Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə74/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   70   71   72   73   74   75   76   77   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Çıxışlıq halın şivələrdə müşahidə olunan mənaları bunlardır:
— iş və hərəkətin çıxış nöqtəsini bildirir; - Niyar xanım qara-
vaşın döşü:n çəpərəsinnən bir yumurux vırdı (Şah.); - Mahmud, 
bir də körpünün qulağına çıxma, xəzinədən bu qədər qızıl verdim, 
allah saŋa vermədi, başqasına verdi (Br.) və s.
— zaman bildirir; məs.: - Biri bizi kətdən, biri də lezgi kən-
dinnən axşamnan süzdəşiblər, hücətdəşiblər (Qb.); - Gəldilər 
savaxdan mollanın yanına didilər, a molla dayı, do:şan yoxdu, 
çıxdı, getdi (Ş.) və s. Çıxışlıq hal bu mənanı ifadə edərkən bəzi 
şivələrdə - dan, - dən şəkilçisindən sonra işlənən sonra qoşması 
buraxılır; məs.: - Onnan atnan gedirdix’ Ağstafaya (Br.); - Orda 
işdeyrüg, onnan çıxıruğ pammığ əkinnə (Muğ.); - Altı günnən 
qurdu şaxlamışam (Ş.); - Onan da aytıyırıx, zırnı - zivilni çıxar-
dırıx (Dm.) və s.
Buna qədim abidələrdə o işarə əvəzliyindən sonra rast gəlinir; 
məs.: andan aydım “ondan sonra söylədim” (MK, I c., s.109); Qa-
çan Qazan evin yağmalatsa, həlalının əlin alur, tışra çıqar, andan 
yağma edərdi; Andan babasının ordısına gəldi (KDQ, s.60, 123); 
Şaşı baxdım, cüda düşdüm andan, Bənim halım necə olusər andan 
(Dastani Əhməd Hərami, s.109). Sən çinan, mən həmçinin biha-
siləm, Dəvi qılursan ki, andan adiləm (Əsrarnamə) (57,s.180).
Yerlik hal yönlük hal mövqeyində; məs.: - Lazımdı diyə odun-
da el uzatdı; - Yerdə tüşən luxmanı al (Q.); - Gördüm bıdırana bı-
nın başsı gəldi Sultan bəyin dağında (Laç.); - Hələ qabağda düşən 
mənəm? (Muğ.); - Kinoda gedirəm, ürəyim xarap olur (Qk.) və s.
Ümumiyyətlə, halların əvəzlənməsi ədəbi dildə arxaikləşsə 
də, yerlik halın yönlük halı əvəz etməsinin ədəbi dilimizin Güney 
qolunda saxlanmasını M.Şəhriyarın dilindən də görmək olar:- O 
üfüqlərdə baxarsan nə dənizlər, nə boğazlar, Nə pəri- lər kimi qu 
quşları uçmaqda, nə qazlar; O nəhəng at ayağın tozlu buludlarda 
qoyanda; Vəhydir şeri, mələklərdi pıçıldır qulağında arzulardır 
dodağında (Şəhriyar, s.52).
Qədim abidələrdə; məs.: Tenri elimkə ər ərdəmim üçün uyğur 
kanda berü gəl… “Müqəddəs elimə igid cəsurluğum üçün uyğur 
xanına verildim (Yenisey, 57-ci abidə); Oğlan suwda çumdu “Oğ-
lan suya cumdu” (MK, II c., s.26); Əgər sənin oğlın olmasaydı, 
bizim malımuz Gürcüstanda getmişdi (KDQ, s.54); Beş-on gün-
 bular Bağdada yetdi (Dastani-Əhməd Hərami, s.19); İki meh-
man bir evdə çün sığışmaz (Kişvəri, s.328); Həm dəxi könlümdə 
dərman, səndən özgə kimsə yox (Xətai, s.65).
Yerlik hal çıxışlıq hal mövqeyində; məs.: - Yox, ona görə ki, 
biz Tehranda gələnnən so:ra Tərbizdə ata:nam yanımızda bir də 
həmişə evdə Azərbaycan dili danışıpla (Təb.); - Mən yerimnə qu-
nurta duradım; - Mən gülmağdan yadımna çıxdu; - Bu qələmnə 
xuşum gələdi (Dər.) və s.
Bu xüsusiyyət Laçın şivəsi üçün daha səciyyəvidir. Rayonun 
İmanlar, Qorçu, Şəlvə, Zorkeşiş və Oğuldərə kənd şivələrində 
çıxışlıq halın - dan, - dən şəkilçisinə rast gəlinmir, onun funksiya-
sını - da, - də şəkilçisi yerinə yetirir; məs.: - Bir də bajada düşdü; 
- Mənə düşən alışma yoldaşımda azdı; - Ölümdə qorxmuram, pis 
işdə qorxanam; - Bulaxda gətiriflər bu suyu və s.
Yerlik halın əsas mənadan əlavə, istiqamət və çıxışlıq məna-
larını bildirməsi qədimə getdikcə daha intensiv olmuşdur; məs.: 
Kırkızda yantımız “Qırğızdan qayıtdıq” (Tonyukuk, şimal tərəf, 
29-cu sətir); Ər ərdəm iki əlig tokum yağıda otuz ərig ölürtim 


130
131
isə vurğusuz tələffüz olunur (195,s.85). Azərbaycan dili şivələrin-
də söz sonundakı fonetik şəraitdən asılı olmayaraq - dan
2
forması 
bu mənanı daşıyır. Lakin sonu samitlə bitən sözlərdə vurğu qəbul 
edir, saitlə bitənlərdə isə vurğu əvvəlki hecanın üzərinə düşür.
-sahiblik bildirir; məs.: - Dülgər baltanı çəhdi bir ağaşdan çu-
bux qayırdı (Ağ.); - O ciyar yarası heyvandan keçifdi adamnara 
(Ağs.) və s.
- hissənin ayrıldığı bütövü bildirir; məs.: - kız çağırdı, bu dəfə 
güllü bağdan bir dəstə çubux geti, kariya kaş didi (Zaq.); - Bir də 
görör kin, pəhlivannardan birinin qılçası yoxdu (Tov.); - O, dağa 
köçəndə gərəx’ bir on dənə camahatdan adam gedəydi öz öyünü 
- eşiyin burda qoyuf (Ağs.) və s.
- mövzu obyektini bildirir; məs.: - İndi sizə Fatmadan söy-
lüyüm (O.); - Saŋa hardan xavar verim, pəhlivannardan; - Sizə 
qılçası yox pəhlivannan de:m (Tov.); - Qız naqqa balığın qarnında 
olsın, sənə kimnən xəbər verim ceyrannan (Şam.) və s.
- dan, - dən şəkilçisi həmçinin digər hal formalarının vəzifə-
sini yerinə yetirir:
adlıq hal mövqeyində; məs.: - U vaxtdan maşin yux idi, ko-
tan yux idi (Tab.); - Dən qavaxdan Bağmanda olurdu (G.) və s.
Qədim abidələrdə; məs.: Üç gündür yoldan gəldim, toyurın 
məni (KDQ, s.62).

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin