Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə82/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   78   79   80   81   82   83   84   85   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Morfoloji-sintaktik üsul. Morfoloji-sintaktik üsulla mənsu-
biyyət anlayışı tərkibi iki hissədən ibarət olan birləşmələrlə ifadə 
olunur. Birinci tərəf əsasən yiyəlik hal şəkilçili şəxs əvəzliklərin-
dən, ikinci tərəf isə mənsubiyyət şəkilçili isimlərdən ibarət olur. 
Azərbaycan dili şivələrində mənsubiyyət kate- qoriyasının qədim 
təre, - darı, - dəre, - zarı, - zəre; tatar dilində - ları, - ləre,- narı, 
nəre; türk dilində - ları, - leri; yakut dilində - lara// tara//dara// 
nara şəkilçiləri ilə ifadə olunur (149, s.25-30). Qumuq dilində 
üçüncü şəxs tək və cəmin - ı, - i, - u, - uğ, - sı, - si, - su, - suğ, 
ilə ifadə olunması və - lar, - lər şəkilçisinin sonra formalaşdığı 
göstərilir (147, s.61).
Türk dillərinə dair qədim yazılı abidələrdə, eləcə də Orxon 
- Yenisey və Şərqi Türküstan mətnlərində (195, s.98) üçüncü 
şəxsin tək və cəmi eyni şəkilçi ilə yazılmışdır. Bunun səbəbini 
Y.Məmmədov belə izah edir: “Türk dillərində kəmiyyətə görə uz-
laşma zəif olduğundan qədim türk dillərində üçüncü şəxsin cəmi-
nin təkindən fərqli mənsubiyyət şəkilçisi yoxdur. Bu şəkilçilərin 
üçüncü şəxsin təkini, yaxud cəmini bildirməsini yalnız ondan əv-
vəl gələn sahib şəxsin tək və cəmdə olması ilə müəyyənləşdirmək 
olar (73, s.85).
Mənbələrdə - lar, - lər şəkilçisi üçüncü şəxs cəmdə mənsu-
biyyət deyil, cəmlik əlaməti kimi işlənmişdir. Müasir dövrdə də 
üçüncü şəxs cəmdə kəmiyyətə görə uzlaşma tam formalaşmamış-
dır. - lar, - lər şəkilçisi üçüncü şəxs cəmdə bütün məqamlarda 
deyil, birinci tərəf, yəni sahib şəxs olmadıqda ehtiyac nəticəsində 
işlədilir. -ları, - ləri şəkilçisinin tərkibində də - lar, - lər mənsubiy-
yət deyil, cəmlik, çoxluq bildirir.
V.V.Radlov və N.K.Dmitriyevə görə, üçüncü şəxsdə işlənən 
- ı, - sı şəkilçiləri ən qədim dövrlərdə - ın, - sın formasında olmuş-
dur. V.V.Radlov şəkilçinin müstəqil sın sözündən törədiyini, hə-
min sözün tatar dilində indi də “əks, surət” mənasında işləndiyini 
göstərmişdir. N.K.Dmitriyevin fikrincə, ilkin - ın, - sın formasın-
dan n səsi düşmüş, şəkilçi - ı, - sı şəklində işlənmişdir. Şəkilçinin 
n- lı variantı ilkin, n - sız variantı ikincidir (149, s.33).
Alimlərdən F.Parənci - 
4
şəkilçisinin bir variantda işlənmə-
sini ərəb əlifbasındakı saitlərin məhdudluğu ilə əlaqələndirir, şə-
kilçinin tərkibindəki s - nı bitişdirici samit hesab edir (80, s.69).
Alimin yazılı mənbələrə əsasən söylədiyi bu fikir şivə mate-
rialları ilə təsdiq olunmur. Çünki ərəb əlifbasının şivələrə deyil, 


146
147
(meni atım, seni atınq, onu atı, bizin atıbız, sizin atıqız, olanı atı) 
(147, s.61) geniş yayılmışdır ki, bu da onun qıpçaq xüsusiyyə-
ti olmasını göstərir. Həmin faktın dar arealda izoqloss yaratması 
bununla əlaqədardır.
Türkoloji ədəbiyyatda “analitik”, “sintaktik” və ya “üçüncü 
tip” adı altında birinci tərəfi yiyəlik hal şəkilçili, ikinci tərəfi isə 
mənsubiyyət şəkilçisiz birləşmələrdən bəhs olunur. Belə birləş-
mələrin strukturu onun bu cür adlandırılmasında əsas götürülmüş-
dür. Əslində həmin birləşmələrin tərkibi- nin iki hissədən ibarət 
olması, birinci tərəfin qrammatik əlaməti onu morfoloji-sintaktik 
üsula aid etməyə əsas verir.
Bu forma şivələrdə müxtəlif şəkildədir. Dərbənd, Balakən, 
Qax, Cəlilabad və Lerik şivələrində hər üç şəxsin tək və cəmin-
də ikinci tərəf, yəni mənsub əşya şəkilçisiz işlənir. Birinci tərəfin 
əvəzliklə ifadə olunması onun hansı şəxsə aid olmasını göstərir; 
məs.: menin keçi, senin keçi, honun keçi, bizin keçi, sizin keçi, 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin