152
153
tipli sözlər ikinci mənsubiyyət şəkilçisi qəbul edir. Bundan başqa,
ədəbi dildə işlənən “dal” sözü Təbriz şivələrində “dalı” formasın-
dadır. Yəni - ı
şəkilçisi sözün tərkib hissəsinə çevrildiyindən, hə-
min söz üçüncü şəxsdə saitlə bitən sözlər kimi -
sı şəkilçisi qəbul
edərək “dalısı” şəklində işlənir. Bu söz “Kitabi-Dədə Qorqud”
eposunda da üçüncü şəxsdə “dalısı” şəklində işlənmişdir; məs.:
İki
dalısının üstünə buğanın (köpük) durdu; …iki
dalısının ara-
sında urub yıxdı (KDQ, s.36). Bu sözə M.Şəhriyarın dilində də
rast gəlinir:-Heydərbaba, dağın, daşın sərəsi; Kəhlik oxur,
dalı-
sında fərəsi…
Burada -
i
4
səkilçisinin fonetik təbiətinin də rolu vardır. Qapalı
sait kimi sözün tərkibində zəif mövqeyə malikdir. Sözün vurğusuz
hecasında qısa tələffüz olunur və ya düşür. Nümunə üçün üçüncü
şəxs mənsubiyyət şəkilçisindən sonra yiyəlik, yönlük və təsirlik
hal şəkilçilərini göstərmək olar. Mənsubiyyətli birləşmələrdə sö-
zün vurğusuz hecasında
-i
4
şəkilçinin fonetik xarakterindəki zəif-
lik özünü büruzə verir. Beləliklə, birinci şəkilçi tədricən sözün
tərkib hissəsinə çevrildikdə, mənsubiyyət funksiyasını zəif ifadə
etmiş, xüsusilə birləşmə daxilində öz vəzifəsini itirmiş, buna görə
də həmin sözlər saitlə bitən sözlər kimi ikinci mənsubiyyət şəkil-
çisi qəbul etmişdir.
Azərbaycan dili şivələrində yiyəlik hal şəkilçili sözlərə
- kı,
- ki şəkilçisini əlavə etməklə mənsubiyyət ifadə edilir. Danışıq
dili üçün səciyyəvi olan bu forma şivələrdə daha çox işləkdir. -
ki
- nin əlavə olunması ilə ikinci tərəf, yəni mənsub əşya işlənmir,
sözün semantikasından, kontekstindən mənsub əşya aydın olur.
Şivələrdə -
ki əsasən şəxs əvəzliklərinə artırılaraq mücərrəd
mənsubiyyət ifadə edir; məs.: - De görüm, bı ağıl
səninki dəyil,
bı sözi sana kim örgədipdi (Nax.); -
Mənimki ulub bağbançuluğ,
kutançuluğ, alver də ki bilmidəm (Qb.); Sənin yolun, odu,
mə-
nimki budu (Qaz.);- Gecənin yarısında
bizinkilər bizin əsgər bizi
yığışdırdılar (Bl.) və s.
-
ki digər əvəzlik növlərinə də əlavə olunur və hallara görə
dəyişir; məs.: - Birinin adı Yusif,
o birininki Camalıydı; - Çovan
dərdisi bizi çul-çuxana çıxartdı (Zər.); - Bayram
axşamısı tamam
kət əhli ocağın başındiydi (Göy.); - cib
dəsmalısı, çöl ördəyisi,
sabun
qabusi (Lən.); - Üş dənə oğlan
uşağısı var (Ağd.) və s.
Qədim xüsusiyyətləri mühafizə edən Qax şivəsində bu əlamət
geniş yayılmış və fərqli sözlərdə özünü göstərir; məs.:
beşin dördi-
si, sənlin birisi, yetimin baxtısı, çarığın
bağısı, xərmən yerisi və s.
Mənsubiyyət şəkilçisinin yanaşı
işlənməsi təsadüfi xarakter
daşımayıb qədim tarixə malikdir. Orxon-Yenisey abidələrinin
dilində də bu xüsusiyyətə rast gəlmək mümkündür: Bu bitiq bi-
tiqme
atısı Yollığ tiqin “Bu yazını yazan qohumu Yolığ tiqin”
(KT abidəsi, cənub tərəf, 13-cü sətir). Dilimizin ən qədim abidəsi
olan “Kitabi-Dədə Qorqud”da bu xüsusiyyətə tez-tez rast gəlmək
mümkündür; məs.: - Biŋ söylərsən,
birisini quymaz, - əriŋ sözini
qulağına qoymaz, - Nagah qaçma-qoma olarsa,
birisini binəm,
birisini yedəm, - dedi (KDQ, s.33, 55). - Həman ol
birisinə kim
buyurdu (Dastani-Əhməd Hərami, s.24);-
Yüz var isə eşqimin
bəlası, Qılman
birisində mübtəlası (Xətai, s.70). Bu xüsusiyyət
Şərqi Türküstan mətnlərində və qədim özbək dilində say və əvəz-
liklərdə qeydə alınmışdır (195, s.99). Üçüncü şəxsdə mənsubiy-
yət şəkilçisinin qoşa işlənməsi türk, türkmən, karaim, tatar, özbək
və yakut dillərinin dialektlərində və qaqauz dilində isim və say-
larda geniş yayılmışdır.
İkiqat mənsubiyyət şəkilçisinin işlənmə səbəbini alimlər
müxtəlif baxımdan izah etmişlər. Özbək alimi M.Mirzayevə görə,
ikinci şəkilçinin qəbul edilməsi mənanın qüvvətləndirilməsi ilə
əlaqədardır (218, s.46). Şübhəsiz, burada qrammatik mənanın
qüvvətləndirilməsi nəzərdə tutulmalıdır. V.Banqın fikrincə, ikin-
ci mənsubiyyət şəkilçisinin qoşulması, hər şeydən əvvəl, birinci
şəkilçinin daşlaşması ilə izah olunur (202, s.75).
Azərbaycan dili şivələrinin əksəriyyətində
üçüncü şəxs şə-
kilçili
atası, anası, babası, nənəsi, əmisi və s. qohumluq əlaqə-
si bildirən sözlər heç bir şəkilçisi olmayan sözlər kimi anlaşılır.
Dərbənd və Qax şivələrində hər üç şəxsin tək və cəmində üçüncü
şəxs mənsubiyyət şəkilçisi işlənir ki, birləşmə daxilində həmin
154
155
olunan -
ın yiyəlik hal şəkilçisidir. -
ki isə subyektə mənsub olan
əşyanın adını əvəz edərək mənsubiyyət anlayışı yaradır.
Bu şəkilçi “Kitabi-Dədə Qorqud” abidəsində birinci şəxs cəm
əvəzliyini ilə işlənmişdir; məs.: “Kürəşdilər, olamı? Bolay ki,
bi-
zimki yeŋə” dedilər (KDQ, s.115).
-
ki, - kı şəkilçisi qaqauz dilində yiyəlik və yerlik hallı şəxs
əvəzliklərinə, türkmən dilinin dialektlərində şəxs əvəzliklərinin
tək formalarına əlavə olunur; məs.:
benimki, seninki, onunkı, bi-
zimki, sizinki, onnarınkı, bendeki, sendeki, ondakı, bizdeki, sizde-
ki, onnardakı (175, s.128-129),
menki, senki, unkı (200, s.317).
Dostları ilə paylaş: