-
yız
4
, - ıyız
4
şəkilçisinin işlənməsidir; məs.: əliyiz (Nax.) tavlayız,
əliyiz (Ord.), buğdayız, samanıyız, suçüyuz (Təb.), babayız, qa-
vıyız, övüyüz (Zb.), atayız, nənəyiz, dəvəyiz, qutuyuz, əliyiz (İr.),
qaşıyız, əliyiz, gözüyüz (Zən.), qapıyız, kəndiyiz (Şr.) və s.
İkinci şəxs cəmdə - yız, - yiz şəkilçisi Urmiyə şivəsində və
Əfqanıstan əfşarlarının və xalacların dilində də qeydə alınmışdır.
Karaim dilinin Trakay dialektində ikinci şəxs cəmdə - yız//- yiz,-ı-
yız//iyiz şəkilçisi işlənir (182,s. 94).
A.B.Ərcilasunun fikrincə, Qars şivələrində ikinci şəxs cəm
mənsubiyyət şəkilçisində n - y uyğunluğu onları Naxçıvan şivələ-
rinə yaxınlaşdırır; məs.: qoluyuz, eliyiz (207, s.120).
y elementinin ikinci şəxsin həm təkində, həm də cəmində
qanunauyğun şəkildə məhdud arealda müşahidə olunması onun
oğuz qrupu türk dillərinin deyil, qıpçaq tipli dillərin xüsusiyyəti
olması ilə əlaqədardır.
Qədim nq//nğ birləşməsi Qax şivəsində ikinci şəxs cəmdə
qeydə alınmışdır: başınğız, atınğız, əlinğiz və s. n- ğ səsuyğunlu-
ğu əsasında ikinci şəxs mənsubiyyət şəkilçisinin
–ğız,-ğiz,- ğuz
variantı yaranmışdır ki, hazırda Cəbrayıl, Zəngilan və ayrım şi-
vələrində işlənməkdədir: məs.: babağız, qutuğuz, çatığız (Cəb.),
atığız, əmiğiz, gözuğuz (Zən.) və s.
Velyar ŋ səsinin ğ səsi ilə əvəzlənməsi türk dilinin Qars şivələ-
rində canlı şəkildədir; məs.: anağız, babağız, qızığız (207, s.121).
Bir çox müasir türk dillərində - tatar, başqırd, qumuq, qa-
raçay-balkar dillərində - ğız//qız, - ğiz//qiz şəkilçisi işləkdir.
B.Serebrennikov və N.Hacıyevaya görə, ilkin şəkilçi - nız//niz
olmuşdur. Tatar və qumuq dillərində intervokal mövqedə n səsi
ğ - ya keçir; məs.: awlğız (tatar), atığız (qumuq). Pratürkdə ikin-
ci şəxs mənsubiyyət şəkilçisinin iki variantı - n (ın) və - ğ (ığ)
Qərb qrupu şivələrində və qismən də Naxçıvan, Şəki, Cəbra-
yıl, Zəngilan və Şərur şivələrində ikinci şəxs cəm mənsubiyyət
şəkilçisinin velyar ŋ işlənən variantı - ŋız
4
, - ıŋız
4
müşahidə olu-
nur; məs.: sajıŋız, cınqırıŋız, tişiŋiz, əpbəyiŋiz, qoluŋuz (Qaz.),
qağaŋız, oycuŋuz, sapıŋız, qaşıŋız (Ay.), işiŋiz, otuŋuz, malıŋız
(Çəm.), bavaŋız, əliŋiz, ataŋız (Zən.), gözüŋüz, işiŋiz, ojaŋız
(Şəm.), balaŋız, tələŋiz (Cəb.), əliŋız (Nax.), çəmbərəŋız, oğluŋuz
(Ş.) anaŋız, üzüŋüz (Şr.).
Şivələrimizdə ikinci şəxs mənsubiyyət şəkilçisinin velyar ŋ-la
işlənən variantının geniş arealda mühafizə olunması təsadüfi de-
yildir. Velyar ŋ səsi tarixən türk dillərinin oğuz qrupunu başqa
türk dil qruplarından fərqləndirən spesifik səs olmuş, tədricən iş-
lənmə arealı məhdudlaşsa da, şivələrdə saxlanmışdır.
Türkmən dilində də - ıŋız, - iŋiz şəkilçisi işlənir (149, s.28).
Əsasən şimal-şərq, qisməndə İmişli və Mingəçevir ətrafı şi-
vələrdə ikinci şəxs cəm mənsubiyyət şəkilçisinin dodaq variantı
işləkdir: - uz, - üz, - uz, - üz, - u:z, - ü:z (Qb.), u:z, - ü:z, - uz, - üz
(B.), - uz//uz, - üz-//üz (Muğ.), uz-, üz, - uz, - üz (S.), - z, - uz, - üz
(Cəl.), - u:z, - ü:z (İm.), - u:z//ü:z (Min.).
Nümunələr: qunağuz, atouz, ərböüz, quzu:z, ütü:z (Qb.), ba-
şu:z, əlü:z, atouz, ərəböüz, oxlouz, popağuuz, qeyişüz (B.), atu:z,
əlü:z, donu:z, öyü:z, atou:z, nənəöz (Muğ.), dədü:z, torbo:z, qa-
Dostları ilə paylaş: |