tərəfindən qorunacağını Xeyvə əmirinə qəbul
etdirsin. Həm də Xeyvə əmiri ona tabe olan köçəri qəbilələrin Xorasana
hücumlarını əngəlləməyi üzərinə götürməli idi.
Bu qələbənin mənəvi tərəfi var idi ki, Şahzadə öldükdən sonra hamısı yoxa
çıxdı. Lakin Qacar dövlətinin etibarı qorunmuş və Şahzadənin Ceyhuna qədər
uzanma istəyi gerçəkləşmişdi. Sərəxs macərası bitdikdən sonra Şahzadə Məşhədə
geri döndü. Şahzadəyə xəbər gəldi ki, bir yabançı gəlmiş və Şahzadə ilə görüşmək
istəyir. Şahzadə bu yabançının qarşılanması üçün gərəkən bütün işləri etdi. Ancaq
yabançı ilə qarşılaşdığında heyrətdən nə edəcəyini bilmirdi. Qarşısında Təbriz
dostu Mək Nil durmaqda idi. Şahzadə çox sevinmişdi. Sonra da uzun-uzun bir
yerdə müzakirələrə və söhbətlərə başladılar. Şahzadə deyirdi: “Xatırlayırsanmı,
sənə söyləmişdim ki, Doğudakı savaşlarımda mənə eşlik et? Siz mənim dəvətimi
ciddiyə almamışdınız. Ancaq bir az gecikmə ilə gəlmişsiniz. Amma hər halda səni
bir zamanlar xəyalımda təsəvvür etdiyim yerdə görməkdəyəm”. Abbas Mirzə
unutmamışdı ki, Tufarqanda ruslarla müzakirə zamanı ingilislər ona çox böyük
yardım etmişdilər.
Rusiya ilə İngiltərənin Mərkəzi Asiya ilə ilgili olaraq yeni rəqabətləri
başlamışdı. Mək Nil bu siyasət icabı Abbas Mirzə ilə görüşmək üçün
görəvləndirilmişdi. Çünkü Abbas Mirzə ilə əskidən münasibətləri var idi. O,
Xorasanda və Türküstanda İngiltərənin çıxarılarını təqib edəcək ən uyğun diplomat
idi. İngiltərə, bölgəni tanımaq üçün önəmli yatırımlar yatırmağa başlamışdı. Mək
Nildən başqa bir çox ingilis, türkmən milli paltarlarına bürünərək və ya din
adamları şəklində bölgədə görəv yapmağa başlayacaqlardı. Xüsusən də
türkməncəni, ərəbcəni və farscanı öz ana dilləri kimi öyrənib danışan ingilislər ən
çox din adamları, din xadimləri və dərvişlər biçimində bölgədə dolaşmaqdaydılar.
Çünkü dini otoritənin kütlənin mənəviyyatı və əxlaq sistemi üzərində olan
egemenliyi daha yüksək səviyyədə idi. Bu vəsilə ilə ingilis dərvişlər həm bölgənin
özəlliyini yaxşı tanıyır və mərkəzə bilgi verirdilər, həm də kütlənin dini
ehtiyaclarını bərtərəf edirdilər. Beləliklə də bu dərvişlər kütlənin inanc nəbzini
əllərində tutaraq istədikləri istiqamətə yönləndirə biləcəklərdi. Sonralar ingilis
dərvişlərin bu çalışmaları nəticəsində İngiltərə, Mərkəzi Asiya ilə bağlı çox başarılı
və tutarlı siyasət izləyəcəkdi. Bütün qəbilələrin özəlliklərini bilmək üçün ingilislər,
hətta köçəri tayfaların içində belə illər boyu onlar kimi yaşayacaq və onlar kimi
yaylağa, qışlağa köç edəcəkdilər.
130
Mək Nil Xorasanda və Türküstanda Abbas Mirzənin önəminə şahid
olmaqda idi. Başqa bir rəsmi ingilis məmuru türkmənlərin və özbəklərin içində öz
işi ilə məşğul idi. Bu məmur söylədiyində ki, Abbas Mirzə ruslarla savaşarkən
məğlub olmuşdur, kimsə inanmırdı. Türkmənlər və özbəklər arasında “qorxunc
Şahzadə” ifadəsi hörmət və ehtiram yaradırdı. Mək Nil, Abbas Mirzənin fikirlərini
və xəyallarını o qədər öyrənmişdi ki, Şahzadənin də Send
*
də gözü olduğunu
bilmişdi. Send isə İngiltərənin çox önəmsədiyi bir bölgə idi. Buraya nə Abbas
Mirzəni, nə də Rusiyanı buraxmaq fikrində idi. Çünkü Sendin başqa güclər əlində
olması Hindistandakı İngiltərə mənafeyini təhdid edə bilərdi. Send, İngiltərə üçün
Hindistanla ilgili olaraq güvənlik sınırı sayılırdı. Bu səbəbdən də bu bölgənin
qorunması ilə bağlı hər türlü tədbirləri almışdı. İngiltərə üçün bölgədə mərkəz
tabeli güclərin olması bir təhdid ünsürü sayılırdı. Kiçik xanlıqların kiçik bölgələrdə
yarım dövlət şəklində olması İngiltərə üçün daha əlverişli idi. Bu üzdən də Abbas
Mirzənin bütün bölgəni bir mərkəzə tabeetmə istəyi İngiltərəni rahatsız etməkdə
idi.
***
Qış fəsli bir daha əməliyyatları durdurmuşdu. Abbas Mirzəni müvəqqəti
olaraq tərk edən xəstəlik təkrar baş qaldırmışdı. Qış günləri onun Tehrana səfər
etməsi üçün uyğun deyildi. Baxmayaraq ki, Tehranda olub və Herata hücum
konusunda Şahla məşvərət etmək, həm də 1832-ci ilin yay savaşlarıyla ilgili Şaha
bilgi vermək istəyirdi. Şahzadə payızın əvvəllərində Azərbaycan ordusunun böyük
bir qismini azad edib evlərinə göndərdi. Şahzadəyə görə, artıq onlar
yorulmuşdular, evlərinə, Azərbaycana dönüb ailələrinin yanında yaşamaları
gərəkirdi. Evlərinə dönənlərin çoxu Azərbaycanın kiçik məchul kəndlərindən idi.
Bu gün Abbas Mirzənin xatirələri və hörməti Azərbaycanda hələ də yaşayırsa,
bunun səbəbi də elə budur. Şahzadə Azərbaycanda bütün xalq təbəqələrinin
tanıdığı bir şəxsiyyət idi. Onun ölümündən sonra isə bu geri dönən əsgərlər
çocuqlarının adını Abbas Mirzə qoyacaq və Şahzadə ilə bağlı xatirələrini
nağıllaşdırıb öz çocuqlarına və nəvələrinə danışacaqlardı. Baxmayaraq ki, Abbas
Mirzə Xorasanda öldü ancaq onun mənəviyatına sahib çıxan, hətta yasını saxlayan
Azərbaycan oldu. Azərbaycan xalqı onun adını öz nağıllarına, tarixi xatirələrinə
yazdı. Abbas Mirzə öldükdən sonra Azərbaycanda yeni doğulan uşaqların adını
“Abbas Mirzə” qoyurdular. Azərbaycan xalqı, onu kürdlərin talanından qurtaran,
rusların zülmündən azad etməyə çalışan bir kişinin adını əbədiləşdirib hər gün
ağzında tələffüz etmək üçün Abbas Mirzənin adını çocuqlarına verirdi,
çocuqlarının Abbas Mirzə kimi Azərbaycana sahib çıxmalarını istəyirdi. Abbas
Mirzənin ölüm xəbəri Azərbaycanda duyulduğunda Urmiyədə, Ərdəbildə,
Zenganda, Muğanda, Xoyda, Gəncədə, Qarabağda, Şəkidə, Bakıda, Naxçıvanda və
*
Send, indi Pakistanda yerləşməkdədir.
131
Azərbaycanın adları bilinməyən kəndlərində dünyaya gələn çocuqların adı “Abbas
Mirzə” olaraq qoyuldu. Abbas Mirzəni zor və hiylə ilə Azərbaycandan ayırıb
Xorasana göndərsələr də mənəvi baxımdan Azərbaycan ona sahib çıxdı. Çünkü
Abbas Mirzə öz ruhu və mənəviyyatı ilə Azərbaycana bağlı idi. O, bunu
Azərbaycanda xalqın daha rifah içində yaşaması üçün gerçəkləşdirdiyi islahatlarla
isbatlamışdı. Abbas Mirzə, Azərbaycanı, ancaq və ancaq Azərbaycanı çağdaş
dünyanın bir parçası etmək istəyirdi.
Şahzadə, gedənlərin yerini yeni və daha gənc olan birimlərlə doldurmağı
qərarlaşdırmışdı. Baharda Xosrov Mirzə özü ilə bərabər yeni alaylar gətirəcəkdi.
Şahzadə bilirdi ki, onun istəyinə Qarapapaq və Ayrımlı
*
tayfaları rədd cavabı
verməzlər.
Qışın səssizliyinə batmış bu bölgələrdə yapılması gərəkən bir sürü işlər var
idi. Bu ərazilər Nadir Şahdan sonra ilk kəz olaraq mərkəzi iqtidara tabe edilirdi.
Lakin biri digərinin ardınca gələn məktublar Şahzadəni Azərbaycana bağlayırdı.
Abbas Mirzə isə Azərbaycanda oğlu Feridun Mirzəni öz yerinə təyin etmişdi. O,
bütün Azərbaycan xanlarını zorla özünə tabe edib və onlardan əkinçilərin,
rəiyyətlərin haqlarını tanımalarını istəmişdi. Gələn məktublar isə xanların təkrar
başqaldırılarından danışırdı. Abbas Mirzə əndişələnirdi ki, xanların başqaldırısı
onun Azərbaycanda etdiyi bütün işləri alt-üst edər, Şahzadənin şöhrətinə zərər
verər. Abbas Mirzə məktublarının birində yazır: “Vəliəhdin olduğu qədər Şahın
düşməni yoxdur”
61
Abbas Mirzənin bu ləhni göstərir ki, Azərbaycanda durum heç
də yaxşı deyilmiş və xanların baş qaldırıları təhdid halına dönüşmüş imiş. Abbas
Mirzə, Feridun Mirzəyə yazır: “Umarım ki, səlamətsiniz. Orada işlərin öz
məhvərində yürüməsi üçün gərəkən özəni göstərmənizi istəyirəm. Azərbaycan
məmləkəti mənim evim və əhalisi isə öz övladımdır. Məni buraya bütün ölkə
düzeyində istiqrar sağlansın deyə Azərbaycan xalqı görəvləndirib göndərmişdir.
Ömür vəfa edərsə öz evim Azərbaycana dönəcəyəm. Gərəkən bütün şeyləri sənə
söyləmişəm, təkrar təkid edirəm ki, Azərbaycanda istiqrarın qorunması üçün lazım
olan təlaşları edin. Bunu da bilmiş olun ki, bütün Azərbaycan xalqının sizi sevməsi
gərəkir...”.
62
Abbas Mirzə yazdığı məktublarında qeyd edir ki, bu məktubları gecənin gec
saatlarında yazmışdır. Məktublarda və fərmanlarda tarix yazılmamışdır. Bu
səbəbdən də bu fərmanların və məktubların təxmini tarixini məktublarda işarə
etdiyi hadisələrlə müəyyən etmək mümkündür. Abbas Mirzəni qardaşlarının
hiylələri və düşmənçilikləri çox üzməkdə imiş. Burada onun qəzəbini və
əndişələrini ifadə edən bir məktubunu gətiririk. Bu məktub qardaşlarından birinə
və böyük ehtimalla öz oğlu kimi sandığı Qasım Mirzəyə yazılmışdır:
*
Qarapapaq və Ayrımlı tayfaları bu gün daha çox Qərbi Azərbaycanın bölgələrində, Urmuda, Sulduzda
və civarlarında yaşamaqdadırlar. (G.C)
61
Əhvalat və dəst xəthaye Abbas Mirzə.
62
Əhvalat və dəst xəthaye Abbas Mirzə.
132
“Hörmətli və məqamlı qardaşım! Məktublarınız vasitəsi ilə sağlığınızın
yerində olmasını öyrənincə çox sevindim. Uzun zaman idi bir-birimizlə əlaqə
saxlaya bilməmişdik. Ancaq sanmazdım ki, mənim qardaşım qəflət edib məni
unudar”.
63
Sonra eyni məktubda Şahzadənin xatirələri onu Laçın Xana doğru sövq
edir. Laçın Xanın Osmanlı ilə savaş zamanı onun haqqında etdiyi fədakarlıqdan və
qəhrəmanlıqdan danışır, Laçın Xana nə qədər borclu olduğunu söyləyir. Bu
məktubların sətirləri arasından bəzi hadisələrin ayrıntılarını üzə çıxarmaq
mümkündür. Bu məktublardakı verilərdən, məlumatlardan yola çıxaraq Çobanoğlu
savaşlarının bəzi təfərrüatını da anlamaq mümkündür. Eyni zamanda Abbas
Mirzənin məktublarında o zamana görə çox yüksək səviyyədə olan bir
vətənsevərlik duyğusu bulunmaqdadır. Çünkü o dönəmlərdə vətən məhfumu yox
idi. Vətən məfhumunu milli dövlət olqusu doğmuşdur. İmperatorluq duyğusu daha
çox yayğın idi. Lakin bütün davranışlarında və məktublarında Abbas Mirzə özünü
sanki İmperatorluğa deyil, Azərbaycan adlı vətənə mənsub bilməkdədir. Feridun
Mirzəyə yazdığı məktubunda “mənim evim Azərbaycandır” yazaraq xitab edir.
Digər bu kimi yazılarında, davranışlarında da Abbas Mirzə Azərbaycana mənsub
olduğunu açıqca və israrla söyləməkdədir. Eyni zamanda Xorasanda bulunduğu
müddətcə Azərbaycanda gerçəkləşdirdiyi reformlara bənzər bir işlər etməməsi də
göstərir ki, o, burada uzun zaman qalmaq fikrində olmamış və reformlarının
uzantısını Azərbaycana döndüyündə davam etmək istəmişdir. Məktublarından bəlli
olur ki, Xorasanda bulunduğu zaman xəstəliyi şiddətləndikcə fikrən və xəyalən
daha çox Azərbaycanı düşünməyə başlamışdır.
Nadir Şah və varislərinin aqibəti Şahzadəni çox düşündürürdü. Dehlinin
fatehi ən istedadlı və başarılı oğlunun gözünü kor edərək, Avşarlar səltənətinin
gələcəyini qaranlığa gömmüşdür. Sonra da Nadir Şahın qardaşı oğulları taxt-tac
mirası uğrunda bir-birinin canına düşdülər. Bunların arasında başarılı olan Adil
şah, Nadir soyuna yaxın olan bütün insanların gözlərini kor etdi ki, daha varislik
iddiasında olacaq kimsə qalmasın. Abbas Mirzə bunları ağlından keçirdiyində
dərin əndişəyə dalırdı. Din xadimlərinin, qardaşlarının və digər rəqiblərin fitnəsi
nəticəsində bir neçə kərə onun özü də Nadir Şahın oğlu kimi az qala fəda
edilməkdə idi. Bu olayları göz önündə bulunduran Şahzadə ən istedadlı
övladlarının gələcəyindən əndişələnirdi.
Abbas Mirzə 2 il Xorasanda qaldı. Bu zaman içərisində xəstəliyinin onu
get-gedə ölümə tərəf götürdüyünü hiss edirdi. Ancaq heç durmadan məmləkətin
işləri ilə uğraşır və Herat savaşı üçün hazırlıq görürdü. Abbas Mirzənin adı təkrar
dünya gündəminə girmişdi. Ancaq bu dəfə ruslarla savaşaraq deyil, Türküstandakı
zəfərlərindən dolayı idi. Bu üzdən Abbas Mirzə və Azərbaycan ordusu
Türküstanda çıxarılan olan böyük dövlətlər üçün təhdid ünsürü olmağa başlamışdı.
1832-ci ilin yayında Hindistanda yayımlanan ingilisdilli bir qəzetdə bu sətirlər
63
Eyni qaynaq.
133
gözə dəyməkdə idi: “Qacariyyədən gələn bir məktuba görə, Abbas Mirzə otuz min
ordu ilə Herata hücum etməyə hazırlaşır. Rusiyanın Abbas Mirzəyə yardım etməsi
sanılır.” Sonra da bu xəbər üzərinə “Mərkəzi Asiyada böyük hadisələrin baş
verməsi bəklənir” başlıqlı təhlillər eyni qəzetdə yer almaqda idi. Əslində Abbas
Mirzə, Rusiya ilə bir ittifaqa girmə məsələsini düşünməkdə idi. İngiltərəni də ən
çox rahatsız edən bu idi. Lakin hissiyyatı buna izn vermirdi. Türkmənçay
müqaviləsindən sonra ruslara qarşı dərin bir nifrət daşıyırdı. Nə qədər öz
duyğularını gizlətməyə çalışsa da ancaq bu konuda başarılı ola bilmirdi. Ruslarla
ittifaqa girə bilmirdi. Digər tərəfdən, düşünürdü ki, əski düşmənlərlə ittifaqa
girmək yeni problemlər ortaya çıxara bilər. Bəlkə də bu, onun duyğularının
uydurduğu bəraət idi. Abbas Mirzə Mərkəzi Asiyada yayılma politikasının
İngiltərənin çıxarıları ilə nə qədər kontaktda ola biləcəyi haqda hesablar edirdi.
Çünkü İngiltərə Hindistanla sınırlı qalmayıb və Türküstana doğru uzanmaq
istəyirdi. Bu amac uğrunda isə bir sürü casuslar Türküstana göndərmişdi. Mərkəzi
Asiya toplum və qəbilə yapısını (strukturunu) dərindən öyrənməkdə idi.
Doktor Vulf adında müəmmalı və macəraçı bir ingilis Mərkəzi Asiyada
elmi araşdırma yapmaqda idi. Şahzadə, Xorasanı yönətdiyi müddətcə bu
müəmmalı adam Məşhəddə qalırdı. Vulf araşdırmaları nəticəsində panik və
həyəcan yaradacaq xəbərlər uydurub toplumun içində yaymaqda uzman idi.
Məsələn, 1832-ci ildə yazırdı: “Bu diyarda xəbərlər çox tez yayılır. Hər yerdə
söylənilir və inanılır ki, vəliəhd Abbas Mirzə bir rus qızı ilə evlənmiş, dinini də
dəyişdirib xristian olmuşdur. Buna qarşılıq isə Rusiya Abbas Mirzəyə Xeyvəni
işğal etmək üçün əlli minlik ordu vermişdir.” Bu şayiələr hardan qaynaqlanırdı?
Abbas Mirzənin Batı həyatına özənimi bu şayiələrin yaranması üçün psixoloji
zəmin hazırlamaqda idi. Abbas Mirzənin Türküstandakı hərbi davranışlarını öz
çıxarlarına qarşı görən İngiltərə isə bu şayiənin toplum tərəfindən gerçək kimi
qəbul ediləcəyini yaxşı bilirdi. Lakin Abbas Mirzə Hind fatehləri Moğul şahzadələr
kimi iqtidar uğrunda bu işlərə gedəcək karakterə sahib deyildi. Abbas Mirzə bir
neçə kərə məktublarında yazmış ki, “... başıma gələn bütün müsibətləri Tanrı
sınağı kimi anlamışam”. Bəlkə də bu şəkildə Tanrı iradəsinə güvənərək
məğlubiyyətlərinin acısını azaltmaq istəmişdir. Digər tərəfdən, Abbas Mirzənin bir
rus şahzadə ilə evləndiyini axtarmaq yersizdir. Çünkü Şahzadənin həyatında belə
bir hadisə olmamışdır. Sadəcə, Abbas Mirzənin gürcülərlə çox yaxın dostluq
münasibətləri var idi. Abbas Mirzənin reformist olması, gürcülərlə sıx münasibəti,
toplumun bütün reformist düşüncəyə qapalı olması, İngiltərənin artıq Şahzadənin
Türküstan qələbələrindən narahat olmağa başlaması, Şahzadənin rəqiblərinin və
din xadimlərinin düşmənçiliyi hamısı bir yerdə bu şəkildə şayiənin yaranmasına
uyğun zəmin yaratmaqda idi. Şahzadənin din dəyişdirmə şayiəsi onun bütün
nüfuzunu ortadan qaldıra bilərdi. Çünkü İslam ayinində bu tür davranış irtidad və
ya mürtədlik (dindən çıxma) olaraq bilinməkdədir ki, bunun da cəzası çox ağırdır.
134
1832-ci ildə Baqration şahzadələrinin yönətimindən çıxmış Gürcüstanda
yeni bir ayaqlanma və qiyam başlamışdı. Erkli soyundan olan üç şahzadə xanım
da bu ayaqlanmaya qatılmışdılar. Bunlar əskidən olduğu kimi yenə də Abbas Mirzə
ilə ittifaqdan yanaydılar. Çünkü təqribən 25 il boyunca Abbas Mirzənin
Gürcüstana olan münasibətindən çox məmnun idilər. Bir müəmma kimi saxlanılan
Laçın Xandan başqa digər gürcü Şahzadələrin də Azərbaycana mühacirəti davam
edirdi. Abbas Mirzənin dirək müdaxiləsi nəticəsində Fətəli Şah, Aleksandr Mirzə
ilə taxt-tacını itirmiş padşah kimi davrandı. Bu üç Şahzadə xanımın biri Erklinin
nəvəsi Tamara idi. Tamara xanım yeraltı örgütləndirmə istedadı nəticəsində
gürcüləri gizlincə təşkilatlandıra bilmışdı. Tamara daima ruslara qarşı müttəfiq
axtarırdı. Beyt-ül Müqəddəsi ziyarət adı ilə Orta Doğuya getmiş və Misir Əmiri
Məhəmmədəli ilə gizlincə görüşmüşdü. Digər Şahzadə xanım isə Tekla idi. Tekla
yaşlanmış, saçlarının bəmbəyaz olmasına rəğmən bir gənc xanım kimi Gürcüstanın
istiqlal davasına qatılmışdı. Bu şahzadə xanımlar yurdlarına vəfalı qalaraq
dirənişlərinin cəzasını Gürcüstandan Rusiyanın soyuq Sibirlərinə sürgün edilərək
çəkəcəklərdi. Üçüncü şahzadə xanım isə Ribsime idi. Ribsime öz oğulları ilə bu
dirənişə qatılmışdı. Heç şübhəsiz ki, Abbas Mirzə və gürcü Şahzadələri arasında
gizlin münasibətlər olmuşdur. Bu münasibətləri Laçın Xan da düzənləyə bilərdi.
Həmin şahzadə xanımların xristian oluşları isə toplumda fərqli fikir yaratmağa
başlamışdı. Abbas Mirzənin bunlarla evlilik planı yapma kimi görüşü ortaya
çıxmışdı. Şübhəsiz ki, Gürcüstan olayları ilə ilgilənən Tehranda oturan Şahzadənin
düşmənləri bu şayiələrin yaranmasında və necə yaranmasında planlar çizmişdilər.
Abbas Mirzənin Mərkəzi Asiya ilə ilgili davranışlarından və istəklərindən
xoşlanmayan İngiltərə də onun düşmənləri cərgəsində yer almağa başlamış və bu
şayiələrin necə yaranıb yayılmasına yardımçı olmaqda idi.
***
Qış fəsli bitmək üzrə idi. Abbas Mirzənin ağrıları şiddətlənmişdi, lakin
bununla belə Xosrov Mirzənin gətirməkdə olduğu hərbi birimlər haqqında
düşünməyə başlamışdı. Xəstəliyinin bu şəkildə gücləndiyi bir halda belə Herata
hücumun komutanlığını özünün etməsini düşünürdü. Bu barədə fərari rus albayları
ilə də müzakirələr edirdi. Bu rus zabitləri qısa bir sürə sonra Məhəmməd Mirzənin,
Samsam Xanın və Abbas Mirzəyə bağlılığı ilə bilinən Bufskinin komutanlığında
edəcəkləri böyük işləri ilə parlayacaqlardı.
Abbas Mirzə həyatındakı ən son Novruz bayramını Məşhəddə keçirib və
Tehrana yola düşdü. Şah, Xorasan olayları ilə bilgi əldə etmə üçün Şahzadənin
Tehrana gəlməsini istəmişdi.
Ən son üsyankar xanlar da təslim olmuşdular. Bu xanlar içində ən önəmlisi
Heydəri xanı idi. Abbas Mirzə, Herat savaşının ayrıntılarını atası ilə müzakirə
etmək üçün tələsirdi. Bilirdi ki, hiyləgər vəziri Qaimməqam içdən-içə onun bu
əməlindən narazıdır. Sonra da anladı ki, Qaimməqam Herata hücumu önləmək
üçün Şaha yanlış bilgilər vermişdir. Şahın Herata hücum edilməsindən yana olduğu
135
bəlli idi. Lakin Qaimməqam Abbas Mirzənin sağlıq durumunun yaxşı olmadığını
bəhanə gətirərək Şahı ikna etməyə çalışmışdı. Qaimməqam deyirdi ki, Herata
hücumun komutanlığını sağlığı yerində olmayan Abbas Mirzəyə buraxmaq
divanəlikdir. Qaimməqam komutanlığın Məhəmməd Mirzəyə verilməsindən yana
idi.
O dönəmin tarixi ilə məşğul olan əksər araşdırmaçılar Abbas Mirzəni
vəzirinin təsiri altında olan birisi kimi tanımlamaqdalar. Ancaq Abbas Mirzənin
Qaimməqama göndərdiyi mesajlar və Şahzadənin məktubları araşdırıldığında bəlli
olur ki, Şahzadə bu vəziri keçmiş xidmətlərindən və ya verə biləcəyi faydalardan
dolayı vəzirlik məqamında bulundurmaqda imiş. Çünkü məktublarında
Qaimməqamdan razı qalmadığı açıqca sezilməkdədir. Abbas Mirzə Qaimməqama
yazır: “Necə oldu ki, pis niyyətli adamların sözlərini qəbul etdin və bizim iltifat və
hörmətlərimizi görməzlikdən gəldin. Hər zaman sizə demişdim ki, ləcbazlıq,
inadkarlıq etməyin, təkəbbürlü davranmayın. İnsan heç bir zaman şeytana uymaqla
yararlı çıxa bilməz”.
64
Yola düşmə zamanı Abbas Mirzə hər zamankından daha
artıq bitkin və yorğun görünürdü. Ancaq yenə də Tehrana yola düşdü.
***
Başkəndə yaxınlaşdığında sarayın məmurlarından biri olan Yəhya Xan
silahlı dəstələrlə Şahzadəni qarşılamağa gəldi. Şahzadənin nəzdində Xorasanın
məğlub xanları da bulunmaqda idi. Bu xanlarla əsir kimi davranılmırdı, sadəcə, hər
ehtimala görə Xorasandakı üsyanları durdurmaq amacı ilə saxlanılmaqdaydılar.
Lakin Şah istəmişdi ki, bu məğlub xanlar başkəndə girmədən öncə məmurlara
təhvil verilsin. Onların əllərini boyunlarına bağlayıb başkənddə gəzdirmək, xalqa
göstərmək üçün zəncirlədilər. Çünkü Fətəli Şah üsyankar xanları bu şəkildə
cəzalandırmaqdan xoşlanırdı. Həm də onların zəncirlənmiş şəkildə saraydakı törən
protokolunda yerlərini almaları qərarlaşdırılmışdı. Şahın bu tür davranışı zamanın
vəhşi ədalət anlayışı ilə örtüşməkdə idi. Hüquq və məhkəmə anlayışının olmadığı
yerdə şəxsi intiqam hissləri öz hökmünü verməkdə idi. Məğlub və məhkum xanlar
özləri Şahın bu davranışından heyrətlənməmişdilər, çünkü onlar da öz iqtidar
yörələrində bu şəkildə davranmaqdaydılar.
Qoçan el xanı, Heydəri xan və önəmsiz sərkərdələrdən heç biri edam
edilmədi. Onlar Azərbaycanın ən uzaq və məchul kəndlərinə sürgün edildilər.
Qoçan el xanı Azərbaycana yollanarkən bir səhər karvansaraların birində ölü
olaraq bulundu. Digərləri də yarım əsir kimi ömürlərini sona ərdirdilər. Onlardan
biri Osmanlıya qaçıb Bursada yerləşdi.
Ancaq Yəzdin yağısı Rzaquluxanın ölümü başqa tür oldu. O, keçmişdə
Məhəmmədəli Mirzənin ailəsinin dar-nədarını əlindən almış və evlərindən bayıra
atmışdı. Məhəmmədəli Mirzə məhbusu tələb etdi. Rzaquluxanı Şahzadə
64
Eyni qaynaq.
136
Məhəmmədəli Mirzənin iqamətgahına aparıb bir odaya buraxdılar. Bütün ailə
üyələri hər kəs əlinə bıçaqdan, qayçıdan, qəmədən, baltadan bir şey alıb ona hücum
etdi. Rzaquluxan paramparça edildi.
Atasından bir çox insanlıq dərsi almış Cahangir Mirzə belə, bu öldürmə
macərasını adi bir hadisə kimi yazmaqdadır.
Təşrifat işləri sona ərdikdən, xanların hesablarına yetişildikdən sonra Şah,
Abbas Mirzə ilə ikili söhbət üçün zaman ayırmışdı. Əmr verdi ki, Abbas Mirzəni
ən yaxşı bir sarayda yerləşdirsinlər. Bu imarəti Şah sevgililərindən biri olan
Nuşafərin üçün yapdırmışdı. Şah, oğluna hər tür iltifat yağdırmağa başlamışdı.
Çünkü imperatorluğu bir çox bəlalardan ancaq Abbas Mirzə qorumuş, bir çox
şahzadənin öhdəsindən gələ bilmədiyi Xorasanda da Fətəli Şahın otoritəsini ancaq
Abbas Mirzə sağlamışdı. Lakin Şahzadənin düşmənləri yenə də aktiv idi.
Şahzadəyə qarşı bir şey edə bilməyəcəklərini görüb, Abbas Mirzə ilə bərabər gələn
və müxtəlif yerlərdə yerləşdirilən adamlara qarşı plan hazırlamağa başladılar.
Şahın sarayının güvənliyi əvvəlki kimi deyildi. Bəzən oğurluqlar olurdu. Törən
mərasimləri üçün nəzərdə tutulan bir çox altun yoxa çıxdı. Yalnız bəlli olmadı ki,
bu altunlar şübhə yaratmaq üçün qəsdən gizlədildi, yoxsa gerçəkdən də oğurlandı.
Şaha aid olan bütün əşyalar müqəddəs sayılırdı. Bu altunların ortadan yox olması
sadəcə, maddi ziyan olaraq deyil, həm də Şahın qüdsiyyətinə qarşı çirkin plan kimi
anlaşılırdı. Bəlkə bu oğurlanmış əşyadan vaz keçilə bilərdi, lakin elə ki, bunun
arxasında Şahın canına qəsd planı dilə gətirildi, məsələ çox ciddiləşməyə başladı.
Şahzadənin xidmətçilərini suçlamaqla onun öz şəxsiyətinə də zərbə vururdular.
Dərbarda çalışan fitnə uzmanları bilmirdilər ki, artıq bu kimi hadisələrlə Abbas
Mirzənin şəxsiyyətini şübhə altına ala bilməzlər. Şah üçün Xorasanda istiqrarın
sağlanması hər şeydən önəmli idi. Digər tərəfdən, oğurlanan altunların bir neçə qatı
məğlub xanlardan altun alınıb mərkəzə, Şaha hədiyyə olaraq gətirilmişdi. Fətəli
Şah o an keçmişdə din xadimlərinin və digərlərinin təsirinə düşərək, Abbas
Mirzədən şübhələnməsi dolayısıyla peşmanlıq duyğusuna qapılmışdı. Şah açıqca
görürdü ki, Xorasanın fatehini xəstəlik çökərtmək üzrədir. O, düşünürdü ki, fateh
oğluna qarşı ədalətli davranmayıbdır.
***
Şahın bir çox qadınları içində öncədən Tavus xanım olaraq tanınan, sonra
da Tac-əd Dövlə olaraq bilinən xanımın ayrıca bir yeri var idi. İsfahandan olan bu
qadın yazıb-oxumağı da bacarırdı, bəzən Şahla məktublaşaraq əlaqə saxlayırdı. Bu
qadının üstünlüyü başqa qadınlara da təhmil edilmişdi və Şahın qadınları onun
ayrıca bir yerinin olması ilə barışmışdılar, çünkü o həm də bir din xadiminin qızı
idi. Padşahın bir çox sirlərini bilməkdə idi. Şah da onun sirdaşlıq etməsinə xoş
görü ilə baxırdı. Qadınlar içində yalnız onun “Çeşmə imarəti”nə gəlmə haqqı var
idi.
65
Çeşmə imarəti Fətəli Şahın ən önəmli sarayı idi.
65
Tarix-e Əzodi.
137
Abbas Mirzənin bu önəmli yerdə istirahət etməsi, bir növ onun Xorasandakı
əməllərini təqdir etmə mahiyyəti daşımaqda idi. Abbas Mirzə özünü bütün səfərləri
boyunca yanında bulundurduğu doktor Karməkin müalicəsinə buraxdı. Çeşmə
imarəti bütün dedi-qodulardan uzaq olduğuna görə Şahzadənin dincəlməsi üçün
uyğun məkan idi. Orada xidmətçi qadınların və kişilərin sayı çox az idi. Kimsə
xəbər vermədən oraya girə bilməzdi.
Bir gecə Şah, oğlu ilə uzun saatlar bir yerdə olmaq istədi. Şahzadə bu fürsəti
gözləməkdə idi. Çünkü varislik və vəliəhdlik haqqında Şahın təkrar rəsmi və kətbi
görüşünü öyrənmək istəyirdi. Lakin Şahzadə öz ölümünün yaxında baş verəcəyini
xatırladıb, özündən başqa kimi varis olaraq nəzərdə tutduğunu şahdan öyrənmək
istəyirdi. Şah bu soruya cavab verməkdən çəkinirdi. Ancaq Şah ilk kəz olaraq
oğlunu bu qədər uzun dinləməyə başlamışdı. Abbas Mirzə qardaşlarının ittihamları
qarşısında vaxt tapıb özünü savuna bilməmişdi. O gecə Abbas Mirzə illər boyu
çəkdiyi əziyyətləri dilə gətirir və ürəyini atasına boşaldırdı. Bütün hər şeydən
xəbərdar olub, ancaq susub və Şahın verəcəyi ədalətli qərarı bəklədiyini söylədi.
Şahzadə atasına anlatmağa çalışdı ki, Azərbaycanda başlatdığı reformların dinə
qarşı heç bir yönü yoxdur və ayaqda dura bilməmiz üçün bu reformların sürətini
gücləndirməliyik. Din xadimləri müctəhidlərin söylədiyi kimi, ruslarla savaşa
səbəb olan onun islahatları olmamışdır. Abbas Mirzə atasına anlatdı ki, Tufarqanda
ruslarla müzakirə yürütdüyündə onun çəkdiyi əzabları din xadimləri və qardaşları
çəkmədilər. Onlar Azərbaycanı mənim qədər sevmədikləri üçün Azərbaycanın
böyük bir qisminin ruslar tərəfindən işğal edilməsinə üzülmədilər. Ancaq mən
Gülüstan və Türkmənçay müqavilələrinin sancılarını hələ də yaşayıram və son
nəfəsimə qədər də yaşayacağam. Mənim yurdum, yuvam olan bu məmləkətin
parçalanma ağrıları ruhumu incitməkdədir. Bilirəm ki, sağlığım Azərbaycanı təkrar
bütövləşdirməyə müsaidə etməyəcək. Bu da mənim üçün çox ağır bir dərddir.
Məzarımda belə Azərbaycanın parçalanma ağrılarını yaşayacağam. Çünkü
Gəncədən, Dərbənddən, Qarabağdan, Naxçıvandan rusların zülmündən qaçan
azərbaycanlılar din xadimlərinə və mənim qardaşlarıma sığınmırdılar. Onlar
Azərbaycan ordusuna, mənə sığınırdılar. Mənə sığınan bu insanlara bir iş görə
bilmədiyim üçün gündə yüz dəfə ölürdüm. Çünkü məni ayaqda tutan Azərbaycan
əhalisi və Azərbaycan ordusu oldu. Xorasanda sabitliyi sağlayan da Azərbaycan
ordusu, Azərbaycan oğulları oldu. Padşahım, mən bütün şəxsiyyətimi Azərbaycana
borcluyam, Tehran bütünü ilə mənə qarşı çıxdığında arxamda duran Azərbaycan
oldu, həyatıma məna verən, məni cəsarətləndirən Azərbaycan xalqı oldu. Bütün
ruhumla, vicdanımla və vücudumla Azərbaycana borcluyam. Bu durumda öz
ordumu sonucunu öncədən təxmin etdiyim bir savaşa soxarmı idim? Abbas Mirzə
atasına xatırlatdı ki, İrəvanın işğalından öncəki rusların daha yüngül barış planı ilə
Asəf-əd Dövlə, Hüseyn Xan, Şahzadələr və bu savaşı cihad olaraq dəyərləndirən
138
din xadimləri müxalifət etdilər. Şahım da onların bu tutumları qarşısında savaşdan
yana oldu. Tufarqan müzakirəsində ingilislərdən yardım istəmək zorunda
qaldığında nə qədər aşağılanıb, əzab çəkdiyini söylədi, savaşdan yana tutum
sərgiləyən din xadimlərinin onun başkəndi Təbrizin dirənməməsi üçün necə də
ilahi fərman çıxarıb, fətva verdiklərini dedi. Şah bütün bunları bilməkdə idi, ancaq
surətində ölüm əlamətlərini görən oğlunu dinləmək istəyirdi. O xatırlayırdı ki, bir
neçə kərə çevrəsindəkilərin təsirinə düşərək az qala Nadir Şahın oğluna etdiyini
etmək istəmişdi. Şah həm oğlunun söylədiklərinin təsirinə qapılaraq, həm də onun
bu qədər yorğun və düşgün olduğunu gördüyü üçün gözlərindən yaş axmağa
başlamışdı. Abbas Mirzəni bağrına basıb yanağından öpdü. Abbas Mirzə təkrar
danışmaq istəyirdi, ancaq Şah onun susmasını istədi və dedi: “Hər şeyi söylədin,
hər şey anlaşıldı. Başqa heç bir şey söyləmə”.
66
Şahzadə oğluna xitabən yazdığı məktubda deyir: “Şah iltifat göstərib və
ağlar gözləri ilə mənim üzümdən öpdü. Danışmamdan sonra gözlərindən yaş axa-
axa Tanrıya səcdə etdi”.
67
Abbas Mirzənin bu görüşlə ilgili oğlu Məhəmməd Mirzəyə yazdığı
məktubda verilən bilgi ilə Cahangir Mirzənin “Tarix-e no” kitabında verilən
bilgilər örtüşməkdədir.
Sonrakı günlərdə Şah oğlunu ikna etməyə çalışdı ki, Xorasana dönməsin.
Şah yay fəslini Həmədanda istirahət etmək istəyirdi. Abbas Mirzədən də onunla
bərabər Həmədana gəlməsini istədi. Lakin Abbas Mirzə Herata hücumun planlarını
hazırlamaq üçün Xorasana dönməkdə qərarlı idi. Təkrar Abbas Mirzə hiss etmişdi
ki, Şah sanki Qaimməqamın təsirinə düşmüşdür. Möhkəm bir iradə ilə söylədi ki,
hələ mənim istirahət etmə zamanım gəlməmişdir, mən bir savaşçıyam və
savaşçının da yeri və istirahət mərkəzi savaş meydanlarıdır.
Firuzkuh və Kalpuş yolu ilə Xorasana doğru hərəkətə başlayan Abbas Mirzə
yolda Heratın mühasirəsi üçün Məşhədi tərk edən Məhəmməd Mirzəyə uzun bir
məktub yazdı. Bu məktubda yuxarıda şərh edilən Şahla görüşünü anlatdı və
Məhəmməd Mirzəyə müjdə verdi ki, artıq sən özünü taxt-tacın varisi kimi saya
bilərsən. Bütün yaxınları və dostları ilə ilgili, özəlliklə Laçın Xanla bağlı olaraq
oğluna sifarişlər etdi. Məktubda xəstəliyinin ağır bir həddə gəldiyini də
gizlətməməkdədir,
özəlliklə
ayaqlarının
ağrısından
və
qızdırmadan
gileylənməkdədir. Məktubun bir bölümündə yazır: “Heç bir zaman rahatlıq üzü
görmədim. Həddindən artıq zəhmət və əziyyət çəkdim. Yalnız heç bir zaman
həyatımdan gileylənmədim, daima qarşıma çıxan olaylar qarşısında Tanrıya şükr
etdim. Sizin və nəslinizin rahat səltənət etmənizi arzu edirəm.”
68
Səfər sürəsincə
savaş fikrindən də vaz keçmirdi. Herat Abbas Mirzəyə görə, Xorasanın bir şəhəri
66
Əhvalat və dəst xəthaye Abbas Mirzə.
67
Eyni qaynaq.
68
Eyni qaynaq.
139
idi. Məşhəd və Nişabur kimi. Əhməd Xan Dəvərani soyuna mənsub olan şahzadə
Herata hökm edə bilər, ancaq bunun bir şərti var. Öncə Qacar imperatorluğunun
hakimiyyəti altına girməlidir. Bunu da yalnız silah gücü ilə etmək lazım idi.
O zaman Herat, Mərkəzi Asiyanın ən çox nüfuzlu, ən mürəffəh və bolluq
olan şəhərlərindən biri idi. Burada ticarət, bəzriganlıq işləri yaxşı gedir və müxtəlif
peşələr gəlişmiş durumda idi. Çingiz Xanın nəvəsi Tuli Xan bu şəhəri fəth etmişdi.
Sonra da təqribən 100 ildən sonra Əmir Teymurun idarəsinə tabe olmuşdu. Sonra
isə bir neçə Teymur soyundan olan şahzadələr bu şəhər üstündə bir-birinə girdilər.
Ancaq bir Teymuri sülaləsi Heratı kültür, mədəniyyət və ticarət mərkəzinə
dönüşdürməyi başardı. XV əsr Heratın altun tarixi olaraq bilinməkdədir. Sonrakı
savaşlar belə əsrlər boyu bu mərkəzdə birikən mədəniyəti çökdürə bilmədi.
XIX əsrin əvvəllərində artıq Herat, Şah Hüseyn Bayqaranın sənət və
metafizikdən danışdığı, rəssam Behzad
*
ın sənət əsərlərinin boy göstərdiyi mərkəz
deyildi. Lakin yenə də ticarət və bəzirganlıq açısından öz önəmini qorumaqda idi.
Heratın anbarlarının əhəmiyyəti ona “bəndər
**
” ləqəbini qazandırmışdı. Şəhərin
darvazalarına yaxın bazarında Ön Asiyanın və Mərkəzi Asiyanın müxtəlif
dillərində danışan tacirlərlə rastlanmaq mümkün idi. Tacik, yəhudi, özbək,
türkmən, hindi və... şəhərin bazarında öz işləri ilə məşğul idilər. Lakin ümdə ticarət
hindlilərin əlində idi. Bu üzdən də Hindistandan gələn əşya və mallar Heratın
bazarında daha çox gözə çarpmaqda idi.
Şahzadə Xosrov Mirzə və Şahzadə Əhməd Mirzə atalarının istəyi üzərinə
Heratın qalası qarşısında Məhəmməd Mirzəyə qatılmışdılar. Şahzadələr fərari
ruslardan oluşan alayın komutanı Səmsam Xanın yardımı ilə qalanın mühasirə
hazırlıqlarını bitirmək üzrə idilər. Lakin onların bu hərəkətləri müxtəlif qəbilələrin
və fars dilində danışan türkmən tayfalarından olan Hezarələrin dəstəyini arxasına
alan Abdali şahzadəsi Kamran Mirzəni heç də dəhşətə soxmurdu. Çünkü bu
qəbilələrin daima mühasirə edənləri bezdirib təngə gətirəcəyindən əmin idi. Bu
üzdən də dirəniş hazırlıqlarına başlamış və ağır topları ilə bir yerdə bəkləmə
mövqeyində idi. Çox az şəxsi təşəbbüslə davranıb və daha çox məşvərətlə hərəkət
edən Məhəmməd Mirzə anlamışdı ki, Heratın mühasirəsi Qoçanda, Əmirabadda,
Sərəxsdə olduğu kimi asan olmayacaq. Digər tərəfdən, öncəki mühasirələrə Abbas
Mirzə ən güclü birimləri ilə komutanlıq etmişdi.
Abbas Mirzə yenicə Məşhədə çatmışdı ki, Məhəmməd Mirzədən bir mesaj
aldı. Məhəmməd Mirzə atasından həmən Heratın nıühasirəsinə qatılmağı rica
etmişdi. Abbas Mirzə əməliyyata rəhbərlik etmə niyyətindən vaz keçməmişdi. Bu
üzdən də sürətlə Herata doğru hərəkətə başladı. Tam bu sırada müxtəlif yerlərdə
görəv başında olan alaylar və mühasirəyə özgü ağır toplar Herat savaşına qatılmaq
*
Behzad Şah İsmayıl Səfəvi zamanında ünlü bir rəssam olmuşdur.
**
Bəndər, yani liman (G.C.)
140
üçün hərəkətə keçmiş və Məşhədə çatmışdılar. Lakin Abbas Mirzənin durumu çox
gərgin idi. Qızdırması və ağrıları çox şiddətlənmişdi. Bu səbəbdən də Herata
gedişini ertələdi. Hazır bulunan alayın komutanlığını Qaimməqama verdi və özü
istirahətə çəkildi. Abbas Mirzənin hərbi birimin komutanlığını hərbçi olmayan
Qaimməqama tapşırması heyrət doğurmuşdu. Baxmayaraq ki, Qaimməqamdan
xoşlanmadığı da bəlli idi və onu özəlliklə savaş meydanlarında güvənilir birisi kimi
görmürdü.
Ordu Məşhədin bir neçə saatlığında yerləşmişdi. Müxtəlif birimlər hərəkət
etmək üçün əmr bəkləyirdilər. Dəhşətli ağrılar nəticəsində hərəkətsiz qalan
Şahzadə hər saat ordunun durumu ilə bağlı bilgilər alırdı. O, hiss etdi ki, hiyləgər
vəziri ordunun Herata tərəf hərəkətini yubatmaqdadır. Abbas Mirzə, öz zəifliyinə
qalib gəlməyə çalışıb ordunun toplandığı yerə tərəf hərəkət etdi. Ancaq atın
üstündə otura bilmədiyi üçün təxt-i rəvan üstündə daşındı. Ölüm ayağında olan bu
sərkərdənin qəzəbi ordunun üst düzey yetkililərini çox etkilədi. Üst düzey
yetkililəri çağırıb onlara xəbərdarlıq etdi ki, bu savaşın komutanlığını şəxsən özü
yürüdəcəkdir. Sağlamlığını itirmiş bir durumda ordunun paradını izlədi. Bu
hadisələr baş verdiyi zaman Qaimməqam qərargahda deyildi. Xəbərdar olduğunda
tələm-tələsik özünü qərargaha çatdırdı. Onun və gücü tükənməkdə olan Şahzadənin
arasında nələrin danışıldığı bəlli deyil. Lakin vəzir bir neçə həftə boyunca
ertələdiyi Herata doğru hərəkəti həmən başlatmaq zorunda qaldı. Ancaq artıq
Şahzadə heç bir ciddi hərəkət edə biləcək durumda deyildi. Bütün fiziki gücünü
itirmək üzrə idi.
Abbas Mirzənin ərginlik yaşına ərmiş oğulları ataları ilə ata-oğul
münasibətləri dışında həm də ortaq xatirələri paylaşmaqda idilər. Bir neçə
savaşlarda yan-yana savaşmışdılar. İndi isə onlardan bəziləri Azərbaycanda qalmış,
qalanları da Heratın mühasirəsi əməliyyatmda idilər. Sanki tale, onun bütün
yaxınlarını ölüm ayağında ondan uzaqda saxlamaq istəmişdi. Laçın Xan isə sağlıq
durumundan dolayı əski dostu Abbas Mirzənin yanında bulunmamaqda idi. Laçın
Xan, Abbas Mirzənin ölümündən sonra qısa sürəli yalnızlıq həyatı yaşayıb, bu
yalnızlığa dözə bilməyib öldü. Xorasan savaşlarında Abbas Mirzəyə yaxınlığı ilə
tanınan Səmsam Xan Məhəmməd Mirzənin yanında idi. Doktor Karmək Tehranda
və Məşhəddə tapılmayan dərmanları gətirmək üçün Təbrizə göndərilmişdi. Artıq
Doktor Karməklə Şahzadə arasında heç bir zaman təkrar görüşmək imkanı
olmayacaqdı. Çünkü Doktor Karmək Təbrizə səfəri zamanı ağır qızdırma üzündən
ölmüşdü. Təsadüf üzündən Abbas Mirzənin digər iki azərbaycanlı özəl həkimi olan
Mirzə Baba həkimbaşı və Hacı Baba, Şahzadənin yanında deyildilər. Təbrizli olan
bu iki həkim öncədən aldıqları məzuniyyət səbəbi ilə Şahzadənin yanında
bulunmamaqdaydılar. Bu iki həkim Məşhədin quru, cansıxıcı və bezdirici
iqlimindən və zahidanə həyatından xoşlanmırdılar.
Şahzadə qərargahdan döndükdən sonra sağlığı o qədər pozulmuşdu ki,
ətrafındakılar Abbas Mirzənin sağlıq durumu ilə bağlı Şaha və Məhəmməd
141
Mirzəyə xəbər çatdırmaq istədilər. Padşah hər şeydən xəbərdar idi. Çünkü doktor
Karmək Şaha demişdi ki, Şahzadənin ayaqları şişməyə başladığında, ölümü
yaxınlaşmış deməkdir. Artıq ayaqlarındakı şiş, qarnına qədər uzanmışdı. Arsniklə
qarışmış donuz yağını bədəninə sürtdülər. Şahzadənin halında qısa sürəliyinə bir
yaxşılaşma görünməyə başladı. Bir neçə gün ard-arda yatdığı odanı tərk edib
Herata hərəkətin hazırlığı üçün qərar verdi.
O zaman Cahangir Mirzə Məşhəddə olmasa da atasının həyatının son
günlərinə aid bütün xatirələri böyük bir özən və diqqətlə toplamışdır. Abbas
Mirzənin ömrünün sonlarındakı həyat tərzini Şahzadənin yanında olan insanlardan
soraraq qələmə almışdır. 1833-cü ilin yayında Abbas Mirzə bir odanın bucağında
xəstəlik yatağında idi. Bu otağın geniş imkanları yox idi. Şahzadənin həyatının
sonlarından əldə edilən verilər göstərir ki, ona yaxşı xidmət edilməməkdə imiş.
Bir gün Məşhədin yaxın küçələrində dolaşıb geri dönmüşdü. Çox yorğun idi
və canı bərk ağrıyırdı. Yatağına uzanıb yatdı. Bütün verilər göstərir ki, bu zaman
evdə ona xidmət edəcək kimsə yox imiş. Yalnız yanında olan 12 yaşında kiçik qızı
varmış. Atasına xidmət etməkdən zövq alan bu kiçik şahzadə xanım atasının
yanından ayrılmırmış.
Qısa bir sürədən sonra Abbas Mirzə ürək bulantısı üzündən yuxudan
oyandı. Yardım istədi və qan qusmağa başladı. Özünü toparladığı zaman hiss etdi
ki, vücudunda böyük bir dəyişiklik yaranmış. Ölüm titrətməsi bütün vücudunu
titrədirdi. Öncələr ölümlə qarşılaşmaqdan qorxmadığını sanırdı. İndi isə ölüm
qorxusu vücudunu sarmışdı. Yaşamaq istəyirdi. Yüksək səslə baş xidmətçi Hacı
Ələsgərin çağırılmasını istədi. Amma nədən bu son nəfəslərində önəmsiz bir
xidmətçini çağırmaqda idi? O xidmətçi ki, daima öz mənafeyini ərbabından daha
üstün bilmişdi. Əcəba, ona bir sifarişmi söyləmək istəyirdi? Ən çox ehtimal edilən
budur ki, həyatının sona ərməsini görən Şahzadə, yanında bir tanışın olmasını
istəmişdir. Şahzadənin kiçik qızı Hacı Ələsgərin gəlməsi üçün adam göndərdi. Bir
az zamandan sonra Hacı Ələsgər gəldi. Ancaq bu müddət içində kiçik şahzadə qız
atasını heç tərk etmədi. Abbas Mirzənin ömrünün sonundakı ayrıntıları bu kiçik
qızdan öyrənmiş, qələmə almışlar. Dışarıdan İmam Rza məqbərəsinə gələn sürü-
sürü tənbəl, cahil və ölülərdən imdad diləyən kölələrin bağıraraq ağlaşmaları,
İmam Rzaya ehtiyaclarını bərtərəf etməsi üçün qaba və zırıltılı yalvarış səsləri
gəlirdi! Kiçik Şahzadə xanım atasının yanında keçənin üstündə dizi üstə oturmuş
və qorxusundan hərəkət edə bilmirdi. Lakin qorxmasına rəğmən gözlərini
atasından ayırmır, atasının həyatdakı son hərəkətlərini, son sözlərini diqqətlə
izləyirdi. Abbas Mirzə, illərin yorğun Azərbaycan savaşçısı olan Abbas Mirzə
təslim olmaq üzrə idi. Artıq heç bir yardım onu həyata gətirə bilməzdi. Kiçik qız
atasının “Azərbaycan, Azərbaycan” deyə sayıqladığını eşidirdi. Abbas Mirzə son
olaraq özünü toparlayıb üzünü Azərbaycana tərəf çevirməyə çalışdı. Kiçik qız
atasının dodaqları arasında səslənən bu pıçıltını eşitdi: “A..z..ə..r..b..a..y..c..a..n...,
Azərbaycan...”
142
Hacı Ələsgər gəldiyində heç bir yardımın faydası olmayacağını gördü.
Şahzadə ölmüşdü. Şahzadənin ölüm xəbəri yayılsa idi, Xorasanı kaos və iğtişaş
bürüyərdi. Bu üzdən Abbas Mirzəyə sadiq olan neçə nəfərdən ibarət bir güvənlik
şurası oluşdu. Şura qərara aldı ki, sürətli çaparlarla Şaha və Heratın qalalarının
qarşısında olan Abbas Mirzənin vəliəhdlik varisi Məhəmməd Mirzəyə dərhal xəbər
vermək lazımdır. Tehrandan cavab xəbər gələnə qədər Şahzadənin ölümünü gizlin
saxlamalı idilər.
Şahzadə bir neçə kərə övladlarına və yaxın dostlarına söyləmişdi ki,
öldüyündə onun torpağa dönüşmüş cəsədini çox önəmsəməsinlər, ancaq onun
idealını təqib etsinlər. Demişdi ki, harada ölsə də ruhu daima Azərbaycanda olacaq.
Şahzadənin yaxınları və Xorasan hökumətinin yetkili şəxsləri güvənlik nədəni ilə
Abbas Mirzənin bu vəsiyyətinə əməl edib, onun cənazəsini yuduqdan sonra öldüyü
odada bir məzar qazıb orada dəfn etdilər. Şahzadənin dəqiq doğum ili bəlli deyil.
Lakin öldüyü zaman Abbas Mirzənin təqribən 46 yaşı var imiş.
*
*
“Tarix-e no” kitabında Abbas Mirzənin öldüyü zaman 48 yaşında olduğu yazılmaqdadır. “Nasex-üt
Təvarix” isə Şahzadənin yaşını 47 olaraq verməkdədir.
143
QAYNAQLAR
I. Qacar qaynaqları:
1.
Əzodüddövlə, “Tarix-e Əzodi”, daş çapı, Bəmbəi, 1885.
2.
Dənbəli (Əbdülrəzaq), “Maaser Sultanı”, daş çapı, Təbriz, 1241 Hicri Qəməri.
3.
Cahangir Mirzə, “Tarix-e no (Yeni tarix)”, Tehran, 1327 Hicri Qəməri.
4.
Hidayət (Rzaqulu), “Rövzət-üs Səfa”.
5.
Laçini (Əbulqasim), “Əhvalat və dəst xətthaye Abbas Mirzə Naib-üs Səltəne”
(Abbas Mirzənin tərcümə-i halı və əlyazmaları), Tehran, 1326 Şəmsi
6.
Nəfisi (Səid), “Tarix-e siyasi və ectemaiye İran” (İranın siyasi və ictimai tarixi),
Tehran, 1335 Şəmsi
7.
“Farsnameye Naseri”, Şiraz, daş çapı, tarixsiz.
II. Avropa qaynaqları:
8.
Brosset (Marie-Felicite), Histoire de la Georgie, Paris, 1849.
9.
Driault (Edouard), La politique orientale de Napoleon, Paris 1904.
10. Drouville (Druvil) Gaspard, Voyage en perse pendant les annees 1812 et 1813,
02 vol. St. Petersburg, 1819.
11.
Dubeux (Louis), La Perse, Paris, 1841.
12.
Dumas (J.B), Un fourrier de Napoleon vers l'İnde, Paris 1814.
13.
Dupre (A), Voyage en perse fait dans les annees 1807, 1808 et 1809-2 vol.
Paris, 1809.
14.
Gardane (Alfered de), Mission du General Gardane en Perse, Paris, 1865.
15.
Jaubert (Amedee), Voyage en Armenie et en Perse fait dans les annees 1805 et
1806, Paris, 1821.
16.
Jones Brydges (Sir Harford), Dynasty of the Kajars, London, 1883.
17.
Kaye (Sir John William), Histori of the Ear in Afghanistan, London, 1851.
18.
Kaye (Sir John William), Life and Correspondance of major General Sir John
Malcolm, London, 1856.
19.
Ker Porter (Sir Robert), Travels in Georgia, Persia. Etc. London, 1821.
20.
Kotzebue (Maurice de), Voyage en Perse en 1817, Paris, 1819.
21.
Malcolm (Sir John), History of Persia, London, 1829.
22.
Manvelichvili (Alex), Histoire de Georgie, Paris, 1851.
23.
Morier (James), A Journey through Persia, London, 1812.
24.
Second Journey through Persia, London, 1818.
25.
Olivier (Guillaume, Antoine), Voyage dans l'Empire Ottoman, l'Egypte et la
Perse, 1807.
26.
Stcherbatov (Prince), Le Marechal Prince Paskievitch, St. Petersbourg, 1890.
144
27.
Sykes (Sir Percy), A History of Persia, London, 1915.
28.
Vandal (Albert), Napoleon et Alexandre, Paris, 1896.
29.
Watson (Robert grant), A History of Persia, London, 1866.
145
ƏMĠNƏ PAKRƏVAN
ABBAS MĠRZƏ
VƏ
AZƏRBAYCAN
NƏġRĠYYAT REDAKTORU:
Nəriman ƏBDÜLRƏHMANLI
KOMPÜTER TƏRTĠBATI:
Rəmzi QULİYEV
YIĞICI:
Xəyalə MİKAYILOVA
KORREKTOR:
Ceyran ABBASOVA
146
Çapa imzalanmışdır: 04.02.2010.
Formatı 70×100 1/32.
Fiziki ç/v 21,0; ş.ç/v 14,8.
Tirajı 500
QANUN NƏġRĠYYATI
Bakı, Azərbaycan, AZ 1102, Tbilisi pros., II Alatava 9.
Tel.: (+994 12) 431-16-62;
431-38-18; 493-84-30.
E-mail: xuduoglu@gmail.com
www.qanun.az
Dostları ilə paylaş: |