerə çıxmır.
Bu, Şahı etkiləyəcək ən güclü bəhanə idi. Onlar bilirdilər ki, balıq sudan kənarda
yaşaya bilmədiyi kimi Abbas Mirzə də Azərbaycandan kənarda ölü kimi bir şey
olacaqdır. Abbas Mirzənin qərbləşmə reformlarını durdurmanın ən uyğun yolu onu
Azərbaycandan ayırmaq idi. Çünkü başqa vilayətlərdə Şahzadə bir neçə səbəb
üzündən bu reformlarını gerçəkləşdirə bilməzdi: Birinci ona görə ki, Abbas Mirzə
heç bir Qacariyyə vilayətinə Azərbaycan qədər içdən və könüldən bağlı deyildi.
İkinci, ona görə ki, heç bir vilayət Azərbaycan qədər Abbas Mirzəni qəbul etməzdi.
Üçüncü, ona görə ki, Azərbaycanda yarımçıq buraxıb gedəcəyi reformları başqa
vilayətdə gerçəkləşdirə bilməsi zaman və imkan baxımından mümkün deyildi.
***
Bahar gəlmək üzrə idi. Düşmən yeni bir savaş üçün hazırlıq görürdü. Çox
qısa bir zaman içində Üçkilsəni işğal etdilər. Bu da İrəvanı mühasirəyə almanın ilk
işarəsi idi. Abbas Mirzə sürətli bir şəkildə ordusunu nizamlamaqla məşğul idi.
Üçkilsənin işğal olunması Şahın ağlında Abbas Mirzəyə qarşı yaranan şübhəni
ortadan qaldırmışdı. Çünkü ruslara qarşı Abbas Mirzəni əvəz edə biləcək kimsə
yox idi. Abbas Mirzə ta çocuqluğundan Azərbaycanda böyümüş və bu ölkə ilə
özdəşləşmişdi. Şahda yeni bir həyəcan yaranmışdı. Qarşıdan gələn yayı
Sultaniyyədə deyil, savaş sınırlarına yaxın bir yerdə keçirmək istəyirdi.
Savaşın ağır xərci Azərbaycanın belini bükməkdə idi. Maliyyə və vergiləri
artırmaq lazım idi. Abbas Mirzə məcburən bu işə getmək zorunda idi. Baxmayaraq
ki, vergiləri artırmaq Abbas Mirzənin başlatdığı reform sürəcinə qarşı idi. Lakin
Şahzadənin başqa çıxış yolu yox idi. O, Azərbaycanı qorumaq üçün yenə də
Azərbaycana arxalanmalı, Azərbaycan əhalisinə dayanmalı idi. Jamse Morier
(Cemz Moryer) in yazdığından belə anlaşılır ki, Abbas Mirzə Şahın Azərbaycana
gəlməsinə qətiyyən sevinmirmiş, həm də üzülürmüş. Çünkü Azərbaycan
ordusunun xərcini təmin etməkdə zorluq çəkən Abbas Mirzə Şahın və çevrəsindəki
böyük ekipin və dəstələrin də xərcini azərbaycanlıların üzərinə yükləməli idi. Bu
üzdən də hər dəfə Şahın Azərbaycana gəlişini duyduğunda onun üzgün olduğu
bütün davranışlarından bəlli olurmuş. Bu dəlilə görə də atasına bir məktub yazaraq
Şahən-şahın yerinə yardımçı orduların Azərbaycana gəlməsi daha faydalı olur və
savaşın gedişinə olumlu etki göstərir deyə mülahizələrdə bulundu. Şahzadə Şahın
bu il də Sultaniyyədə istirahət etməsini arzu edirdi. Bu məktublar Fətəli Şahı
əsəbiləşdirir və oğluna qarşı şübhələrin təkrar güclənməsinə səbəb olurdu. Şah
85
zənn edirdi ki, Abbas Mirzə artıq özünü Azərbaycan padşahı kimi aparmağa
başlamışdır. Bu nədənlə də onun Azərbaycana gəlişini istəməməkdədir.
Şah öz ordu birimləri ilə tələsik bir vəziyyətdə Təbrizə yola düşdü. Şah o
günə qədər heç ağzına almadığı sözləri danışır və şübhələrini açıqca söyləyirdi. Bu
da çevrədəkilərin şaşqınlığına səbəb olmuşdu. Şah deyirdi ki, eşitmişəm Abbas
Mirzə ruslarla gizlincə danışığa başlamış. Hər kəs düşünürdü ki, Şah Təbrizə doğru
bu alışılmadıq sürətli hərəkəti ilə Abbas Mirzəni ruslarla birləşib mərkəzə qarşı
əməliyyata keçmədən öncə yuvasında basmaq istəyir.
Abbas Mirzə atasının başqa bir dönəmə mənsub olduğunu düşünürdü. Bu
əski yönətim şəkli ilə gəlişməkdə olan rus ordusunun qarşısında müqavimət etmək
olmaz deyə düşünürdü. Qacar dövlətində avropalılarla geniş miqyaslı münasibətdə
olan ilk şəxs Abbas Mirzə idi. Şahzadə avropalılar vasitəsi ilə konkret vətən
anlayışını öyrənmiş və dinlərin uydurduğu obstrakt insan tipinin ötəsində vətəndaş
insan tipini düşünürmüş. Azərbaycan insanlarına sadəcə, vergi ödəməsi gərəkən bir
arac və Tanrı bəndəsi kimi baxmır, həm də onlara birər vətəndaş, ancaq və ancaq
Azərbaycana aid insanlar kimi baxmağa başlamışdı. Abbas Mirzənin bu
vətəndaşlıq anlayışı sadəcə, Azərbaycanı ehtiva etməkdə idi. Çünkü başqa
vilayətlərlə onun əlaqəsi yox idi. Başqa vilayətləri başqa şahzadələr idarə edirdi.
Abbas Mirzə avropalı müşavirlərindən bir çox texniki və hərbi bilgi öyrənmişdi,
lakin öyrəndiyi ilk mənəvi dəyər siyasi, iqtisadi, ictimai və tarixi içəriyi olan vətən
sevgisi və milli coğrafıya idi. 1789-cu il Böyük Fransa inqilabı bütün Qərbdə milli
dövlət anlayışını ortaya qoymuşdu. Bu devrimin gətirdiyi ulusçuluq duyğusu
özəlliklə Fransa ordusu tərəfindən həmən özümsəndi. Fransa ordusunda güclü bir
milliyyətçilik şüuru və duyğusu dalğalanmaqda idi. Bu üzdən də Fransanın
ordusuna mənsub olan albaylar və digər görəvli şəxslər istər-istəməz bu düşüncəni
də özləri ilə bərabər getdiyi ölkələrə aparırdılar. Qərbin gəlişməsinin səbəblərini
irtibatda olduğu qərblilərdən öyrənməyə çalışan Abbas Mirzə milli dövlət anlayışı
haqqında da fransız albaylardan bir çox şeylər öyrənmiş, bu haqda onlara sorular
yönəltmiş və onun düşüncəsini alt-üst edəcək cavablar almışdı. Şahzadə Fransada
1789-cu ildə baş verən inqilabın mahiyyəti və amacı haqda bir çox bilgilər
edinmişdi. Bütün çocuqluq xatirələri ilə Azərbaycana bağlı olan Şahzadə Qərb
modeli miliyyətçilik fikrini bildikdən sonra, sadəcə, duyğu planında deyil, həm də
şüur planında Azərbaycana bağlanırdı. Azərbaycan onun üçün Qacar
vilayətlərinin
hər hansı biri kimi deyildi. O, batılılardan aldığı, mənimsədiyi görüşləri
Azərbaycanda tətbiq etməyə çalışırdı. Azərbaycanlılara dindaş insanlar kimi
baxmırdı, çünkü dində vətəndaş anlayışı yoxdur. Dində vətəndaş yoxdur, insan
vardır, mücərrəd insan tipini rəmzləşdirməkdə, çağrışdırmaqdadır dinlər.
Cümhuriyyətçilik və sekular düşüncəni dünya tarixinə gətirən Böyük Fransa
inqilabının istəkləri Abbas Mirzəni uzun-uzun düşündürməkdə idi. Şahzadə hiss
edirdi ki, həqiqətən də Azərbaycan insanı onun üçün İslam dininin təlqin etdiyi hər
hansı bir insan deyildir. O, Azərbaycan insanının onun qəlbində və şüurunda bir
86
ayrıcalıq daşıdığını duymaqda idi. Bu hiss onda sövqi təbii şəkildə yaranmış, əmələ
gəlmişdi. Şahzadə hiss edirdi ki, Qacar imperatorluğu başqa yerlərdə torpaq
itirərkən dərin bir rahatsızlıq hissi keçirməməkdədir. Ancaq Azərbaycanın başına
gələn ən kiçik fəlakət belə onun ruhunu sarsıdırdı. Şahzadə keçirdiyi bu hissləri
fransızlardan aldığı ulusçuluq fəlsəfəsi ilə təfsir etməyə çalışırdı. Nədən
Azərbaycan onun üçün bu qədər ayrıcalıq daşımaqda idi? Onunla irtibatda olan
fransız hərbçilər öz xatirələrində Şahzadənin 1789-cu il Fransa devriminin
ulusçuluq mahiyyəti ilə daha çox ilgiləndiyini, bu haqda daha çox sorular
sorduğunu yazmaqdalar. O, Azərbaycan insanına konkret vətəndaş kimi baxırdı.
Bu ayrıcalıq isə vətəndaşlıq məfhumunu idrak edə bilməyən və ya mənafelərinin
xətərə girməsi dolayısı ilə dərk etmək istəməyən din xadimlərini və digər çevrələri
çilədən çıxarır, çox rahatsız edirdi. Şahzadənin Azərbaycana bu qədər bağlılığı
Fətəli Şahı belə şübhələndirirdi. Şah düşünürdü ki, Abbas Mirzənin qərblilərlə bu
qədər özəl və uzun məşvərətlərinə bəlkə də izn verməməli imiş. İstər Şahzadənin
qərbli özəl həkiminin, istərsə də onunla irtibatda olan batılı elçilərin, hərbçilərin və
diplomatların verdikləri verilərə görə o, Azərbaycanın sadəcə, bir vilayət olaraq
görünməsindən rahatsızlıq duymaqda imiş. Abbas Mirzə Azərbaycanın tarixi
statusunun dəyişilməsindən yana imiş. Şahzadə Azərbaycanı vətən olaraq görür və
azərbaycanlılara da vətəndaş kimi baxırdı. Bu üzdən də bu vətənin insanlarının
vergilərini Tehrana vermək istəmir, atasının anlamsız ağır xərcləri üçün xərcləmək
istəmirdi.
Şah öz qəlbinin dərinliyində Abbas Mirzənin xain olacağına inanmırdı,
ancaq ağlında baş qaldırmış bu şübhəni də söyləməkdən geri qalmırdı. Şah,
Təbrizə varmadan Ucan yolu ilə Xoya tərəf sürətlə hərəkətinə davam etdi. Abbas
Mirzə təkrar atasının gəlməməsi üçün bir daha bəzi istəklərdə bulundu, lakin Şahın
gəlməkdə israrlı olduğunu bildiyində təslim olmaqdan başqa çarə görmürdü.
Atasını qarşılamaq üçün şəhəri tərk etdi. Yenə də Şaha vardığında atından enib
Şahın qarşısında diz çöküb alnını
Şahın atının ayağının altındakı torpağa qoydu.
Şahın Azərbaycana gəlişi Abbas Mirzəni çox üzmüşdü. Çünkü bu gəliş keçmişdəki
kimi yenə də məğlubiyyət üçün şərait yaradacaqdı.
Şah şan-şöhrəti dünyada dolaşan Abbas Mirzənin onun qarşısında bu
şəkildə davranmasından çox razı görünürdü. Abbas Mirzə ayağa qalxıb gözləri
atasının gözlərinə sataşdığında Şahın bütün şübhələri ortadan qalxmışdı. O
sədaqətli gözlər yalan söyləmirdi. Şah, Şahzadəyə səmimi və gülücük dolu bir işarə
edərək bərabərcə yola düşdülər. Bir az öncəyə qədər Şahın içini yaxan şübhələrdən
əsər qalmamışdı.
Sonra da uzun-uzun söhbət etdilər. Abbas Mirzə bütün durumu təfərrüatı ilə
atasına anlatmağa başladı. Şahzadələrin öz postlarında böyük səhvlərə yol
verdiklərini və bu üzdən də bu səhvlərdən düşmənin istifadə etdiyini söylədi. Bəlkə
də daha uzun və günlərcə danışmaq istərdi, lakin cəbhələrdən gələn xəbərlər Abbas
Mirzəni önləm almağa məcbur etdi.
87
Qafqaz hakimi İrəvanı mühasirə etməkdə qərarlı idi. 1827-ci ilin yayında
bölgədə bir yoluxucu xəstəlik yayğınlaşmışdı. Bu üzdən Rusiya İrəvanın
mühasirəsini ertələmişdi. Ancaq Qafqaz hakimi, yardımçı ordu çatar-çatmaz
İrəvanı mühasirə etməkdə qərarlı idi. Bu zaman Paskeviç qərargahını Naxçıvana
daşımışdı.
***
Cahangir Mirzənin Səlyanı və bu civarda olan kiçik kəndləri müvəqqəti
olaraq ələ keçirməsi bir az ruh yüksəkliyi yaratmışdı.
Araz və Kür çayı dənizə tökülmədən öncə bir-birinə qovuşub güclü bir çay
oluşdururlar. Suyun dənizə qovuşduğu yerdə çayın şirin suyu ilə Xəzərin şor suyu
arasında kiçik bir yarımada oluşmuşdur. O zaman düşmən yalnız dəniz yolu ilə bu
yarımada ilə irtibat qura bilirdi. Bu mərkəz rusların çox önəmli üslərindən biri idi.
Çünkü Həştərxandan gələn yük və xüsusən buğda yüklü gəmilər burada ləngər
salır, yüklərini boşaldırdı. Bu yeri işğal edən ruslar oranın Azərbaycan ordusu
tərəfindən saldırıya uğrayacağını zənn etmədiyi üçün zəif bir saxlunu bu mərkəzin
qorunması üçün saxlamışdılar. Cahangir Mirzə bu mövzunu bildi və oraya hücum
etmək istədi. Bir gecə öz nəfərlərini təchizatları ilə bir neçə qayığa mindirib o
mərkəzə doğru yola düşdü. Cahangir Mirzənin nəfərlərinin güllə səsinə oyanan
neçə yüz nəfərdən ibarət olan rus saxlusu oraya böyük bir ordunun hücum etdiyini
zənn edib dəniz yolu ilə fərar etdi. Cahangir Mirzə bir neçə həftəliyinə bu mərkəzi
öz əlində bulundurdu. Səlyan bir il öncə Qacar ordularının geri çəkilməsi ilə ruslar
tərəfindən işğal edilmişdi. Ancaq Səlyan əhalisi Cahangir Mirzədən və
nəfərlərindən istiqbal etdilər.
Şahın şübhələri qısa sürəliyinə ortadan qalxmışdı. Fətəli Şah yanında
bulundurduğu böyük ordunu Abbas Mirzənin əmrinə vermək istəmirdi. Bu böyük
ordu belə həssas bir dönəmdə çox ciddi işlər görə bilərdi. Ancaq Azərbaycan
ordusunun işinə qarışmağı da özünə rəva bilirdi. Bununla da məğlubiyyəti
qətiləşdirirdi.
Abbas Mirzə barıt və digər savaş vəsilələrinin istehsalına nəzarət etmək
üçün dərhal Təbrizə getməli idi. Təbrizdə də bir çox nizamsızlıqla və intriqalarla
rastlanırdı. Şahzadə sarayının ən önəmli adlarından biri Ələsgər Xan hər fürsətdə
özünə var-dövlət toplamaqla məşğul olur və buna görə də hər tür intriqadan və
fürsətdən yararlanmağa çalışırdı. Naxçıvanın iki ağaclığında yerləşən Abbasabadın
komutanlığını Ehsan Xana vermişdi. Ehsan Xanın bu işlər üçün bir yetənəyi yox
idi.
Abbasabad qalası Şahzadə üçün çox önəm daşımaqda idi. Çünkü onun
savunma sistemi fransızlar tərəfindən donatılmışdı. Düşmən ordusu Azərbaycanın
içlərinə tərəf irəliləyə bilməsi üçün bu qaladan keçməli idi. Abbasabad qalasına
yönəlik təhdidi nəzərə alan Abbas Mirzə bu qalanın savunması ilə bağlı bir dənəmə
yapmaq istədi. Ümdə nəfərlərini xətərə soxmaq istəməyən Abbas Mirzə bir neçə
piyadə alay, süvarisi və dörd qəbzə topla (hamısı bir yerdə 10.000 nəfərlik ordu)
88
Abbasabadın yaxınlığında yerləşmiş rus alaylarını mühasirəyə almaq istədi. Plan
belə idi ki, öncə bir neçə dəstə kəşfiyyat amacı ilə gecənin qaranlığından istifadə
edib rus qərargahına yaxınlaşacaq, sonra ruslar onları təqib etdiyində Abbas Mirzə
başqa istiqamətdən hücuma başlayacaqdı. Araz çayının o tərəfində nisbətən geniş
olan Gəçlər adında bir düzənlik vardı. Hər tərəfi açıq olan Gəçlər düzənliyi
Abbasabad qalasının hər tərəfdən görünməsini sağlayırdı. Bu üzdən də rus saxlusu
Azərbaycan alaylarının hərəkətlərini kontrol altına ala bilirdi. Qarşı tərəfdə bu
düzənlik təpələrlə sınırlanırdı. Şahzadə öz komutanları ilə bu təpələrin arxasında
qazılmış xəndəklərdə yerləşdilər. Alaylar isə təpələrin müxtəlif yerlərində səngər
tutdular. Uyğun zamanı gözləməkdə idilər. Öncə bu planın istənildiyi kimi
yürüdüyü sanılırdı. Ruslar Azərbaycan ordusunun kəşfiyyat dəstələrini təqib
etməyə başladılar. Beş rus alayı Arazı keçib onları təqibə başladı.
Abbas Mirzə kiçik qardaşlarından biri olan Əlinağı Mirzəni öz yanında
bulundurmaqda idi. Abbas Mirzə bu qardaşı ilə çox yaxın idi və ona bir çox
mövzular haqqında danışır, danışdıqca da özünü rahat hiss edirdi. Asəf-əd Dövlə
Əlinağı Mirzənin də onların yanında olmasını Şahdan istəmiş, Şah da izn vermişdi.
Şübhəsiz ki, Əlinağı Mirzə gizlincə Şaha bilgilər ötürürdü. Yayın istisi dözülməz
vəziyyətə çatmışdı. Bu yay istisində onlar öz planlarının qaydasında gedəcəyini
düşünürdülər. Ancaq Abbas Mirzə və çevrəsindəki komutanlar düşündülər ki,
Abbasabad qalasının hakimi Ehsan Xanı da plandan xəbərdar etmələri gərəkir.
Lakin Ehsan Xan Abbasabad qalasının hakimliyini Şahzadə sarayının böyük xocası
Ələsgər Xanın vasitəçiliyi ilə almışdı. O, bu postda uzun zaman qalacağına
inanmırdı, bu üzdən də düşməndən bir ödüllər almaq fikrində idi. Ehsan Xanın
bilməsi zəruri olmayan bir çox hərbi sirlər haqqında çox bilgi birikdirmişdi. Ehsan
Xan gizlincə bir çapar göndərib və Abbas Mirzənin bütün planlarını Paskeviçə
çatdırdı. Qalanın bütün savunma sistemi haqda düşmənə bilgi verdi. Özəlliklə bu
savaşda Abbas Mirzənin şəxsən iştirak edəcəyi haqda da bilgi verdi.
43
Rus alayları Azərbaycan ordusuna mənsub kəşfiyyat dəstələrini təqib
etməkdə idi. Artıq rus ordusu Şahzadənin bütün planları haqda bilgi sahibi idi. Bu
səbəbdən General Aristov Naxçıvandan yola düşüb və yardıma gəldi. General
Aristov çox böyük bir təchizatla gəlmişdi. Çayın bu tərəfindən o tərəfinə körpü
sala biləcək bütün təchizatı ilə gəlmişdi. Rus alayları Azərbaycan kəşfiyyat
dəstələrini təqib edərkən Abbas Mirzə ilə qarşılaşacaqlarını və arxadan da General
Aristovun onlara yardıma gələcəyini bilirdi. Çox keçməmişdi ki, rus topxanası
Gəçlər düzəngahını atəş altına aldı. General Aristovun qüvvələri Calalbulaq
dərəsindən keçdiyi üçün rus tarixçilər bu savaşın adını Calalbulaq olaraq
yazmışlar. Lakin biz Cahangir Mirzənin yazdığı bilgiləri daha doğru olaraq bilirik
və bu savaşın adını “Yeni tarix”də olduğu kimi Gəçlər olaraq yazırıq. Abbas
43
Cahangir Mirzə,Yeni tarix.
89
Mirzənin əsas hədəfi rusları Abbasabad çevrəsindən uzaqlaşdırmaq olduğu üçün
buraya çox birlik sövq etməmişdi. Bir ingilis tarixçi yazır ki, bu savaşda Asəf-əd
Dövlə fərar etdi və öz əmrində olan alayını da geri çəkdi. Abbas Mirzə geriyə
çəkilmə zorunluluğunu duyduğunda bu işi fərar şəklində deyil, bir intizamla etmək
istədi. Piyadələr və özəl qvardiya Şahzadənin çevrəsində idi, lakin düşmənin
amansız top atəşi onlara savaşmaq imkanı vermirdi. Abbas Mirzənin əsir alınması
üçün ruslar çox münasib fürsət yaxalamışdılar. Qazaqlar geri çəkilməkdə olan
Abbas Mirzəni bir neçə dəfə mühasirəyə aldılar. Şahzadənin yanında bulundurduğu
bayraqdarlarından bəziləri öldü və bəziləri də əsir düşdü. Abbas Mirzə əsir
düşməməsi üçün atdan enib və piyadələri ilə bir yerdə düşmənlə savaşa başladı.
Şahzadənin piyadələrə qatılması piyadə nəfərlərdə ruh yüksəkliyi yaratmışdı. Onlar
Şahzadəni qorumaq üçün ölüm-dirim savaşına girmişdilər. Rus piyadələri ilə
Azərbaycan ordusunun piyadələri iç-içə girmiş və süngülərlə savaşırdılar. Artıq
Abbas Mirzə savaşın tam ortasında idi və Azərbaycan piyadələrinin məğlubiyyəti
durumunda Şahzadə ya öldürüləcək ya da əsir alınacaqdı. Abbas Mirzə biricik
qurtuluş yolunu son nəfəsinə qədər savaşmaqda görməkdə idi. Bir çıxış yolu var
idi, o da rus piyadələrini məğlub edib geri püskürtmək. Şahzadə artıq qılıncı və
tüfəngi ilə savaşırdı. Şahzadənin özəl qvardiyası onu nə qədər qorumağa çalışsalar
da artıq iş bu durumu aşmışdı. Şahzadə hər kəsə son nəfəsinə qədər savaş əmri
vermişdi və özü də artıq bir əsgər kimi savaşırdı. Bir neçə dəfə şahzadəni hədəf
alan düşmən gülləsinə və qılıncına onun fədailəri gövdələrini sipər etdilər. Asəf-əd
Dövlənin fərar etməsinə, Azərbaycan ordusuna yardımın gəlməməsinə rəğmən,
zaman keçdikcə rus piyadələrinin sayı azalırdı. Sanki Başvəzir və başqaları da bu
savaşda Şahzadənin əsir düşməsindən yanaydılar. Şahzadənin əsgər kimi savaşa
qatılması Azərbaycan ordusunun gücünü və savaş qabiliyyətini hədsiz dərəcədə
yüksəltmişdi. Sonralar bu savaşla ilgili xatirələrini yazan General Paskeviç əsas
hədəflərinin Şahzadəni əsir almaq olduğunu söyləyəcəkdi. Lakin Şahzadənin
Azərbaycan ordusunun piyadələri ilə bir yerdə başarılı savaşları düşmənin bu
hədəfə çatmasını önləmişdir. Şahzadənin əsir alınması üçün lazımi bilgiləri,
Şahzadənin hansı istiqamətdə olduğunu Ehsan Xan ruslara çatdırmışdı. Çox sayda
piyadələrinin ölümünü görən ruslar hücumu durdurmaq zorunda qaldılar.
***
Bu ağır savaşdan sonra geri dönən Abbas Mirzəni sevindirən bir şey
vardısa, o da Xoyun civarındakı Çorusda qoyub getdiyi ordunun yerində olması
idi. Çorusda gözətçilər hətta təkbaşına gələn nəfərə belə giriş izni vermirdilər.
Şahzadə gələnə qədər hətta dövlət rəsmilərini belə içəri buraxmamışdılar. Şahzadə
gəldiyində isə ehtiram göstərgəsi olaraq böyük bir istiqballa içəri alındı.
Bir neçə gündən sonra Abbas Mirzə üzücü xəbərlər aldı. Ruslar Abbasabad
qalasının qarşısında başqa bir savunma qalası təşkil etmişdilər. Ehsan Xanın
xəyanəti bəlli olmuşdu. O öz xəyanətini çox ustalıqla yerinə yetirmişdi. O, Abbas
Mirzəyə sadiq olan mənsəb sahiblərini qaladan uzaqda saxlamağı başarmışdı.
90
Qalanın boşalmasına əmr vermiş və düşmənin hücumu və qalanı işğalı üçün uyğun
zəmin yaratmış və sonra da etdiklərini düşmənə xəbər vermişdi. Ehsan Xanın bu
xəyanətinə Kəngərli alayı da qatılmış və iş birliyi ilə xainlik etmişdilər.
Abbasabad məğlubiyyəti Qacar-Rus savaşının xarakterində, gedişində
böyük bir dönüşün olduğunu isbatladı.
Bu sıralarda rus ordusunun qərargahına bir diplomatik mərkəz də əkləndi.
Bu diplomatik mərkəzin başında Qriboyedov adında bir şəxs durmaqda idi.
Qriboyedov şair və ədib birisi idi. Qriboyedovun Qafqaz hərbi üssündə diplomat
seçilməsini buna bağlayırdılar ki, onun qadını Rusiyanın müttəfiqi olan gürcü
əyanlarından birinin qızı imiş.
Qriboyedov bir heyətlə Xoya gəlib və bu savaşın anlamsız olduğu haqda öz
fikirlərini söyləmişdi. O, barış planını da özü ilə bərabər gətirmişdi və bu planı da
Xoyda açıqladı. Bu plana görə Arazın quzeyindəki ərazilər ruslara buraxılmalı,
Qacar dövləti savaş suçlusu olaraq yeddi yüz min tümən qızıl para ödəməli idi. Bu
qədər məbləğin rus barış planında yer alması Fətəli Şahı çox rahatsız etmişdi, o,
gedən ərazilərdən daha çox bu məbləğ konusunda əndişələnirdi.
Şah, büdcəsinə bu qədər ziyanın gəlməsindən çox əsəbiləşmişdi. Lakin rədd
cavabı vermədən əvvəl böyük şuranın təcili toplanmasını istədi. Rəqib şahzadələr
və digər dövlət böyükləri yenə də bu fürsətdən yararlanaraq Şahı Abbas Mirzəyə
qarşı qoymağa çalışdılar. Lakin bütün bunlara rəğmən Abbas Mirzəni də böyük
şuraya çağırdılar. İrəvan hakimi Sərdar Hüseyn Xan da böyük şurada bulunmaqda
idi. Sərdar Hüseyn Xan İrəvanın ruslara buraxılmasına qəti şəkildə etiraz edirdi.
Sərdar Hüseyn Xan yaşlanmasına rəğmən İrəvanı savunacağında qərarlı idi.
O, qardaşı Sərdar Həsən Sarı Aslanla bərabər İrəvanın gəlişməsinə əmək sərf
etmişdi. İndi onu bu rahatlıqla
ruslara buraxmaq istəmirdi. Lakin artıq Hüseyn Xan
savaş və savunma texnikası baxımından çox geri qalmışdı. Güclü rus ordusunun
qarşısında İrəvanı savuna biləcəkləri sanılmırdı. Sərdar Hüseyn Xan İrəvanı rus
ordusu qarşısında savuna biləcəkləri haqda Şahı razı salmağı başarmış,
Qriboyedova rədd cavabı verilməsini rica etmişdi. Bu toplantı müddətincə Abbas
Mirzə səssiz qalmağı tərcih etdi. Onun solğun rəngi çox əzab çəkdiyini göstərirdi.
Bilirdi ki, artıq atasının güvənini itirmişdir. Bilirdi ki, artıq Azərbaycan ordusunu
təmin edəcək maddi gücü qalmamışdır və ordunun ibtidai ehtiyaclarını bərtərəf
etməkdə belə zorluq çəkməkdə idi. Məğlubiyyətlər və özəlliklə Abbas Mirzənin
daha çox Təbrizdən kənarda olması və Azərbaycanın mərkəzinə nəzarət edə
bilməməsi Təbrizin büdcəsinin boşalmasına səbəb olmuşdur. Abbas Mirzə daima
yollarda idi, savaşlarda və alaylara nəzarət hərəkətliliyində idi. Bu üzdən də
ürətimə (istehsala) nəzarət edə bilmirdi. Artıq nizamsızlıq Azərbaycanı sarmış
durumda idi. Özəlliklə Şahzadənin məğlubiyyətləri bu kaosu daha da artırırdı.
Abbas Mirzə artıq hiss edirdi ki, Azərbaycan ordusu ilə böyük savaşlara qatılması
mümkün olmayacaq. Həm büdcə yoxluğu, həm də Azərbaycandakı ruh düşkünlüyü
91
bu intizamsızlığı get-gedə artırırdı. Digər tərəfdən, Rusiya gündən-günə güclənir
və işğalçılıq meyillərini artırırdı.
Abbas Mirzə başından bəri başlanmasını istəmədiyi savaşın suçlusu kimi
təqdim olunurdu. Abbas Mirzə Hüseyn Xanın söylədiklərinə qatılmırdı. O bilirdi
ki, İrəvan rusların uzun müddətli mühasirəsi və hücumu qarşısında müqavimət
göstərə bilməz. Ancaq İrəvanın Azərbaycandan ayrılıb ruslara verilməsini də öz
savaşçı qüruruna sığdıra bilmirdi. Bu üzdən də içini böyük bir dərd sarmışdı. Bütün
ruhu ilə bağlı olduğu Azərbaycanın parçalanmasını görürdü. Bu yurdun
bütövləşməsi üçün nə qədər savaşsa və canını təhlükələrə atsa da müvəffəq ola
bilməmişdi. Müvəffəq ola bilməyəcəyini də gördüyündə içini sarmış bu fəlakəti
ancaq səssizlik içində daşıyırdı. Abbas Mirzə bilirdi ki, Rusiya Fətəli Şahın rədd
cavabını eşitdiyində İrəvanın mühasirə işinə başlayacaqdır. Sadəcə, bu mühasirə
Rusiyanın hazırlaşmasına görə bir az gecikə bilərdi, ancaq başlayacağı yüzdə yüz
idi. Abbas Mirzə düşünürdü ki, özü də rusların imkanlarından bərxurdar olsaydı
bütün Qafqazı Azərbaycana qatardı. Abbas Mirzə bundan sonra Rusiya ilə olacaq
hər bir savaşın məğlubiyyətlə sonuclanacağına inanırdı. Çünkü bölgənin ən böyük
savaş imkanına sahib olan Azərbaycan ordusu həm intizam, həm də mali imkan
olaraq çökmüşdü.
Şah Rusiyanın elçilərini rədd cavabı ilə yola saldı. Şah böyük bir
qətiyyətsizliklə savaşdan yana olduğunu və ya savaş durumunun davam etməsini
istəyirdi.
Xəzərin sahilində yerləşən Səlyan adlı kiçik bir kəndin Cahangir Mirzə
tərəfindən geri alınması böyük həyəcanla və abartılaraq təbliğ edilir, Abbasabad
məğlubiyyətini ört-basdır eləmək üçün kullanılırdı. Səlyanı geri alan komutanlar
ödülləndirilsələr də lakin hərbdən anlayan hər kəs bilirdi ki, Səlyan uzun müddət
Azərbaycan ordusunun kontrolunda qala bilməz. Bu üzdən Cahangir Mirzə öz
ordusu ilə bir yerdə ruslar tərəfindən əsir alınmasın deyə Abbas Mirzədən əmr
gəldi ki, Ərdəbilə doğru geri çəkilsin. Səlyan Azərbaycan ordusundan tamamən
boşaldıldı.
Barış müzakirələri durdurulmuş, savaş təkrar başlamaq üzrə idi. Abbas
Mirzə artıq Tehrandan heç bir maddi yardım ala bilmirdi. Hər şey cığırından
çıxmışdı. Şahzadə əsgərlərinin qarnını zorla doyururdu. Düşündü ki, rusların ərzaq
üssü olan Üçkilsəyə ani bir hücum edərsə ordusunun ehtiyacını oradan əldə edə
bilər. Bir zamanlar Üçkilsədə Fətəli Şaha və Abbas Mirzəyə Napoleon Bonopartın
qələbələrindən danışan və Abbas Mirzəyə ruslarla savaşmaq üçün Fransa ilə ittifaqı
önərən erməni keşişi artıq rusların yanında yer almış və Azərbaycan ordusuna qarşı
öz nifrətini ortaya qoymağa başlamışdı.
Abbas Mirzə bu ən son əməliyyatını bir şans olaraq dənəmək istəyirdi. Bu
üzdən də ən yaxşı və inanılır nəfərlərini, komutanlarını bu hücuma hazırladı. 5000
nəfər piyadə və 5000 nəfər də Avşar və Şahsevən ellərindən oluşan süvari təşkil
etdi. İyirmi səkkiz top da bu hücumda kullanılacaqdı.
92
Abbas Mirzə Üçkilsəyə doğru irəlilədiyində bəklədiyi qarşıdurma
Üçkilsənin səkkiz ağaclığında gerçəkləşdi. Abbas Mirzə, General şahzadə
Dolqorukinin komutanlığını etdiyi birimlə qarşılaşdı. Savaş öncə cüzi şəkildə
başladı. Ancaq zaman keçdikcə daha geniş miqyasda və hərtərəfli davam etdi.
Dolqorukinin yaxın əqrəbası olan bir rus albayı öldürüldü. Generalın öz dizini də
güllə dəldi. Şahzadə Dolqorukini kilsənin içinə apardılar. General Karkufeski top
atışlarının səsini Üçkilsənin sağ tərəfindən eşitmişdi. Bir neçə alayla topların
yerləşdiyi tərəfə sürətli bir hücuma başladı. Bu hücum savaşın iki istiqamətdə geniş
miqyasda davam etməsinə səbəb oldu. Bu üzdən də Abaran
*
Dostları ilə paylaş: |