AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu


Mifoloji  obraz və  əski  dünyaduyumunda onun yeri



Yüklə 7,79 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix09.02.2017
ölçüsü7,79 Mb.
#7966
1   2   3   4   5   6   7   8   9   ...   15

Mifoloji  obraz və  əski  dünyaduyumunda onun yeri. 
Mifoloji  varlığın  funksionallığı. 
Türk  mədəni  qəhrəman  tipi,  ilkin  əcdad 
və  göy oğlu  obrazları
Нэг  bir etnik-mədəni  ənənənin  dünya haqqmda  öz  sisteminə  uyğun 
mifopoetik düşüncə  modeli,  öz  dünya  mənzərəsi  var  ki,  bu  dünya  modeli 
təeəssümünii  tapdığı  heç  də  tam  olmayan  bütün  variantlanyla  birlikdə 
yenə  bir  bütövlük  nümayiş  etdirir.  Həmin  dünya  mənzərəsinin 
bötövlüyünü  səciyyələndirən  başlıca  cəhətlərdən  biri  buradakı  mifoloji 
obrazlar  aləmidir.  «Mifoloji  obraz  (personaj)»  anlayışı  hər  bir  milli 
mifoloji  (demonoloji)  sistemin эп  vacib elementlərindən  biridir.  Ona görə 
də  mifoloji  gerçəklik  kimi  əsatiri  obrazlann  struktur-genetik  izahı  və 
şərhi  xüsusi  mental  strukturlarm  spesifıkasmın  nəzərə  alınmasım  zəruri
edir.  O.Freydenberqə  görə,  mifoloji  gerşəklik  kiıni  mifoloji  obıazlara 
söykənir  [382,  s.19].  Bir janr hadisəsi  olmayan  mifııı  bu  baxımdan  verbal 
mətn  kimi  öziinün  bir  çox  funksiyası  var.  Məsəbn,  odıın  əldə  edilməsi, 
özüııdo  ilkin  xaosu  təcəssüm  etdirən  əjdaha  yaxud  divlərb  mifoloji 
qəhrəmanm  mübarizəsi  və  b.  süjetbr  «universal»  səciyyəlidir,  yəni  hər 
hansı etnik-mədəni  sisteınin  öz faktı, yəni  milli özünəməxsuslıığun  iladəsi 
deyil  və  bu  mənada  milli  mədəni  sistemin  araşdınlmasında  bir  о  qədər 
mühüm  əhəmiyyət  kəsb  etməyə  bilir.  Eyni  zamanda  hər  bir  ənənənin 
özündə  onun  sistem  kimi  bütövlüyiinü,  başqalarmdan  fərqliliyiııi  təmin 
edən mifik personajlar silsiləsi mövcuddıır.
M if janr  hadisəsi  olmadığı  kimi  mifoloji  mətn  də  bir  ədəbi  nıətn 
parçası  deyil.  «Hal,  qurdadönmə  və  s.  haqqında  silsilə  mətnlər  halın  və 
qurdadönmonin  mifoloji  xüsusiyyətləri  haqda  ...  dolğun  məlumat  vernıək 
ehtiyacmdan  yaramb.  Нэг  bir  mətn  başqa  mətndə  olmayan  hər  hansı  bir 
informasiyanı  özündə  saxlayır.  Mifoloji  hadisənin  mahiyyəti  bu  mətnlər 
arasmda  paylanır.  Bu  üzdən  mifoloji  arxetipiıı  bərpası  üçiiıı  bu  mətnbrə 
paylanan məlumatlar toplanaraq  təhlil  olunur [18,  s.24].  Həınin  mətnbıdə 
təsvirini  tapan  mifoloji  obrazlar  isə  bədii  təxəyyül,  ədəbi  uydurma  və  ya 
ümumiləşdirmə yolu  ib  yaradıla bibn bədii  obrazlardan  forqlidir.  Obraz -  
mifyaradıcı  təsəvvür  forınasıdır;  ali  sinir  fəaliyyətinin  və  obyektiv  sosial 
şəraitin  qarşılıqlı  təsiri  nəticəsitıdə  ortaya  çıxır.  Mifoloji  obrazın 
yaranması,  bəlli  bir  çağla,  daha  doğrusu,  ibtidai  dövrlo  sərhədlərıir. 
Mifoloji 
obrazlar 
metaforanm 
şəxsbndirilmiş, 
canlandınlrnış 
konfiqurasiyasım  təcəssiim  etdirir  [298,  s .l3].  Yalnız mifiıı  toşokkülünün 
тйэууэп  mərhəbsində  mifoloji  obrazlar  və  motivlər  bir-biıiyb  qovuşub 
hörülü  şəbəkə  təşkil  edir.  Həqiqətən,  Axill  kitab  çapı  dövründə  yarana 
bilmədiyi  kimi  mifoloji  obraz  da  ibtidai  dövr  xaricində  hansısa  çağda 
meydana gəb bilməz [382, s.26].
Mifoloji  mətnbrdə  anladılan  пэ  varsa  «gerçəkdə  baş  verən  bir 
presedent»,  yaşanmış  bir  gerçəklik  kinıi  qavramlır.  Onu  metaforanııı  ön 
planda  olduğu  ədəbi  mətndon  fərqləndirən  başlıca  xiisusiyyot  də  bundan 
ibarətdir.  Yəni  dünyanı  dərk  və  ifadə  baxımından  onlar  arasmda  ciddi 
fərqbr var.  Ədəbi  əsər metaforasız,  məcazi  anlam  olmadaıı  keçinə  bilmir. 
Mifoloji  motn  içərisiııdo  isə gerçəkliyi  məcazi  anlama tərzina  yer yoxdıır. 
Etnik-mədəni  эпэпэ  daşıyıcılan  ədəbi  əsər  mətnini  təbii  olaraq  faııtaziya, 
bədii  təxəyyül  məhsulu  kimi  qəbul  etdikləri  halda  mifoloji  mətnlər 
uydıınna  yox,  gerçəkliyin  özii  olaraq  düşünülmiişdür.  Bu  mənada 
personajlan  əsasən  fövqəltəbii  varlıqlar  olan  mif «metafoıa  vo  simvoldan

onunla  fərqlənir ki,  metaforanm  və  simvolun  istifadə etdiyi obrazlar burada 
biitünlüklə  hərfı  mənada,  daha  doğrusu,  tam  real  və  maddi  olaraq 
qavramlır» [266, s.444].
Mifoloji  varlıqlar  əski  çağ  dünya  duyumu  və  dərkinin  yeganə 
vasitəsi  olub,  aləmin  ruhlarla  dolu  olduğuna  dair  görüş  və  təsəvvürlərlə 
bağlıhqda  doğulmuşdur.  Lakin  bu  varlıqların  funksional-semantik 
simvolikasmın  anlaşılması  üçün  onlann  indiki  halmm  və  etnik-mədəni 
sistemi  yaşadan  bir  ənənədən  alınmış  olan  hansısa  hazırkı  şəklinin 
araşdınlması kafı  deyildir. Bundan ötrü  obrazm hərnin  şəklə düşmək üçün 
hansı  təşəkkül  proseslərindən  keçdiyinin  bilinməsi  də  gərəklidir. 
Rəvayətbıdə personajlarm təşəkkiilü və təkamülü  ib  bağlı araşdırmasında 
N.Kriniçnaya qeyd edir ki, bizə digər folklor hadisələriylə yanaşı, mifoloji 
obrazm  hətta  müasir  folklor  ənənəsində  belə  hər  hansı  əhəmiyyətli 
transformasiyaya  məruz  qalmadan  arxaik  halının  qorunub  saxlandığı 
faktları da bəllidir [252, S.18J. Mifologiyaya dair son illərin yazılarmda isə 
artıq  mifoloji  personajm  müxtəlif  mikroareallardakı  variativliyindən, 
zaman keçdikcə uğraya bildiyi dəyişikliklərdən  söhbət  apanlır9  [263].  Bu, 
artıq  xalq  mədəniyyətindəki  obrazlarm  bədii  osərlərdo  yaradılan  ədəbi 
obrazlardan açıq-açığına fərqləndirilməli olduğu deməkdir.
Bununla bərabər, son dövrbrin araşdırmalarıyla  gəlinən  bir mühüm 
qəııaət  bundan  ibarətdir  ki,  həqiqətən  bəlli  bir  arealda  yayılmış  mifoloji 
obraz  zaman  keçdikcə  təkamül  edən  və  müəyyən  dəyişikliklərə  məruz 
qala  bibn  variantlannın  məcmusudur.  Bu  məııada  xalq  mifologiyası 
mütəhərrik  sistemdir  və  o,  ənətıəvi  mədəniyyətin  hər  hansı  digər 
yarımsistemiııdən  daha  çox  təkamüb  yaxud  öz  içərisindən  dəyişməyə 
meyillidir  [263].  Slavyanşünaslıq  və  balkanistikada  mifoloji  personajm 
daha  dolğun  təsvirini  vermək  məqsədilə  tipoloji  və  müqayisəli-geııetik 
aspektli  bir  sıra  araşdırmalar  aparılmış,  bu  zaman  slavyan  və  balkan 
ənənəsində  mənafərqləndirici  əlaməthrin  invariant  məcmuyu  kimi
9  Bu  mənada  H.Zeynallınm:  «eytıi  nağılın  iki  nağılçı  tərəfmdən  m üxtəlif  şəkildə  yazıla 
bildiyini  qeyd  etmək  lazım gəlir.  Səbəbi?  ÇUnki  bunların birində xatirə  qüvvətli,  digərində 
bir  qədər  zə if  olduğu  üçün  təfsilatın  buraxıldığını  və  bununla  da  nağılm  эп  gözəl  və 
etnoqrafik  və  bəlkə  də  tarixi  əhəmiyyəti  qeyb  edilm iş  olur»  fıkri  və  həmən  flkrə:  «buna 
görədir  ki,  bir  nağılı  пэ  qədər  m üxtəlif adamlardan  m üxtəlif şokildə  eşitməyə  baxmayıb 
hamısını  səbt etmək lazımdır» [105,  s.l 10] qeydi  aktual  səslənir.  M ifv ə  folklor m ətnbrinə 
bu  yanaşma  tərzi  etnik-m ədəni  ənanənin  yaşadığı  ayrı-ayrı  areallarda  mifoloji  personajm 
keçirdiyi  variasiyaları  və  zaman  keçdikcə  uğradığı  dəyişiklikbri  də  izləyə  bilm ək  imkanı 
verir.
götürübn  «mifoloji  personaj»  anlayışına  demonlarla  yanaşı  cadugərlik, 
cilddəyişma kimi demonoloji cizgibri daşıyanlar da daxil edilmişdir.
Dilçilik  elminin  morfonologiya  bölməsindən  məlıımdur  ki,  hər  bir 
dil  üçün  səsbrin  yalmz  о  dilə  xas  ınümkün  sıralanması,  yəni  hansı 
fonembrin  hansı  mövqebrdə  işbnə  bilməsi,  həmiıı  ınövqebrdəki 
mümkün  fonem  düzümü,  eyni  zamanda  mümkün  olmayan  sıralanma 
qaydalan 
mövcuddur. 
Bu, 
fundamental 
«Azərbaycan 
diliııin 
morfonologiyası»  əsərində  prof.  F.Cəlilovun  yazdığı  kimi,  dilin  milli 
xüsusiyyətbrindən  olan  fonotaktika  qaydalarıdır.  Həmin  qaydalardır  ki, 
dilin  arxitektonikasında  da  gticlü  tənzimləyici  funksiya  daşıyır. 
Azərbaycan  dilinin  fonotaktikasma  görə,  sözönii  mövqedə  iki  sait,  iki 
samit  işbnmir,  sözortası  və  sözsonu  mövqedə  iki  sait  yaııaşı  gəlmir, 
sözsonu mövqedə  yanaşı  işbnən  samitbrdən  biri,  adətan,  soııor olıır  və  s. 
[32, s.45-47].
Bu  fikrin  mifoloji  personajlara,  onlarm  daşıyxcısı  ola  bildikbıi 
funksiyaların  hansı 
qanunauyğunluqlar  daxilində  baş  verməsiııin 
araşdırılmasma  tətbiqi,  şübhə  yoxdur  ki,  gözbnilməz  nəticəbrə  gətirib 
çıxara  bibr.  Yəni  ənanəvi  mədəniyyatdə  mifoloji  varlığın  bəlli  mifoloji 
motiv  və  funksiyalarm  daşıyıcısma  çevrilməsinin  özü  belə  osliııdə  adi 
məntiqb  bəzən  sona  qədər  anlaşıla  bilməyon  bəlli  qanunauyğunluqlar 
daxilində  baş  verir.  Е1эсэ  də  eyni  elementbrin  yeni  qurulıışda  və  ycni 
mühitdə  görüşməsindəıı  песэ  yeni  keyfiyyətli  xassəbr  alınıısa,  elementin 
quruluşa  və  quruluşun  da  elementə  göro  miiəyyən  sorbəstliyinin  olınası 
nəticəsində  quruluş-element  uyğunluğu  bir-birini  qarşılıqlı  şərtbndirmə 
bağlılığı  ib   песэ  bağlanırsa  və  nəticə  etibarib  qıırulıışun  elementi  vo 
elementin 
də  qurııluşu 
müəyyən 
etdiyi 
bu 
bağhlıq 
biı-birini 
fomıalaşdırmaqdan  daha  çox  mümkünbr  arasında  öziinə  tıyğununıı 
seçirsə  [76,  s.12],  fikrimizcə,  mifoloji  obrazla  həmin  obrazın  daşıdığı 
funksiyalar  arasındakı  münasibətbrdə  də  bənzər  əlaqə  özüuii  göstərir. 
«Sehirli  nağıllann  transformasiyası»  məqabsində  V.Propp  yazırdı  ki, 
nağılın  öyrənilməsi  çox  baxımdan  təbiətdə  üzvi  birbşməbrin  öyrənilməsi 
ib   qarşılaşdırıla  b ib r  [340,  s. 153].  Bu  mənada  mifoloji  obrazların 
evolyusiyası da təbiətdə olanlarla mıbyyən ölçüdə bənzərlik təşkil edir.  Bıı, 
özlüyündə  эпэпэ  içərisində  yaradıcılığın  əsil  təzalıiir  formasıdır.  Bir 
mütofəkkirin:  «elmdə  biz nəyinsə  nə  üçün  və nədarı  ötrü deyil,  yalnız песэ 
baş  verdiyini  bilə  bibrik»  [294,  s.510]  -   sözbrindən  istifadə  ib   söybmək 
olar ki, mifoloji  varlıqların da təşəkkiilü və təkamüliinün  пэ  iiçün  və  nədəıı

ötm  məhz  bu  şəkildə  baş verdiyini  yox,  yalnız песэ  baş  verdiyini  izləmək 
miimkündür.
Bütün  yaşayışı  simvolikaya  büriindüyü  üçün  qədim  insan 
simvollarla  düşünüb,  onu  əhatə  edən  aləmi  simvollar  yığmı  kimi  də 
qavrayıb  qəbul  etmişdir.  Bu  baxımdan  güman  etmək  olar  ki, 
mifologiyadan  gəldiyinə  görə  türk  xalqlannda  simvollann  da  əski  ortaq 
özülü  vardır.  Mifoloji  obrazlar  da  тйэууэп  mənada  özlüyündə 
simvollardır.  Belə  bir  fıkir  daha  çox  yayılmtşdır  ki,  guya  qədim  insan 
maddi  olaıaq dərk  etdiyi bəlli  bir hadisəni  düzgün  anlamamaq nəticəsində 
onun  əsatiri  surətini  yaradıbdır.  Əlbəttə  ki,  mifologiyanm  fantastik 
obıazlarmda  ətraf  alamin  gerçək  çizgiləri  geniş  əksini  tapmışdır  [286, 
s.170].  Əslində  hər  hansı  fövqəltəbii  əsatiri  surətin  əsasmda  tabii  və  ya 
maddi  olaraq  qavranılan  hansısa  bir  varlıq  dayanır.  Gerçəkdən  mövcud 
olduqlarına inanılan bu mifoloji  varlıqlar onənadə  öz ölçüləri  ilə seçilir və 
эпэпэ  daşıyıcıları  da  onlan  həmin  cəhətlərinə  görə,  təbiidir  ki,  bir  nağıl 
peısonajından  fərqləndirirlər.  Məsələnin  arxaik  təfəkkürə  nəzərən 
mahiyyəti  ondan  ibarətdir ki,  «ideya və  obrazm mahiyyətdəki  eyniyyətinə 
əsaslanan  mifoloji  fantaziya»nm  doğurduğu  «mifoloji  obrazlar  metafora 
və  ya  alleqoriya  olmayıb,  sözün  hərfı  mənasında  maddi  olaraq  dərk 
edilirlər»  [21, s.13].
Mifoloji  personajlarla  bədii  yaradıcılıq  prosesi  naticəsi  olaraq 
incəsənət  əsərlərində  yaradılmış  obrazlar  arasmda  fərqlər  mövcuddur. 
Mifoloji  personaj  insanın  təbiətlə  iç-içə  olduğu  düşüncəsinə  söykənən, 
ətıaf  aləmdəki  hadisə  və  nəsnələrini  antropomorflaşdıran  mifoloji 
təfəkkürün  məhsııludur  [387,  s .ll].  Mifologiya  ilə  ədəbiyyat  bu 
kontekstdə  çox fərqlidir.  Belə ki,  mifologiyada hər пэ varsa hamısı  harfan 
qavranılır.  Ədəbiyyatda  isə  metafora  öndədir.  Hər  hansı  şəkildə  olursa 
olsun,  qəbul  edilməsindən  asılı  olmayaraq,  mifoloji  mətn  içarisində 
metaforaya  yer  yoxdur  [10,  s.3].  Bir  daha  qeyd  etmək  gərəkdir  ki,  arxaik 
mədəniyyətbr  üçün  şifahi  mətnlərdə  söylənənlərin  sadəcə  gerçakliyiııə 
inam  xarakterik  deyil,  onlardakı  «obraz-anlayış»larm  özləri  belə  эпэпэ 
daşıyıcılarmın  nəzərində  gözlə  görüııən  şəkildə  və  maddi  olaraq  qavrana 
bilir. Yəni  arxaik düşüncənin öz təbiətindən  gələn bir xüsusiyyətlə əşyanm 
öziıyb  obrazı  bir-birinin  eyni  kimi  dərk  olunmuşdur.  Həmin  obrazlarsa 
əsla  fantastik  deyil  və  özləri  də  miiəyyən  mənada  «obyektiv  reallıq»dan 
ayrılmazdır [314;  347, s.48].
Folklorşünasların epik dünya ilə bağlı araşdırmalannda qeyd olunur 
ki,  motivin  semantikası  bütün  daxili  dayamqlığı  ilə  yanaşı  məlum  ölçüdə
mütəhərrikliyə  malikdir  və  süjet  kontekstində  konkretlik  qazamr; 
motivdəki  variasiyalar  qaçılmaz  olaraq  semantikadakı  dəyişikliklərlə 
bağlıdır.  Motivin mahiyyəti  əsil  mənada süjetin  dinamikasmda açılır  [341, 
s.170-184].  Bu  zaman  isə,  folklora  dair  эп  ciddi  tədqiqatlarda  qeyd 
olunduğu  kimi,  variativliyə  də  məhz  uyğunluğun  və  ya  bənzərliyin 
hüdudları  çərçivəsində  yol  verilir10  [уепэ  orada,  s.171],  Bela  bir  bağlıhq 
mifoloji  personajla  mifoloji  motiv  arasmda  əlaqədə  də  özüııü  göstəıir. 
Burada  isə  əsas  cəhət  bundan  ibaratdir  ki,  keçdiyi  təkamül  xətti  boyu 
mifoloji  personaj  bəlli  bir  nöqtayə  gəlincə  oııun  hansı  yolla  «gedəcəyi» 
artıq  ənənənin  təbiətindən  gələıı  bir  qüvvətlə  mifoloji  obrazın  özii  vo 
daşıdığı  funksiyası ilə, üstəlik т э п а  potensiahna uyğun тйэууэп edilir11.
Mifoloji  personajın təməlində  varlığı 
bir  bütöv  olaraq  görən
mifoloji  tofakkür  dayanır.  S.Tokarevə  görə,  mifoloji  personajm  biriııci 
başlıca əlaməti onda xariqüladə, fövqəltəbii özəllikbrin olması, ikincisi  də 
ona inamın olmağıdır [368,  s. 15].  Mifoloji varlığı  ayırd edən əlamətlərdən 
biri 
onun  nə dərəcədə  maddi  qavranmağı,  gerçak  tasəvvür  olıına
bilməyidir.  Funksiyası,  görünüşü  və  atributları  da  həmçiııin  omı 
xarakterizə  edən  cəhətlərdir.  Yeri  galmişkən,  mifoloji  obraz  funksiyasım 
mifoloji  strukturda  gerçəkləşdirir,  yani  funksiya  strukturda  yaşayır.  Eyni 
bir  funksiya  müxtəlif  strukturlarm  yardımıyla  gerçəkbşə  bilir.  Öziinü 
strukturda realiza etməkb funksiya ona тэп а qazandırır.
Mifyaradıcı  şüurun  məhsulu,  hissi-məkani  qavrayışların  bolli
təzalıürü  olan  mifoloji  varlıqlar semantik-sturtur baxımından  vo simvolika 
etibarilə  müxtəlif  sabəbbrdən  zaman  ərzində  dayişikliyə  ıığıayır.  Yoni 
onuıı  simvolikasının  özü  b eb   passiv  deyil,  dəyişikliyə  uğraya  bibndir. 
Burada  təsadüf deyə  qavranıla  bibn  elenıentlər  ola  bilir  ki,  oıılar  caıılı 
təbiətdə  olduğu  qədər  e b   mifoloji  varlıqların  da  bir  sıra  funksiyalarla 
yükbııməsi  prosesiııdə  əhəmiyyətli  rol  oyııayır.  Bu  və  digər  banzar 
səbəblərdəndir 
ki,  onun  indiki  cizgibriyb 
yüzilbr  bundan  əvvəl
ənənədəki  şəklinin  eyni  olduğunu  diişünmək  çətiııdir.  Bununla  yaııaşı, 
görkəmli  rus  aliıni  S.Neklyudovun  qeyd  etdiyi  kimi,  mifoloji  prototip 
folklor janrlarınm  dərin  semantikasma  hopur.  Qədim  obraz  başqa  estetik
10  O nənənin  hildudları  çərçivəsində y e rb şə n   folklor  [343,  s.9]  yaradıcılığı  olsa olsa  əııonə 
çərçivasinda  gəzişmələrə  (im provizasiyaya)  yol  veıir  [182]  ki,  bənzər  transformasiyaların 
ciddi  araşdırılm asıyla da пэ etnoqraflar,  пэ folklorşünaslar nıəşğul  olmuşlar [384,  s. 107].
"   Yeri  golınişkən,  bütiln  bıı  hallarda  «ikinci  dərəcəli  personajlar,  demək  olar,  variasiyaya 
uğram ırlar [341, s. 171].

dəyərlər  axanna  diişsə  də,  qalıq  şəklində  ilkin  surətini  qoruyub  saxlayır 
[307, s. 182-183].
Mifoloji  varlığm adma gəldikdə,  onu  həmçinin  personajın öz təbiəti 
miiəyyən  edə  bilir;  yəııi  personajın  görünüşünün  təsviri  yerinə  keçə bilən 
adi  semantik baxımdan  son  dərəcə  əhəmiyyətli  ola  bilir.  Bir  sıra mifoloji 
təsəvvürlər  mifoloji  varlıqlarm  adları  ətrafmda  formalaşa  bilmişdir.  Bəzi 
tədqiqatçılara  görə,  «mif»  aıılayışı  mifoloji  ad,  mifoloji  obraz və mifoloji 
süıetdən  də  ibaıətdir.  Bu  mənada  эп  əski  və  ilkin  mifoloji  struktur  elə 
addır;  m if özündə hər şeydən əvvəl mifoloji obrazı təcəssüm etdirir ki, mif 
də,  mifoloji  süjetlər də  başlanğıcda mifoloji  adm  mündəricəsindədir [248, 
s.92-94].  Teonimlərdə  isə  mifoloji  obraz,  Losevin  sözləriyb  deyilsə,  elə 
bil  adlandınlanm  mahiyyətinin  energiyası  olan  adm  səslənişıylə 
konkretlik qazanır, maddi şəkil  alır [267,  s.231].
Dəyişik adlar altında olsa belə,  funksional  baxımdan eyni olduğuna 
mifoloji  personajlar  eyni  bir  funksiyam  da  yerinə  yetirir.  Eynitipli 
mətnbrdə  müxtəlif obrazlar  biri-birini  asanca  əvəz  edir  ki,  bu  da  onlann 
içəridən  genetik,  ya  da  stnıktur-funksional  bağhlıqda  olmalanndan  gəlir. 
Beta bir özəlliyi  isə eyni mətn tiplərindəki vahid personaj  sistemiııi də iizə 
çıxannağa,  mifoloji  simvolika  və  semantikanı  bərpa  etməyə  imkan verir. 
Tədqiqatlar  göstərir  ki,  eyni  bir  etnik-mədəni  sistemdə  funksional 
keyfıyyətlərinə  görə  tək  bir  mifoloji  personaja  bəzən  bir  neçə  ad  uyğun 
gəb  bilir.  Bu  cəhət  nağılın  strukturunda  da  özünü  göstərir.  Nağılın 
heyranedici  müxtəlifliyini, rəngarəngliyini  və  gözəlliyini,  о biri yandan da 
yekrəngliyini  və  təkrarlığmı  məhz  həmin  cəhətlərlə  bağlayan  görkəmli 
folklorşünas  V.Propp  yazır  ki,  «nağıl  zaman-zaman  eyni  bir  fəaliyyəti 
miixtəlif  peısonajlara  aid  edir...  Qeyd  edək  ki,  miixtəlif  icra  edənləriylə 
funksiyalann  təkrarlığmı  din  tarixçiləri  miflərdə  və  inanışlarda  artıq 
çoxdan  müşahidə  etmişlər...  İrəli  gedərək  söyləmək  olar  ki,  funksiyalar 
son dərəcə az, personajlar hədsiz dərəcədə çoxdur» [338, s.29-30].
Eyni  zamanda vahid  etnik-mədəni  sistem  çərçivəsində  bir  ənənənin 
bədxah  ruh  olaraq  qəbul  etdiyi  mifoloji  peısonaj  digər  ənənədə  xeyirxah 
varlıq  şəklində  yer  ala  bilir.  Məsələn,  çuvaş  mifologiyasında  acıqlı  varlıq 
kimi  tanman  «Aşafatma»  əslində  almmış  olduğu  müsəlman  tatar 
mədəniyyəti  çevrəsində  tamamən  fərqli  mifoloji  semantika  daşımışdır. 
Monqol  mifoloji  sistemindən  bolıs  edən  məqabsində  S.Neklyudov  belə 
bir  fıkri vuığulayır ki, mifoloji  sistemin  öyrənilməsi  zamam  «əsil monqol 
mənşəli olan» ilə  «alınma»nı  heç  də kəskin  şəkildə qarşı-qarşıya qoymağa 
gərək yoxdur.  Birincisi,  belə  yanaşmada  mümkündür  ki,  yanlışlıqlara yol
verilsin.  İkincisi,  insanm  dünyanı  anlaması  və  izah  etməsi  baxımından 
almma  mifoloji  motiv  köklü  motivdən  az  əhəmiyyətli  olmaya  bilir. 
Nəhayət,  üçöncüsti,  motiv,  süjet  və  ya  obraz  ümumiyyətlə  о  halda  alma 
bilir ki,  alındığı ənənədə ona yer vardır, həmin  ənənədən ötrü о  gərəklidir 
уэ
 bu ənənənin də zamam çatmış sorğulanna cavab veıir [312, s.70].
Təbiət  abmindəki  hadisələrin  bir-biriylə  sanki  hörülü  şəbəkə 
yaratmaq  özəlliyi  var  ki,  bənzər  cəhəti  mifoloji  varlıqlarm  etnik-mədəni 
эпэпэ çərçivəsindəki evolyusiyasmda da izləmək mümkündür.  Sibirin tiirk 
xalqlarından  cənublu  altaylılann  ənənəvi  dini  görüşlərinə  görə  Qara  quş 
yuxan  dünyada  yaşayan  Ülgenın  oğludur.  Kumandinlərdə  də  Kırqıs  xan 
deyilən  ruh  var və  Ülgenin  oğulları  sırasmda  göstərilir.  Şorlarda  isə  eyni 
adlı  Qara  quş  da,  Kırqıs  xan  da  -   hər  ikisi  Erlikin  oğullan  olaraq 
bilinmişdir  [164,  s.217]  və  s.  Bütün  bunlar  stabilliyi  ilə  yanaşı,  mədəni 
ənənənin  həm  də  nə  dərəcədə  mütəhərrik təbiətli  və  hər  an  içəridən  özü 
özünü  təzələyən bir hadisə olduğunu açıq göstərir.  Bu həm də о deməkdir 
ki,  bir  mifoloji  varlığm  (o  cümlədən  mifoloji  funksiyanm)  mövcudluğu 
digərinin  mövcudluğu  üçün  bir  səbəb  rolunu  oynaya  bilir,  е1эсэ  da  onun 
bəlli  semantik,  struktur  özəllik  daşımasım  şərtləndirir.  Bunlar,  əlbəttə, 
spontan şəkildə baş verir.
Beləcə,  mifoloji  obrazlann  təkamülü  eyni  zamanda  onlann 
özünütəşkil  dinamikasınm  ayrılmaz  cəhətidir.  Bu  mənada  tiirk  mifoloji 
obrazlar  sistemindən  iimumən  qiraqda  qalan  hansisa  ayrica  bir  varliq 
yoxdur;  həmin  varlıqlann  hər  birinin  eləcə  varlığı  müəyyən  mənada 
digərlərinə  bağlıdır  və  onlardan  bir  çox  hallarda  qarşılıqlı  asılılığı  da 
vardır.  Bunlannsa  birinin  varlığı  digərinin  də  mövcudluğunu  bəlli  ölçüdə 
şərtləndirir,  hər  birinin  digərlərini  «doğurub  yaşatdığı»  gerçəyini  göstərir 
(Bütün bunlar isə kainatın bir-biriylə höriilü  bağlılıqlar şəbəkəsi  olduğuna 
dair müasir fızikada irəli sürülən  butstrep hipoteziylə yaxmdan səsləşiı).
Mifoloji varhqlar az hallarda təbiətən mütləq ziyankar və ya miitləq 
xeyirxah  olurlar.  Bu,  əlbəttə,  insanlarııı  onlara  qarşı  nə  şəkildə  bir 
münasibət  göstərmələri  və  ya  davranmalanndan  çox  asılıdır.  Fövqəltəbii 
varlıqlar  əksərən  öz  təbiətlərinə  görə  пэ  xeyirxah,  пэ  də  bədxahdırlar. 
«Xeyirxah» deyilənlər zərər toxundura bildikləri  kimi azar gəzdirən  ruhlar 
da,  tutalım,  əgər  qurbanları  vaxtlı-vaxtmda  veribrsə,  adamlan  rahat 
qoyarlar.  Xeyirxah  yaxud  bədxah  gücii  təmsil  etdikbrinə  dair 
təsəvvürbrdən  asılı  olaraq  mifoloji  varlıqlarm  insana  ikili  münasibət 
göstərdiyi düşünüliir ki, bu da arxaik эпэпэ daşıyıcılarınm yerinə yetirməli 
olduqları  ıituallara  və  ənənəvi  davranış  normalarına  эт э!  etməbri  ib

müəyyən  olunur.  Bir də ayrıca,  insanlara yalnız zərər toxunduran varhqlar 
olur ki, onlar da tipoloji baxımdan müxtəlifliyi ilə seçilirlər.
Fantastik varlıqlara gəldikdə  xalq  demonologiyasmda onlar,  demək 
olar,  heç  bir  rol  oynamır.  Lakin  demonologiyadakı  personajlar  ara-sıra 
nağd  süjetinə  daxil  ola  bilir  ki,  ənənəvi  mədəniyyət  daşıyıcısı  da  onları 
kəskin  fərqbndirməyi  bacanrlar.  Əlbəttə,  nağd  motivləri  heç  də 
biitünlüklə  kult  qalmtısma  aparılıb  çıxanla  bilməz.  Nağıl  personajlannın 
mənşəyi  ilə  xalq  demonologiyasındakı  mifoloji  (demonik)  varlıqlar 
mənşocə  də  fərqli  ola  bilir.  Eyni  semantik  cərgədə  olduqları  üçün  bəzən 
bir  sıra  demonik  varlıqlar  arasmda  ciddi  bir  fərq  qoyulmaya  bilir.  Bu 
bədxah  güclər  sırasma,  yeri  gəlmişkən,  bir  qədər  başqa  xarakterli  olub 
adamlaıa  istəyərək  və  ya  istəməyərəkdən  ziyam  dəyə  bilənbr  -  gözündə 
olanlar,  topal  adamlar,  cadugərlor  və  s.  də  aiddir.  Bunlar  hənıin 
varlıqlardır  ki,  adamları  onlardan  cadu-bitik,  tilsim  qoruyur.  Onlar  öz 
strukturlarma 
görə 
seçildiyindən 
personajlarm 
xarakterini 
də 
transformasiyaya uğradır.
Mifoloji  varlığın  xarakteri  isə  irəlicədən  nəticəsinin  söylonməsi 
çotin  evolyusiya  prosesiylə  yanaşı,  folklor janrından  da  asılıdır.  Nağılda 
rast gəlinən «hal-cin» obrazı  ilo mifoloji  rəvayotdəki «hal» obrazı arasmda 
fərq  mövcuddur.  Çünki  mifoloji  varlxqlarla bağlılığı  olan hər  hansı janrın 
öz  personaj  sistemi  var.  Belə  ki,  eyni  bir  mifoloji  varlığm  miixtolif 
janrlarda variasiya olunması  onların fərqli  şəkillərinin  meydana çıxmasma 
səbəb  olur.  Diqqəti  çəkən  bir cəhət  də  var ki,  mifoloji  hal  anası  obrazının 
nağıllara  keçid  etməsi  bəzibrinin  onun  varlığım  qəbul  etməyi  və  bəzi 
söyləyiciııin  də  qəbul  etməməyi  ilə  sanki  bir  vaxta  düşür.  Yəni  obraz 
inanış  obyekti  olmaqdan  çıxdığı  zaman  artıq  onun  nağıla,  dastana, 
morasim-oyuna  və  b. janrlara  doğru  gedişi  baş  verir.  Lakin  həmin  halda 
bclo,  maraqhdır  ki,  onların  mifoloji  simvolikası  asanlıqla  bərpa  oluna 
bilir.  Вэгэп  təkcə  adın  özü  onun  mifoloji  təbiətini  üzə  çıxarmağa  imkan 
yaradır.
Mifoloji 
inamlar 
fövqəltəbii 
güclərlə 
insanlann 
qarşılıqlı 
mütıasibətlərinin  xarakterini  ək:>  etdirir.  Qeyri-maddi  və  cismdən  mohrıım 
olmaqla  yanaşı,  mifoloji  varlıqlann  zoomorf  ipostaslı  olmaları  haqda 
inamlar  da  çox  yayılmışdır.  Özündə  xaosu  təcəsstim  etdirən  mifik 
varlıqlarsa  perifeıiyaya  sıxışdınlıbmış  kimi  öz mövcudluğunu çox  zaman 
ya  yeraltı  səltənətdə,  ya  kosmik  dünya  modelinin  uyğun  qismlərində 
davam  etdirə  bilirlər.  Folklor  dünyasmda  qaynağmı  mifoloji  görüşlordəıı 
alaıı personaj  baş vermiş  hansısa bir hadisə  üzüııdən, məsələn,  axsaq  qalır
və  ya  kor  olur  ki,  bu  da  sadəcə  həmin  hadisənin  zahiri  nəticəsi  olub, 
əslində  semantik  baxımdan  obrazm  о  biri  dünyaya,  xtonik  aləmə  və  ya 
demonlar sferasma bağlılığımn işarəsi kimi də yozula bilir [309, s.135].
Mifoloji  xarakterli  sözlər  sırasmda  əsasən  mifoloji  adlar  ikimənalı 
ola bildiyindən  onlann  ilkin  həqiqi  mənasmı  üzə  çıxarmaq bəzəıı  çətinlik 
törədir.  Ona görə də həmin adlarm etimologiyası  zamanı mifoloji sistemin 
elementlərini  adlandırmamn  öz  tipologiyası  olduğu  nəzərə  alınmahdır. 
Mifoloji  sıstemlərdəki  tipoloji  universaliyalarm  müəyyənlik  qazanması, 
eləcə  də  ümumi  semantik  qarşılaşdırmalarm  analizi  həmin  sisteınə  daxil 
olan  mifoloji  obyektlərin,  о  cümlədən  mifoloji  varlıqlarm  adlandırdması 
prinsipini üzə çıxarmaq imkanı verir.
Təsnif  olunmaları  etibarilə  mifoloji  varhqlann  mifoloji  motivlərə 
görə  belə  qruplaşdmla  bilməsi  mümkündür.  Mifoloji  motiv  özlüyüııdə 
personajlar  kompleksi  ilə  bağlıdır.  Eyni  mifoloji  varlıq  haqqında 
söyləyicilərin verdiyi  bilgilərə gəldikdə isə, həmin  bilgilər rasional  məııtiq 
baxımından zaman-zaman  ziddiyyətli  də ola bilir.  Bu qənaətə gəlmək olar 
ki,  funksiya  vo  m otivbr  mifoloji  sistemin  minimal  vahidbridir  уэ 
«personaj  məkanmda» onlar sərbəst dolaşa bilirbr [193].
Folklor 
motivbrinin 
bəzi 
aspektbrinin 
tədqiqinə 
dair 
araşdırmasında S.Neklyudov b eb  güman edir ki, motiv fondunun elementi 
пэ  qədər  qədimdirsə,  bir  о  qədər  geniş  semantik  təbəqəyə  və  böyük 
potensiallı  semantik  bağlılıqlara  malikdir  [310,  s.227].  Bu,  «nıotiv 
fondunun  təşkilinə  bilvasitə  daxil  olan  mifoloji  obrazm»  da  mona 
potensialı  geniş  olduqca  onun  mənşəcə  əskibrdən  gəldiyi  və  arxaik 
strukturlu olduğu qənaətini hasil etmək imkanı verir.
Demonoloji  sistembrlə  bağlı  mifoloji  varlıqlarm  simvolikalannm 
araşdırılması  zamanı  bir çətinlik də  bundan  ibarətdır ki,  eyni  varlıq  etnik- 
mədəni  sistemi  yaşadan  эпэпэbrdə  ayrı-ayrı  adlarla,  bəzən  isə  tərsinə  -  
ayn-ayrı personajlar eyni və yaxud ümumi bir adla adlandırıla bilir  [193]. 
Bu  isə  adla  anlayış  arasmda  münasibətbr  baxımından  bir  çox 
problembrin  həlli  zərurətini  meydana  çıxaraıaq,  etnik-mədəni  ənənədə 
qarşılıqlı  əlaqəbnən  mifoloji  obrazlann  biri-birindən  təcrid  olunmuş 
şəkildə araşdırılmasmm qeyri-mümkünlüyünə işarə edir, həmçinin b eb bir 
gerçəyi  sübuta  yetirir  ki,  mifoloji  obrazlann  mövcudluğunu  doğrudan  da 
funksiyaları şərtbndirir.
Türk  mifşünaslığmda  mifoloji  personajlann  və  onlann  mifoloji 
funksiyalarmın  nəzəri  əsaslandırılmış  bsvirini  verən  bir  təsnifatı  mövcud 
deyildir.  Digər etnik-madəni  sistemlərlə bağlı araşdırmalarda tədqiqatçılar

müəyyən  diferensial  əlamətlər  məcmusunıın  mifoloji  personajların 
təsnifatmda  osas  olaraq  göttirülməsinin  zəruri  olduğu  fıkrini  irəli  siirürlər 
ki,  həmin  optimal  diferensial  əlamətlər  məcmusu  özündə  personajm 
irreallığı  dərəcəsini,  funksiyalarım,  məskənini,  təzahür  formasım,  zalıiri 
göriintişünü və s. ehtiva edir [387, s.12].
Mifoloji  personajm  xarakteri  eyni  zamanda  onun  mövcud  olduğu 
dairədən,  folklor  janrından  asılıdır.  Ona  göıə  ki,  ağız  ədəbiyyatmm 
mifoloji  təsəvvürlərlə  bağlanan  Ьэг  bir  jannnm  öz  personajlar  dünyası 
mövcuddur  [387,  s. 13].  Ümumən,  mifoloji  obraz  və  süjet  isə  ədəbiyyata 
nə  zamanlarsa  mövcud  olmuş  mifoloji  ənənələıdən  birbaşa  gəlməklə 
yanaşı,  həm  də  dolayısıyla -  folklor janrlarınm  geniş  spektrindən  keçərək 
daxil  olur  [312,  s.72].  Müəyyən  folklor  obrazları  var  ki,  artıq  inam  vo 
etiqadın  predmeti  olmaqdan  çıxmış,  fövqəltəbii  özəllikbrə  sahib  olmaq 
keyfiyyətbrini  itirmişdir.  Həmin  əlamətlərdən  məhrıım  qalmalarıyla  bu 
obrazlar  folklor  ssərbrində  qərar  tutaraq  indən  b eb   artıq  nağılların, 
mərasim  və  oyunlann personajlan  kimi  mövcudluqlarım davam etdirirlər. 
Belə  olan  halda  bu  obrazlarin  mifoloji  funksiyalarınm  bərpası  mümkün 
görünür.  Həmin  funksiyalar  zaman-zaman  öz  ifadəsini  obrazın  admın 
semantikasında belə tapa bilir [уепэ orada,  s. 14].
Mifologiyadan  gələn  obrazlarin  funksional-semantik  strukturu  va 
simvolikasimn 
araşdırılması 
türk 
dinşünaslığı, 
etnoqrafiyası 
və 
folklorşünaslığının  bir  sıra  problemlərinin  öyrənilməsinə  də  aydmlıq 
gətira  bilər.  Bu  zaman  ümumtiirk  mifoloji  dünya  modelinin  bir  bütöv 
olaraq  bərpası  üçün  sistemin  mifoloji  personajlar  soviyyəsiııdə  təsviri 
deyil,  mifoloji  ənənəniıı  ilkin qatını  təşkil  ebyən funksiyalar səviyyəsində 
araşdırılması  qaçılmaz  bir  gerçəklikdir.  Nağıllarda,  V.Proppun  funda­
mental  araşdırmalarmdan  da  göründüyü  kimi,  funksiyaların  daimiliyi 
qorunub  saxlamr  ki,  bu  da  funksiya  çevrəsində  qruplaşan  elementləri 
sistemə  salmaq  imkaın  verir.  Transformasiyanın  qanunlarına  yalnız 
atributiv elementlər yox,  həın də funksiyalar mərıız qalır [338, s.97-98].
Bütün  bunlaıla  yanaşı,  onu  da  qeyd  etmək  lazımdır  ki,  türk 
mifologiyasında çoxlu sayda mifoloji varlıq, ilah və  ruh  obrazlan yer ahr, 
lakiıı  onların  hamısıyla bağlı  əldə  ətraflı  məlumat yoxdur.  Üstəlik  hamin 
obrazlarla  bağlı  bilgibr  ayrı-ayrı  türk  xalqlan  arasında  dəyişməkdodir 
[119,  s.123].  Yəni  türk  etnik-madəni  sistemini  yaşadan  эпэпэЬг  песэ 
dəyişik landşaftlara yayılmışsa və  bu  da  öz növbəsində  tobii  şəraitb  bağlı 
onların  dünyagörüşündə  hansısa  lokal  fərqlilikbr  doğurmuşduısa,  türk 
mifoloji  obrazları  da  etnik-mədəni  sistem  çərçivəsində  bir  bütövlük
içərisində sanki həmin müxtəlifliyi nümayiş etdirir. Beləcə, yayğm coğrafı 
ərazidə  yaşayan  türk  etnosunun  mifoloji  düşüncə  dünyası  və  mifoloji 
obrazlar aləmi etnosun, qoynunda yaşadığı  landşaftın özü qədər rəngarong 
və zəngindir.
Din  elmbrinə  dair  əsərbrdə  qəza-qədərlə  bağlı  göstərilir  ki,  qədər 
yoxluqdakı  imkanlann  sırayla və  qəza ib   uyğunluq içərisində  mövcudluq 
halına  keçməsidir. 
Bu, 
mibyyən  mənada  mifoloji  varlığm  da 
evolyusiyasmı yada salır.  B eb ki,  mifoloji obrazlarin da təkamülü bəlli bir 
ölçüdə  obrazın  funksionallığı  və  semantikası  baxımından  məııa 
potensialmdakı  ilkin  imkanlarm  sırayla  və  uyğunluq  içərisində  var  ola 
bilmə şəklidir.
Mifoloji varlıqlarla bağlanan motivbrin tarixdəıı bəlli  şəxsbrin adlan 
ib əlaqələndirilməsinə gəldikda isə bu, türk mədəııiyyətində (və ebcə də bir 
sıra digər mədəni ənənəbrdə) rast gəlinən yeganə və təsadüfi  sayıla bibcək 
bir  hadisə  deyildir.  Arxaik  formalar  qırağa  sıxışdmldığı  vaxt  bu  əski 
strukturlar  folklor  ənənəsi  və  xalq  inamşlan  qismində  varhğmı  sürdürür. 
Mifoloji  motivbr,  arxetipik  süjetbr  folklorda  ayrı-ayn  simvol,  metafora, 
epitet  kimi  qoruna  bilir.  «Mifın  poetikası»nda  Y.Meletinski  qeyd  edir  ki, 
gerçəkdə  baş  vermiş  hər  hansı  tarixi  hadisə  necəliyindən  asılı  olmayaraq 
mifoloji  strukturlann  hazır  qəliblərinə  sığdırılır»  [286,  s.177].  Nəticədə 
həmin  tarixi  personajlara  elə  xüsusiyyətbr  və  funksiyalar  isnad  olunur  ki, 
onlan  folklor-mifoloji  baxımdan  əhamiyyətli  vo  mənalı  etsin  [261,  s.332- 
333].
Folklor təfəkkürüntin qanunauyğunluğu baxımmdan həqiqətən qədim 
dövrbrin  hadisəbri  ib   çox  sonrakı  əsrbrin  hadisəbri  qanşıq  bir  əlvanlıq 
meydana  gətirə  bilir.  Bu  mənada  qeyd  olunmalıdır  ki,  real  tarixi  faktlann 
mifoloji  motiv  və  obrazm  strukturuna  yerləşməsi  də  ən  əw əl  bəlli  bir 
həddəcən mümkün formalarla məhdudlaşır [252, s.13].
Türk  mifologiyasınm  araşdınlması  pratürk  mifoloji  sisteminin 
bərpası  istiqaməti  ib   six  bağlıdır  ki,  bu  baxımdan  ayrı-ayrı  mifoloji 
obrazlarin  struktur semantikasınm tədqiqi də  istisna təşkil etmir. XX əsrin 
xüsusən  30-cu  ilbrində  sovet  folklorşünaslıq  elmində  xalq  ənənələriııin 
öyrənilməsinə 
qoyulan 
yasaqlar 
türk 
xalqlarınm 
da 
ənəııəvi 
mədəniyyətinin,  tiirk  mifoloji  sisteminin,  о  cümbdən  Azərbaycan 
folklorunun  mifoloji  məzmununun  araşdınlmasma  öz  mənfi  təsirini 
göstərmiş,  bu  isə  təbii  olaraq  türk  mifologiyasmın  köklö  problemlərinin 
metodoloji  bazasınm  hazırlanması  işini  xeyli  ləngitmişdir.  Başlıcası,  bu

mifologiyanın, mifoloji sistemin və personajlarının təbiətitıin araşdırılması 
ilə bağlı bir sıra nəzəri problemlər işlənib hazırlanmamışdır.
Digər  mifoloji  sistemlərlə,  о  cümlədən  slavyan  mifologiyası  ilə 
bağlı  aparılan tədqiqatlann hazırkı  mərhələsi  həmçinin mifoloji  obrazlarm 
təbiətinin  araşdırılmasmda  yeni  yanaşma  tərzini  ön  plana  çıxarır.  Mifın, 
süjetin  və  mifoloji  obrazlarm  təbiətiyb  əlaqali  araşdırmalann  indiki 
səviyyəsi  mifoloji  sistemlərin  başlıca  vahidbrini  yeııidon  nəzərdən 
keçirmak  zərıırəti  doğurur.
Türk  mifoloji  sistemi  də  ilk  mərhələdə,  əvvəllər  başqa  sistemlərlə 
bağlı  araşdırmalarda  da  olduğu  kimi,  bu  və  ya  digər  personajm  adı 
ətrafmda cərəyan edən, kamil quruluşlu süjetə malik hadisəbrin nəqlindən 
ibarət  miflər  sistemi  olaraq  diişünülmüşdür,  Belə  olduğu  təqdirdə  türk 
mifologiyasına  baxış  klassik  (yunan  və  ya  roma)  mifologiyasmdan,  az 
qala,  heç  пэ  ilə  fərqləndirilməmişdır.  Halbuki  tipoloji  baxımdan  digor 
mifoloji  sistemlərlə  müəyyən  fərqlilik  göstərdiyinə  baxmayaraq,  törk 
mifologiyasınm 
da 
klassik 
mifologiyanın 
qəlibbri 
çərçivəsinə 
sığdırılması,  şübhəsiz,  etnik-rradəni  dəyərbr  düzümünün  düzgün 
müəyyən  olunmasma  maneçilik  törotmiş  və  bu  üzdən  də  gəlinən  bir  sıra 
nəticələr yanlış olmuşdur.
Daha  sonrakı  dövrbrdə  ümumən  araşdırıcılar  mifologiyanın  miflər 
sistemi  kimi  tədqiq  olunmasmdan  daha  çox  mifoloji  personajların 
öyrənilməsinə  üstünlük  verməyə  başlamışlar.  Bu  mərhəbdən  etibarən 
mifoloji  sistemin  əsas  vahidi  olaraq  mifoloji  personajlar  götürülmüş  vo 
mifologiya  artiq  mifoloji  personajlar  sistemi  olaraq  qavranılmışdır.  Beb 
bir  nəticəyə  gəlinməsinin  öziində,  əlbəttə  ki,  miiəyyon  qanunauyğunluq 
vaıdı.  Yəni,  mifoloji  personaj  əsil  həqiqətdə  də  xalq  diinyaduytımu  vo 
təsəvvürlərində  mifoloji  olanların  bütününün  tocəssümii  formasıdır.  Bu 
giin  yenə  davam  etməkdə  olan  həmin  yanaşma  tərzi  özlüyiində 
gərəkliliyini  sübuta  yetirmiş,  nəticə  etibarib  diqqəti  xalq  ənərtəsinirı 
sinxron kəsiyinin öyrənilməsinin əhəmiyyətinə yöııəldilmişdir.
Lakin mifoloji эпэпэ e b  hadisədir ki, onuıı təkamülü prosesi  ulu dil 
çağmdan  bu  yana  hələ  də  davam  etməkdədir.  Odur  ki,  mifologiyanın 
yalmz  mifoloji  obrazlardan  ibarət  sistem  kimi  öyrənilməsi  müəyyən 
mərhəbdən  sonra  həlli  çətin  görimən  bir  çox  m əsəb b rb   qarşı-qarşıya 
gətirmişdir.  Belə  ki,  bu  zaman  mifoloji  personajm  admııı  özündə  nəyi 
təcəssüm  etdirməsinə,  presonajın  funksiyası  və  onun  dildə  hansı  ifadə 
formalarımn  olduğu  məsəbsinə  aydınlıq  gətirilməmişdir  ki,  bunlarsız  da 
mifoloji  varhğm  və  ya personajm  tərifı  Иэг  hansı  mənadan  məhrum  qalır
[262].  Mifoloji  sistemin  heç  də  bütün  elementbri  эпэпэ  daşıyıcüarmın 
təsvirində  öz  əksini  tapmır.  Bununla  yanaşı,  sistemdə  mifoloji  dəyər 
daşxyan  elementbrin  ifadə  şəkillərinin  rəngarəngliyi  ayn-ayrı  mifoloji 
obrazlarm  deqradasiyası  deyil,  mifoloji  sistemin  təbii  halı  kimi  qəbul 
olunmahdır.  Çünki  bu  təsvir  özlüyündə  dünyanı  təsnifat  yoluyla 
dərketmənin özünəməxsusluqlarımn qanunauyğun əksindən ibarətdir.
Azərbaycan tiirk  folklorunda yerli mühitdə meydana çıxan və adına 
Qaraçuxa  deyibn  hami  ruh  obrazı  var.  Bu  mifoloji  personajm 
gözəgörünməzlərdən  olduğuna  inanılır.  Övliya  adı  ilə  də  bilinir,  bəzi 
bölgəbrdə adma da «naxış» deyilir. Qaraçuxa mifoloji varlıq kimi insanm 
özünə  bənzəyən  bəxt  və  tale  anlayışları  ilə  əlaqəbndirilir  [18,  s.23]. 
Xalqın inancına görə,  hər insanm bir qaraçuxası olur.  Qaraçuxa adamların 
arxasınca  gəzib-dolanır,  ona  köməklik  ebyir.  İnsamn  işbrinin  uğurla 
getməyi  Qaraçuxadan  asıhdır.  İnamşa  görə  «Qaraçuxa  övliyadır...  evin 
astanasmda  durar,  amma  gözə  görünməz.  Evin  astanasma  çatdm,  gərək 
Qaraçuxaya  salam  verəsən»  [25,  s.21].  Mifoloji  mətnbrdən aydın olur ki, 
Azərbaycan  türkləriniıı  etiqadma  görə,  «Qaraçuxa  mələkdir».  Burada 
diqqəti  çəkətı  cəhət  bundan  ibarətdir  ki,  obraz  görünüşdə  lokal  səciyyo 
daşıyırsa da,  funksional  semantikasma görə  o, oslində etnik-modəni  sistemi 
yaşadan  digər  ənənədə  var  olmağa  davam  edir.  Konkret  olaraq,  mifoloji 
personaj  kimi  Qaraçuxanm  arxaik  adı  Cənubi  Sibirin  tiirk  xalqlannda 
bugünəcən  qorunmaqdadır.  «Sur»,  «yula»  adlarıyla  bilinən  hənıin  mifoloji 
varlıq  insandakt neçə ruhdan  biridir;  insanm özünə oxşan  var ki,  bədəndən 
çıxıb gəzə bilir və s.
Ənənəvi  slavyan  mədəniyyəti,  о  cümlədən  ümumslavyan  mifoloji 
sistemi  ib   bağlı  araşdırmalardan  da  göründüyü  kimi,  mifoloji  sistemin 
tədqiqində  daha  dərin  qatlara  enilməsinin  zəruriliyi  bütün  aydtnlığı  ib  
özünü  göstərməkdədir.  Bu  ısə  mifoloji  sistemdə  əsas  vahid  olaraq diqqəti 
öz  üzərinə  çəkən  mifoloji  funksiyalardan  ibarət  həmin  qatdır.  Həqiqətən 
mifoloji  personajm funksiyası onun  mifoloji  sistemdə təşəkkiilü  və varlığı 
baxımından aparıcı rol  oynayır [262]. Mifoloji personajm strukturuna b eb  
bir  baxış  obrazın  песэ  adlanması  və  bu  adm  personajm  funksiyalaıı  ib  
bağlılığı  məsəbsinin  də  öz  həllini  tapmasmı  aktuallaşdırır.  Mifoloji 
personajm  adıyla  onun  funksiyası  arasmda  nisbətdən  danışarkən 
araşdırıcılar  qeyd  edirlər  ki,  personaj  özündə  yalnız  bir  funksiyanı 
təcəssüm etdirdiyi vaxt onun adı təbii olaıaq hərəkətini də ifadə edəcəkdir. 
B eblikb,  hətta  tək  bir  funksiya  daşıyıcısı  olan  mifoloji  personaj  lıəmişə 
bəlli bir adla göstərilir [уепэ orada].

Çöl  materiallan  üzərində  tohlillər  toplayıcıyla  söyləyicinin  məntii 
arasmda  hissediləcək  fərqlər  olduğu gerçəyini  meydana  çıxarmışdır.  Belə 
ki,  toplayıcmm  mifoloji  varlıqla  bağlı  hor  hansı  sualına  söyləyici  эпэпэ 
daşıyıcısının  təbiətiııə  uyğun  cavab  verir,  obrazı  ilk  əvvəl  onun  başhca 
funksiyalarma  görə  xarakterizə  eləyir,  yalmz  bundan  sonra  (o  da  çox 
zaman  elə  söyləyiciııin  inadkar  səyi  nəticəsi  olaraq)  mifoloji  varlığı 
тйэууэп zahiri əlamətlərinə görə səciyyələndirir [уепэ orada].
Mifoloji  varlığm  funksiyası  deyərkən  ənənədə  daimi  olaraq  onun 
adı  ilə  bağlanıb  qərarlaşan  hansısa  bir  funksiya  düşünülmüşdür.  Lakin 
belə  bir  yanaşma  funksiya  məfhumuna  aydmlıq  gətirilməsinə  mane  olur. 
Əsil  lıəqiqətdə  «mifoloji  varlığm  funksiyası» istilahıyla  «mifoloji  varlığın 
fəaliyyəti»  heç  də  eynimənalı  məfhumlar  deyildir  və  mifoloji  dünya 
mənzorosiniıı  aydmlığı  üçün  həmin  anlayışlar  sarlıodləndirilməlidir.  Bu  о 
deməkdir  ki,  məsələ»,  
Yüklə 7,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin