132
133
Müasir dövrdə şivələrdə oxşar xüsusiyyətlərin arealı
geniş-
lənsə də, bir-birindən fərqli qədim mənsubiyyət formaları şivələ-
rin özünəməxsusluğunu qoruyub saxlayır.
Mənsubiyyət kateqoriyası türk dillərində, o cümlədən Azər-
baycan dilində müxtəlif üsullarla ifadə olunmuşdur: 1) morfoloji;
2)
morfoloji-sintaktik; 3) sintaktik.
Bu
üsullardan əlavə, Orxon-Yenisey
abidələrində analitik
üsuldan da (komponentləri şəkilçisiz) geniş istifadə edilmişdir.
Dilçilərin bir qismi mənsubiyyət kateqoriyasının iki (morfoloji və
morfoloji-sintaktik) (78,s.35; 186, s.3;172,s.76), bəziləri bu ka-
teqoriyanın üç (morfoloji, morfoloji – sintaktik, sintaktik) (161,
s.86; 109 s.23), digərləri isə dörd (morfoloji, morfoloji-sintaktik,
sintaktik, morfoloji-leksik) (160, s.73-74;110, s.5) üsulla əmələ
gəldiyini qeyd edirlər.
Azərbaycan dili şivələrində morfoloji üsul geniş yayılmışdır.
Lakin morfoloji-sintaktik və sintaktik
üsullara da təsadüf olu-
nur. Şivələri tədqiq edən alimlər də morfoloji (89, s.155-167; 14,
s.80-83) üsulla üstünlük vermişlər. Bəzi alimlər morfoloji üsulla
yanaşı, morfoloji-sintaktik (83, s.117-122; 16, s.79-82), digərlə-
ri isə analitik üsuldan bəhs etmişlər (61, s.89-92). Tədqiqatçılar
sintaktik üsulun digərləri ilə müqayisədə daha qədim olduğunu
göstərmişlər. Əslində mənsubiyyət kateqoriyası yalnız morfoloji
üsulla ifadə olunur. Y.Seyidov bunu mənsubiyyət kateqoriyasının
morfoloji təbiətli olması ilə izah edir (87, s.269). Digər üsullar-
dan mənsubiyyət anlayışı bildirən birləşmələr kimi bəhs etmək
düzgün olardı.
Dostları ilə paylaş: