Birinci şəxsin cəmi şivələrdə əsasən dördvariantlı - mız
4
, -
ımız
4
şəkilçisi ilə ifadə olunur; məs.: sahadımız, əlimiz (Nax.),
quzumuz, kürsümüz, arımız, keçimiz (Ş.), harabamız, odunumuz
(Qaz.) və s.
Şimal-şərq şivələrində birinci şəxsin cəmində şəkilçinin
yalnız damaq variantı işlənir: məs.: atamız, bobamız, ərəbəmiz
(B.), donımız, quzımız, ütimiz (Muğ.), qonşımız, quyımız, suyımız
(Lən.) və s.
Qazax, Ordubad və Muğan şivələrində birinci şəxs cəmdə
bəzən müvafiq şəkilçinin sonunda cingiltili samit karlaşmış şəkil-
də tələffüz olunur; məs.: yerimis, bağımıs (Ord.), atamıs, nənəmis
(Qaz.), qo:şımıs, qapımıs, cöngəmis “erkək dana” (Muğ.) və s.
- ım
4
şəkilçisinin damaq və dodaq variantları şivələrdə müxtə-
lif şəkildə yayılmışdır. Bakı, Şamaxı, İsmayıllı, Sabirabad, Şirvan
və Salyan şivələrində birinci şəxsin təkində yalnız - m, - ım, - im
şəkilçisi işlənir; məs.: əlim, donım, öyim, quzım, ütim (Sab.), po-
pağım, qeyşim, örüşim, curım “dost”, quşım (B.).
Birinci şəxsdə şəkilçinin damaq variantının işlənməsi türk-
mən, Altay dillərində də geniş yayılmışdır; məs.: türkmən di-
lində: öyim, qözim, oqlımız, donmız (200, s.302); Altay dilində:
dolım
“yol”, sözim “söz” (149, s.28). Şəkilçinin bu və ya digər
variantının işlənməsi Şəkinin bəzi kənd şivələrində konkret fone-
tik şəraitdə - ş, ç ,c samitləri ilə bitən isimlərdə qalın, dodaqlanan
saitli sözlərdən sonra incə, dodaqlanan saitli şəkilçilərin gəlmə-
sinə təsadüf olunur; məs.: qoduşüm “saxsı qab”, quşüm, sulğu-
cüm “dəhrənin sapı” və s.
Cəlilabad şivəsində şəkilçinin incə, dodaqlanmayan variantı
ğ, y, l, n, c, ş samitləri ilə qurtaran sözlərdə şəkilçinin qalın vari-
antını əvəz edir; məs.: başim, canim, ağacim, payim, yayim, qa-
dağim və s.
Bu şəkilçinin tarixi qədimdir. Orxon-Yenisey abidələrində də
əksər hallarda şəkilçinin damaq variantı işlənmişdir. Dodaq vari-
antın bir neçə sözdə müşahidə olunmuşdur: məs.: ögim “anam”,
budunım “xalqım”, soruğım “sorağım” və s.
Bu xüsusiyyət “Kitabi-Dədə Qorqud” abidəsində də özünü
göstərir; məs.: - Qara başım qurban olsun, qurdım, sana! - dedi, -
Suçım bumıdır?” - dedi (KDQ, s.45,46).
Lənkəran şivəsində mənsubiyyət kateqoriyası ilə bağlı ma-
raqlı xüsusiyyətlərdən biri də “isti” və “soyuq” sözlərinin birinci
şəxs təkdə müvafiq şəkilçi qəbul etməsidir; məs.: istimdu < mənə
istidir, soğumdu < mənə soyuqdur.
Dilimiz üçün xarakterik olmayan bu xüsusiyyət talış dilinin
təsiri ilə yaranmışdır. “Talış dilində obyekt bildirən şəkilçilər var-
dır. Bu şəkilçilər cümlədə ismə artırılır. Mənə soyuqdur cümləsi
talışca “sardıme”, Mənə istidir cümləsi “qamıme” şəklində bir
sözlə ifadə olunur. Burada mənə anlayışı sard “soyuq”, qam “isti”
136
137
İraq-türkman ləhcəsində mənsubiyyət kateqoriyasının ikinci
şəxs təkində - y, - ıy , - iy, - uy, - üy şəkilçisi özünü göstərir; məs.:
babay, nənəy, ayağıy, ömrüy, əmiy, oğluy. Bundan əlavə, həmin
şivədə ikinci şəxs təkin əlaməti diftonqvari - u, - ü şəklində də
tələffüz olunur; məs.: parau, nənəü, babau və s. Ağcabədi rayo-
nunun əfşar şivəsində ikinci şəxs təkdə - u şəkilçisi samitlə bitən
sözlərdən sonra meydana çıxır; məs.: atu, əlu , qolu, dilu, papağu,
inəyu (6, s.16).
Karaim dilinin Trakay dialektində də ikinci şəxsin təki - ıy , -
iy şəkilçisi ilə düzəlir; məs.: azbarıy “həyat” (172, s.80).
İkinci şəxs təkdə - y şəkilçisinin işlənməsi xalac, Xorasan
türklərinin dialektləri üçün də səciyyəvidir: ba:bay, havüy “evin”
(204, s.24), atay (205, s.162). Bu şəkilçi Anadolu şivələrində tez-
tez nəzərə çarpır (babay, gendüy < kendin) və Z.Korkmaz bunu
qıpçaq dil özəlliyi adlandırır (216, s.29).
Quba, Qax, Təbriz, Tabasaran və İran türkmanlarının şivələ-
rində şəkilçisinin - v samitli variantı - v, - ıv
4
müşahidə olunur,
Sonu a, ə saitləri ilə bitən isimlər - v mənsubiyyət şəkilçisi qəbul
edərkən a>o və ə >ö əvəzlənməsi baş verir: atov, babov, nənöv,
canuv, başuv, binav, xalav, babav, gözüv və s.
Bundan başqa, Qax şivəsində ikinci şəxs təkdə - ığ şəkilçisi də
nəzərə çarpır; məs..: canığ, atığ və s.
Bu şəkilçi Orxon-Yenisey abidələrində də qeydə alınmışdır:
budunığ “xalqın”. Altay dilində ikinci şəxs cəmdə - ğar, - ığır
şəklində özünü göstərir (182, s.92). Alimlərdən Y.Məmmədov -
ığ əlamətinin ikinci şəxs tək mənsubiyyət şəkilçisi olmasını sü-
but etmək üçün iki dəlil göstərir: 1) g//ğ//n səs əvəzlənməsi, türk
dillərində geniş yayılmış fonetik hadisələrdəndir; 2) abidələrdə,
əsasən, n samiti ilə işarələnən başqa şəkilçilərin də (yiyəlik hal
şəkilçisi, ikinci şəxs sonluğu) ğ samiti ilə işlənən variantına təsa-
düf etmək mümkündür (73, s.80). M.Kaşğari göstərir ki, “Arqu
boyunun bir takım kəlmələrində ikinci şəxsdə (sağır – nun) hər-
finə çevrilərək tapunduğ deyilir. Yenə arquların “sen onu kaçır-
dın” anlamında olan “sen anı kaçurduğ” sözləri də böylədir (MK,
Orxon-Yenisey abidələrində də birinci şəxs cəmdə - mız, - miz,
- ımız, - imiz şəkilçisi işlənmişdir: türkimiz, eçümiz, ilimiz və s.
Türkmən dilində də şəkilçinin damaq variantı işləkdir (200,
s.301).
Əksər şivələrdə
Dostları ilə paylaş: |