binalar tikilməsi haqqında,
Ģose yolu və telefon Ģəbəkəsi barədə məsələ qaldırdı. Müvafiq binaların əsla
olmamasına görə, Kürdüstanın qəza orqanların ı DQM V-n in tərkib ində saxlan mıĢ
ġuĢa Ģəhərinə keçirmək qərara alındı.
Xalq Ko missarları Sovetinə Ağdam, Qaryagin qəzaları və Dağlıq
Qarabağ üzrə bir sıra tədbirlər həyata keçirmək tapĢırıld ı. Pu lsuz olaraq ağac
materialları vermək, ssudaları artırmaq və DQM V-nin paytaxtı Xan kəndində
(1923-cü ilin sentyabrında Stepanakert adlandırıldı) ele ktrik stansiyasının
tikintisi üçün vəsait ayırmaq, orada xəstəxana açmaq, aqro məntəqə təĢkil etmək,
Qaryagini, qəza təĢkilatları və idarələrin i, Ağdamdakı 2-ci dərəcə məktəbləri
tikinti materialları ilə təmin etmək, Qaryagin və Kürdüstan qəzalarını dövlət
təchizatına keçirmək barədə göstəriĢ verild i
211
.
1923-cü il noyabrın 6-7-də Dağlıq Qa rabağ Mu xtar Vilayətin in Birinc i
Sovetlər qurultayı oldu. Qurultayda iĢtirak edən 132 nü mayəndədən 116-sı
erməni, 16-sı azərbaycanlı, 12-si qadın idi. Qurultay nümayəndələrin in 80 faizini
ko mmunistlər təĢkil edirdi. Qurultayı Zaqafqaziya MĠK adından H. H. Sultanov,
Azərbaycan SSR XKS adından Ç.Ġ.Ġldırım və Ġ.Ġ.Dovlatov salamlad ılar.
A.N.Karakozov Qarabağ inqilab ko mitəsinin fəaliyyəti haqqında
məruzə etdi. Qurultay 25 nəfərdən ibarət ilk DQM V MĠK-i seçdi. MĠK-in
üzvləri arasında iki - bir azərbaycanlı və bir ermən i qadın var idi. DQM V MĠK-
in A.N.Karako zov (sədr), M.Çalyan, B.N.Bünyadov, S.V.Manukyan,
A.B.Ketikyan (katib), M.Arzanyan və baĢqalarından ibarət Rəyasət Heyətini
təsdiq etdi
212
.
180
Qurultay Qarabağa 20 min arĢın bez və 20 min pud ağ neft verməy i
qərara alan A zərbaycan MĠK-ə minnətdarlığ ını b ildird i
213
.
Qurultaydan
sonra
"Dağlıq
Qarabağ
Muxtar
Vilayətinin
Əsasnaməsi"nin tərtibinə dair iĢ davam etdirildi. 1923 -cü il dekabrın 11-də
AK(b)P M K-n ın Rəyasət Heyəti bu əsasnamə ilə tanıĢ olub, onun yenidən
iĢlən məsi üçün komissiya yaratdı, 9 nəfərdən ibarət Qarabağ vilayət partiya
ko mitəsini təsdiq etdi
214
.
1924-cü il aprelin 17-də AK(b )P M K-n ın Rəyasət Heyəti əvvəlki
ko missiyanın iĢini qeyri-qənaətbəxĢ saydı və Q.M.Musabəyovun sədrliyi ilə
D.X.Bünyadzadə, A.N.Karako zov, Ġ.Ġ.Dovlatov, H.P.Cəb iyevdən ibarət yeni
ko missiya yaratmağı qərara a ldı. Habelə "bütün Qarabağda millətləra rası
möhkəm meh riban qonĢuluq münasibətlərinin yaradılması ilə bağlı bütün baĢqa
məsələləri ay dın laĢdırmağı" ona həvalə etdi
215
.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Konstitusiyasını qəti Ģəkildə
redaktə etmək üçün 1924-cü il iyulun 1-də AK(b)P MK-nın Rəyasət Heyəti
xüsusi komissiya yaratdı. Ġyulun 3-də AK(b)P MK-nın Rəyasət Heyəti
Konstitusiyanın layihəsini bəyəndi və Azərbaycan MĠK-in Rəyasət Heyətinə onu
təcili surətdə həyata keçirməyi tapĢırdı. Konstitusiya erməni, Azərbaycan və rus
dillərində dərc olundu
216
.
1924-cü il noyabrın 26-da dərc olun muĢ "Dağlıq Qarabağ Mu xtar
Vilayəti haqqında Əsasnamə"də deyilird i ki, DQM V A zərbaycan SSR-in tərkib
hissəsidir, bürün kargüzarlıq, məh kəmə iĢləri və DQM V-n in məktəblərində
tədris ana dilində aparılır. Əsasnamədə DQM V-yə daxil olan ərazi göstərilmiĢ,
respublika və yerli hakimiyyət orqanlarının təĢkilin in formaları, hüquq və
vəzifələri müəyyənləĢdirilmiĢdi
217
.
"Əsasnamə"yə görə, ġuĢa qəzasından ġuĢa Ģəhəri və Xankəndi, 115
kənd, CavanĢir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı
qəzasından isə Qaladərəsi kəndi DQM V-yə verildi.
Bu " xəyanətkar səxavətlilik" Azərbaycan millətinin mənafey inə,
Vətənin gələcəyinə ciddi, ağ ır ziyan vuran bağıĢlanmaz cinayət idi.
Beləliklə, qondarma "Dağlıq Qarabağ problemi Ģovinist rus imperiyası
hakimiyyətinin A zərbaycan xalqına, onun taleyinə qarĢı vaxtaĢırı istifadə etmək
üçün bir alət, çətin vəziyyətdə isə onu məhv etmək məqsədini güdən partlayıcı –
―mina‖ id i.
181
V FƏS ĠL
MƏDƏNĠ QURUC ULUĞUN BAġLANMAS I
§ 1. XALQ TƏHS ĠLĠ
Yeni təhsil sisteminin formalaĢması. Sovet hakimiyyəti Azərbaycanda
mədəni dəyiĢikliklərə "kommunist ideologiyasını" rəhbər tutaraq, əslində
Mərkəzdən
inqilab i
metodlarla
baĢladı.
Cəmiyyət
həyatının
demokratikləĢdirilməsi, xalq ın mədəni səviyyəsinin yüksəldilməsi sahəsində
onun fəaliyyəti aydın ifadə olunan partiyalı xarakter daĢıyırdı. Heç b ir mühü m
mədəni məsələ "partiya rəhbərliyi" olmadan həll edilmird i. Partiyanın əsas
vəzifəsi mədəniyyəti öz "ideologiyası" ruhunda xalq ın sərvətinə çevirmək,
zəh mətkeĢ kütlələri bu yöndə mədəni-tarixi quruculuğa cəlb etmək idi. Ancaq
əslində "böyük məqsəd" bir partiyanın diktaturasını yaratmaqdan, kütlələr
içərisində proletariat diktaturası "mübarizləri" formalaĢdırmaqd an ibarət id i.
V.Ġ.Lenin etiraf edirdi: "Bəli, bir partiyanın diktaturası. Biz bunun üzərində
dayanmıĢıq və bu dayaqdan düĢə bilmərik".
Beləliklə, hər Ģeyə yalnız pro letariat sinfinin və onun partiyasının
mənafey i ilə yanaĢmaq meyarı kütlələrə avtoritar Ģüur aĢılayırdı.
Respublika höku məti və partiya təĢkilatı Azərbaycanda yeni, sosialist
mədəniyyətinin bünövrəsini qurarkən, əsasən yuxarıdakı prinsipi rəhbər tuturdu.
Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında olduğu kimi, yeni tip
mədəniyyət quruculuğu da partiya direktiv ləri, onun qərar və göstəriĢləri ilə
istiqamətləndirilirdi.
Sovet hakimiyyətinin ilk illərində bütün mədəni-maarif iĢlərinə
rəhbərlik etmək səlahiyyəti respublika Xalq Maarif Ko missarlığ ının əlində
cəmləĢdirilmiĢdi. Yen i qurulan cəmiyyətin mənəvi həyatının əsas sahələri -
təhsil, elm, ədəbiyyat və incəsənət faktiki olaraq partiya, dövlət rəhbərliy inin
nəzarəti altına alınırdı, " mədəni inqilabın" bütün gediĢində "kommunist,
ideologiyası" həyata keçirməli və sovet hakimiyyətinin əsas məqsədi olmalı idi.
Sosialist mədəniyyəti quruculuğu keçmiĢ milli ucqarların ö zünəxsus
Ģəraitində böyük çətinliklərlə ü zləĢirdi. Yeni xalq təhsili sistemi yaratmaq,
mədəni-maarif müəssisələrinin geniĢ Ģəbəkəsini inkiĢaf etdirmək, elmi biliklərin
əsaslarını qoymaq, əməkçiləri bədii sərvətlərə alıĢdırmaq, qadınları patriarxal
köləlikdən azad etmək, zərərli adət və mərasimləri aradan qaldırmaq, Ģəxsiyyətin
mədəni, mənəvi inkiĢafına yeni yol açmaq lazım idi. Ġlk növbədə xalq təhsilini
köhnə, müstəmləkəçi idarə üsulundan azad etmək, imtiyazlı, klerikal məktəblərin
dayaqlarının ləğvi əsasında yeni məktəb yaratmaq, təhsil sistemini müasir
182
prinsiplər zəmin ində kö klü dəyiĢ mək vəzifəsi qarĢıda dururdu. Tədris
müəssisələrində təlim prosesini yeniləĢdirmək, köhnə dövrün ziyalıların ı təhsil
Ģəbəkəsində sovet hakimiyyəti ilə əməkdaĢlığa geniĢ cəlb etmək üçün cəhdlər
göstərmək, milli müəllim kadrları hazırlamaq, yeni tədris vəsait və proqramları,
mütərəqqi dərs metodikası tətbiq etmək tələb olunurdu. Buna görə 1920 -ci ildə
Azərbaycan sovet hökuməti xalq təhsilin in yeni inkiĢafın ı istiqamətləndirən bir
sıra dekret və sərəncamlar verd i. Maarif nazirliy inin köhnə aparatı ləğv olundu,
yeni tərkibdə xalq maarif ko missarlığı orqanları fəaliyyətə baĢladı, həmçinin
qəza inqilab ko mitələri nəzdində maarif Ģöbələri təsis edildi
1
. Ġlk xalq maarif
ko missarı DadaĢ Bünyadzadənin imzası ilə 1920-ci il mayın 10-da ana dilində
dərs keçilən, pulsuz icbari politexnik məktəblərin təĢkili haqqında dekret nəĢr
olundu
2
. Həmin ilin avqustunda yeni cəmiyyət qurucuları - peĢəkar iĢçi qüvvəsi
hazırlamaq üçün N.Nərimanovun imzası ilə Azərbaycan Ġnqilab Ko mitəsinin
dekreti əsasında Texniki PeĢə Təhsili Ko mitəsi təsis edildi
3
. A zərbaycanda yeni
xalq təhsili sistemi nü munəsində vahid əmək məktəbləri
4
, tədris müəssisələrinin
növlərinin demo kratikləĢdirilməsi, respublikada yaĢayan bütün millətlərə,
xalq lara öz məktəb və niədəniyyət müəssisələrini yaratmaq hüququ elan edildi.
"Azərbaycan SSR-in vahid əmək məktəbi haqqında əsasnamə" (1920-ci il 26
may)
5
əsasında mə ktəb iki pilləyə bölünmüĢdü -I p illə beĢillik, II pillə dördillik
təhsil kursu idi. "Əsasnamə"də vahid əmək məktəblərin in özünüidarə prinsipləri
müəyyən edilmiĢdi
6
. Həmçinin "uĢaqların əmək məktəbində birgə təhsili
haqqında" xüsusi qərar verilmiĢdi. Ancaq yerli Ģəraitin xüsusiyyətləri nəzərə
alın mıĢ, azərbaycanlı Ģagirdlərin o xuduğu tədris müəssisələri və qruplarda oğlan
və qızların ayrıca dərs keçməsi müvəqqəti saxlanılmıĢdı.
1920-c i ilin mayında Azərbaycan Ġnqilab Ko mitəsinin vicdan a zadlığı
haqqında dekretinə görə, Xalq Maarif Ko missarlığ ının tabeliy ində olan bütün
dövlət məktəb lərində dini təlimlərin öyrənilməsi və hər hansı dini mərasim
keçirilməsi qadağan olundu. Din nazirliy i ləğv edild i
8
. Xa lq Maarif
Ko missarlığının xüsusi əmri ilə tədris müəssisələri və məktəb Ģuraların ın sədri
vəzifəsini tutan və ya icra edən din i dərəcəli Ģəxslər vəzifələrindən azad
edildilər
9
. Dövlət və məktəb kilsə və məsciddən tamamilə ayrıldı.
1920-c i il sentyabrın 19-da Ba kıda Azərbaycan mədəniyyət və maa rif
iĢçilərin in birinci qurultayı açıldı. Azərbaycan hökumətinin baĢçısı Nəriman
Nərimanov qurultayda elan etmiĢdi: "Köhnə quruluĢun ləğvi ilə məktəb də
yeniləĢməlid ir. Tədris və tərbiyə üsullan yeni olmalıdır"
10
.
1920-c i ilin dekabrında Azərbaycan Ġnqilab Ko mitəsinin d ekret i ilə
Ģagirdlərin ana dilin in I və II p illə məktəblərdə tədris dili o lduğu təsdiq edildi
11
.
Orta təhsil verən II p illə məktəblərdə ali təhsilli azərbaycanlı müəllimlərin
çatıĢmaması ilə əlaqədar milli məktəb quruculuğu ciddi çətinliklər keçirirdi.
183
1920-c i ildə bütün müəllimlə rin yalnız üç faizi a li təhsil, qalanları isə orta, aĢağı
və evdə təhsil almıĢlar id i
12
. Respublikada sovet hakimiyyətinin qurulması
ərəfəsində cəmi 2000 pedaqoq var idi, ancaq mövcud məktəblərin normal
fəaliyyət göstərməsi üçün təqribən 40 min nəfərədək müəllim tələb o lunurdu
13
.
Buna görə də 1920-ci ildən Azərbaycanın mü xtəlif məntəqələrində
müəllimlər hazırlamaq üçün üç aylıq kursların təĢkil edilməsinə baĢlandı. Artıq
ilk mərhələdə bu kurslara min nəfərdən artıq adam cəlb edilmiĢ di
14
. 1920-1922-
ci illər ərzində Bakı, Nu xa, ġuĢa, Gəncə, Qazax və Naxçıvanda müəllim
seminariyaları açıldı . Kütləvi Ģəkildə məktəb müəllimlərin in hazırlan masında
pedaqoji texniku mlar mühü m rol oynayırdılar, 1925-1926-cı illərdə
Azərbaycanda iki min nəfərədək Ģagirdin təhsil aldığ ı 16 belə texn iku m fəaliyyət
göstərirdi. Bu texniku mların Ģagirdlərinin əsas hissəsini kəndli uĢaqları təĢkil
edirdi. Höku mət kənd müəllimlərinin maddi vəziyyətini yaxĢılaĢdırmaq,
məktəbləri yanacaq və digər vəsaitlər-təchiz etmək sahəsində tədbirlər görürdü.
Xalq təhsili sistemi ilərin in maddi vəziyyətini yaxĢılaĢdırmaq və uĢaqların
yeməklə təmin edilməsin i qaydaya salmaq üçün 1922-ci ilin sentyabrında Xalq
Ko missarları Soveti qəzalarda ərzaq vergisinin 10 faizini Xalq Maarif
Ko missarlığının yerli büdcələrinin sərəncamına verməy i qəra ra ald ı
17
.
Azərbaycanda, xüsusilə qəzalarda kifayət sayda məktəb binaları
kəndlərdə isə məktəb binası üçün yararlı olan tikili yox idi. Respublikan ın ağır
maliyyə çətinliklərinə baxmayaraq xalq təhsili iĢçilərinin inadlı və fədakar
fəaliyyəti sayəsində, hökumətin kö məyi ilə partiya və ictimai maarif təĢkilatları
Ģəhər və qəzalarda yeni məktəblərin tikintisin i geniĢləndirir, məktəbə yararlı
binaları təmir etdirirdi. Artıq 1923-cü ildə Zaqatala qəzasının on kəndində yeni
məktəb binaları tikilmiĢdi
18
. AğdaĢ qəzasında həmin ildə dörd
19
, 1924-cü ildə
Gəncə qəzasında iki, Qazax qəzasında isə beĢ yeni məktəb açılmıĢdı
20
. 1924/ 25-
ci tədris ilində Azərbaycanda 34 yeni məktəb fəaliyyətə baĢlamıĢ və 13 -nün
tikintisi isə baĢa çatdırılmıĢdı
21
. Lakin hələ 1926-cı ilin əvvəllərində məktəblər
respublika əhalisi tələbatın ın yalnız 35 faizini ödəyirdi
22
.
Yerli əhalidən olan qızların məktəblərə cəlb edilməsi qadın müəllim və
kadrların az olması ilə çətinləĢirdi. Xalq təhs ili orqanları qadınların vəziyyətinin
spesifık xüsusiyyətləri ilə bağlı olan çətinlikləri aradan qaldıraraq I pillə
məktəblərdə azərbaycanlı q ızların sayının 1920/21-ci tədris ilindəki 6148
nəfərdən 1926/27-ci tədris ilində 14189 nəfərədək artırılmasına nail o ldular
23
.
Azərbaycanda sovet məktəbi, hər Ģeydən əvvəl, yeni cəmiyyət
quruculuğunun, "proletariat diktaturasının" müdafiəçiləri olan kadrların
"kommun ist ideologiyası" ruhunda hazırlan ması vəzifələrinə xid mət etməli idi.
Bu prinsip yeni dərsliklər, tədris planı və Proqramlarının tərtib edilməsin in
əsasını təĢkil edirdi. Bu məqsədlə 1920-ci ildə Xalq Maarif Ko missarlığında
184
dərsliklərin hazırlan ması üzrə xüsusi ko missiya yaradıldı ki, o da sonradan
dərsliklərin tərtibi və nəĢri üzrə Ģöbəyə çevrildi
24
. Ana dilində yeni dərsliklərin
yaradılmasına təcrübəli pedaqoji kadrlar - Mahmud bəy Mahmudbəyov, Abdulla
ġaiq, Fərhad Ağayev və baĢqaları cəlb edilmiĢdilər
25
. 1923-cü ilin dekabrından
Xalq Maarif Ko missarlığında bütün vahid əmək məktəblərin in metodik iĢinə
Ümu mi rəhbərlik edən Elmi-Metodik ġura fəaliyyət göstərirdi. Faktiki olaraq
Azərbaycanda dövlət və partiya nəzarəti altında vahid təhsil sistemi yaradıldı. Bu
sistemdə tədris plan və proqramların ın əsasını əmək cəmiyyət və təbiət
möv zuları təĢkil edird i.
Azərbaycan SSR Xalq Ko missarları Soveti nəzd ində xüsusi ko missiya
respublika məktəbləri üçün ən zəruri tədris vəsaiti və avadanlıqların ın istehsalına
rəhbərlik ed ird i
26
. 1921-c i ilin iyunundan baĢlayaraq Xalq Ko missarları Soveti
yanında fəaliyyət göstərən kustar emalatxanalar əyani tədris vəsaitləri
hazırlay ırdı
27
.
Azərbaycandakı milli azlıqlar içərisində maarifin təĢkili məqsədi ilə
Xalq Maarif Ko missarlığı nəzdində tərkibində fars, erməni gürcü, yəhudi, kürd,
ləzgi və tatar bölmələri olan xüsusi Ģöbə iĢləyirdi. 1925/26-cı tədris ilində
respublikada 1057 1 dərəcə A zərbaycan, 190 – erməni, 132 - rus, 5 - gürcü, 7 -
alman, 2 - yəhudi 2 - yunan, 1 - aysor, 4 - tatar məktəbi və 40 qarıĢıq mə ktəb var
idi. On lar üçün ana dilində əlifba nəĢrinə cəhdlər edilmiĢ, pedaq oji kurslar
açılmıĢdı.
Azərbaycan müəllimləri 1925-ci il yanvarın 12-də Moskvada açılan
Ümu mĠttifaq müəllimlər qurultayının iĢində iĢtirak etdilər. Azərbaycan
nümayəndə heyətini Məryəm xan ım Bayraməlibəyova (Məlik -Yeqanova), Əli
Hüseynov, Qıztamam ġahmalıyeva, Cəmilə Su ltanova, Zülfüqar AğakiĢibəyov,
Mirzə Məmmədov və baĢqaları təmsil ed ird ilər. Qurultayda çıxıĢ edən Ə.
Hüseynov Azərbaycan müəllimlərinin yeni məktəb quruculuğu sahəsində
müvəffəqiyyətlərindən danıĢdı
28
.
Bunun ardınca 1925-ci il mayın 25-də Bakıda Azərbaycan
müəllimlərin in birinci qurultayı keçirildi. Quru ltayda respublikada yeni məktəb
quruculuğu sahəsində qazanılmıĢ ilk nailiyyətlərə yekun vuruldu
28a
. Yeni məktəb
quruculuğunda Azərbaycan pedaqoqları F.Ağayev, A.Əmirov, O.Cəlilbəyova,
Ə.Hüseynov, F.Rzabəyli, Ġ.Ġsayev, C.Cuvarlinski fəal iĢtirak edirdilər. Yerlərdə
xalq təhsilinin geniĢləndirilməsi sahəsində S.Axundov (Ağdam), Q.Musayev
(Quba), A. Eyvazov (Füzu li) və baĢqaları böyük iĢ aparırd ılar.
Pedaqoji kadrların hazırlan ması və onların maddi vəziyyətinın
yaxĢılaĢdırılması sahəsində görülən böyük iĢ sayəsində respublikada
müəllimlərin sayı 1920/21-ci tədris ilindəki 2611 nəfərdən 1925/26-ci tədris
ilində 5232 nəfərə çatmıĢdı
29
.
185
Məktəblərin və orada oxuyan uĢaqların sayı getdikcə artırd ı. 19 20/21-ci
tədris ilində olan 937 I pillə məktəblərin sayı 1926/27-ci dərs ilində 1420-yə,
onlardakı Ģagirdlərin sayı isə 74922-dən 150625 nəfərədək artdı
30
.
Respublikanın bütün məktəblərində 1926/27-ci tədris ilində 1918/19-cu tədris
ilindəki 48076 nəfərə qarĢı 66528 Ģagird təhsil alırd ı
31
.
Beləliklə, 20-ci illərdə yeni Azərbaycan məktəblərinin bünövrəsi
qoyuldu, zəhmətkeĢlərin təhsilə kütləv i cəlb edilməsi üçün Ģərait yaradıldı.
Savadsızlığın ləğvi uğrunda mübarizə. A zərbaycanda xalq maarifınin
ən mühü m, b irinci dərəcəli vəzifəsi əhalinin savadsızlığın ı ləğv etmək hesab
olunurdu. 1917-ci ildə Azə rbaycanda bütün əhalinin cəmi 9,3 fa izi
32
, kənd
sakinləri və qadın larınsa daha az hissəsi savadlı id i
33
.
Savadsızlığın ləğv edilməsi 1920-ci ilin sentyabrında Azərbaycan Xalq
Maarif Ko missarlığ ı nəzdində xüsusi olaraq təĢkil ed ilmiĢ Mərkəzi Ko missiyanın
rəhbərliy i altında bütün Ģəhər, qəza mərkəzləri və kəndlərində vahid plan ü zrə
həyata keçirilird i.
1921-c i il iyulun 14-də XKS xüsusi qərarında savadsızlığ ın ləğv
edilməsin i ilin əvvəlində təĢkil olun muĢ Mərkəzi baĢ siyasi-maarif idarəsinin
mühü m və təxirəsalınınaz vəzifəsi elan etdi
34
.
Respublikada əhalinin bütün təbəqələrini əhatə edən savadsızlığ ı
ləğvetmə məktəb və kursları açılmasına baĢlandı. Savadsızlığın ləğv edilməsi
uğrunda mübarizədə müəllimlərlə yanaĢı, bütün savadlı adamlar da fəal iĢtirak
edirdilər. Xalq Maarif Ko missarlığın ın bütün iĢçiləri və ko lleg iya üzvləri, yerli
inqilab ko mitələri və baĢqa təĢkilatlarda digər vəzifə və tapĢırıq ları yerinə
yetirməkdən ta ma milə a zad olunaraq, qəzala rda xa lq maarifmin təĢkilinə cəlb
edilmiĢdilər
35
. AK(b)P-n in IV qurultayı (1922-c i ilin fevra lı) A zərbaycan əhalisi
içərisində savadsızlıqla mübarizəyə ilin ən ü mdə vəzifəsi kimi yanaĢmağ ı vacib
bildi
36
.
1922/23-cü tədris ilində Bakı və onun ətraf mədən rayonlarında 7517
nəfərin o xuduğu 257 savad məktəbi fəaliyyət göstərirdi
37
, Azərbaycanın bütün
qəzalarında isə ancaq 3852 nəfəri əhatə edən 189 məktəb təĢkil etmək mü mkün
olmuĢdu
38
.
Növbə fəhlələrin i savad məktəbinə cəlb etmək məqsədilə Bakı və onun
mədən rayonlarında 1922-ci ildə 20 xüsusi səyyar qrup təĢkil edilmiĢdi
39
. Buna
oxĢar səyyar savad məktəbləri qəzalarda da yaradılmıĢdı. Onlar kəndlilərin ən
geridə qalmıĢ təbəqələrini savadlanma iĢinə cəlb edirdi. Bütün Azərbaycan üzrə
savadsızlığı, ləğvetmə kurs və məktəblərində 1922/23-cü tədris ilində 14336
nəfər məĢğul olurdu
40
. Onlardan 6954 nəfər azərbaycanlı, o cü mlədən 492 nəfər
qadın idi
41
. Növbəti tədris ilində savadsızlığ ın ləğvi sahəsində könüllü təĢkilat və
cəmiyyətlər meydana gəldi. Savadsızlığın ləğvi iĢini vahid orqanda
186
mərkəzləĢdirmək üçün 1923-cü ilin dekabrında XKS-nin sədri Q. Musabəyovun
baĢçılığı ilə "Savadsızlıqla mübarizə ko mitəsi" yaradıldı. Azərbaycan XKS və
MĠK-in 1924-cü il 18 mart tarixli "Azərbaycan SSR əhalisi içərisində
savadsızlığın ləğvi haqqında" qərarında yazmaq və ya oxu maq bacarmayan 15 -
25 yaĢda olan bütün əhaliyə savad öyrənmək b ir vəzifə olaraq tapĢırıld ı
42
. Bu
məqsəd üçün fabrik, zavod və idarələrdə boĢ otaqlardan, klub, xalq evi və
məktəblərdən istifadə etmək hüququ verildi. Savad məktəblərində o xuyan
fəhlələrin 8 saatlıq iĢ günü əmək haqqı saxlanılmaq la bütün təhsil müddətində 2
saat azaldıld ı
43
. 1924-cü il iyulun 17-də A zərbaycanda "Rədd olsun savadsızlıq"
cəmiyyəti təsis edildi. Cəmiyyətin idarə heyətinin sədri Xalq Daxili ĠĢləri
ko missarı H. Su ltanov oldu
44
. Cəmiyyətin Bakı və qəzalarda Ģöbələri açıld ı.
Onların fəaliyyətində rayon partiya ko mitələrinin xüsusi səlahiyyətli
nümayəndələri bilavasitə iĢtirak edird ilər
45
.
Fəhlə və kəndlilərin fəal iĢtirakı ilə "Savadsızlığın ləğv edilməsi" Ģüarı
altında iclaslar, xüsusi kampaniyalar, "həftələr" və "günlər" keçirilird i. Bu
kampaniyalar zaman ı yeni savad məntəqələri yaradılır, savadsızlığ ın ləğv
edilməsi fonduna könüllü vəsaitlər köçürülürdü. 1925-ci ildə "Rədd olsun
savadsızlıq" cəmiyyətinin Bakı və qəzalarda on min üzvü olan 16 Ģöbəsi
46
iĢləyird i.
Partiya, gənclər və peĢəkarlar təĢkilatları xüsusilə öz ü zvləri içərisində
savadsızlıqla mübarizədə fəal iĢtirak ed irdilər. Təkcə 1924/25-ci tədris ilində
1113 partiya ü zvü və namizədin in, 3234 ko msomo lçunun
47
və 11418 hə mka rlar
üzvünün
48
savadsızlığ ı ləğv olunmuĢdu.
Kənd əməkçiləri içərisində savadsızlığı ləğvetmə kurs və məktəblərinin
təĢkilinə torpaq və meĢə iĢçiləri həmkarlar Ġttifaqı yardım ed ird ilər. Təkcə 1925-
ci ildə bu Ġttifaq klub və qırmızı guĢələrdə mu zdurlar üçün 24 savadsızlığı
ləğvetmə məntəqəsi və 22 savad məktəbi təĢkil etmiĢdi
49
. Xalqın təhsilə marağı
ildən-ilə artırdı. A zərbaycan kəndlilərində bu həvəs xüsusilə güclü idi. Bir ço x
hallarda savad məntəqələri 20-25 əvəzinə 40-45 nəfərə xid mət edirdi. Bəzi
qəzalarda - Quba, Qazax və baĢqalarında savadsızlığ ı ləğvetmə məntəqələrində
yer üstündə kəndlilər arasında münaqiĢələr baĢ verirdi
50
. Cəbrayıl, Tovuz və
Quba qəzalarında BaĢ siyasi maarif idarəsinin məntəqələri ilə yanaĢı, kəndlilərin
tələbi ilə savadsızlığ ın ləğv edilməsi ü zrə gecə kursları açılmıĢdı
51
.
Savadsızlığı ləğvetmə məntəqələrinə cəlb olunanlar durmadan artırd ı.
1924/25-c i tədris ilində 1233 savadsızlığı ləğvetmə mənt əqəsində 31755 nəfər
təhsil alırdı
52
.
Maddi bazanın zəifliyinə, kadr çatıĢ mazlığına, lazımi binaların
yoxluğuna və böyük miqdarda savadsızlar o lmasına baxmayaraq respublikada
savadsızlığın ləğvi sahəsində ilk uğurlu addımlar atıldı. Belə ki, 1921/22 -ci tədris
187
ilindən 1926/27-ci tədris ilinədək 102370 nəfər savadsızlığı ləğvetmə
məntəqələrində ancaq əlifba savadı qazanmıĢdı. Onlardan 63607 nəfəri
azərbaycanlı, o cümlədən 3466 nəfəri azərbaycanlı qadın idi
53
. Azərbaycanda
mədəni quruculuğun mühü m vəzifələrindən biri-əhalini təhsillə geniĢ əhatə
etmək və onu yüksək səviyyəyə qaldırmaq sahəsində hələ də böyük zəhmət tələb
olunurdu.
Əlifba problemləri. A zərbaycanda mədəni quruculuq gediĢində qarĢıya
əlifba məsələsi çıxdı. Sovet hakimiyyəti qurulanadək Azərbaycanda ərəb
əlifbasından istifadə olunurdu. Azərbaycanın görkəmli maarifçiləri əlifba islahatı
məsələsi ilə məĢğul olmuĢdular. XIX yü zilliy in on görkəmli A zərbaycan yazıçı
və filosofu, xalq ın maariflən məsinin qızğın mübarizi - Mirzə Fətəli A xundov
ərəb əlifbasını dəyiĢdirmək yolu ilə Azərbaycan əlifbası yaratmağ ın
təĢəbbüsçülərindən biri id i
54
.
Sovet hakimiyyəti qurulmasın ın ilk günlərindən Azərbaycan dilində çap
və nəĢr iĢinin in kiĢafı məsələsi bütün kəskinliyi ilə qarĢıda dururdu. Mədəni
quruculuğun bu mühüm probleminin həlli yeni, daha asan əlifbanın qəbul
edilməsin i qəti tələb edirdi. Onun Azərbaycan fəhlə və kəndli kütlələrin in təhsili
üçün vacibliyini respublika ictimaiyyətinin mütərəqqi hissəsi də etiraf ed irdi
55
.
Beləliklə, 1920-ci ilin noyabrında Azərbaycan SSR Xalq Maarif
Ko missarlığı yanında əlifba islahatı üzrə ko missiya yaradıldı
56
Xalq Maarif
Ko missarlığı kollegiyasının 1921-ci il yanvarın 5-də qəbul etdiyi qərarda
deyilirdi: "Bir tərəfdən, köhnə müsəlman Ģriftin in ço x böyük çatıĢmazlıqların ı,
(digər tərəfdən isə) geniĢ kütlələrin öyrənilməsi üçün müsəlman (Azərbaycan -
məsul red.) dilini asanlaĢdırmaq zəruriyyətini də nəzərə alaraq... a) köhnə
müsəlman Ģriftin i yenisi ilə əvəz etmək; b) daha mü kəmməl latın Ģrifti ü zərində
dayanmaq... "
57
. Dövlət, partiya və ictimai xadimlər və baĢqaları mətbuatda çıxıĢ
edərək yeni əlifbaya keçilməsinin vacibliyin i əsaslandırırdılar. S. Ağamalıoğlu
1921-c i il dekabrın 26-da "Azərbaycan xəbərləri" qəzetində "Proletar maarifi və
türk əlifbası" məqaləsində yazırdı: "Maarifin baĢlıca aləti əlifbadır, ancaq
geniĢ əməkçi əhali kütləsinə asan olan əlifba ki, sonuncu az vaxt itirməklə daha
çox ideya və biliklər mənimsəyə bilsin". 1922-ci il martın 6-da AK(b)P-nin
plenumu A zərbaycan əlifbasını latın yazı qrafikasına keçirmək üçün S.
Ağamalıoğlunun baĢçılığı ilə xüsusi ko missiya yaratdı
58
. Bu ko missiyanın
bazasında 1922-ci ilin may ında əlifbanın latınlaĢdırılması iĢini aparan Yeni
Türk Əlifbası (YTƏ) Daimi Ko mitəsi yaradıldı
59
. Onun tərkibinə Səmədağa
Ağamalıoğlu (sədr), Xudadat Məlik-Aslanov, Əhməd Pepinov, Əli Tağızadə,
Sultan Məcid Əfəndiyev, Fərhad Ağayev, Vəli Xuluflu, Tey mur Hüseynov və
digər görkəmli A zərbaycan ziyalıları daxil idilər.
188
Ko mitə bütün qəzalarda Ģöbələrini açdı, höku mətin kö məy i ilə (Ali
Ġqtisadi ġura ko mitənin ehtiyacları üçün üç milyard manat məbləğində valyuta
fondu ayırdı) yeni Ģrift, yeni əlifbada ədəbiyyat, qəzet və jurnallar nəĢr etmək
üçün lazımi texniki avadanlıq alınd ı, mütəxəssislər hazırlandı, əhali içərisində
geniĢ izahat kampan iyasına baĢlandı.
YTƏ Ko mitəsinin sədri S.Ağamalıoğlu A zərbaycan MĠK-in sədri kimi
Türküstan, Tatar, Xivə və Krım respublikaların ın Xalq Maarif Ko missarlıqlarına
yeni əlifbanın layihəsini göndərərək "onlardan həm yeni əlifba lay ihəsinə, həm
də ərəb əlifbasının latınla əvəz edilməsi ideyasına fikir və baxıĢlarını"
bildirmələrini xah iĢ etmiĢdi
60
.
Yeni əlifba birdən-birə deyil, tədricən, ictimaiyyətin prinsipial fikri
aĢkar ediləndən, tam bir sıra mühüm tədbirlər, geniĢ mü zakirələr keçiriləndən
sonra tətbiq edildi.
Ərəb əlifbasının latın la əvəz edilməsi müsəlman dünyası ölkələrində,
qonĢu dövlətlərdə böyük əks-səda yaratdı. M. Qorki yeni əlifba uğrunda hərəkatı
"Cəsarətlə ön cərgədə dayanınıĢ azərbaycanlıların böyük tarixi xid məti... "
61
kimi
qiymətləndirmiĢdi.
Hələ 1922-ci ilin avqustunda V.Ġ.Lenin Azərbaycan MĠK-in sədri S.
Ağamalıoğlunu qəbul edərkən, o, Leninə respublikada latın əlifbasına keçilməsi
iĢinə baĢlanması barədə məlu mat vernıiĢdi. Sonralar, 1926-cı ilin dekabrında
S.Ağamalıoğlu X Ümu mbakı partiya konfransında çıxıĢında xüsusilə qeyd edirdi
ki, onun yeni əlifba barəsində məruzəsin i dinləyən V.Ġ.Len in demiĢdi: "Bu,
ġərqdə inqilabdır"
62
. Ağamalıoğlu 1927-ci ildə keçirilən Ümu mĠttifaq Yeni Türk
Əlifbası Mərkəzi Ko mitəsinin birinci plenu munda demiĢdi: "Hələ 1922 -ci ildə
Ģəxsən mənim təqdim etdiyim bu inqilab i tədbir yoldaĢ Lenin tərəfindən
bəyənilmiĢdir". Təsadüfi deyil ki, hətta RK(b )P M K 1922-ci il sentyabrın 25-də
latın əlifbasının tətbiq olunması məsələsini mü zakirə edərək, Azərbaycan MĠK-
in təĢəbbüsünü qəbul etməyi qərara aldı və Ümu mĠttifaq MĠK-ə ona hər cür
yardım və kö mək göstərməyi təklif etdi. Əlbəttə, bu zaman mərkəzin Sovet ġərq
xalq larını müsəlman dünyasından ayırmaq məqsədi güdən siyasi marağ ını da
nəzərdən qaçırmaq o lmaz.
Latın əlifbasının tətbiq olunmasına din xadimlərindən, bəzi imtiyazlı
ictimai xadimlərdən, qatı millətçi əhvali-ruhiyyəli ziyalılardan, mühafızəkar
partiya və sovet iĢçilərindən də müqavimət göstərənlər var id i.
GeniĢ kütlələrin içərisində savadsızlığın tezliklə ləğv edilməsi və ana
dilində çap və nəĢr iĢlərin in asanlaĢdırılması üçün latın Ģriftin in tətbiq
edilməsin in əhəmiyyətini nəzərə alaraq, A zərbaycan SSRMĠK 1923 -cü ilin
əvvəlində fəhlə fakü ltələri və II pillə məktəblərdə yeni əlifbanın tətbiqini
qanuniləĢdirdi
63
, mayın 19-da isə Xalq Maarif Ko missarlığ ı Bakı xalq təhsili
189
Ģöbəsinə növbəti tədrisindən bütün məktəblərdə tədrisi yeni əlifbaya keçirməy i
tövsiyə etdi.
1923-cü il oktyabrın 20-də A zərbaycan SSR M ĠK-in qəbul etdiyi " Yen i
Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanın mas ı haqqında" dekretə uyğun
olaraq, bütün idarə və təĢkilatlara kargü zarlığ ı həm əski, həm də yeni əlifbada
aparmaq barədə göstəriĢ verildi
64
1925-ci ilin ma rtında IV Ümu ma zərbaycan
Sovetlər qurultay yeni əlifbanı həyata keçirmək üçün bir sıra direktivlər qə bul
etdi Qurultay bütün pillə məktəblərdə yeni Azərbaycan əlifbasına keçməyə
icazə verdi, səkkiz il müddətində, yəni 1932/33-cü tədris ilinədək bütün I və II
pillə məktəblərdə yeni əlifbaya keçilməsinin baĢa çatdırılmasını, yeni əlifbaya
keçməyən qruplarda isə tədrisin həmin vaxtda köhnə əlifba ilə aparılmasını
qərara ald ı
65
.
Əlifbanın zəh mətkeĢlər içərisində yayılması məqsədilə Bakıda - Qara
və Ağ Ģəhərdə mədənlərdə neftçi fəhlələr, habelə əsgərlər və qulluqçular üçün
"savadsızlığı ləğvetmə məntəqələri" açılmıĢdı. A zərbaycan kəndliləri yeni
əlifbaya böyük maraq göstərirdilər. Yü zlərlə Azərbaycan kəndlisi savad
məntəqələrində, gecə ku rsları və dərnəklərdə yeni əlifbanı həvəslə öyrənirdilər.
Təkcə 1924-cü ildə qəzalarda yeni əlifbanı öyrədən 1320 savadsızlığ ı ləğvetmə
dərnəyi açılmıĢdı
66
.
1925-c i ildə YTƏ Ko mitəsi Bakıda, Sa lyan, ġa ma xı və baĢqa qəzalarda
yeni əlifba kursları açdı. Bu kurslarda 1539 nəfər o xuyurdu
67
. Təkcə 1925/26-cı
tədris ilində bu kursları 12657 nəfər bitirmiĢdi
68
. Mətbəə iĢçiləri hazırlayan
xüsusi məktəblərlə yanaĢı, Ə.Bayramov adına klubda və Naxçıvan Ģəhərində
qadın klubunda
69
Azərbaycanlıla r üçün makinaçı kursla rı təĢkil olun muĢdu.
Yeni əlifba Ģrifti ilə əlifbalar, A zərbaycan dilində yazı və o xu
qaydalarına dair material və d igər vəsaitlər böyük tirajla nəĢr edilirdi
70
. 1925-ci
ilin oktyabrınadək 32774 nəfər yeni əlifbanı öyrənib ö z savadsızlığını ləğv
etmiĢdi
71
.
Yeni əlifbanın tərəfdarları ilə onun əleyhdarları arasında mübahisədə
yeni əlifba ilə nəĢr olunan "Yeni yol" qəzeti mühüm rol oynadı. " Yeni yol"
qəzeti min lərlə fəh lə və kəndli içərisində yayılır, geniĢ o xucu kütlələrinə yeni
əlifbaya keçməyin əhəmiyyətini təbliğ edirdi.
YTƏ Ko mitəsinin fəaliyyəti və savadsızlığın ləğv edilməsı sahəsində
əldə edilən uğurlar Sovet Ġttifaqının ərəb əlifbasından istifadə edən digər xalq ları
içərisində maraq oyatdı. Müttəfiq respublika və mu xtar v ilayətlərdən Azərbaycan
YTƏ Ko mitəsinin ünvanına gələn çoxlu məktublarda əlifba haqqında daim
məlu mat xam§ edirdilər: YTƏ Ko mitələri Dağıstan, Qaraqalpaq Mu xtar
Respublikalarında və digər yerlərdə də təĢkil o lundu
72
. Əlifba məsələsini
mü zakirə etmək üçün türkdilli xalqların qurultayını çağırmaq zəruriyyəti
190
meydana çıxd ı. A zərbaycan YTƏ Ko mitəsi "Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyəti" ilə b irlikdə türko loji qurultay çağırmaq qərarına gəldi. Höku mət
onun keçirilməsinə 100 min manatadək pul ayırdı
73
. Quru ltay ġərqdə birinci
olaraq ərəb əlifbasını latın qrafıkası ilə əvəz etməyə təĢəbbüs göstərmiĢ
Azərbaycan paytaxtı Bakıda 1926-cı ilin fevralında açıldı. Türkdilli xalqların
mədəni həyatında mühüm ro l oynamıĢ Birinci Ümu mĠttifaq türkolo ji qurultayı
böyük hadisə oldu. Fevralın 26-dan martın 5-dək davam edən qurultayda 131
nümayəndə (93 nəfəri türk dilli idi)
74
iĢtirak edird i. Sovetlər Birliyində yaĢayan
türk dilli xalqların əksəriyyəti təmsil olun muĢdu. Azərbaycan nümayəndələri
Səmədağa Ağamalıoğlu, Mustafa Quliyev, Əh məd Pepinov, Bəkir Çobanzadə,
Ruhulla A xundov, Pənah Qasımov, Hənəfı Zeynallı, Əli bəy Hüseynzadə,
Fərhad Ağayev, Cəlil Məmmədquluzadə, Cabbar Məmməd zadə, müəllim Ayrıa
Sultanova və b. idilər.
Moskva və Sankt-Peterburqdan görkəmli ĢərqĢünaslar S.R.Oldenburq,
A.N.Samoy loviç, M.P.Pavloviç, P.N.Poppe və b., Berlin və Kildən Radebolt
Valter, Menntsel Teodor Teodoroviç, Türkiyədən Mehmet Fuad Köprülüzadə
qurultayın iĢtirakçıları idi.
Qurultay ərəb əlifbasının islahatı və latın əlifbasının qəbul edilməsi,
milli terminologiyanın yaradılması və türk d illi xalqlar üçün ədəbi dil, ana dilinin
tədris metodikası, diyarĢünaslıq, türk dillərin in orfoqrafiyası haqq ında məsələləri
mü zakirə etdi. ÇıxıĢ edənlərin əksəriyyəti türkdilli xalqlarda savadsızlığ ı tezliklə
ləğv etməyin və onları yeni mədəniyyətə tez alıĢdırmağın mü mkün yollarından
biri kimi latın əlifbasına keçilməsinin mühü m əhəmiyyətini vurğuladılar. Ancaq
nümayəndələr içərisində yeni əlifbanın tətbiq edilməsin in əleyhinə çıxıĢ edənlər
də var idi. Əleyhdarlar içərisində Baytursunovun baĢçılığı ilə Qazaxıstan
nümayəndələri xüsusilə seçilird ilər. Ancaq qurultay Azərbaycanda, digər
respublika və vilayətlərdə yeni əlifbanın tətbiqi ilə görülən iĢlər haqqında
bəyanat verdi
75
.
1926-c ı il mart ın 7-də Azə rbaycan YTƏ Ko mitəsi yeni ə lifbanı qəbul
etmiĢ respublika və vilayətlərin nümayəndələri ilə birlikdə müĢavirə keçird i.
MüĢavirədə Ġttifaq miqyasında bu iĢi tənzimləmək üçün vahid mərkəzin
yaradılması məsləhət olundu. S.Ağamalıoğlu (sədr), F.Xocayev, B.QulbəĢərov,
M.A.Aytakov və baĢqalarının daxil o lunduğu xüsusi ko missiya 1927-ci ilin
iyununda Bakıda Yen i Türk Əlifbası Ümu mĠttifaq Mərkəzi Ko mitəsinin (YTƏ
ÜMK) təsis plenumu keçirilməsin i təĢkil etdi. Həmin plenu m "Yen i türk
əlifbasını həyata keçirmək üzrə Ümu mĠttifaq Ko mitəsi haqqında Əsasnamə"
qəbul edərək, onun hüquq və səlahiyyətlərini, məqsəd və vəzifələrini
müəyyənləĢdirdi. Ümu mĠttifaq Ko mitəsinə Azərbaycandan S.Ağamalıoğlu,
T.Hüseynov, M.Quliyev, R.A xundov və H.Cəbiyevin namizəd likləri irəli
191
sürülmüĢdü
76
. Plenumda ko mitənin hüquq və səlahiyyətlərini, məqsəd və
vəzifələrin i müəyyən edən "Yeni əlifbanın tətbiq edilməsi üzrə Ümu mĠttifaq
ko mitəsi haqqında Əsasnamə" qəbul edildi
77
.
S.Ağamalıoğlu YTƏ ÜMK-nın sədri, müavin ləri isə B.QulbəĢərov və
D.Korkmasov seçildilər. Plenu mda Sovet Ġttifaqının əvvəllər yazısı olmayan və
ya ərəb əlifbasından istifadə edən bütün xalq ları üçün məcburi o lan vahid, yeni,
təkmilləĢdirilmiĢ əlifba qəbul edild i.
Bu illərdə Azərbaycanda yeni əlifbanın tətbiq edilməsi sahəsində həyata
keçirilən iĢlər savadsızlığın ləğvi probleminin həllin i sürətləndirdi. 1920-1927-ci
illər ərzində savadsızlığını ləğv etmiĢ 65607 nəfər azərbaycanlıdan 53957 nəfəri
yeni, 11650 nəfəri isə əski əlifbanı öyrən məklə savadlanmıĢdı.
Dostları ilə paylaş: |