Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix03.02.2017
ölçüsü1,44 Mb.
#7381
1   ...   4   5   6   7   8   9   10   11   12

XORASAN OLAYLARINA GĠRĠġ 
 
Buxara və Xeyvə əmirləri Çingiz Xan imperatorluğunun kiçik qalıqları olan 
özbək  toplumuna  hökm  etməkdəydilər.  Onlar  türkmən  xanlıqları  ilə  sıx 
irtibatdaydılar.  Türkmən  xanlıqlarının  Xorasandakı  Qacarlara  qarşı  dirənişlərini 
dəstəkləyirdilər. 
Səfəvi şahları və sonra da Nadir Şah bir çox kürd sərkərdələrini ailələri və 
qəbilələri  ilə  bir  yerdə  Xorasana  yerləşdirmişdilər.  Bu  şəkildə  bir  sınır  qvardiyası 
oluşdurmağı düşünmüşdülər. Türkmənlər isə kürdlərin buraya yerləşməsinə başdan 
bəri  qarşı  çıxmış  və  onları  öz  düşmənləri  kimi  görürdülər.  Bu  coğrafiyada 
yerləşdirilən  kürdlər  isə  özlərini  özbək  və  türkmən  qarşısında  qorumaq  zorunda 
qalmışdılar. Mərkəzi iqtidarların da himayəsini arxasına alan kürd silahlı dəstələri 
özbək-türkmən təhlükəsini önləmək üçün bir arac kimi kullanılmaqda idi. 
Lakin  kürdlər  artıq  dörd  nəsl  idi  burada  yaşamaqda  idilər,  yerli  əhalinin   
dəyərlərinə  zamanla  uyum  sağlamışdılar.  Bəzən  də  öz  mənafelərini  yerli  əhali  ilə 
birləşməkdə görürdülər. 
Xatırlatmaq  gərəkir  ki,  Türküstanın  uzantısı  olan  Xorasanın  savaşçı 
qəbilələri  bəzən  bir  liderin  ətrafında  birləşib  və  cahangüşalığa,  fütuhata  başlayıb 
qısa ömürlü imperatorluqlar qururdular. Dehli padşahlığı bunlardan birisidir. 
XVII  əsrdə  Səfəvi  şahları  bu  qəbilələrin  dağınıqlığından  yararlanıb 
hakimiyyətlərini  o  ərazilərə  qədər  götürməyi  başarmışdı.  Ancaq  sonralar  İsfahan 
mərkəzli  Səfəvi  iqtidarı  çökdüyündə,  bu  bölgələrin  xanları  üsyana  qalxmış  və 
Səfəvi mirası nə varsa, hamısını yerlə yeksan etmişdilər. 

120 
 
Nadir Şah iqtidara gəldikdən sonra onları öz dağlarına tərəf geri püskürtdü. 
Lakin bu  ərazilərin insanlarının savaş qabiliyyətinə bələd olduğu üçün bir çoxunu 
öz  ordusunda  yerləşdirdi.  1747-ci  ildə  Nadir  Şahın  öldürülüşündən  sonra 
Abdaliyan qəbiləsindən olan Nadir Şahın Əhməd Xan Dəvərani adında bir sərdarı 
varislik iddiasında bulundu. Bu da ona Xorasanın işlərinə müdaxilə haqqı verirdi. 
Əhməd  Xan  Dəvərani  heyrətamiz  işlər  görməyə  başladı.  Dehliyə  təkrar  hücum 
etdi.  Qısa  sürədə  böyük  bir  imperatorluq  qurmağı  başardı.  Onun  imperatorluğu  
Herat, Bəlx, Qəndhar, Keşmir, Lahur, Multan, Pişavər, Kabil, Bəlucistan və bütün 
Xorasandan  ibarət  idi.  Onun  imperatorluğu  varisləri  tərəfindən  parçalandı.  Ancaq 
Əhməd Xan soyundan olan şahzadələr öz iddialarını sürdürməkdə idilər. Qacarlar 
bəzən  bu  şahzadələri  bir-birinə  qarşı  qoyub,  hər  iki  tərəfin  savaşaraq  çökmələrini 
sağlayırdı. Artıq Abdaliyan sərkeş, üsyankar rəiyyətlər kimi bir sosial status almış 
durumdaydılar.  Herat  və  Qəndhar  isə  Qacar  dövlətinə  vergi  ödəyən  bağımsız 
əmirliklər şəklindəydilər. 
Xorasan xanlarının üsyanlarını yatırmaq amacı ilə bu bölgəyə gələn Abbas 
Mirzənin  başqa  planları  da  var  idi.  O,  Qacariyyə  dövlətinin  sınırlarını  Ceyhuna 
tərəf  genişlətmək  fikrindəydi.  Xorasan  üsyanlarını  yatırmaq  üçün  öncə  Heratı  ələ 
keçirməyi  düşündü.  Lakin  Abbas  Mirzəni  rahatsız  edən  ciddi  bir  hadisə  var  idi: 
İngiltərə  məsələsi.  Abbas  Mirzə  bilirdi  ki,  Hindistanda  bu  qədər  güclənmiş  olan 
İngiltərə  gec-tez  Türküstana  doğru  açılmağa  başlayacaqdır.  Qarşısında  belə  bir 
güclü dövləti görməsi onun xəyallarını alt-üst edirdi. 
Herat  o  zaman  bağımsız  bir  əmirnişin  idi.  Buraya  Kamiran  Mirzə  hökm 
etməkdə idi. Abbas Mirzə öncə Heratı almağı ağlına qoymuşdu. 
Abbas Mirzənin Xorasana gəlişi ingilisləri çox rahatsız etməyə başlamışdı. 
Mərkəzi  Asiyada  Rusiya  ilə  İngiltərənin  çıxarılarının  qarşı-qarşıya  gəldiyi  bir 
dönəmdə  Azərbaycan  ordusunun  Xorasana  gəlməsi  İngiltərəni  əndişələndirməyə 
başlamışdı.  İngilislər  düşünürdülər  ki,  Abbas  Mirzə  ruslarla  gizlin  anlaşaraq 
Xorasana gəlmişdir. Rusiyanın Abbas Mirzəyə hərbi yardımından ehtiyat edirdilər. 
 
XORASAN OLAYLARI 
 
Peyğəmbər  soyundan  olduğu  söylənilən  Məsumə  xanımın  məzarı  bir  sürü 
ziyarətçini  şor  suları  ilə  məşhur  olan  Qum  şəhərinə  sövq  etmişdi.  Bir  çox  dövlət 
adamları məzarlarının burada olmasını arzu edirdi, Məsumənin məzarının yanında! 
Sanki  bu  dünyada  etdikləri  zülm  və  sitəmləri  Məsumənin  aracılığı  ilə  o  dünyada 
hesablarından  sildirə  biləcəklərmiş  kimi  bir  xurafi  inanc  mövcud  idi.  Qısa  bir 
sürədən  sonra  həyata  göz  yumacaq  olan  Fətəli  Şah  da  Məsumənin  məzarının 
yanında axirət dünyası üçün yer ayırmışdı. Bu üzdən özünün də məzarının burada 
olacağını düşünən Şah bu məkanın onarımına çox əhəmiyyət verməkdə idi. 
Abbas Mirzə öz ordusu ilə bir yerdə bu məkandan keçməkdə idi. İstəyənlərə 
gedib Məsumənin  məzarını ziyarət etmələri üçün izn  verdi. Ordu Xorasana doğru 

121 
 
hərəkətinə  davam  etməkdə  idi.  Damğanda  Azərbaycandan  gələn  çaparlar  Abbas 
Mirzənin  yolunu  gözləməkdə  idilər.  Ordu  Damğana  çatarkən  Azərbaycan 
əyalətinin  elbayı  təyin  edilən  Feridun  Mirzənin  məktubunu  Abbas  Mirzəyə 
verdilər. Feridun Mirzə, Abbas Mirzənin oğlu idi. O, Kirmana yollanarkən oğlunu 
Təbrizin  hakimi  olaraq  təyin  etmişdi.  Abbas  Mirzə  Təbrizdə  olub  bitənlərdən 
xəbərdar  oldu.  Feridun  Mirzə  atasına  Laçın  Xanın  yazdığı  bir  diləkçəni  də 
göndərmişdi. Abbas Mirzə Laçın Xanın bu diləkçəsinə bir sonrakı düşərgədə, yəni 
Şahrudda cavab yazacaqdı. Abbas Mirzənin bu məktubunu olduğu kimi gətiririk:
55
 
“Laçın  Xan,  Sizin  diləkçəniz  Feridun  Mirzə  tərəfindən  Damğanda  mənə 
çatdırıldı. Sağlığınızın yerində olması məni çox sevindirdi. Rəcəb ayında Xorasana 
gəlmənizi  istəmişsiniz.  Bu  istəyiniz  gerçəkdən  də  mənim  hədsiz  sevincimə  səbəb 
oldu.  Umarım  ki,  bütün  işlərinizi  yerbəyer  edib  və  üç  ayın  içində  Xorasanda 
olursunuz.  Əmin-əd  Dövlə  cənablarına  yazacağam  ki,  Tehrana  gəldiyinizdə  Sizi 
qarşılasın  və  dərhal  izn  alıb  Xorasana  gətirsin.  Oğlum  Feridun  Mirzəyə  də 
yazmışam  ki,  bütün  səfər  ehtiyaclarınızı  və  bütün  istəkləriniz,  nə  varsa  yerinə 
yetirsin.  Siz  də  çəkinməyin  və  Təbrizdə  nə  ehtiyacınız  olursa  Feridun  Mirzəyə 
söyləyin.  Sənin  Tiyul
*
un  haqqında  da  Feridun  Mirzəyə  yazmışam.  Onlar  sənin 
mülkündür, necə istəyirsən elə də düzənlə. Bu, artıq sənin biləcəyin işdir. İstəsəniz 
Tehrandakı Məhəmməd Mirzə
*
nin Tiyuluna da baş çəkib və istədiklərinizi əldə edə 
bilərsiniz.  Məhəmməd  Mirzə  Mehranabaddakı  tiyulunu  çox  gözəl  vəziyyətə 
gətiribdir.  Yaxşı  imarətlər  tikmiş  və  tikməkdədir.  Tanrı  izn  verərsə,  özünüz 
yaxından görəcəksiniz. Mənim sağlığımla ilgili sorular sormuşsunuz. Tanrı Sizdən 
razı  olsun.  Siz  Azərbaycana  çox  xidmətlər  etmişsiniz.  Bu  haqda  nə  qədər  də 
yazsam  azdır.  Sizin  xidmətləriniz  haqda  öz  övladım  Məhəmməd  Mirzəyə 
yazmışam.  Bu  arada  Sizin  bacınız  oğlu  Zal  Bəyə  Tehrandan  xələt  göndərməyi 
unutmuşam. Bu səbəbdən də öz əynimdəki arxalığımı göndərirəm. Ona vermənizi 
rica  edirəm.  Sizin  övladınız  və  bacınız  oğlu  mənim  də  övladlarım  kimi  sayılırlar. 
Zal  Bəyi  öz  atasının  adı  Zəki  Xan  adı  ilə  çağırsanız,  daha  yaxşıdır.  Xorasana 
çatdığımda təkrar məktub yazacağam. 
 
NAĠB-ÜS SƏLTƏNƏ ABBAS QACAR VƏLĠƏHD- ġAHRUD
56
 
 
Bu  məktubun  ləhni  Abbas  Mirzəni  yaxşı  bir  ailə  başçısı  kimi 
göstərməkdədir.  Məsələn,  Azərbaycan  ordusuna  əməyi  keçən  insanları  tiyulla 
ödülləndirməsi  diqqəti  cəlb  etməkdədir.  Şahzadənin  duyğusal  və  qəlbi  həyatı  da 
                                                           
55
 Bu məktubun orijinalı Tehranın “Səltənət kitabxanası”nda saxlanılmaqdadır. 
*
Tiyul,  Padşah  tərəfindən  bəzi  insanlara  verilən  mülk  idi.  Bu  mülkdə  o  şəxsin  mal  davarı,  atları  da 
yerləşirdi (G.C). 
*
Laçın Xanın 3-cü oğlu. 
56
Məktubun farsca mətni “Əhvalat və dəst xəthaye Abbas Mirzə” kitabından alınmışdır. 
 

122 
 
burada sərgilənməkdədir. Bu məktubda Şahzadə haqlı insanları çox incə yöntəmlə 
dəyərləndirməyi  bacaran  bir  sərkərdə  kimi  sezilməkdədir.  Abbas  Mirzənin  bu 
insancıl  davranışları  sonralar  hətta  onun  rəqibləri  tərəfindən  də  övgü  ilə 
anımsanacaqdır. 
*** 
Abbas  Mirzənin  Azərbaycan  ordusu  ilə  Xorasana  gəlmə  xəbəri  sürətlə 
yayılmışdı.  Qış  səssizliyinə  dalmış  türkmən  çadırlarında  artıq  bu  haqda  söhbət 
edilirdi.  Azərbaycan  ordusunun  Xorasana  yaxınlaşması  həyəcan  yaratmağa 
başlamışdı. Adətən qış fəslində bu bölgələrdə islaq və ürəkbulandırıcı qoxusu olan 
keçə  alaçıqların  içində  insanlar  bahar  fəslində  edəcəkləri  işlər  və  savaşlar  haqda 
danışardılar. Türkmənlərdə savaşa qatılmaq üçün məcburiyyət yox idi. Sadəcə, bir 
kişi alaçığının önünə savaşa hazırlıq anlamını daşıyan bir kiçik bayrağı taxdığında 
o alaçığın ətrafını könüllü savaşçılar alırdı. Savaşmaq üçün məcburiyət söz konusu 
olmasa  da  o  coğrafiyanın  özəlliyi  insanları  savaşmağa  zorlamaqda  idi.  Türküstan 
coğrafiyası  kaos  və  savaş  coğrafiyası  kimi  təsbit  edilmişdir.  Savaşsız  mümkün 
deyildi. Türküstan coğrafiyasının özəlliyi budur. Burada uzun sürəli bir sərmayənin 
və  zənginliyin  oluşması  mümkün  olmamışdır.  Çünkü  bir  yerdə  bir  az  zənginlik 
birikdiyi zaman başqa güclü və fürsəti yaxşı dəyərləndirən qəbilə tərəfindən talan 
edilmişdir. Bu hadisə tarix boyu bir təsəlsül şəklində davam etmişdir. Bu üzdən də 
bu bölgədə soylu bir aristokrasi oluşmamışdır. Bir qəbilə və ya bir sülalə iqtidara 
gəldiyində özündən bir öncəki nailiyyətlərin kökünü kəsirdi. Rişəsini qurudurdu ki, 
təhdid ünsürləri ortadan qaldırılsın. Bu çəkişmə və kaos davam edə-edə gəlmişdir. 
Çadırnişin  türkmənlər  üçün,  özəlliklə  onların  savaş  aracları  olan  atların  yemini 
təmin etmək çox önəmli məsələ idi. Azərbaycan ordusu  yaxınlaşdıqca onlar  bütün 
problemlərini  göz  önündə  bulundurmağa  başlamışdılar.  Artıq  yüksək  səslə 
danışanların səsləri səssizliyə bürünmüşdü. 
Daima Şahzadənin adı dillərdə dolaşırdı. Azərbaycandan bu qədər uzaq olan 
bu  coğrafiyada  Abbas  Mirzənin  məğlubiyyətləri  haqqında  heç  bilgiləri  yox  idi. 
Ancaq  onun  ordusunun  topları  və  ağır  silahları  ilə  ilgili  çox  söz-söhbət  gəzirdi. 
Vur-qaç savaşının mütəxəssisi olan türkmənlərin qorxusu ağır silahlardan, xüsusən 
toplardan  idi.  Çünkü  vurduqlarından  sonra  artıq  qaçışa  imkan  qalmırdı.  Savaş 
texnolojisi  gəlişdikcə  vur-qaç  savaşçılarının  da  fütuhat  istedadları  tarixə  gömülüb 
qalırdı.  Artıq,  sürətlə  qaçan  atlarla,  qıyqacı  ox  atmaqlarla  tarix  yaratmaq  qeyri-
mümkün  hala  gəlməkdə  idi.  Uzun  mənzilli  toplarla  on  minlərcə  süvari  sürüsünü 
uzaqdan atışla darmadağın etmək mümkün idi. 
Şahzadə  haqqında  bəzi  mitolojik  söyləntilər  də  ortalıqda  dolaşmaqda  idi. 
Bəziləri  deyirdilər  ki,  Şahzadə  kürd  xanlarına  bənzəməz.  Onu  gedib  öz  sarayında 
ziyarət etmək çətin məsələdir. Sadəcə, təslim olmaqla bu işin olması mümkündür. 
Həm də onu altun-filanla aldatmaq da çətin məsələdir. Daş kimi bir qəlbi var. 
Türkmən  kəndləri  aclıq  və  səfalət  içində  qıvrılıb  durmaqda  idi.  Bəzi 
türkmən  xanları  Bocnurd,  Dərgəz,  Qoçan  və  Sərəxs  kimi  türkmən  şəhərlərinə 

123 
 
casuslar  göndərib  bu  şəhərlərin  hakimlərinin  və  əhalisinin  Abbas  Mirzəyə  olan 
tutumunu  öyrənməyə  çalışırdılar.  Məşhəd  şəhərinin  icra  işlərindən  sorumlu  və 
Əhmədəli  Mirzənin  vəziri  olan  Mirzə  Musa  türkmənlərlə  gizlin-gizlin  irtibat 
qurmağa başlamışdı. Türkmən xanları bütün türkmənləri öz  yanlarında bulundura 
bilmələri üçün məzhəb fərqliliyini də sıx-sıx gündəmə gətirirdilər. Şiə Azərbaycan 
ordusunun  gəlib  sünni  Türkmənistana  hökm  edəcəyinin  mümkün  olmayacağını 
təbliğ edirdilər. Digər tərəfdən, Əhmədəli Mirzənin Abbas Mirzəyə qarşı həsədini, 
nifrət  və  kinini  də  körükləməyə  başlamışdılar.  Əhmədəli  Mirzə  başından  bəri 
Abbas  Mirzəni  sevməməkdə  idi.  Xorasan  xanları  onun  bu  duyğusundan 
yararlanmağa  çalışırdılar.  Əhmədəli  Mirzə  də  özünü  xanların  dəstəyi  ilə 
gücləndirib və Azərbaycan ordusuna qarşı çıxmaq istəyirdi. Bir çapar həyəcanlı bir 
şəkildə  xəbər  gətirdi  ki,  Azərbaycan  ordusu  Şahrudu  tərk  etmiş  və  Bəstama 
yaxınlaşmaqdadır.  Bu  qasidin  tutub  dilini  kəsdilər  ki,  niyə  belə  bəd  xəbərlər 
gətirirsən! 
*** 
Abbas  Mirzəyə  qarşı  bir  plan  oluşdurmaq  amacı  ilə  şahzadə  Əhmədəli 
Mirzə,  Mirzə  Musa,  Rzaquluxan,  Qoçan  elxanı  və  bütün  kürd  sərkərdələrinin 
qatılımı ilə bir şura düzənləndi. Digər önəmsiz xanlar isə bu şuradan çıxacaq ortaq 
qərara təslim olacaqlarını bildirdilər. Şurada təklif olundu ki, Məşhədin darvazaları 
Azərbaycan ordusuna qarşı qapansın və kəsinliklə açılmasın. Məşhəd əhalisinə də 
təbliğ  edilsin  ki,  Azərbaycan  ordusunun  mənsubları  uzun  müddətdir  daima 
savaşlara  qatıldıqları  üçün  vəhşiləşmişlər.  Azərbaycan  ordusu  Məşhədə  girsə, 
İmam Rzanın məzarındakı xəzinəni də talan edib aparacaqdır. Onlar düşünürdülər 
ki,  qış  boyunca  Abbas  Mirzənin  Məşhədə  girişini  əngəlləyə  bilsələr,  Şahzadə 
ordusunun ehtiyaclarını bu soyuq havalarda təmin edə bilməyəcək və Azərbaycan 
ordusunun  düzəni  ehtiyac  üzündən  dağılacaqdır.  Baharda  isə  Abbas  Mirzə 
ordusunu toparlayana qədər ona hücum etmək mümkün olacaqdı. 
Bu  şurada  qərara  alındı  ki,  Abbas  Mirzənin  Məşhədə  yaxınlaşmasına  izn 
verilsin.  El-el  xanlardan  Abbas  Mirzəyə  itaətə  hazır  olduqları  haqda  məktublar 
gəlirdi.  Lakin  Abbas  Mirzə  öz  ehtiyatını  əldən  vermədən  dərin-dərin  düşünür  və 
bölgədən gələn, casusları vasitəsi ilə gətirilən xəbərləri yaxşı-yaxşı dəyərləndirirdi. 
Bu  şurada  toplanan  insanlar  Şahzadənin  illər  boyu  sürən  savaşlarda  birikdirdiyi 
təcrübəni nəzərə almadıqları üçün yanlış hesab yapırdılar. Bu planlar Abbas Mirzə 
üçün  çocuq  oyuncağı  kimi  bir  şey  idi.  Abbas  Mirzə  ona  ard-arda  gələn  bu 
məktubların  arxasındakı  təhdid  planlarını  dərhal  sezə  bilmişdi.  Abbas  Mirzənin 
Məşhədin  yaxınlığında  bir  kürd  qalasını  amansızca  məğlub  etmə  xəbəri  Məşhədə 
gəldiyində bu şuradakı   ittifaq öz-özünə çözülməyə başladı.  Artıq birlikdən deyil, 
hər  ağızdan  bir  səs  çıxmağa  başlamışdı.  Xanlar  başlarına  çarə  qılmaq  üçün  öz 
qalalarına geri döndülər. Çevrələrinin boşalmasını görən Əhmədəli Mirzə və onun 
vəziri  Abbas  Mirzəyə  olan  sonsuz  nifrətlərinə  rəğmən  ona  qarşı  gəlməməyi 
düşündülər.  Abbas  Mirzəni  qarşılamaq  üçün  göstəri  hazırlıqlarının  başlanmasına 

124 
 
əmr  verildi.  Lakin  üzlərində  qorxu  əlaməti  açıqca  görünməkdə  idi.  Azərbaycan 
ordusuna qarşı düzənlədikləri şura haqqında Abbas Mirzə bilgi əldə etdikdən sonra 
onlarla  necə  davranacağından  əndişələnirdilər.  Bu  şura  haqqında  Abbas  Mirzə   
ayrıntılı şəkildə bilgi sahibi olmasına baxmayaraq özünü elə aparırdı ki, sanki heç 
bir şey bilməməkdədir. Bu önəmsiz qardaşı ilə mehribanca davrandı. Kirman valisi 
Həsənəli Mirzə kimi Məşhəd valisi Əhmədəli Mirzəni də Tehrana göndərdi. 
Abbas  Mirzə,  Səbzvara  hərəkəti  zamanı  oğlu  Məhəmməd  Mirzə  də 
yardımçı  alayı  ilə  atasına  qatıldı.  Qış  çox  ağır  keçməkdə  idi.  Şahzadə  xəbərdar  
oldu  ki,  yenicə  tərk  etdiyi  Sultan  meydan  şəhərinin  yaxınlığında  kiçik  bir  kənd 
vardır.  Güclü  qalaları  və  savunması  olan  bu  kənddə  Rzaquluxan,  kürd  elxanları 
barınmaqda idi. Çöllükdə yapılmış olan bu qala uzaqdan görünürdü. Abbas Mirzə, 
müxtəlif  tayfalardan  savaşçı  kimi  kürd  elxanlarına  və  Rzaquluxana  qatılan 
birliklərin pusquda olmasından  ehtiyat  edirdi. Abbas Mirzə əmr verdi ki, möhkəm 
mıxlanmış darvazanı döyüb və Şah adına təslim olma ixtarı versinlər. Şahzadə hələ 
xuşunətə, zora əl atmamışdı. Təslim çağırısına cavab gəlmədiyi üçün Azərbaycan 
ordusuna atəş əmri verildi. Bu qalanı ələ keçirmək neçə gün zaman alacaqdı. Palçıq 
qalanın divarlarını top mərmiləri söküb yerlə bir edirdi.  Durumu  bu  şəkildə görən  
Rzaquluxan  Şahzadəyə  bir  çapar  göndərib  onun  pis  qarşılanmasının  günahkarı 
saxludakı yetkililər olmuşdur deyə öz günahlarının bağışlanmasını istəmişdi. Lakin 
Rzaquluxanın bu hiyləsi də baş tutmadı. Qalaya hücüm daha da şiddətləndi. Qala 
təslim  alındıqdan  sonra  Abbas  Mirzə  qalaya  zorla  gətirilmiş  silahlı  qrupları 
cəzalandırmadan azad buraxdı. Onlar öz evlərinə döndülər. 
Abbas  Mirzə  təhdid  ünsürlərini  bir-bir  dəf  etdikdən  sonra  özü  ilə  bərabər 
gətirdiyi  on  minlərcə  insanın  ehtiyaclarını  təmin  etmək  haqqında  düşünməyə 
başladı.  Xorasanı  ağır  qış  şərtləri  öz  istilasında  bulundurmaqda  idi.  Ordusunun 
ehtiyaclarını  Məşhəd,  Nişabur  və  Səbzvar  arasında  paylaşdırdı.  Bahardakı  yeni 
əməliyyatlara  daha  güclü  ordu  lazım  idi.  Oğlu  Təhmasibi  Azərbaycandan  hərbi 
birliklər gətirmək üçün Təbrizə göndərdi. 
İstiqrar  öncə  zorluqla  sağlanıldı.  Xosrov  Mirzənin  başçılıq  etdiyi  ordudan 
və Yusif Xanın  əmrində olan ağır topxanadan  xəbər  yox idi. Bunlar Kirmanı  tərk 
etdikdən  sonra  qumsal  çöllüyə  varmışdılar,  bu  üzdən  ağır  bir  səfər  çətinlikləri  ilə 
qarşı qarşıyaydılar. Su qıtlığı qumsal çöllüyün bütün güvənliyini təhdid edirdi. Hər 
ehtimala  görə  onların  qumsal  küləklər  və  ya  başqa  səbəblər  üzündən  yollarını 
azması böyük fəlakətə səbəb  ola bilərdi. Belə bir hadisə bütün ordudan əl üzmək 
anlamında idi. Bütün ordu susuzluqdan qumsallığın içində məhv ola bilərdi. 
Ancaq  Məşhədə  xəbər  gəldi  ki,  Xosrov  Mirzə  öz  ordusu  ilə  qumsal 
çöllərdən  uzaqlaşmış  və  insan  yaşayan  yerlərə  yaxınlaşmışdır.  Təbəs  vahələri   
Xosrov Mirzəni yaxşı qarşılamışdı. O bölgənin kiçik xanları hətta Xosrov Mirzəyə 
qatılıb,  öz  hörmətlərini  Abbas  Mirzəyə  bildirmək  üçün  Xorasana  yola 
düşmüşdülər.  Ancaq  Təbəsin  yaxınlığında  olan  və  möhkəm  qalaları  ilə 
səciyyələnən  Tərşiz  şəhəri  düşmənlik  etməyə  başladı.  Bu  şəhərin  mühasirəsi  və 

125 
 
alınması  iki  ay  sürdü.  Ən  sonda  bu  nahiyənin  Məhəmməd  Xan  Qərai  adında  bir 
xanının Xosrov Mirzə ilə iş birliyi nəticəsində şəhər zəbt edildi. Məhəmməd Xan 
Qərai  özü  istiqlaldan  yana  idi.  Ancaq  bəlli  səbəblər  üzündən  1832-ci  ildə 
Azərbaycan  ordusuna  yardım  etmək  zorunda  qalmışdı.  O  kiçik  şəhərdə  10.000 
xəlvər  buğda  ehtikar  edilmişdi.  Xosrov  Mirzə  bu  buğdanı  öz  əsgərləri  arasında 
paylamaq  yerinə  bazarda  satışa  buraxıb  gəlirini  orduya  xərclədi.  Bu  qədər 
buğdanın  satışa  buraxılması  Tərşiz  əhalisini  sevindirmişdi.  Çünkü  o  soyuq  qış 
günlərində ehtikar üzündən şəhərdə aclıq hiss edilməyə başlamışdı. 
*** 
Bahar  gəlmiş  və  Məşhədin,  Nişaburun  bağları  meyvə  ilə  dolmuşdu.  Abbas 
Mirzə yeni savaşlar üçün hazırlıq görməyə başlamışdı. Abbas Mirzəyə qarşı çıxan 
xanların heç birinin qalaları Əmirabad qalası qədər möhkəm və savunma açısından 
mükəmməl  deyildi.  Əmirabad  Məşhəd  və  Qoçan  arasında  yerləşməkdə  idi. 
Rzaquluxan  Azərbaycan  qalalarından  təsirlənərək  bu  qalanın  savunma  sistemini 
oluşdurmaq  üçün  səkkiz  il  zaman  sərf  etmişdi.  Bu  baharda  Abbas  Mirzənin  ilk 
hədəfi bu qalanı almaq idi. Bu qalada Yusif  Xan adında bir tatar hökm sürməkdə 
idi. Onun yaxşı saxlusu var idi. Bu saxlunun nəfərləri müxtəlif qəbilələrdən təşkil 
edilmişdi. Yusif Xanın əmrində bir neçə top da var idi. 
Şahzadənin  bəklədiyi  yardımçı  alaylardan  az  bir  qismi  gəlib  çatdı.  Ancaq 
Rzaquluxan  Abbas  Mirzənin  intizamlı  ordusunun  üstünlüyündən  xəbərsiz  deyildi. 
Bu  üzdən  də  riskə  girib  Azərbaycan  ordusu  ilə  üz-üzə  savaşa  girmədi.  Qoçana 
sığınıb  və  orada  savaş  hazırlıqları  yapmağa  başladı.  Rzaquluxan  bir  az  da 
Əmirabadın  dirənəcəyinə  ümid  bağlamışdı.  Qalanın  mühasirəsi  onun  çevrəsində 
xəndək  qazmaqla  başladı.  Xəndək  qazmaq,  yəni  mühasirənin  ciddi  şəkildə 
başlanması  anlamında  idi.  Abbas  Mirzə,  Xosrov  Mirzənin  və  topçu  Yusif  Xanın 
yetərincə  irəli  getdiklərini  görüb  hücumu  ertələdi.  Onlara  əmr  verdi  ki,  mühasirə 
edilənlərlə  danışmaq  mümkün  olan  bir  yerdə  qərarlaşıb  onlara  təslim  olma 
çağırısında  bulunsunlar.  Bütün  çağırılar  geri  çevrildi.  Təslim  olmağa 
yaxınlaşmadılar. Abbas Mirzə qalanın atəşə tutulmasına əmr verdi. Qarşı tərəfdən 
də  top  atəşi  ilə  cavab  verildi.  Hər  iki  tərəf  ağır  itki  verməyə  başladı.  Azərbaycan 
ordusunun içində qəzəb bağırtıları get-gedə artırdı. Çünkü qazılan xəndəklərdə bir 
çox  azərbaycanlı  öldürüldü.  Bu  üzdən  Azərbaycan  ordusu  daha  da  intiqamçı  bir 
rəftarla  savaşmağa  başlamışdı.  Cahangir  Mirzə  yazır  ki,  Əmirabad  divarlarının 
xəndəklərində  bir  neçə  yabançı  mütəxəssis  öldü.  Abbas  Mirzənin  Laçın  Xana 
yazdığı  bir  məktubda  da  bu  haqda  məlumat  verilməkdədir.  Bu  yabançılar  kimlər 
olmuşlar?  Fərari  ruslarmı  olmuş  əcəba? Bu  yabançılar  haqqında  övücü  bir  şeylər 
yazmaq istərdik, lakin onların kimlikləri haqqında heç bir bilgi və qaynaq yoxdur. 
Həm  Abbas  Mirzə,  həm  də  Cahangir  Mirzə  bu  savaşda  yabançıların  öldüklərini 
yazmışlar. Ancaq onların kimlikləri haqqında heç bir ipucu buraxmamışlar. 
Abbas  Mirzə  mühasirə  edilənlərin  dirənişlərini  təqdir  etsə  də  bu  dirənişin 
qısa sürədən sonra qırılacağına tam əmin idi. Ağır topların qalaya atəş açmalarına 

126 
 
əmr verildi. Top mərmiləri qalanın divarlarını yıxıb aşırırdı. Divarlar elə dağılmışdı 
ki, artıq mühasirə olunanlar gözlə görünürdü. Onlar daşı daşın üstünə qoyub səngər 
düzəltməyə  çalışırdılar.  Təkrar  top  atışları  qalanı  toz-torpağa  bürüdü.  Qalanın 
içində  saxlanılan  barıt  anbarına  mərmi  isabət  etmişdi  və  partlayışın  səsi  hər  kəsi 
dəli  etməkdə  idi.  Artıq  Azərbaycan  ordusunun  qalanın  divarlarından  dırmaşaraq 
içəri girməyə ehtiyac qalmamışdı. Böyük-böyük dəliklər açılmışdı. Bu dəliklərdən 
içəri keçmək çox rahat idi. Dirənişin qırılmasına az zaman qalmış topxananın rəisi 
Yusif  Xan  bir  düşmən  gülləsi  ilə  öldü.  Abbas  Mirzənin  çox  yaxın  dostu  Laçın 
Xanın oğlu Yusif Xanın ölümü Şahzadəni çox etkilədi.  Yusif xanın  ölümü ilə  də 
Abbas Mirzə öz vicdanında özünü Laçın Xana daha çox borclu sanırdı. Lakin necə 
olursa-olsun  bu  qalanı  ələ  keçirmək  zorundaydı.  Yusif  Xanın  məqamını  alay 
komutanı olan Qasım Xana verdi və ona əmr etdi ki, qalaya hücum edən Bəhram 
Mirzəyə kömək etsin. Azərbaycan ordusu hücumun son aşamasına başlamışdı. Hər 
tərəfdə  hücum  təbili  çalınırdı.  Bayraqdarlar  Azərbaycan  ordusunun  bayraqlarını 
qalanın  müxtəlif  yerlərində  yüksəltmişdilər.  Azərbaycan  ordusu  viranə  qalmış  və 
tüstülənən  qalaya  tam  daxil  olmuşdu.  Abbas  Mirzə  bir  tərəfdən  qalanın  içindəki 
ailələrin,  var-dövlətlərinin  əsgərləri  tərəfindən  yağmalanmasını  istəmir,  digər 
tərəfdən  də  bu  qədər  savaşdan  sonra  yağmalama  istəyində  olan  əsgərlərini  haqlı 
sayırdı.  Bu  üzdən  iyirmi  min  tümən  əsgərlərinə  ödül  ayıraraq  şəhərin 
yağmalanmasını  əngəllədi.  Bu  savaşla  ilgili  Şahzadənin  Laçın  Xana  yazdığı  bir 
məktubdan parçalar gətiririk: 
“...Laçın  Xan,  Sizin  yeriniz  boş  idi.  Oğlunuz  Yusif  Xan  böyük 
qəhrəmanlıqlar  göstərdi.  Bütün  Azərbaycan  ordusunun  üzünü  ağ  etdi.  Bu 
qəhrəmanlıq  Sizin  soyunuza  xas  olan  bir  şey.  Tanrı  izn  verərsə,  Heratın  fəthində 
Siz özünüz də iştirak edərsiniz.”
57
 Sonra məktubunu Laçın Xana aid işlərlə davam 
edir və bu ibarələrlə bitirir: “Mənim boynumda olan Sizin haqqınızı ödəyə bilmək 
üçün Tanrı mənə ömür versin və yardımçım olsun.”
58
 
Abbas  Mirzə  Azərbaycan  ordusunu  xərabə  qalmış  və  tüstülənən  qalanın 
yaxınlığında yerləşdirdı. Bu arada Məhəmməd Mirzə öz alayı ilə atasına qovuşdu. 
Məhəmməd  Mirzəyə  özəl  bir  görəv  tapşırıldığı  üçün  qalanın  mühasirəsinə 
qatılamamışdı.  Abbas  Mirzə  tam  bu  savaşa  qərar  verdiyi  zaman  xəbər  gəldi  ki, 
Xeyvənin əmiri Allahqulu Törə, bütünü ilə türkmənlərin yaşadığı Sərəxs şəhərinin 
yaxınlıqlarına  varmış  və  Sərəxsin  türkmən  hakimi  Salur  Xanla  gizlin  irtibata 
keçmişdir.  Türkmənlərin  Sərəxsdə  bir  kölə  bazarı  var  idi.  Bu  bazarda  müxtəlif 
yerlərdən yağmalanmış var-dövlətlər də satılırdı. 
Sərəxs və digər şəhərlərin hakimi ilə özbək əmirinin gizlin irtibatları var idi. 
Abbas Mirzə düşündü ki, Əmirabad savaşında məğlub olarsa arxadan da Allahqulu 
                                                           
57
 Eyni qaynaq. 
58
 Eyni qaynaq. 
 

127 
 
Törə, Azərbaycan ordusuna hücum edəcəkdir. Bu üzdən oğlu Məhəmməd Mirzəni 
Sərəxsdə özündən ayırdı. Məhəmməd Mirzə Sərəxsin ətrafında yerləşib və heç bir 
təhrikedici  hərəkətdə  bulunmadan  özbəklərin  üzərindən  diqqətini  ayırmadı. 
Əmirabadın  Azərbaycan  ordusu  tərəfindən  alınma  xəbəri  gəldikdən  sonra  Xeyvə 
əmiri  Məhəmməd  Mirzəyə  ədəbli  və  möhtərəmanə  bir  məktub  yazıb  göndərdi. 
Sonra da öz ordusu ilə bir yerdə Xeyvəyə yola düşdü. 
*** 
Abbas  Mirzə  öz  işini  hələ  tam  bitirməmişdi.  Əmirabadın  10  ağaclığında 
yerləşən  Qoçanı  da  ələ  keçirmək  zorunda  idi.  Qoçan  üsyankar  kürd  xanlarının 
mərkəzi  idi.  Rzaquluxanın  isə  get-gedə  rahatsızlığı  artırdı.  Düşünürdü  ki,  niyə 
gözləməlidir  ki,  Abbas  Mirzə  gəlib  onu  yuvasında  bassın.  Xorasan  bölgəsində 
Azərbaycan  ordusu  bütün  ordulardan  üstün  durumda  idi.  Abbas  Mirzə  isə  bütün 
iradəsi ilə üsyankar şəhərləri təslim etməkdə qərarlı idi. Rzaquluxan düşünürdü ki, 
Abbas  Mirzə  də  başqaları  kimi  hədiyyələr  qarşısında  əfv  etməsini  bilər,  sadəcə, 
hədiyyələrin dəyərini artırmaq lazımdır. 
El xanı Rzaquluxanın elçiləri bir neçə kərə Şahzadənin qərargahına gəlib və 
çeşidli şəkildə təkliflərini təqdim etdilər. Azərbaycan ordusu Qoçana tərəf hərəkətə 
başlarkən  bu  elçilərin  sayı  çoxalmağa  başlamışdı.  Abbas  Mirzə  bütün  hallarda 
yalnız qeydsiz-şərtsiz təslim olmağı önərirdi. Ancaq Qoçana tərəf yürüş etməyə də 
tələsmirdi.  Çünkü  Əmirabad  savaşı  Azərbaycan  ordusunda  bəzi  boşluqlar 
oluşdurmuşdu.  Bu  üzdən  də  Şahzadə,  fərari  ruslardan  oluşan  alayın  və 
Azərbaycanda  Təhmasib  Mirzənin  əmrində  olan  Mazəndəran  alayının  yardıma 
gəlməsini bəkləyirdi. 
Qoçan  saxlusunda  12.000  nəfər  bulunmaqda  idi.  Bu  saxlunun  tərkibi 
bəluçlardan,  bocnurdlulardan,  zəfəranlılardan  və  çinaranlulardan  oluşmaqda  idi. 
Ancaq el xanının təbii müttəfiqləri olan türkmənlərin sayı hamısından çox idi. 
Mühasirə başlamışdı. Saxlunun nəfərləri qalanın dəliklərindən mühasirənin 
tamamlanması üçün edilən işləri görə bilirdilər. Qısa bir sürədən sonra ağır topların 
atışları  gecə  vaxtı  başladı.  El  xanının  cəsarəti  Xeyvə  əmirinin  ordusunu  geri 
çəkməsi  ilə  sönməyə  başlamışdı.  Atış  gücləndikcə  Rzaquluxanın  qorxusu  artırdı. 
Təkrar  Şahzadəyə  elçi  göndərib  və  daha  çox  hədiyyələr  vədində  bulundu. 
Şahzadənin cavabı isə  əskisi  kimi idi: Tam təslimiyyət.  Rzaquluxan durumu belə 
gördüyündə  təslim  olmaqdan  başqa  çarənin  olmadığını  düşündü.  Təslim  olmaq 
üçün şəxsən özü Abbas Mirzənin hüzuruna gedib və təslimiyyətini elan etməli idi. 
Abbas  Mirzənin  vəziri  Qaimməqamın  ən  kiçik  oğlu  Rzaquluxanı  gətirmək  üçün 
getdi. Təslim olmağı ölüm kimi dəyərləndirən Rzaquluxan əyninə bir kəfən geydi. 
Əlinə  bir  sıyrılmış  qılınc  alıb  Şahzadənin  hüzurunda  qarnını  söküb  özünü 
öldürməyi düşünmüşdü. Abbas Mirzə daima belə düşünürdü ki, cəsarətli bir rəqib 
zərurət  icabı  təslim  olarsa,  onunla  xoş  davranmaq  lazımdır.  Bu  üzdən  də 
Rzaquluxan hərbi ehtiramla qəbul edildi. Abbas Mirzə onun cəzalandırılmasından 
vaz  keçdi.  Lakin  sonradan  Şah,  Abbas  Mirzənin  bu  şəxsi  səliqəsinə  uyğun 

128 
 
davranmadı.  Rzaquluxanın  bayrağı  altında  olan  saxlunun  sərkərdələri  azad 
buraxıldılar. 
Qoçanın bütün savunma sistemini  söküb dağıtdılar. Lakin qalanın içi bir o 
qədər  də  zərər  görmədi.  Şahzadə  qalanın  içinə  girib  Rzaquluxanın  qorxunc 
sarayına daxil oldu. Əmr verdi ki, hamamı isitsinlər. Günlər boyunca yuyunmamış 
Şahzadə  buranın  hamamında  yuyundu.  Sonra  Rzaquluxanın  böyük  oğlunu  qəbul 
etməyə  razılıq  verdi.  Bu  oğlan  anası  tərəfindən  Abbas  Mirzəyə  bir  neçə  hədiyyə 
gətirmişdi. Bu hədiyyələrin rəmzi anlamı var idi.
59
 
Bu əşirət  yapılı toplumda başçıların ailəsi bir sülalə oluşdururdu. Bölgənin 
yaşamı  və  düzəni  onların  iradəsindən  və  nüfuzlarından  asılı  olurdu.  Bu  sülalə 
dağıldığında  bölgəni  kaos  bürüyürdü.  Bu  səbəbdən  Abbas  Mirzə,  Rzaquluxanın 
oğlu Sam Xanı onun yerinə hakim  təyin etdi. Hakim təyin etdi ki, bu ailəyə olan 
sayqı  və  ya  qorxu  səbəbilə  bölgədəki  kaos  önlənsin.
60
 Lakin  qalanı  təkrar  onarıb 
səngər halına dönüşdürməsini, böyük ordu oluşdurmasını ona yasaq etdi. Bununla 
da  Sam  Xan  heç  bir  zaman  atasının  intiqamını  almaq  amacı  ilə  bölgədə  özünə 
müttəfiq arama kimi bir duyğuya heç qapılmadı. 
Bölgədə  istiqrarın  tam  sağlanması  amacı  ilə  Salur  Xanın  əmrində  olan 
Sərəxs  də  bütünü  ilə  ələ  keçirilməli  idi.  Bu  türkmənlər  dirək  olaraq  öz  çıxarları 
uğrunda  savaşmırdılar.  Özlərinə  bənzər  tayfalar  üçün  silah  təşkil  edirdilər  və 
qarşılığında  isə  kölə  alırdılar.  Onların  Xeyvə  əmiri  ilə  geniş  ticari  əlaqələrinin 
təməlində də bu durmaqda idi. 
Sərəxsin  mühasirəsinə  başlamadan  öncə  bir  neçə  zəruri  iş  üçün  Məşhədə 
getdi. Hələ Qoçanda ikən Herat hakimi Kamran Mirzənin oğlu Yarməhəmməd Xan 
Şahzadənin  ziyarətinə  gəldi.  Bu  qonaq  da  Xorasan  xanlarını  bir-bir  məğlub  edən 
Azərbaycan  ordusunu  yaxından  görmək  istəmişdi.  Yarməhəmməd  Xan  nə  qədər 
Abbas  Mirzənin  qarşısında  hörmətlə  davransa  da,  Abbas  Mirzə  Heratın  da  Qacar 
imperatorluğunun bir parçası olmasını qonağına söyləməkdən vaz keçmədi. Abbas 
Mirzə,  boyük  bir  ədəb  və  nəzakətlə  Yarməhəmməd  Xanı  qəbul  etmişdi.  Xosrov 
Mirzəni isə görəvləndirmişdi ki, onu yola salmaq üçün Məşhədə qədər yola salma 
törəninə  eşlik  etsin.  Məşhəddə  isə  ən  yaxşı  bir  evi  onun  qalması  üçün  nəzərdə 
tutdular. Ancaq Yarməhəmmədi qorumaqla görəvli olan gözətçilər Abbas Mirzənin 
həyatının sonuna qədər onu (Yarməhəmmədi) əsir kimi saxladılar. 
O  zaman  bütün  şəhərlərin  mühasirəsi  bir-birinə  bənzəməkdə  idi.  Eyni 
yöntəmlə mühasirə edilən Sərəxs Abbas Mirzənin qələbəsi ilə sonuclandı. Şahzadə 
Qoçanda  olduğu  kimi  türkmənlərin  də  istəklərini  böyük  bir  qətiyyətlə  rədd  etdi. 
Onlara  da  təslim  olmamaları  təqdirdə  savaşın  qaçınılmaz  olacağını  söylədi.  Bu 
savaşda  Salur  Xanın  müxtəlif  hiylələri  üzündən  şəhər  təslim  alındıqdan  sonra 
                                                           
59
 Watson (Robert Qrant) “A History of Persia” London, 1866. 
60
 Eyni qaynaq. 
 

129 
 
Abbas Mirzə əsgərlərinin yağmalama istəyinə müsbət cavab verdi. Bu şəhərdə illər 
boyu kölə alış-verişi sonucunda barınan altun və gümüşlərin Azərbaycan əsgərləri 
tərəfindən  talan  edilməsi  başlandı.  Başqa  yerlərdə  olduğu  kimi  Sərəxsin  də 
savunma sistemi çökərtildi. Salurların cəsarəti basılmışdı və onların məğlubiyyəti 
Türküstanda böyük əks-səda oyatdı. Abbas Mirzə bu sınırın qorunması üçün ciddi 
önləmlər  almağı  düşündü.  Ən  yaxşı  güvənlik  önləmi  bu  idi  ki,  Qacar  ərazisinə 
gələn  karvanların  Salur  türkmənlər
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin