Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə86/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   82   83   84   85   86   87   88   89   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Sintaktik üsul. Dialektoloji ədəbiyyatda “sintaktik üsul” adı 
altında morfoloji - sintaktik formadan bəhs edilmişdir. Sintak-
tik üsulla mənsubiyyət ifadə edən atributiv birləşmələrin hər iki 
tərəfi şəkilçisiz işlənir. Belə birləşmələr qismən də olsa şivələrdə 
müşahidə olunur; məs.: - Qoz ləpə qavırğıya qatanda yaxşı olur 
(Zən.); - Mən yaşda olar (Br.); - Cüyür bulax ən yuxarıdadı; - Bura 
bir dəmya kənt yer oluf (Qaz.) və s. Bu xüsusiyyət Zaqatala - Qax 
şivəsində geniş yayılmışdır; məs.: - Yığdı qolxoz idarə aktivləri; - 
Mende baş ağrı tez-tez oluy; - Poşt binə diyən yol olupdu (Zaq.). 
devə bala, civ yaylıx ot süpürgə, eşşəx’ xurma, çay qazan, çey 
bölmə (Bl.), at əraba, kəl ərabaöküz əraba (Ərd.); - Burda ərəş 
to:ux da saxlayan var (Göy.) və s.
Belə bir xüsusiyyət Başqırdıstanın cənub hissələrində yaşayan 
tatarların danışığında da müşahidə edilmişidr (105, s.15). Çuvaş 
dilinin şivələrində birinci şəxsdə işlənir: man ul “mənim oğlum” 
(190, s.159).
Mənsubiyyət anlayışının hər iki tərəfi şəkilçisiz birləşmələrlə 
ifadəsinə Orxon-Yenisey abidələrində (türk budun “türk xalqı”, 
Ötügen yış “Ötügən ormanı” və s.), M.Kaşğarinin lüğətin də (kişi 
ara “xalq arası”, yun kus “tovuz quşu” və s.) də rast gəlinir.
Morfoloji və analitik (sintaktik) üsulların Orxon-Yenisey abi-
dələrində geniş işlənməsinə əsaslanaraq N.K.Dmitriyev onları 
digərlərindən qədim he- sab edir (147, s.58). Y.Məmmədovun 
fikrincə, morfoloji üsulun özü də ana- litik üsuldan törəmişdir. 
Belə ki, hələ lap qədim dövrlərdə şəxs əvəzlikləri isimlərdən son-
ra gələrək mənsubiyyət ifadə etmiş, sonralar bu əvəzliklər vur-
ğusunu itirmiş (Q.İ.Ramstedt), müxtəlif fonetik dəyişikliyə uğ-
rayaraq şəkilçiləşmiş, bununla da analitik üsul morfoloji üsula 
çevrilmişdir (73, s.77). Mənsubiyyət kateqoriyasının təyini söz 
Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub, Nə mələksən ki, 
xərab etdin evin şeytanın? (Füzuli, s.194);- Başumə mənim nələr 
gətirdin, Ərzi-dilim ana xub yetirdin. (Xətai, s.80);-Bilmişəm ku-
yin gözəl firdovsü gülşəndən onun, Ta ölüncə oxların qoymam 
çıxa təndən onun (Vaqif, s.164).
“Əsrarnamə”nin və M.Zəririn “Yusif və Züleyxa” əsərinin di-
lində də bəzən mənsub əşya əvvəl, sahib şəxs sonra gəlir: Yoxdur 
adun sənin bunda əyan, Ahi anun eyləməz hərgiz əsər (Əsrar-
namə), Ayıtdılar, qardaşı anun bir dəxi; Ol babamuz bizim andə 
zar olur (Yusif və Züleyxa s. 276, 281) və s.
K.Musayev mənsubiyyət anlayışı ifadə edən birləşmələrdə 
komponentlərin yerdəyişməsini (V.V.Radlov və T.Kovalskiyə 
əsaslanaraq) slavyan dillərinin təsiri hesab edir (172, s.79).
B.Serebrennikov və N.Hacıyeva xüsusi olaraq qeyd edirlər ki, 
at min “mənim atım” tipli birləşmə türk dillərinin “təyin + təyin 
olunan” söz sırası qanununa tamamilə ziddir. Halbuki bu model 
türk dil strukturunun iliyinə işləmişdir (182, s.126).
Bu xüsusiyyətin qaqauz dilində intensiv olması slavyan dil-
lərinin təsiri ilə izah olunur; məs.: Bubası kızın deer: kıs ister, 
verejey (175, s.115).
Tədqiqatçılar bu qənaətə gələrkən Hind-Avropa və Ural-Altay 
dillərinin qanunauyğunluqlarından çıxış edirlər. Yeri gəlmişkən 
qeyd edək ki, spesifik qanunauyğunluqlar dillərin formalaşma-
sından sonrakı dövrlərə aiddir. Yerdəyişmə hadisəsi mənsubiyyə-
tin ilkin formalarını özündə təcəssüm etdirir. Bu formaların tarixi 
türk dillərinin Orxon-Yenisey dövründən qədimdir. Orxon-Yeni-
sey abidələrində mənsubiyyət anlayışı formalaşmış şəkildədidir. 
Bu formanın abidələrdə olması başqa dillərin təsiri ilə deyil, türk 
dillərinin qədim xüsusiyyəti olması üçün əsas verir. Danışıq dili 
üçün səciyyəvi olduğuna görə, yazı dilindən daha çox şivələrdə 
saxlanılmışdır. Ş.Xəlilova görə bu, tərcümə prinsiplərindən, nəz-
min tələblərindən irəli gəlir (57, s.76).
XIX əsrə qədərki yazılı mənbələrdə işlənən bu xüsusiyyəti üs-
lub və tərcümə prinsipləri ilə əlaqələndirmək inandırıcı görünmür. 


158
159
Ədəbi dildə sonu samitlə bitən, ikinci və üçüncü şəxslərin tə-
kinin mənsubiyyət şəkilçilərini qəbul etmiş sözlər hallanma pro-
sesində adlıq haldan başqa, digər hallarda bir-birindən fərqlənmir. 
Onlar yalnız mətn daxilində aydınlaşır. Şivələrdə isə həmin şəxs-
lər müxtəlif formalarla bir-birindən seçilir.
Şivələrin qərb qrupunda və Şəkinin bəzi kənd şivələrində 
ikinci şəxs təkdə mənsubiyyət şəkilçili isimlərin hallanması za-
manı mənsubiyyət şəkilçisində, velyar ŋ səsi işlənir ki, bu da ikin-
ci şəxsi üçüncü şəxsdən fərqləndirmək üçün əsas əlamət hesab 
olunur; məs.: sənin sajıŋın, haravaŋın, sürüŋün, sajıŋa, sajıŋı
sajıŋda, sajıŋnan, corabıŋa, corabıŋı (Qaz.), qoşuŋun, körpüŋün
ataŋın, anəŋin, bajiŋi və s. (Gəd.), elıŋın, elıŋa, elıŋı, elıŋda, elıŋ-
nan (Ş.), ataŋ, ataŋın, ataŋa, ataŋı, ataŋda, ataŋnan (Ağc) və s.
Bu xüsusiyyət “Kitabi-Dədə Qorqud” abidəsində də işlən-
mişdir; məs.: Bir buğa öldürmüş səniŋ oğlıŋ, adı Buğac olsun; 
“Dilüŋ çürüsün, çoban! Qadir səniŋ alnuŋa qada yazsun, çoban!” 
- dedi; Mənim canım səniŋ canıŋa qurban olsun! - dedi (KDQ, 
s.36,45,85).
İkinci şəxsdə mənsubiyyət şəkilçisinin velyar ŋ səsi ilə işlən-
məsi ən qədim formadır. Tarixən velyar ŋ-nun arxaikləşməsi, təd-
ricən n səsinə çevrilməsi hallanma prosesində ikinci şəxslə üçün-
cü şəxs arasında oxşarlıq əmələ gətirmişdir.
Şivələrin qərb qrupunda, Zəngilan (Şatarız və Ağbis kənd 
şivələri), Cəbrayıl (Qaracallı kənd şivəsi), Urmiya, İrəvan, Zən-
gibasar və İraq türkmanlarının şivələrində həmin şəxsləri bir-bi-
rindən ayırmaq üçün ikinci şəxsdə y ünsürü işlənir; haravayın, 
haravaya, haravayı, başıyın, oğluyun (Qaz.), cora- bıyın, cora-
bıya, corabıyı (Gəd.), gözüyün, gözüya, gözüyü (Cəb.), nənəyin, 
nənəyə, nənəyi (Zən.), işiyin, işiyə, işiyi (İt.), əliyinəliyəəliyi 
(Zb.), babayın, babaya, babayı (İr.); əriyin “ər”, əriyəəriyi (U.) 
və s. Şuşanın Şırlan kənd şivəsində y ünsürü yalnız yiyəlik halda 
işlənir; məs.: qızıyın, kərəntiyin, bajıyın və s.
Yiyəlik halda - yın şəkilçisi türk dilinin Qazianten şivəsində 
də işləkdir; məs.: eviyin kapısı, kitabıyın kabı, gözüyün rengi və 
s. (199, s.50).
birləşmələri ilə əlaqəli şəkildə inkişaf tarixindən ətraflı bəhs edən 
A.Hüseynov sintaktik üsulla ifadə olunan mənsubiyyəti ən qədim 
forma hesab edir (51, s.165).
Ümumiyyətlə, türkologiyada şəkilçisiz formalar qədim hesab 
olunur. Bu baxımdan mənsubiyyət formalarının inkişafında ilkin 
- birinci mərhələdə birləşmənin hər iki tərəfi şəkilçisiz işlənmiş-
dir ki, bunun da izləri şivələrdə saxlanmışdır; deve bala, cib yay-
lıx, qoz ləpə, cüyür bulax və s.
Birinci tərəfi şəxs əvəzliklərindən ibarət olan birləşmələrin 
şəkilçisiz işlənməsinə şivələrdə hər üç şəxsin təkində rast gəl-
mək mümkündür: məs.: - Mən yaşda olar (Br.); - Sən yaşda atam 
yoxıydı, mən öyə qazaş gətirirdim (Göy.); - Uşax o yaşda çayda 
selə düşdü (Şam.) və s. Bu xüsusiyyət türkmən dilinin şivələrində 
də canlıdır: məs.: Biz o:va barjek kə:mi? Şo üam biz miləttən 
(200, s.303).
Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi şəkilçisiz mənsubiyyət 
bildirən birləşmələr mənsubiyyət kateqoriyasının inkişafında II 
mərhələni təşkil edir. Bu forma Qax şivəsində daha işləkdir: qu-
şun bala, toğun bala, inəyin bala, camışın bala və s. Son mərhələ-
də hər şəxsin özünə müvafiq əlaməti formalaşmışdır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin