savaşı olaraq bilinən
bu savaşı tarixçilər eyni anda iki savaş kimi tanımlarlar. Günün sonunadək
üstünlük Azərbaycan ordusunda idi. General Dolqorukinin yaralanmasından başqa
bir çox rus albayları öldürülmüş, yaralanmış və bir çox saldat əsir alındı. Düşmən
əsgərlərinin cəsədləri savaş meydanını doldurmuşdu. Azərbaycan ordusunda
qələbə sevincinin çağlamasına qarşı Şahzadə çox da mutlu görünmürdü. Bilirdi ki,
bu qələbənin aqibəti yoxdur. O, rus ordusunun qarşılıq verəcəyinə əmin idi. Digər
tərəfdən, maliyyə qaynağının olmaması üzündən, ordusunun uzun zaman savaşa
qatlaşa bilməyəcəyini bilirdi.
General Karkufeskinin düşərgəsində bir şayiə yayılmağa başlamışdı.
Söyləntilərə görə Abbas Mirzə Üçkilsəni mühasirəyə alıb və Gürcüstana da hücum
edəcəkmiş. Gürcüstan müxaliflərini də yanına alıb və gürcülərin üsyanına dəstək
verəcəkmiş. Çünkü Baqratiyon Şahzadələrindən bir neçəsinin Abbas Mirzənin
yanında olduqları bəlli idi.
ĠRƏVANIN ĠġĞALI VƏ AZƏRBAYCANDAN
AYRILMASI
Ancaq Abbas Mirzə hiss etdi ki, artıq əlində heç bir savaş imtiyazı
qalmamışdır. Bu üzdən də hücumlardan əl çəkib və sadəcə, İrəvanı savunmağı
planladı. O günə qədər qardaşının kölgəsində görünməz olan Həsən Xan Sarı Aslan
İrəvan qalasının savunulmasını öz üzərinə götürmüşdü. Şahzadə onun ordusunun
yardımına getdi. Altı minlik ordusu və iyirmi topu ilə onun mövqeyini gücləndirdi.
Sonra düşündü ki, öz üslərindən (qərargahlarından) birinə getsin və Sərdarabad
qalasının müdafiəsini yaşlı Sərdar Hüseyn Xana tapşırsın. Cahangir Mirzənin
verdiyi bilgilərə görə, Abbas Mirzə ruslarla qarşı-qarşıya gəlməsin deyə Osmanlıya
aid olan Bayəzid və Çaldıran bölgələrindən keçmək zorunda qaldı. Bu keçişi üçün
də Osmanlıdan heç bir etiraz gəlmədi.
***
*
Watson, Abaran savaşını Astrik adı ilə qələmə almaqdadır. Astrik də bu savaş bölgəsinin içində
olmuşdur. Watson, Azərbaycan ordusunun qəhrəmanlıqlarından və rus albaylarının ölümündən söhbət
edir. (Watson Robert Grant “A History of Persia”, London 1866, s. 232).
93
Abbas Mirzə Təbrizə çatdığında yorulmuş və savaş qabiliyyətini itirmiş
əsgərlərini mürəxxəs edib, məzuniyyətə buraxdı. Savaş qabiliyyəti olan birimləri
isə Təbrizin 20 kilometrliyində yerləşən Şindabada apardı. İkinci oğlu Bəhmən
Mirzə ağır topların və topçuların kiçik bir bölümünü Xoya aparmaq, orada
saxlamaqla görəvləndirildi.
1827-ci ilin sentyabr ayı idi. Sonrakı həftələr İrəvanı savunmanın son
həftələri olacaqdı. Rusiya İrəvanın mühasirəsi üçün hazırladıqlarını tamamlamış,
güclü piyadə, topxana və süvari birimlərini İrəvana doğru yönləndirmişdi. Qalanın
bütün darvazaları qapanmış və mühasirə tam şəkildə gerçəkləşmədən öncə, dövlət
çaparlarından başqa kimsənin üzünə açılmırdı. Bəzən də Həsən Xan Sarı Aslan öz
süvariləri ilə şəhərin dışına çıxıb, sürətli bir yoxlamadan sonra geri dönürdü. Bu
yoxlamalarda Həsən Xan Sarı Aslan qala dışına çıxdığında ətraf kəndlərdə nə
qədər ərzaq-filan tapsa idi, talayıb qalanın içinə daşıtdırırdı. Çünkü uzunmüddətli
mühasirə qarşısında yeyəcək bol olmalı idi. Bu üzdən də bir çox kəndlilər həm
savaş üzündan, həm də talanmalar səbəbi ilə Osmanlı torpaqlarına üz tuturdular.
Çox zaman keçmədən mühasirə işi tamamlandı. Sentyabrın 23-də General
Paskeviç şəhərin güneyində bir təpəni ələ keçirdi. 24-də toplar bu təpədə
yerləşdirildi. 25-də səhər erkəndən qala atəşə tutuldu. Qalanı savunanlar böyük bir
cəsarətlə bu atəşə cavab verirdilər. 28-29-da Sarı Aslan atəşin kəsilməsini istədi.
Qalanın bir yeri möhkəm xəsarət almışdı və dərhal onarılması gərəkirdi. Ayın 30-
da təkrar düşmənə cavab atəşləri başladı. Qalanın bir neçə yerində atəşlər
susdurulmuşdu. Lakin müxtəlif yerlərdə dirəniş davam edirdi. Rusların top atışları
qalanın divarlarında böyük dəliklər açırdı. Evlərin divarları yıxılır və şəhərin içi
cəhənnəmə dönmüş, toz-torpaqdan göz gözü görmürdü. Bu gərgin durumda
qalanın içində üsyan əlamətləri də nütfələnməyə başlamışdı. Sarı Aslanın Sərdar
Hüseyn Xana və Şahzadəyə göndərdiyi çaparlar yolda ruslar tərəfindən
yaxalanmışdı.
Oktyabrın 1-də əhali qalanın divarları üstündə bəyaz parçalar qaldırdı.
Qalanın darvazaları qırılmışdı. İrəvanda bulunan bütün ordu əsir alındı. Bir
məscidin içində səngər tutan Sarı Aslan da sonunda əsir düşdü.
RUS ORDUSUNUN TƏBRĠZĠ ĠġĞAL ETMƏSĠ
İrəvanın düşməsi general Paskeviçin irəliləməsinə imkan yaratmışdı. O,
uzun zaman idi Təbrizi, Şahzadənin başkəndini işğal etməyi qafasına taxmışdı.
Paskeviçə görə Abbas Mirzədən birdəfəlik qurtarmanın yolu Təbrizi işğal etmək
idi.
Şahzadə öz azalmış və yorğun düşmüş, düzəni pozulmuş ordusunu Təbrizin
savunmasına hazırlarkən, Tehrana bu məzmunda bir məktub yazdı: “Artıq savaş
94
gücümüz qalmamışdır, sülh etmək zorundayıq”.
44
Ancaq Şahın ətrafını sarmış
digər Şahzadələr və Abbas Mirzənin rəqibləri bütün bu fəlakətlərin səbəbkarı kimi
Abbas Mirzəni görürdülər. Abbas Mirzənin varlığını öz övladlarının gələcəyi üçün
təhdid ünsürü kimi görən Şahın qadınları da hər gecə Abbas Mirzənin arxasınca
Şaha qeybət edir, onun yenilikləri ölkəni bərbad etdi deyə şikayətlənirdilər.
Padşahın Abbas Mirzəyə qarşı qızması üçün hər tür zəminin hazır olduğu bir
ortamda Şahzadənin bu məktubu Şaha çatdırıldı. Şah hiddətlə Abbas Mirzəyə
qızmağa başlamışdı.
İrəvanın və Sərdarabadın düşmə xəbərini Şahzadə Şindabadda eşitdi.
Şindabadda Şahzadə daha qorxunc bir xəbər də eşidəcəkdi: Təbrizin ruslar
tərəfindən işğal edilmə xəbərini! Artıq onun ailə üzvlərinin və qadınlarının da
ruslar tərəfindən əsir alınıb və hətta namuslarına təcavüz edilmə məsələsi
Şahzadənin ağlından keçirdi. Səltənət ailəsinə mənsub olan bu insanlar düşmən
üçün çox önəmli girov və əsir olaraq nəzərə gəlirdi. Çünkü düşmən bu əsirləri geri
vermək üçün böyük imtiyazlar ala bilərdi. Digər tərəfdən, Təbrizin işğalı Abbas
Mirzənin sonu kimi bir şey idi. Sadəcə, bu şəhərdə mövcud olan Şahzadənin var-
dövləti, ordu qərargahları talanmayacaqdı, Azərbaycan ordusunda da təmiri
mümkün olmayan ruh düşgünlüyü yaranacaq, ordu savaş qabiliyyətini daimi olaraq
itirəcəkdi. Şahzadəni şaşırdan Təbrizin müqavimətsiz təslim olması idi. Təbriz
uzun zaman idi kaosa sürünməkdə idi. Şahzadə daima səfərlərdə olurdu. Digər
tərəfdən, Şah, Azərbaycanı öz kontrolunda saxlaması və Şahzadəyə olan
şübhələrini bərtərəf etməsi üçün Asəf-əd Dövləni Təbrizə nəzarət etməyə
göndərmişdi. O isə öz eyş-işrəti ilə məşğul idi və əhalinin nifrətini qazanmışdı.
Əhali Asəf-əd Dövlənin başçılığı altında şəhərin müdafiəsinə qalxmaq
istəməmişdi. Təbrizin işğalı zamanı Şahzadəni sevən bir çox insan şəhərdən
kənarda idi. Böyük oğullarından biri Xoyda, digəri də Ərdəbildə idi. Digərləri də
müxtəlif qərargahlarda idilər. Yalnız böyük xoca Ələsgər Xan Şahzadənin
nümayəndəsi olduğunu iddia edirdi. Ələsgər Xan, Şahzadə Xanımın (Abbas
Mirzənin Qacar soyundan olan xanımı) himayəsi ilə hər kəsdən çox rüşvət alsaydı,
onu iş başına gətirirdi.
Təbrizin ruhani rəhbəri Mirzə Yusif yenicə ölmüşdü. Onun var-dövlət
düşgünü olan oğlu gənc ruhani Mir Fəttah əhalinin fikrini azdırmaq üçün çox
uyğun faktor idi. Mir Fəttah fətva vermişdi ki, artıq müqəddəs İslam-Kafir savaşı
bitmişdir, Tanrı rusların yardımçısı olmuşdur. Tanrının iradəsinə tabe olub ruslara
itaət etməliyik.
Beləliklə, Təbriz heç bir dirəniş göstərmədən təslim olmuşdu. Ancaq
düşmən Təbrizə qədər necə gəlmişdi ki, kimsə bilməmiş və yol boyunca heç bir
44
Əhvalat və dəst xətthaye Abbas Mirzə Naib-üs Səltəne (Abbas Mirzənin tərcümə-i halı və
əlyazmaları).
95
qarşıdurma olmamışdı? Bu mövzu özü ayrıca bir tarixdir. Aylar öncədən Təbrizin
işğalı üçün Paskeviç hər tür hazırlığı etmişdi. Casusları vasitəsi ilə Təbrizin
savunma imkanlarını öyrənmiş, iqtisadi həyatı haqda bilgi əldə etmişdi. Bu üzdən
də Abbas Mirzə Təbrizdə olan hərbi imkanları daşımadan bu şəhər işğal edilməli
idi. Digər tərəfdən, Təbriz, Abbas Mirzənin həm çox güvəndiyi, həm çox sevdiyi
şəhər olmanın yanı sıra, Şahzadə burada bir çox reformlar gerçəkləşdirmişdi. Bu
şəhərin işğalı ilə eyni zamanda Abbas Mirzənin heysiyyətinə böyük zərbə endirir,
gələcəkdə onun şah olma şansını əlindən ala bilərdilər. Çünkü Abbas Mirzənin
Fətəli Şahın ölümündən sonra tac-taxt sahibi olması Rusiyanın mənafeyinə qarşı
idi. Bütün ölkəni Avropa ilə ittifaqa götürmə gücü olan və bu vəsilə ilə də güclü və
modern bir məmləkət yarada biləcək bir şəxsin şah olması Rusiyanın bölgədəki
çıxarlarını təhdid edirdi. Bu üzdən də Şahzadənin başkəndi işğal edilməli idi.
Abbas Mirzə, Abaran savaşında zəfər qazanmasına rəğmən geri çəkilməsi
Rusiyanı Şahzadənin qaynaqlarının tükənməsi konusunda şübhələndirmişdi. Bu
şübhəni dəqiqləşdirmək üçün araşdırmalar aparılmış və haqlı olduqları ortaya
çıxmışdı. Bu nədənlə də Paskeviç böyük bir cəsarətlə dirək Təbrizə doğru
irəliləməyə başlamışdı. Paskeviç özü Culfa yolu ilə Təbrizə tərəf hərəkətə başladı.
General Aristov isə bir sütun ordusuyla Naxçıvandan Təbrizə doğru hərəkətlənib
və Mərənd yolu ilə Şahzadənin başkəndinə doğru hərəkətə davam etdi.
Cahangir Mirzənin yazdığına görə Nəzərəli Xanın edamından sonra Mərənd
xanları Şahzadəyə qarşı düşmənlik duyğusu bəsləməyə başlamışdılar. Bu xanlar
intiqam üçün fürsət axtarırdılar. Ona görə də bu xanlar Naxçıvanda General
Aristova varıb və Təbrizin kaotik durumunu anlatmış, Təbriz baş ruhanisi Mir
Fəttahın mövqeyini ona bildirmişlər. Generala demişdilər: “Təbrizdə az əhali var.
Təbriz əhalisi sizin gəlişinizdən yanadır. Mir Fəttah da belə düşünür. Əgər siz
Abbasabad qalasında min nəfər qoyub və üç min nəfərlik orduyla Mərənd
istiqamətindən Təbrizə hücum etsəniz, şəhəri təslim ala bilərsiniz. Siz Təbrizə
yaxınlaşdığınızda əhali üsyan edib və sizə yardımçı olacaq.”
45
Sonra da rus
ordusunun hansı yollarla Təbrizə gəlməsi üçün bələdçilik də etmişlər. General
Aristov 3.000 piyadə, 1.000 qazaq və on topla Təbrizə yola düşmüşdü. Rus ordusu
Təbrizin altı ağaclığında olan Sofyana çatdığında şəhərin əhalisində təslimiyyət
duyğusu yaranmağa başlamışdı. Çünkü Şahzadənin başkəndinin burnunun ucunda
olan rus ordusu heç bir dirənişə rastlanmadan buraya qədər gəlmişsə, Təbrizə də
girəcəkdir demək idi.
Asəf-əd Dövlə və Ələsgər Xan dəqiq bilgi öyrənmək üçün Sofyana tərəf bir
neçə süvari göndərdilər. Düşmənin Təbrizin dörd ağaclığında olduğu öyrənildi.
Şahzadəyə sadiq olan barmaq sayı adamlar həmən Təbrizin iyirmi ağaclığındakı
qərargahda olan Abbas Mirzəyə xəbər verməkdən yanaydılar. Bəziləri də fərardan
yanaydılar. Ruhani rəhbərin təsiri altında olan çoğunluq isə Mir Fəttahın
45
Cahangir Mİrzə, “Yeni tarix”.
96
yönləndirməsinə tabe idi. Təbrizin baş mollası Mir Fəttah fətva vermişdi ki, yalnız
bir çıxış yolu vardır: Rus fatehin iradəsinə təslim olmaq! Asəf-əd Dövlə də Mir
Fəttah kimi düşünməkdə idi, lakin zahiri təşrifatı qorumaq üçün iki topun Gəcil
darvazasında yerləşməsinə əmr verdi. Rus ordusunun Təbrizə girişi bu darvaza
yolu ilə mümkün idi. Bir neçə top gülləsi də düşmənə tərəf sıxışdırıldı. Lakin Mir
Fəttah fətva vermişdi ki Təbriz dirənməməlidir. Bu üzdən öz tərəfdarlarını toplayıb
və Gəcil darvazasının ağır ləngələrini rusların üzünə açıq qoydu. Rus fateh, Mir
Fəttah tərəfdarlarının böyük təntənəli istiqbalı ilə şəhərə daxil oldu. Asəf-əd Dövlə
fərar edib, bir tanışının evində gizlənmişdi. Lakin Mir Fəttahın tərəfdarları onun
yerini öyrənib, ruslara təslim etdilər.
General Aristov yağmalanmanı durduruncaya qədər şəhərin bir çox yerləri,
özəlliklə zəngin yerlər bütünü ilə talanmışdı. Təbrizin təslim olması Şahzadənin
ailəsinə də təsir etmişdi. Artıq bütün rəqabət hissləri sönmüş və hər kəs bir otaqda
Şahzadə Xanımın çevrəsinə toplaşmışdı. Abbas Mirzənin saray işlərinin məsulu
olan Mirzə Məhəmməd Xan Laricani, Şahzadə Xanımın sarayına yaxınlaşdı. Bu
adam çox təcrübəli bir xidmətçi idi. Mazəndəranla Savadkuh süvariləri onun
əmrinə tabe idi. Şahzadə Xanımın hüzurunda səsini yüksəltməyə cəsarət edə
bilməyən Mirzə Məhəmməd Xan ilk dəfə olaraq yüksək səslə bağırır və yüksək
gurultu ilə Xanımın qapısını çalırdı. Bütün davranışlarından qorxu hissi
tökülürdü.
Şübhəsiz ki, bu da Şahzadə Xanımı və çevrəsindəki digər ailə üzvlərini daha da
qorxudurdu. Məhəmməd Mirzə, Şahzadə Xanıma dedi ki, kəcavə hazırdı, Sizi
Əraka və Xəmsəyə tərəf qaçıracaqlar. Ancaq Abbas Mirzənin ailəsi General
Aristov üçün çox önəmli girovlar ola bilərdi. Bu üzdən də onların şəhərdən çıxa
bilməmələri üçün heç şübhəsiz ki, öncədən planları varmış. Rus süvariləri Şahzadə
Xanımı bütün ailə üzvləri ilə bir yerdə Təbrizin iki ağaclığında yaxaladılar. Ancaq
onlara toxunmamaq üçün General Aristov əmr vermişdi.
***
Böyük ehtimala görə ruslar Abbas Mirzənin özünü də əsir almaq istərdilər.
Abbas Mirzə də Təbrizin düşməsindən sonra bu təhlükəni hiss edib Xoydakı
qərargahını tərk etdi. Daha güvənli yerə getmək zorunda qaldı. Xoydakı qərargahın
komutanlığını oğlu Bəhmən Mirzəyə tapşırıb, özü isə hələ güvənli olan Urmuya
(Urmiyeye) getdi. Abbas Mirzə hər gün yeni bir xəyanət xəbəri eşidirdi. General
Paskeviçin Təbrizə girərkən qarşısında qurban kəsilməsi Şahzadənin qüruruna
toxunmuşdu. Bilirdi ki, bütün bunların hamısını Mir Fəttah etmişdir. Mir Fəttah,
Marağa, Əhər, Ərdəbil xanlarına məktub yazmış və ilahi iradənin qarşısında təslim
olmalarını istəmişdi. Abbas Mirzənin kafir ölkələrlə yaxınlaşıb və onlar kimi
davranması üzündən Tanrı bu torpağı cəzalandırmışdır. Tanrı iradəsinə qarşı
gəlmək günahdır deyə fətvalar vermişdi.
Abbas Mirzə Urmu və çevrəsində çox hörmətlə qarşılandı. Bu bölgənin
insanları Abbas Mirzənin onları kürd soyğunçulardan qurtardığını unutmamışdılar.
Ancaq Abbas Mirzə artıq insanların üzünə dik baxa bilmirdi. Başkəndinin
97
dirənmədən təslim olması onu çox təhqir etmişdi. Bu bölgənin insanları isə onun
istiqbalına varıb və ətəyindən öpürdülər. İnsanların onu bu şəkildə qarşılaması
Şahzadəni bir az da olsa sakitləşdirirdi. Demək ki, hələ də xalq arasında hörməti
məhfuzdur. Lakin o bölgənin də böyük xanları Təbrizin işğal olunmasını
eşitdiklərində içlərində Şahzadəyə qarşı olan əski nifrətləri baş qaldırdı. Hər kəs
bilirdi ki, artıq Şah, Abbas Mirzəni sevməməkdədir. Hər an onun bütün
rütbələrinin Şah tərəfindən alınma ehtimalı var idi. Hər kəsin ağlında gəzən bir sual
var idi ki, Abbas Mirzənin səlahiyyətləri qardaşlarından hansına verilə bilər? O
bölgənin də xanları Abbas Mirzənin artıq sərgərdan və zavallı birisi olduğu
qənaətinə varmış və intiqam almaq fikrinə qapılmışdılar. Şahzadə bu kinli baxışları
hiss edirdi. Onların xəyanətlərindən qorunmaq üçün özü ilə bərabər kiçik süvari
dəstəsi gəzdirirdi. Ancaq Şahzadənin büdcəsi tükənmişdi, bu kiçik dəstədən ibarət
olan süvariləri təmin etməkdə zorluq çəkirdi. Digər tərəfdən, ağlında belə bir fikir
gəzirdi ki, məğlubiyyəti qəbul etməli və Paskeviçlə bir şəkildə təmasa keçməlidir.
Bu üzdən Paskeviçə bir məktub yazdı. Məktubu ona çatdırmaq üçün yanında
gəzdirdiyi özəl qvardiyanın komutanı Bijən Xana verdi. Özü isə Səlmasın
çevrəsində bir yerdə yerləşib cavab gözlədi. Bu qərargah nisbətən güvənilir idi.
Digər tərəfdən, bəzi ordu komutanları da buraya gəldilər. Məsələn, Sərdar Hüseyn
Xan ayaqda qalan ordusu ilə bərabər buraya gəldi. Şahzadə Hüseyn Xanın oraya
gəlməsindən rahatsız kimi görünürdü. Çünkü savaş zamanı ortaya çıxan
müttəfiqlik duyğusu məğlubiyyət üzündən ortadan qalxmışdı. Keçmişdə olduğu
kimi hər şey onları bir-birindən ayırırdı. Şahzadə, Hüseyn Xanın xəyanət
etməsindən çəkinirdi. Çünkü hər şeyini itirmiş, Sərdar Hüseyn Xan, Şahzadəni
təslim etməklə çox şeyə nail ola bilərdi. Bu kiçik qərargahda diqqəti cəlb edən
xaricilərin daha çox gözə dəyməsi idi. Şahzadə bu ağır günlərində İngiltərə
diplomatları ilə əlaqə saxladı.
İngiltərənin yeni diplomatı Mək Donald özəl qələm müdiri Kompbellə
bərabər Şahzadənin yanında idi. Rus ordusu Təbrizə girdikdən sonra İngiltərə
dərhal Abbas Mirzə ilə təmasa keçmək istədi. Çünkü bilirdilər ki, sülh
müzakirəsində başı əyyaşlığa qarışmış Fətəli Şah iştirak etməyəcək, Şahzadə
iştirak edəcəkdir. Bu üzdən də bu barış müzakirəsi İngiltərənin bölgədəki, özəlliklə
Hindistandakı mənafeyini təhdid etməməli idi. Çünkü Rusiyanın planlarından birisi
də Qacar ölkəsi yolu ilə Hindistana girmək idi. Bu səbəbdən də İngiltərə sülhün
təfərrüatını öyrənmək üçün Abbas Mirzənin qəbuluna həmən bir diplomat
göndərmişdi. Fətəli Şah da İngiltərənin arabuluculuğuna olumlu baxırdı.
Albay Məkdonald öz xatirələrində şöhrəti Avropanı saran Şahzadəni ilk
dəfə necə gördüyünü anladır. Şahzadə yorğun və xəstə bir halda bir çinar ağacının
altında oturmuşdu. Bulunduğu qərargahın mövqeyindən dolayı bu yabançının
xəyanət edə biləcəyinə inanmırdı. Bu üzdən də bəzi içini üzən sıxıntılarını ona
söyləməyi rəva bildi. Savaşdakı məğlubiyyətin üzücü təsirindən başqa, başqa özəl
sıxıntıları da vardı. Uzun zaman idi, Şah ona yardım etmirdi. Bütün qaynaqları
98
tükənmişdi. Hətta ona sadiq qalan barmaqsayı adamların belə ehtiyaclarını bərtərəf
edə bilmirdi. Abbas Mirzə düşünürdü ki, bu sadiq insanların dözümlərinin bir
həddi var. Onlar da getsə, onun aqibəti necə olar? İntiqam almaq üçün uyğun fürsət
axtaran nə qədər düşmən var idi. Lakin artıq Abbas Mirzə İngiltərə üçün lazımlı bir
insana dönüşmüşdü. İngilis diplomatın söylədiklərinin nə qədər doğru olub-
olmadığı mübahisə mövzusu ola bilər. Lakin Mək Donaldın dediyinə görə,
Şahzadə ondan 3.000 tümən borc istəmişdir.
46
Mək Donald heç tərəddüd etmədən
Şahzadənin bu istəyini yerinə yetirdi. Lakin siyasət dünyasında bu kimi yardımlar
qarşılıqsız və təmənnasız olmur. Mək Donald Səlmasda bulunduğu zaman
dövlətinin təlimatı üzərinə 1814-cü ildəki anlaşmanın bəzi maddələrinin ibtalını
istədi. Bunun qarşılığında isə İngiltərənin Abbas Mirzəyə maliyyə yardımını təklif
etdi. Abbas Mirzə Mək Donaldın bu istəyinə bir neçə aydan sonra müsbət cavab
vermək zorunda qalacaqdı. Yəni Azərbaycanın işğal olunmuş bir çox bölgələrini
para ilə geri almaq zorunda qaldığı zaman İngiltərənin bu istəyi ilə razılaşacaqdı.
İngiltərə 1814-cü il müqaviləsindən iki maddənin çıxarılmasını istəyirdi. Bu
müqaviləyə görə Qacar dövləti savaşa girdiyi zaman İngiltərə ona yardım etməli
idi. İngiltərə 250.000 tümən qarşısında bu bəndin silinməsini istəyirdi. Bu məbləğ
rusların savaş ziyanı olaraq istədikləri miqdarın tam yarısı idi. Rusiya ya bu
məbləğin ödənilməsini, ya da Qəzvinə qədər Rusiyanın idarəsinə keçilməlidir
təklifini gətirmişdi. Mək Donald öz katibini Paskeviçlə görüşmək üçün Təbrizə
göndərdi. Lakin Paskeviç İngiltərənin arabuluculuq önərisini qəbul etməmiş, ingilis
nümayəndəsini geri göndərmişdi. Ancaq Abbas Mirzənin göndərdiyi Bijən Xanı
Təbrizdə bəklətməkdə idi. Təbrizdə qərargahını qurmuş olan Paskeviç böyük bir
arxayınlıqla davranırdı. Nə edəcəyini yüz ölçüb bir biçirdi. İngiltərənin devriyə
girməsini heç istəmirdi.
Təbrizdə məhbus olan əski Başvəzir Asəf-əd Dövlə rusların kontrolunda
Tehranla əlaqə saxlaya bilirdi. Asəf-əd Dövlə ağlında xüsusi planlar hazırlamışdı.
Paskeviç onu qəbul etdiyində bütün bu planlarını ona açıqlayacaqdı. O, rus
generalına dedi ki, məsələ sizin düşündüyünüz kimi mürəkkəb deyildir. Siz bilmiş
olun ki, Fətəli Şahın ən nifrət etdiyi şey onun xəzinəsinə ziyan gətirən hadisələrdir.
Bu üzdən də savaş zərərinizi nə qədər çox olaraq Şaha təqdim etsəniz, bir o qədər
də tez başarılı olarsınız. Şah öz büdcəsini ölkəsindən daha çox sevir. Asəf-əd
Dövlə, Abbas Mirzənin durumu haqqında da rus generalına bilgi verdi. Əski
Başvəzir dedi ki, Şahzadənin artıq Şahın yanında etibarı qalmamışdır. Ən sonda isə
Paskeviçə təklif etdi ki, daha çox imtiyaz qazanmaq istəyirsinizsə Fətəli Şaha təklif
edin ki, Qacar dövlətini müzakirələrdə və masa başında Asəf-əd Dövlə təmsil etsin.
Şahın yaxın qohumu olan bu əski Başvəzirin təklifləri qısa bir sürəliyinə Paskeviçi
tərəddüdə saldı. Lakin onun ləhnindən və davranışlarından xoşlanmadığı üçün
46
Watson Robert Grant, “A History of Persia”, London 1866, s. 234.
99
Abbas Mirzəni tərcih etdi. Paskeviçin Abbas Mirzəni tərcih etməsi həm də
İngiltərənin Şahzadəyə verdiyi önəm üzündən idi. Digər tərəfdən, rus generalı
hesab edirdi ki, onun istəyəcəyi məbləği nə Fətəli Şah, nə də başqa dövlətlər Asəf-
əd Dövləyə güvənib borc verərlər. Paskeviç İngiltərə kimi böyük bir dövlətin rəsmi
elçisinin o anda Abbas Mirzənin yanında olduğunu bilirdi.
Abbas Mirzə qorxunc məğlubiyyətinə rəğmən özünü toparlamağa çalışırdı.
Xanların və qardaşlarının xəyanəti hər an onun başına yeni bir fəlakət aça bilərdi.
Paskeviç yazır ki: “Abbas Mirzəni əsir almaq imkanım var idi. Xanlardan bir
neçəsi mənimlə əlaqə saxlayıb, onu yaxalayıb mənə təhvil vermələri haqda
razılığımı istəyirdilər”
47
Dostları ilə paylaş: |